Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3052/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: sabit pul məbləğində alimentin tutulması) 17.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X3, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8493/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayət ləri üzrə işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh ilə X5 arasında 25 iyun 2014-cü il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra X1 soyadı verilmişdir. Tərəflərin birgə nikahından 17 aprel 2015-ci il tarixdə X4, 10 may 2018-ci il tarixdə X2 adlı uşaqları doğulmuşdur. Uşaqlar ananın himayəsindədirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə onun himayəsindədir. Hazırda o və yetkinlik yaşına çatmayan uşaqları yaşamağa başqa yerləri olmadığı üçün məcbur iyyətdən atasına məxsus olan evdə yaşayırlar. Cavabdeh birgə nikahlarından olan uşaqlarının maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir, hətta əvvəl yaşadıqları fərdi yaşayış evinə belə onları buraxmır. Onun (iddiaçının) heç bir qazancı yoxdur, işsizdir, uşaqlarının təlim tərbiyəsi və onlara qulluq edilməsi ilə məşğuldur. Artıq uşaqların tələbatlarının və xərclərinin gün-gündən artması nəticəsində o, bu xərcləri tək ödəməkdə çətinlik çəkir. Cavabdeh tərəfindən təqdim edilmiş DİN Baş Mühafizə İdarəsi Heydən Əliyev adına Bakı Neft Emalı Zavodunun mühafizə üzrə Polis İdarəsinin 03.07.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, o, həmin idarədə manqa komandiri vəzifəsində işləyir və ayda ona 18 faiz tutulduqdan sonra 609,03 manat əmək haqqı ödənilir. Cavabdeh uşaqların sa xlanılması üçün hər ay alimentin qazancının 1/3 hissəsi kimi müəyyənləşdirilməli olduğunu bildirərək alimentin onun əmək haqqına yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova, iş № 2(005)1923/20) 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, sabit pul məbləğində hər ay hər uşaq üçün 170 manat məbləğində aliment tutulması ağlabatan və ədalətlidir. İddiaçı uşaqların saxlanılması üçün məhz sabit pul məbləğində aliment ödənilməsini tələb etmişdir. Cavabdeh tərəf isə qazancı barədə arayış təqdim etməklə alimentin 1/3 hissədə tutulmalı olmasını bildirmişdir. İş materiallarından görünür ki, cavabdehə verilən əmək haqqı 609,03 manat təşkil edir. Əgər alimentin tutulması əmək haqqına yönəldilərsə, iddiaçıya uşaqların saxlanılması üçün 1/3 hissə, yəni 203,01 manat aliment tutulmalı olar, bu da uşaqların əvvəlki təminatının saxlanılması və onların mənafeyinə uyğun deyildir. Belə ki, cavabdehin 609,03 manat olan əmək haqqından 1/3 hissədə aliment tutulması uşaqların təminat səviyyəsi nəzərə alındıqda uşaqların mənafeyinin əhəmiyyətli dərəcədə pozulması hallar ola bilər. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 78.2-ci maddəsinə, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə istinadla əsaslandırmışdır.“ Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında ali ment tutulmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi aliment tutulması hissəsində dəyişdirilmiş və alimentin miqdarı hər uşağa görə hər ay 150 manat, cəmi 300 manat müəyyən edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyil, çətinlik törədir və uşaqların marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Bununla yanaşı məhkəmə qeyd eymişdir ki, cav abdehin aldığı əmək haqqı cəmi 609 manat 03 qəpik təşkil edir. Bu məbləğin 340 manatının, yəni yarısından çoxunun aliment kimi tutulması nəticəsində ona cəmi 269 manat əmək haqqı qalır ki, bu da ədalətli sayıla bilməz. Cavabdehin əmək haqqından başqa digər qazancı olmasına dair işdə hər hansı sübut yoxdur. Məhkəmə qeyd olunan halı, eləcə də azyaşlı uşaqların saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu nəzərə alaraq cavabdehdən tutulmalı olan alimentin miqdarının dəyişdirilməklə hər uşağa görə 150 manat müəyyən olunmasını qanuni və əsaslı hesab etmişdir. İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh (Vəkil) kassasiya şikayə ti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və uşaqların saxlanması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi azyaşlı uşaqların saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu nəzərə alaraq cavabdehdən tutulmalı olan alimentin miqdarının dəyişdilməklə hər uşağa görə 150 manat müəyyən olunmasını məqsədəmüvafiq saymışdır. Bununla da məhkəmə cavabdehin gətirdiyi əsassız dəlillərə əsasən uşaqların yaşayış minimumundan (hər ay 175 olduğu halda) da aşağı alime nt təyin etməklə kobud pozuntuya yol vermişdir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi iş üzrə hüquqi faktlara düzgün qiymət verməmiş və qanunu düzgün tətbiq etməyərək maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermiş, zəruri araşdırma aparmadan birinci instasniya məhkəməsinin qətnaməsini qismən ləğv etmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə alimenti onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tututulması müəyyən etməməklə maddi hüquq normasının tələblərini pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat ver ərək şikayətin təmin edilməsini, cavabhehin kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
19. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafеlərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddia tələbinin rədd edilən hissəsində, cavabdeh tərəfindən isə alimentin sabit pul məbləğində tutulması hissəsində mübahisələndirildiyindən, yəni qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri, digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s. ), əmlak vəziyyəti, özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən halına görə, cavabdehin aldığı əmək haqqı cəmi 609,03 manatdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, bu məbləğin 340 manatının, yəni yarısından çoxunun aliment kimi tutulması nəticəsində ona cəmi 269 manat əmək haqqı qalır ki, bu da cavabdehin özünün saxlanılması üçün minimum tələbatını ödəmək üçün kifayət edən məbləğ deyildir. Digər tərəfdən “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqların minimum dolanacaq xərclərinin olmasını qeyd etmişdir. Lakin iddiaçı nəzərə almamışdır ki, həmin qanunun 19-cü maddəsinə əsasən uşaqların tələbatları nın təmin edilməsi hər iki valideynin vəzifəsidir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, alimentin onun aylıq əmək haqqının 3/1 hissəsindən deyil, sabit pul məbləğində alimentin tutulması zamanı apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının pozuntusuna yol erməmişdir. Məhkəmənin qənaəti Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, həmin normanın tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habel ə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı vəziyyətdə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyil, çətinlik törədir və uşaqların marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8493/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.