Məhkəmə qərarları › İş №2(102)-3062/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3062/2021

04.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3062/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Murqu oğluna, Bakı şəhəri 43 saylı Notarait Ofisinə və 3 saylı ASAN Xidmət mərkəzinin xüsusi notariusu X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3062/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi) Bakı şəhəri, 04 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlundan və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1, vəkili Rnun və Cavabdeh2 iştirakları ilə, Bakı Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6442/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsindən ciddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin və onlardan irəli gələn mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin (çıxarışların) ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Kontorunda bağlanılmış 04.09.2015-ci il tarixli, AN-İ N-0502984 saylı Daşınmaz Əmlakın alqı-satqısı haqqında müqavilə və bu müqavilədən irəli gələn, mülkiyyət hüququnu təsdiq edən RX seriyalı N-075 8500 saylı, 14 noyabr 2015-ci il tarixli sənədin (çıxarış) ləğv edilməsi; 3 saylı Bakı “ASAN" Xidmət Mərkəzinin Notariat Kontorunda bağlanmış AN-İ N0847122 saylı, 17 mart 2016-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi və ondan irəli gələn mülkiyyət hüququnu təsdiq edən RX serialı N-0839405 saylı sənədin (çıxanş) ləğv edilməsi; 3 saylı Bakı “ASAN" Xidmət Mərkəzində bağlanmış ANİ N-0487122 saylı 16.03.2016-cı il tarixli Daşınmaz Əmlakın alqı-satqısı haqqında müqavilə və ondan irəli gələn RX seriyalı N-0835355 saylı mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxanş) ləğv edilməsi; məhkəmə xərclərinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri 43 saylı Notariat Kontorunda İddiaçı1 ilə Cavabdeh1 arasında (nümayəndəsi Zeynalov Əİiş Əlimərdan oğlu) E saylı mənzilin 100000 (yüz min) manat pula satılmasına dair 04.09.2015-ci il tarixdə AN-İ N0502984 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsinin 14 noyabr 2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışına əsasən E saylı yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ ilə X1 mülkiyyətinə keçmişdir. 3 saylı Bakı “ASAN" Xidmət Mərkəzindəki notariat Kontorunda Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 17 mart 2016-cı il tarixli AN-İ N-0847122 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, E saylı mənzil 60000 manat p ula satılmışdır. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsinin RX seriyalı ******* saylı çıxarışına əsasən E saylı yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam pay hüququ ilə Cavabdeh2 mülkiyyətinə keçmişdir. 3 saylı Bakı “ASAN" Xidmət Mərkəzində İddiaçı2 ilə Cavabdeh2 arasında E saylı mənzilin 30000 manat pula satılmasına dair 16.03.2016-cı il tarixdə AN-İ N-0487122 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. AR ƏMDK yanında DƏDRX-nın Bakı şəhəri Ərazi idarəsinin RX seriyalı ******* saylı mülkiyyət hüququ təsdiq edən sənədə (çıxarışa) əsasən E yaşayış sahəsi mülkiyyət hüququ ilə tam pay olmaqla Cavabdeh2 mülkiyyətinə keçmişdir. İddiaçı1 ilə Cavabdeh1 arasında və İddiaçı2 ilə Cavabdeh2 arasında alqı-satqı müqavilələrinin etibarsız sayılması və iddiaçılara q arşı dələduzluq edilməsi yolu ilə əmlaklarının ələ keçirilməsi barədə məhkəmələrə və hüquq-mühafizə orqanlarına verdiyi ərizələr və müraciətlərlə bağlı nə məhkəmə instansiyalarında olan proseslərdə alqı-satqı ilə bağlı 100000 və 30000 manat məbləğində pulların müvafiq banklardan tərəflərindən çıxarılması barədə vəsatətlərinə baxılmamış, nə də ki, hüquq-mühafizə orqanları bu faktın araşdırılması yolunda heç bir prosessual hərəkətlər aparmadığından, əmlakları faktiki cəhətdən əldən getmişdir. Belə ki, Bakı şəhər Prokurorluğunun İslinlaq idarəsi tərəfindən qəbul edilmiş 23 yanvar 2018-ci il tarixli “Cinayət işinin başlanmasının hissəvi rədd edilmədi və araşdırma materialının aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından məhkəmə nəzarəti qaydasında verdiyi, şikayət Bakı Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarı ilə tam təmin edilmişdir. Sual oluna bilər ki, əgər onlarla alıcılar arasında doğrudan da evlərin 100000 və 30000 manata satılması haqqında hər hansı bir razılıq olmuşdursa və alıcılar onun əvəzində onlara çatası pulları banklarda notariusun depozit hesablarına qoymaqla, onlar o pulları çıxartmışdırlarsa, onda nəyə görə Cavabdeh2 onların evdən çıxarılmaqları və evə olan istifadə hüquqlarına xitam verilməsi barədə, onlar isə öz növbələrində alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə məhkəmələrə iddia tələbləri ilə müraciət, hüquq-mühafızə orqanlarına isə onlara qarşı cinayətkar dəstə şəklində dələduzluq edilməsi ilə bağlı şikayət edirdilər? Belə ki, hazırki iddia ərizəsinə əlavə etdikləri Bakı şəhəri Binəqədi rayon M əhkəməsinin 15 avqust 2016-ci il tarixli 2(001)-9065/2016 saylı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2(001)-2048/2018 saylı qanuni qüvvəsini almış qətnamələrini, habelə Bakı şəhər Prokurorluğunun İstintaq idarəsinin 23 yanvar 2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2019-cu il tarixli qərarlarını oxusalar və onların məzmunları ilə yaxında tanış olsalar Cavabdeh1, X5, Cavabdeh2, X7 birgə qrup şəklində fəaliyyət göstərən ilkindən olaraq onları ipoteka müqavilələri ilə şirnikləşdirən sonradan bu müqavilələrin guya ləğv edilməsi və yeni ipoteka müqavilələrinin bağlanması adı altında etibarlarından sui-istifadə edərək alqı-satqı müqavilələrinə notariusların vasitəsi (iştirakı ilə) belə bir müqavilələrə imza atmaqlarınd an xəbərləri olmaya olmaya imza aldıran evlərini növbəliklə bir-birlərinin adlarına rəsmiləşdirən, cinayətkar dəstənin mövcud olduğunun əyani şahidi olurdular. Əlbəttə ki, nəinki, yuxarıda adlarını çəkdikləri şəxslərin cinayətkar dəstə üzvləri olmasını, hətta notariuslann bu dəstənin kənardan üzvü olmalarını, Prokurorluq bu yaxınlarda tam əminliklə deyə bilərlər ki, üzə çıxarmaqla onları ifşa edəcək. Tərəflər aldatma yolu ilə də olsa onlarla alqı-satqı müqavilələri bağlasalar da, pulun onlara çatmamasını məhkəmələrdə və hüquq-mühafizə orqanlannda etiraf etmədiklərinə görə etməkdə haqlıdırlar. Məhkəmə qətnamələrində və qərarlarında, habelə Prokurorluğun qanunsuz qərarında, cinayətkar qrup tərəfindən evlərinin bir tərəfdən 100000 manata alınıb sonradan özləri arasında 60000 manata bir-birisi nin adına rəsmiləşdirilməsinin və İddiaçı2 adına olan evlə bağlı 50000manata İpotekaya qoyulması sonradan guya bu ipoteka ləğv olunduğundan sonra 30000 manata satılmasının şahidi olardılar. Bu halda, heç bir məhkəmələrdə (daxili inama əsasən) və cinayətkar müstəntiqdə şübhə yaranmadı ki, necə olur 100.000 manata alınan ev cəmi 5 aydan sonra 60000 manata satılır və 50000 manata ipotekaya qoyulmuş ev sonradan 30000 manata satılmışdır. Əgər İddiaçı2 50000 manata ipotekaya qoyduğu evi sonradan 30000 manata satacaqdısa, onda heç 50000 manata (ipoteka ilə bağlı) niyə ödəyirdi? Əfsuslar olsun ki, bütün bu fırıldaqlara Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkəmə tərkibindən başqa heç bir məhkəmələr əhəmiyyət verməmiş və xüsusi qərardadları vaxtında çıxarmamışlar. Bakı şəhəri Yasam al Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 yanvar 2020-ci il tarixli 2(004)-195/2020 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2948/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3, Bakı şəhəri 43 saylı notariat kontoruna və 3 saylı Bakı “Asan Xidmət” Mərkəzindəki notariat kontoruna qarşı E-cu mənzili barədə 04 sentyabr 2015-ci ildə onunla Cavabdeh1 arasında və 17 mart 2016-cı il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddiası nın təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2943/2018 saylı, 17 avqust 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3 və Bakı şəhəri 43 saylı notariat kontoruna qarşı E-ci mənzili barədə 16 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Hazırda iddiaçılar müvafiq alqi-satqı müqavilələrini mübahisələndirsələr də, məhkəmə qanuni qüvvəsini almış qətnamələr ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilələrin etibarlığını mübahisələndirməyi məqbul saymır. Habelə, iş materiallarına əlavə edilmiş LPO Texnikabank ASC-nın ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş sorğuya cavab məktubunda n və ona əlavə olunmuş məxaric qəbzindən görünür ki, alqı-satqı üzrə aparılmış əməliyyata dair İddiaçı1 100.000 manat təqdim edilmişdir. Mülki qanunvericiliyin tələblərinə görə mülki məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İddiaçıların gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 385.1, 386.1, 390, 424-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin 2(004)-195/2020 saylı, 20.02.2020-ci il tarixli (hakim Ayaz Məmmədov) qərardadı ilə iddiaçılar ın əlavə qətnamənin çıxarılması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov- sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 2(103)-4053/2020 saylı, 11 iyun 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.02.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov- sədrlik edən və məruzəçi, Məmməd Məmmə dov, Şeyda Məhərrəmova) 2(103)-6442/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli, 2(004)-195/2020 saylı qətnaməsinin apelyasiya şikaəytinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 ilə Cavabdeh1 arasında 04 sentyabr 2015-ci il tarixdə bağlanmış AN-İ N-0502984 saylı, həmçinin İddiaçı2 ilə Cavabdeh2 arasında 16 mart 2016-ci il tarixdə bağlanmış AN-İ N-0487122 nömrəli alqı-satqı müqavilələri üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə düşən öhdəlikləri yerinə yetirərək müqavilədə şərtləşdirilmiş daşınmaz əmlakın satış məbləğin i (müvafiq olaraq 100.000 manat və 30.000 manat olmaqla) notariat ofisinin bank təşkilatlarında olan hesablaşma hesabına köçürmüşlər. Bu hal iş materiallarında olan bank mədaxil orderləri ilə və tərəflərin verdikləri izahatlarla da təsdiq olunur. Belə ki, iddiaçılar öz iddialarının dəlili kimi həmin məbləğlərin notariat orqanının bankdakı depozit hesabına yerləşdirilməsinə deyil, həmin vəsaitin sonradan onlar tərəfindən bankdan götürülmədiyinə istinad edirlər. Belə olan halda, kollegiyanın qənaətinə görə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mübahisələndirilən müqavilələrin şərtlərinin hər hansı şəkildə pozulması halı müəyyən edilmədiyindən, onlar həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmiş hesab edilməlidirlər. Həmçinin, məhkəmə araşdırması zamanı alqı-sat qı müqavilələrinin bağlanması zamanı notariat orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına dair qanunvericiliyin hər hansı pozuntusu da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilənlərdən bu qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisələndirilən daşınmaz əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsinə əsas verən hal müəyyən edilməmişdir. Bundan başqa müəyyən edilir ki, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən Mülki Məcəllənin 423.2-ci maddəsinin tələbinə də riayət etməmiş və cavabdehlərə müqavilənin ləğv edilməsinə dair təklif verməmişdir. İddiaçıların mübahisələndirdikləri alqı-satqı müqavilələri üzrə onlara çatmalı olan pul məbləğinin bank hesabından onlar tərəfindən alınmaması və pulun guya onlar tərəfindən alınmasına dair banklar tərəfindən tə qdim edilmiş qəbzlərdəki imzaların saxtalaşdırılması ilə bağlı dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası izah edir ki, həmin halın mövcud olması iş üzrə cavabdehlərin deyil, notarial hərəkətlərinin aparılması zamanı xidmət göstərən vasitəçi bankların fəaliyyətindən doğan məsələ olduğundan, hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, daşınmaz əmlakların alqı-satqısına dair müqavilələrin ləğv edilməsinə dair iddia tələbi əsassız olduğundan, həmin alqı-satqı müqaviləsi əsasında yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reystrində qeydiyyata alınmasına dair Çıxarışların ləğv edilməsinə dair tələb də əsassız olmaqla, təmin edilməməlidir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov- sədrlik edən və məruzəçi, Məm məd Məmmədov, Şeyda Məhərrəmova) 2(103)-6442/2020 saylı, 11 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçıların əlavə qətnamənin çıxarılması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı2 və İddiaçı1 (Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi brədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Belə ki, apelyasiya kollegiyası “məxaric orderi” kimi təqdim edilmiş sənədin “məxaric orderi” olub-olmaması barədə m əhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatətə münasibət bildirməmiş, Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinin tələblərini pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı2, onun və digər İddiaçı1 vəkili Vəkil, cavabdehlər Cavabdeh1, 3 saylı ASAN Xidmət mərkəzinin xüsusi notariusu X6 və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh ünvan 1 ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və vəkili R kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəf li və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya şikayətində apelyasiya kollegiyasının maddi hüquq normasının pozuntusuna yol verməsi qeyd edilsə də, pozuntunun nədə ifadə edilməsi və nədən ibarət olması əsaslandırıla bilinməmiş və göstərilməmişdir. Kasasiya yoxlaması nəticəsində isə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mübahisələndirilən müqavilələrin şərtlərinin hər hansı şəkildə pozulması halı mövcud deyildir. Belə ki, onlar həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmişlər. Həmçinin, alqı-satqı müqavilələrinin bağlanması zamanı notariat orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına dair qa nunvericiliyin hər hansı pozuntusu da mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6442/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar