Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3041/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: uşağın saxlanması üçün alimentin müəyyən edilməsi, uşaq doğulduğu gündən üç il ərzində ərdən arvada aliment tutulması) Bakı şəhəri, 22 iyul 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1981/2020 nömrəli, 09 dekabr 2020-ci il tarixli qətnaməsindən İd diaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh və İddiaçı 05.03.2019-cu il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə müvafiq qeydiyyat aparılmış və AZ-İİ 287226 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Tərəflərin nikahından 27.10.2019-cu il tarixdə Ayan adlı uşaqları doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən X.X.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaş ına çatanadək 100 manat miqdarında alimentin tutularaq özünə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun səhhətində problem yarandığına görə cavabdeh onu atasının evinə gətirmişdir və uşaq doğulandan sonra cavabdeh onunla maraqlanmamış, uşağı saxlamağa ona maddi yardım etməmişdir. Özü işləmir və uşağa baxmaqda çətinlik çəkir. Cavabdeh birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı mülahizə də təqdim etməmişdir. Lakin onun atası X2 birinci instansiya məhkəməsinə, həmçinin apelyasiya instansiya məhkəməsinə ünvanlanmış ərizələrdə bildirmişdir ki, oğlu Cavabdeh xarici ölkəyə çıxıb getmişdir və hazırda xaricdə yaşayır. Salyan Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(057)-464/2020 nömrəli qətnaməsi ilə (hakim M.Ə.Qasımov) iddianın qismən təmin edilərək, 27.10.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 17.02.2020-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 130 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1981/2020 nömrəli, 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.K.Həsənov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və T.X.Heydərov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(057)-464/2020 nömrəli qətnamə si dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin xaricdə işləməsini, normal gəlirinin olmasını, kəsilən alimentin körpə uşağın saxlanılmasına çatıb-çatmayacağını nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sü butlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdehin ailə və maddi vəziyyəti barədə yetərincə sübutlar təqdim edilməsinə baxmayaraq, məhkəmə həmin sübutları nəzərə almamışdır. Cavabdehin uşağın saxlanması üçün 200 manat və uşaq üç yaşına şatanadək özünə 100 manat aliment ödəmək iqtidarındadır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı X3 və cavabdeh X4 məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iş tirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə
34. Nikah hüququ İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludur. Maddə
76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutul ur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə
78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çə tinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə
84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: … 84.2.2. hamiləliyi dövr ündə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 17. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə ba xmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “27.10.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 17.02.2020-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 130 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsinin dəyişdirilməməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılmaqla, 27.10.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 17.02.2020-ci il tarixdən başlayaraq hər ay Cavabdeh tutulan alimentin məbləği 170 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehin ailə və maddi vəziyyəti barədə yetərincə sübutlar təqdim edilməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsinin həmin sübutları nəzərə almaması barədə kassatorun dəlili əsassızdır. Çünki cavabdehin maddi vəziyyəti barədə hər hansı sübut təqdim olunmamışdır. İddiaçının uşağı doğulduğu gündən üç il ərzində özünə aliment ödənilməsi tələbinin hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 84.2.2-ci maddəsində ər-arvadın bir-birinə qarşı aliment tələbini irəli sürməsi üçün üç zəruri şərt müəyyən edilmişdir: bu köməyin göstərilməsindən imtina edilməsi; ər-arvad arasında alimentin ödənilməsi barədə sazişin olmaması; maddi cəhətdən kömək göstərməyən tərəfin bu na zəruri vəsaitə malik olması. İddia tələbinin Ailə Məcəlləsinin 85-ci maddəsinə əsaslanan hissəsində rədd olunması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Lakin uşağın saxlanması üçün 130 manat miqdarında alimentin müəyyən edilməsi hissəsində məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Çünki “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Sadalanan hüq uq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir. Məhkəmə kollegiyası yuxarıda göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1981/2020 nömrəli, 09 dekabr 2020-ci il tarixli qətnaməsi X.X.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 17.02.2020-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 130 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsinin dəyişdirilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılsın. X.X.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 17.02.2020-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 170 manat miqdarında aliment tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.