Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3065/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: alimentin artırılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7652/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Tərəflər 21 iyun 2016-cı il tarixdə rəsmi nikaha girmiş, birgə nikahdan iki uşaqları olmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, uşaqlar anaları İddiaçı yanında saxlanılmaqla iki uşaq üçün Cavabdeh hər ay onun xeyrinə qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyul ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin məhkəmənin qərardadı əsasında müvəqqəti tutulan alimentin hesabına hər ay 800 manat olmaqla üç ay ərzində aliment ödəsə də, məhkəmə qətnaməsindən sonra 2 ay ərzində 300 manat məbləğində aliment ödəməsini, cavabdehin biznes fəaliyyəti il ə məşğul olmaqla daha artıq qazanca malik olmasını, eləcə də qazancının qeyri-sabit olmasını və s. əsas göstərməklə alimentin miqdarının artırılıb Cavabdeh iki uşağa görə sabit pul məbləğində cəmi 340 manat, hər uşağa görə 1000 manat, hər ay cəmi 2340 manat və eləcə də, 03 iyul 2019-cu il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün hər ay 1000 manat məbləğində alimentin tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1531/2020 saylı, 13 avqust 2020ci il tarixli qətnaməsi ilə (hakim: Ş.Z.Abdullayev) iddia qismən təmin edilərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılıb Cavabdeh qazancının 1/3 hissəsi və hər uşaq üçün 1000 manat sabi t pul məbləğində alimentin, eləcə də, 03 iyul 2019-cu il təvəllüdlü X1 3 yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 300 manat məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək təsisçisi olduğu müəssisələrin fəaliyyət göstərməməklə onlardan gəlir əldə etməməsini və belə halda alimentin miqdarının artırılması üçün əsasların olmamasını, lakin işə baxan birinci instansiya məhkəməsinin sübutlara düzgün qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7652/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qət naməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və tərəflər arasında bağlanmış 26 noyabr 2020-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabd ehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə al maqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv e dilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkə məsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində İddiaçı ilə barışıq sazişi bağlamasını əsas göstərməklə həmin sazişi kassasiya şikayətinə əlavə etmiş və təsdiq olunmasını xahiş etmişdir. Barışıq Sazişinin məzmunundan görünür ki, Cavabdeh hər uşaq üçün ayda 1000 manat məbləğində aliment ödəmək barədə, iddiaçı isə bunun müqabilində alimentin miqdarının artırılması tələbindən imtina etmək barədə üzərlərinə öhdəlik götürmüşlər. Lakin həmin Sazişdə iddiaçının yaşayış sahəsindən istifadə hüququna dair Səbail Rayon Məhkəməsinin icraatında olan iddia tələbindən imtina etməsi və bunun müqabilində cavabdeh tərəfindən ona 10.000 manat məbləğində kompensasiya ödənilməsi, eləcə də Səbail Rayon İcra və Probasiya şöbəsinin icraatında uşaqla ünsiyyət hüququnu tənzimləyən razılaşmalar və s. nəzərdə tutulmuşdur. Sazişə görə əgər bir tərəf üzərinə götürdüyü öhdəliyi pozarsa, digər tərəf ondan 50.000 manat məbləğində təzminat tələb edə bilər. Cavabdeh tərəfindən təqdim olunmuş barışıq Sazişi, göründüyü kimi, hazırkı mübahisənin predmeti olmayan digər məsələlərin razılaşma yolu ilə həllini nəzərdə tutduğundan, kollegiya hesab edir ki, həmin Saziş yalnız alimentlə bağlı mübahisəyə baxan məhkəmə kollegiyası tərəfindən təsdiq oluna bilməz. Bundan başqa, Sazişi pozan şəxsin üzərinə 50.000 manat məbləğində təzminat ödəmək öhdəliyinin qoyulması barışıq Sazişin mənasına və məqsədlərinə ziddir. Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili barışıq sazişinin təsdiq olunmasını tələb etsə də, iddiaçı və yaxud onun nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Kollegiya hesab edir ki, tərəflər əgər həqiqətən də barışıq Sazişi bağlamaq niyyətindədirlərsə bunu qətnamənin icrası mərhələsində də həyata keçirə bilərlər. Bununla belə, kollegiya baxılan mübahisəyə dair tərəflərin iş üzrə müəyyən olunmuş hüquqi mövqelərini və mübahisənin məhkəmə qaydasında həllinin tamamlanması imkanını nəzərə alaraq hesab edir ki, işə kassasiya qaydasında baxılmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinə qiymət verilməlidir. Azərbaycan Respublikası A ilə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də b u Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı (qazancın 1/3 hissəsi) uşağın əvvəlki təminatına uyğun deyildir. Müəyyən olunmuşdur ki, cavabdeh “xxxx” MMC-nin direktoru, eləcə də üç özəl müəssisənin təsisçisidir. Cavabdeh həmin müəssisələrin fəaliyyətinin dayandırılmasını və bununla əlaqədar həmin müəssisələrdən heç bir gəlir əldə etməməsini iddia etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, həmin müəssisələr tərəfindən dövlət büdcəsinə vergilər ödənilmişdir. Kollegiya hesab edir ki, cavabdehin həmin müəssisələrdən əldə etdiyi qazanc qeyri-sabit olduğundan ondan sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərlə əlaqədar kollegiya cavabdehdən tutulan alimentin miqdarını onun maddi vəziyyətinə uyğun sayır və hesab edir ki, təsisçisi olduğu müəssisələrin fəaliyyətinin müvəqqəti dayandırılması barədə onun göstərdikləri tutulan alimentin miqdarının azaldılması və yaxud iddianın rədd edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7652/2020 nömrəli iş üzrə olan 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3065/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3065/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver