Məhkəmə qərarları › İş №2(102)-3062/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3062/2020

09.06.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3062/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)-4714/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)148/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ş.Z.Abdullayev) İddiaçı Cavabdeh qarşı “mənzilin gir iş qapısının açarının alınıb verilməsi, mənzilə girişə yaradılmış məhdudiyyətin aradan qaldırılması, dəymiş maddi zərərə görə 36.600 manat, mənəvi zərərə görə 3.000 manat pulun tutulması, mənzilin ümumi istifadəsində olan sahənin sxeminə uyğun olaraq əvvəlki vəziyyətinin bərpa edilməsi” barədə ilk iddiası, həmçinin Cavabdeh İddiaçı qarşı “mənzilin ümumi istifadəsində olan sahənin təmiri üçün çəkilmiş 14.765 manat pulun yarısının, yəni 7.382,50 manat pulun tutulması” barədə qarşılıqlı iddiası qismən təmin edilərək, Cavabdeh 10.980 manat pulun tutulub İddiaçı verilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 49 saylı evin tərəflərin mülkiyyətində olan 23 və 24 saylı mənzillərinin ümumi istifadəsində olan sahələrinin 9 saylı MKİS tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq əvvəlki vəziyyətinin bərpa edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, İddiaçı təmir xərclərinin əvəzi kimi 1.664,5 manat pulun tutulub Cavabdeh verilməsi və qalan hissədə qarşılıqlı iddianın rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)4714/2019 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilk iddianın Cavabdeh 10.980 manat pulun tutulub İddiaçı verilməsi hissəsində ləğv edilib, həmin hissədə ilk iddianın rədd edilməsi və qətnamənin qalan mübahisələndirilən hissədə Cavabdeh apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsi, daha sonra ilk iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 49 saylı evin 23-cü mənzilinin giriş qapısının açarının ona vermək vəzifəsinin Cavabdeh üzərinə qoyulmaqla mənzilə girişə yaradılmış məhdudiyyətin aradan qaldırılması, Cavabdeh 36.600 manat maddi zərərin, 3.000 manat mənəvi ziyanın alınaraq ona verilməsi, həmçinin Cavabdeh Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 49 saylı evin, 23-cü mənzilinin ümumi istifadəsində olan sahənin 9 saylı MKİS tərəfindən tərtib edilmiş sxemə uyğun əvvəlki vəziyyətə bərpa edilməsi barədə qətnamə qəbul edilməsin i xahiş edib. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıla onun ümumi istifadəsində olan mənzil sahəsinin təmiri üçün tərəfindən çəkilmiş 14.765 manat pulun yarısının, yəni 7.382,50 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən Cavabdeh 10.980 manat pulun tutulub İddiaçı verilmə sinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili xxx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili xxxun izahatını dinləyib, kasasiya şikayətini n dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın Cavabdeh 10.980 manat pulun tutulub İddiaçı verilməsi hissəsində ləğv edilib, həmin hissədə ilk iddia rədd edilib, qalan mübahisələndir ilən hissədə qətnamə Cavabdeh apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmasına baxmayaraq, sonuncu qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kasasiya şikayəti verməmişdir. İddiaçı isə kasasiya şikayətində qətnaməni ilk iddianın rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edib ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı İddiaçı kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın Cavabdeh 10.980 manat pulun tutulub İddiaçı verilməsi hissəsində ləğv edib, həmin hissədə ilk iddianı rədd edərkən, bu hissədə ilk iddianın əsassız olmasına, ilk iddianı bu hissədə təmin etməklə bi rinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməməsinə istinad edib. Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 49 saylı evin, 1 otaqlı 23 saylı mənzili xüsusi mülkiyyət hüququ ü zrə İddiaçı, 1 otaqlı 24 saylı mənzili isə (yeni ünvan ünvan 1zrə Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 49 saylı evin 23 və 24 saylı mənzillərinin mülkiyyətdə və ümumi istifadəsində olan sahələrində yenidənqurma işləri və tikinti-təmir işləri aparılmış və həmin mənzildə və dam örtüyündə aparılmış tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 12473,5 manat müəyyən olunur. Eyni zamanda “X6” MMC tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli hesabata əsasən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 49 saylı evin 23-cü mənzilinə texniki-vizual baxış keçirilib və ölçü işləri aparılıb. Mövcud vəziyyət təqdim edilmiş əvvəlki sxemlə müqayisə edilib və müəyyən edilib ki, tədqiqat obyektinin mövcud vəziyyəti ilə həmin ünvanın 9 saylı MKİS tərəfindən tərtib edilmiş sxemdə uyğunsuzluq vardır. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən 49 saylı evin, 23 saylı mənzilində ölçü işləri aparılıb və aparılmış tədqiqat və təhlil işləri nəticəsində baş vermiş dəyişikliklərə əsasən sxemdə əksini tapmış 7,4 kv.metr ümumi sanitar qovşağı ilə qarşısındakı 8 kv.metr ümumi sahəsinin arası açılaraq bir otağa birləşdirilib. Həmin otağın sahəsi hazırda 17,75 kv.metr təşkil edir. Yataq otağı kimi istifadəyə yararlıdır. 9 saylı MKİS tərəfindən tərtib edilmiş sxem üzrə sahəsi 16,8 kv.metr mətbəx sahəsində faydalı sahəsi 2,5 kv.metr təşkil edən sanitar qovşağı inşa olunub. Daxili təmirli metlax- kafel örtüklüdür. Təyinatı üzrə hamam-tualet kimi istifadəyə yararlıdır. Dəhliz sahəsi iki hissədən 8,0 kv.metr kərpiçlə arakəsmə kimi hörülüb. Hazırda 18 kv.metr, 5,76 kv.metr və 24,10 kv.metr təşkil edən 3 hissədən ibarətdir. Halbuki, 9 saylı MKİS tərəfindən tərtib edilmiş sxemə əsasən bütöv arakəsmələrsiz olmalı və ümumi sahəsi 41 kv.metr təşkil etməli idi. Dəhlizdən otaqlara giriş-çıxış üçün qapı yerləri qoyulub. Qapılardan biri mövcuddur, digəri funksional deyil. 9 saylı MKİS tərəfindən tərtib edilmiş sxemin ümumi mətbəx sahəsində ayrıca giriş olan 3,7 kv.metr boş sahə göstərilmişdir ki, faktiki vəziyyətdə həmin sahəyə olan giriş hörülüb, qapı yeri bağlanıb və 1,88 kv.metrədək kiçildərək tamamilə giriş-çıxış məhdudlaşdırılıb. Hazırda funksional deyil. Otaqlarda pəncərə yerləri hazırda hörülərək bağlanmış və pəncərə kimi funksionallığını itirmişdir. Aparılmış hesablamalar və təhlillərə əsasən, Bakı şəhəri, ünvan 2 ünvanının 9 saylı MKİS tərəfindən tərtib edilmiş sxeminə əsasən ümumi istifadədə olan 76,9 kv.metr sahəsinin orta aylıq kirayə haqqı 610 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ona görə də ilk iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinin faktiki əsası, qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, ilk iddiadan görünür ki, İddiaçı Cavabdeh maddi zərərə görə 10.980 manat pul tələb edir. Maddi zərərin vurulması üçün isə Cavabdeh İddiaçı qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və sonuncu bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin, yəni Cavabdeh hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırki, halda isə Cavabdeh İddiaçı qarşı hər hansı bir təqsirli hərəkətə və yaxud hərəkətsizliyə yol verməsi müəyyən edilməmişdir. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, aşağıdakı maddi hüquq normalarının tələblərinə əsasən kasasiya şikayəti əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutu lmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı ilk iddia ərizəsində, kasasiya şikayətində Cavabdeh təqsiri üzündən ona 10.980 manat məbləğində maddi zərər dəyməsini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir s übut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Digər tərəfdən, Cavabdeh tərəfindən ümumi istifadədə olan sahənin kirayəyə verilməsi təsdiq olunsa belə, o, bununla İddiaçı hər hansı bir zərər vura bilməzdi. Çünki, qeyd olunan ərazi ümumi istifadə olmuş, İddiaçı mülkiyyətində olmamış və onun həmin ərazidən yalnız digər qonşular kimi istifadə etmək hüququ olmuşdur. Lakin, İddiaçı mülkiyyətində olan mənzildə yaşayıb həmin sahədən istifadə etməmişdir. Bu da ona əsas vermir ki, ilk iddia üzrə Cavabdeh ümumi istifadəsində olan sahəni kirayə verməklə ona zərər vurmasını iddia etsin. Qeyd olunduğu kimi bu hal həm təsdiq olunmur, həm də təsdiq olunsa belə bu ilk iddianın bu hissəsinin əsaslı olması qənaətinə gəlməyə əsas vermir. Ona görə də, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi qənaət düzgün olmamışdır. Belə ki, ilk iddia üzrə Cavabdeh ümumi istifadədə olan sahədə təmir və hər hansısa bir yerdəyişmə ilə bağlı digər mənzilin mülkiyyətçisinin razılığının olduğunu və neçə illərdi bu barədə hər hansısa bir şikayətin olmadığını, ona görə də iddianın həmin hissədə də təmin edilməsinin qanunsuz olduğunu göstərsə də bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki, nə belə bir razılığın olmasına dair, nədəki bu cür yerdəyişməni qanuni əsaslarla etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də bu dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq no rmalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasi ya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)-4714/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar