Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3059/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Şəki regional “Asan xidmət” Mərkəzində notariat ofisinə və Cavabdeh3 Zəkəryə qızına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İradəsinə qarşı “bağışlama müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(107)168/2022 nömrəli qətnaməsindən iddiaçının prosessual hüquq varisi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Şəki rayonunun Baş Göynük kəndində 0,36 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı, X1, X2, X4, X5 və X6, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 71 kv.m olan fərdi yaşayış evi isə tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçı 06 oktyabr 2017-ci il tarixli etibarnamə ilə X3 10 il müddətinə bütün əm lakını idarə etmək, o cümlədən bağışlamaq, almaq, satmaq və s. kimi səlahiyyətlər vermişdir. 3. 05 yanvar 2018-ci il tarixdə Şəki rayon 2 saylı notariat kontorunda bağlanmış müqavilə ilə İddiaçı (müqavilə onun adından etibarnamə üzrə nümayəndəsi X7 tərəfindən imzalanmışdır) mülkiyyətində olan Şəki rayonunun Baş Göynük kəndində 0,36 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini və torpaq sahəsində 1/6 hissədə payını, arvadı X8 isə torpaq sahəsində 1/6 hissədə payını qızı Cavabdeh3 Zəkəryə qızına bağışlamışlar. X8 eyni zamanda fərdi yaşayış evinin bağışlanmasına notariat qaydada razılığını vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Şəki regional “Asan xidmət” Mərkəzində notariat ofisinə və Cavabdeh3 Zəkəryə qızına qar şı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və Cavabdeh3 Zəkəryə qızı arasında bağlanmış 05 yanvar 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında həmin cavabdehin adına aparılmış 30 may 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh3 Zəkəryə qızı və sonuncunun əri olan X7 iddiaçının yaşlı olmasından istifadə edərək, sonuncunun adına etibarnamə götürməklə, ömrünün sonuna kimi ona baxmaq və “Qarasov adlanan” ərazidə yerləşən pay torpağını satmaq adı ilə bir sıra sənədlərə qol çəkdirmiş, daha sonra isə ona məxsus mübahisəli evin qızına bağışlanmasını təmin etmişlər. Bağışlama müqaviləsi bağlandıqdan bir müddət sonra qızı evin qapısını bağlayıb, ər i ilə birlikdə Bakı şəhərinə getmiş, onu isə bayıra atmış, hətta pensiya kartını da özlərində saxlamaqla onu qocalar evinə yerləşdirməklə hədələmişlər. Hazırda qızı ona baxmır və onunla maraqlanmır.
6. Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(075)-1351/2020 nömrəli qətnaməsi ilə (hakim P.V.Hacıyev) iddia rədd olunmuşdur.
7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının13 və 29-cu, Mülki Məcəlləsinin 6, 14.1, 144.1, 144.2, 146.1, 152.1, 152.8, 157.2, 157.4, 324.1, 324.5, 337.1, 354.2, 362.1, 366, 390.1, 404.1, 666.1, 673.1, 673.1.2, 673.3 və 673.4-cü maddələrinə istinad edərək göstərmişdir ki, mübahisəli evə dair bağışlama müqaviləsi qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələb lərinə əməl edilməklə rəsmiləşdirilmiş və bu zaman əmlakı bağışlayan şəxsin, yəni iddiaçının nikahda olduğu arvadının razılığı alınmışdır. Bundan əlavə, məhkəmə iclasında tərəflərin izahatları və təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı Şəki ŞRPŞ-də verdiyi izahatında əmlakını öz iradəsi əsasında qızına bağışladığını bildirmişdir.
8. Bağışlama müqaviləsini iddiaçının adından onun etibarnamə verdiyi Cavabdeh3 Zəkəryə qızının əri X7 imzalasa da, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Odur ki, müqavi lənin etibarlılığını şübhə altına alacaq heç bir əsas mövcud deyildir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(075)-1351/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(107)-466/2021 nömrəli qətnaməsi ilə (hakim E.Ş.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər M.M.Hüseynovdan və G.Q.Abbasovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(075)-1351/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, İddiaçı və X8 ilə Cavabdeh3 Zəkəryə qızı arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 05 yanvar 2018-ci il tarixli, 4Ə-7 saylı bağışlama müqaviləsinin və onun əsasında Cavabdeh3 Zəkəryə qızının adına verilmiş 30 may 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğv edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 12-ci və 17-ci maddələrinə, Mülki Məcəllənin 6.2, 213.2, 666.1, 673.1, 673.1.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 66.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, mübahisəli ev cavabdeh ə bağışlandıqdan sonra cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, onunla maraqlanmamış, milli mentalitetdən, uzun illərlə formalaşmış ailə hüquq münasibətlərindən əmələ gələn vəzifələri kobudcasına pozaraq, iddiaçını kimsəsiz və köməksiz qoyaraq evdən getmişdir. Halbuki, iddiaçı ilə cavabdeh bir-birini saxlamaq vəzifəsi daşıyan şəxslər kateqoriyasına daxildirlər. Cavabdeh iddiaçıya münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri kobudcasına pozmuşdur.
12. Mübahisəli yaşayış evinə dair cavabdehin adına verilmiş 31 may 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatının ləğvinə münasibətdə isə apellyasiya məhkəməsi hesab etmişdir ki, iddianın bu hissəsi törəmə hüquq münasibəti olub, bağışlama müqaviləsindən törəndiyindən və həmin müqavilə ləğv edildiyindən iddia qeyd edil ən hissədə də əsaslıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh3 Zəkəryə qızı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(107)-466/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti verildikdən sonra 06 iyul 2021-ci il tarixdə İddiaçı vəfat etdiyinə görə onun övladları prosessual hüquq varisləri kimi tanınmışlar.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(102)-4785/2021 nömrəli qərarı ilə (hakim İ.Ə.Şəfiyevin sədrliyi və məruzəsi ilə, hakimlər V.T.Həsənovdan və Ə.A.Əhmədovdan ibarət tərkibdə) Cavabdeh3 Zəkər yə qızının kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(107)-466/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan bağışlama müqaviləsinin məzmunundan görünür ki, həmin müqavilə birinci cavabdeh tərəfindən hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş, hüquq və vəzifələrin əmələ gəlməsi hər hansı halların olması ilə şərtləndirilməmiş və konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər-hansı məhdudiyyətin olması müəyyən edilməmişdir.
17. Məhkəmə göstərmişdir ki, bağışlama müqaviləsinin ləğv olunması şərtləri M ülki Məcəllənin 674-cü maddəsində qeyd olunmuş və orada göstərilən əsaslar barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qanunvericiliyin tələbinə əsasən yalnız həmin əsaslara görə müqavilənin ləğv olunması mümkündür.
18. Apellyasiya instansiyası məhkəməsi isə işin hallarına bağışlamaqdan imtinanın əsaslarını müəyyən edən Mülki Məcəllənin 673-cü maddəsinin müddəaları əsasında qiymət verərək göstərmişdir ki, iddia tələbinin təmin olunması üçün 673.1.2-ci maddəsinin dispozisiya şərtləri mövcuddur.
19. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu əsaslandırması ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 673-cü maddəsi bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin Mülki Məcəllənin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. İşə baxmış məhkəmənin tətbiq etdiyi Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozisiya şərtləri aşağıdakılardan ibarətdir:
1. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verənin qarşısında vəzifələrə malik olsun;
2. Hədiyyə alan həmin vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuş olsun;
3. Hədiyyə verən həmin vəzifələri hədiyyə verənin yaxın qohumlarının biri barəsində kobudcasına pozmuş olsun.
20. Göründüyü kimi, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verənin qarşısında vəzifələri hər hansı qaydada pozması deyil, yalnız kobud şəkildə pozması bağışlamaqdan imtina üçün əsas ola bilər. İşə baxmış məhkəmə cavabdehin iddiaçıya qarşı əməlini kobud pozuntu kimi qəbul etmişdir. Lakin “ev cavabdehə bağışlandıqdan sonra cavabdehin id diaçıya qarşı münasibətinin dəyişməsi” və cavabdehin vəzifələrinin kobud surətdə pozması barədə əsaslandırma işin hallarına tam uyğun deyil. Çünki, iş materiallarından göründüyü kimi, ev cavabdehə 2008-ci ildə bağışlanmış, hazırkı iddia ərizəsi 2020-ci ilin sentyabr ayında verilmişdir. Bu dövrdə cavabdehin iddiaçıya baxmaması, ailə hüquq münasibətlərindən yaranan vəzifələri icra etməməsi barədə iddiaçının hər hansı müraciəti və dəlili olmamışdır. Əksinə, iddiaçının 2020-ci ilin iyul ayında Şəki Şəhər-Rayon Polis şöbəsinə verdiyi izahatdan görünür ki, iddiaçı evi cavabdehə öz iradəsinə uyğun verdiyini, arvadının 02 iyul 2020-ci ildə vəfat etdiyini, hazırda ona qızları Zöhrə və İradənin baxdığını bildirmişdir. Bu hal ona dəlalət edir ki, bu izahat yazılanadək iddiaçının cavabdehə qarşı ona q ayğı və qulluq göstərilməsi ilə bağlı iradı olmamışdır. Ehtimal etmək olar ki, iddiaçının cavabdehə qarşı iddialarının əsasları bu izahat yazıldıqdan sonrakı iki ay müddətində yaranmışdır. Yəni “bağışlamadan sonra” ifadəsi, cavabdehin hədiyyəni mülkiyyətinə keçirməyə nail olandan dərhal sonra vəzifələrindən imtina kimi başa düşülməməlidir. Tərəflər arasında uzun müddət narazılıq olmamışdır. Bu halda, işin halları araşdırılmalı, cavabdehin bu müddətdə iddiaçıya qarşı ailə hüquq münasibətlərindən gələn öhdəliklərinin icra edilməməsinin səbəbləri dəqiqləşdirilməlidir.
21. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına istinad etməklə iddiaçının arvadının ölümündən sonra cavabdehin ona baxmadığını, evin qapısını bağlayıb getdiyini və onu evdən çıxartdığını bildirir. Lakin iddiaçı bu faktı təsdiq edə n etibarlı sübutu təqdim etmir. Cavabdeh isə bu vəziyyətlə və onun səbəbləri ilə bağlı tamamilə fərqli izahat verir. Yəni məhkəmə yalnız iddiaçının izahatına əsaslanmaqla onun göstərdiyi faktı müəyyən olunmuş hal kimi qəbul edir. Lakin bu faktın müəyyən olunması zamanı təkcə iddiaçı tərəfin izahatları deyil, həm də cavabdehin izahatı nəzərə alınmalı, hər iki izahatda göstərilən məlumatlar işin digər halları ilə müqayisəli təhlil edilməklə nəticəyə gəlinməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci tarixli, 2(107)-168/2022 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və Ə.T.Məcidovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(075)-1351/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. İşə yenidən baxan apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
24. İddiaçının prosessual hüquqi varisi Nümayəndə kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(107)168/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş et mişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 673.1.2, 673.1.3, 676.3-cü, Ailə Məcəlləsinin 82.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 217.1, 217.3, 217.4-cü maddələri pozulmuş, qətnamədə bağışlama müqaviləsinin 2008-ci ildə bağlanması qeyd olunmuş, işin hallarını tam nəzərə almamış, iddiaçıdan əsassız olaraq əlavə sübutlar tələb etmişdir.
26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
27. Cavabdeh3 Zəkəryə qızı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
28. Etiraz onunla əsaslandırılmışdır ki, işə yenidən baxan apellyasiya məhkəməsi kassasiya məhkəməsinin bütün göstərişlərini icra edərək, qərara gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin təl əblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlay a və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. B ağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğ u gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı eh tiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və ba şqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstə rişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparıl mış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.
36. Qeyd olunmalıdır ki, hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MM-in 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinasının 3 əsasını müəyyən edir:
1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi,
2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya
3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması.
37. İddiaçı məhz ikinci əsasa istinad edərək bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh bağışlanmış əmlakın müqabilində atası olan iddiaçıya qayğı göstərməsinə dair öhdəliklərini yerinə yetirm əmiş, yaşlı olan iddiaçını köməksiz qoyaraq evdən getmişdir.
38. Lakin işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi hədiyyə alan olan cavabdehin hədiyyə verən iddiaçıya münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrinin kobud pozulması hallarını müəyyən etməmişdir.
39. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsində bağışlama müqaviləsinin 2008-ci il kimi göstərilməsi texniki səhv olmaqla, qətnamənin ləğvi üçün əsas ola bilməz.
40. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həl li üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı prosessual hüquq varisi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(107)-168/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.