Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3067/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh LPO "xxxx" X qarşı iş üzrə QƏRARİ (Açar sözlər:əmək haqqı tələbinə dair) 23.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2(103)218/2022 saylı qətnaməsindən cavabdeh X kassasiya şikayəti üzrə işə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh X q arşı iddia qaldıraraq, cavabdehdən 01 dekabr 2016-cı ildən 01 mart 2019-cu il tarixədək ödənilməyən əmək haqqının və son haqq-hesab olaraq 23.423,41 manat, habelə əmək haqqının əsassız və qanunsuz olaraq verilməməsi səbəbi ilə ona dəymiş maddi ziyana görə 2.500 manat olmaqla, cəmi 25.923,41 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.C.Musayeva) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı cavabdehə qarşı iddia qaldırsa da, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. İd diaçının dəlilləri həmçinin ona görə əsassızdır ki, o cavabdehdə mühasib işləyib və onun əmək funksiyası əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin verilməsinin həyata keçirilməsindən ibarət idi. Beləliklə, iddiaçının mühasib olduğu və əmək haqqının və digər ödənişlərin vaxtlı-vaxtında işçilərin hesablarına köçürülməsi uçün məsuliyyət daşıdığı təqdirdə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməsi ağlabatan deyil. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 135, 172-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, cavabdehdən 21.437,34 manat əmək haqqının və 1.986,07 manat istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiyanın, cəmi 23.423,41 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə iddianı tam rədd etməklə gəldiyi nəticə düzgün olmayıb. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə f aktiki hallar Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinin, 83.2, 135.2, 144.2, 154.1, 172.4-cü maddələrinin və 195-ci maddəsinin “d” bəndinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Ona görə də birinci instansiya məhkəməsi bu maddi hüquq normalarını səhv təfsir edib, eləcə də Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1. 217.3, 217.4 və 387.1-ci maddələrinin tələblərini pozmaqla düzgün olmayan qətnamə qəbul edib. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 135.2, 144.2, 154.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhk əmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hü quq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndinə görə, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcm usudur. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalı dır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlil ləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 01 dekabr 2016-cı il tarixdə X mühasib vəzifəsinə işə qəbul edilsə də, həmin vaxt iddiaçının işəgötürəni X olub. Bu başqa cür ola da bilməzdi. Çünki, həmin vaxt Bank artıq ləğv prosesində idi. 28 fevral 2019-cu il tarixdə isə, yəni iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifəsindən azad olunarkən, X idi və əvvəlki ləğvedicinin hüquqi varisi sayılırdı. Çünki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2018-ci il tarixli qərardadı ilə X ləğvedici kimi fəaliyyətinə xitam verilib, X Bankın ləğvedicisi təyin edilib, qeyd olunan qərardad 04 yanvar 2019-cu il tarixdə X rəsmi qaydada təqdim olunmayı b. Bundan sonra, Ləğv prosesində olan Cavabdeh2 maliyyə və mühasibat uçotu sənədlərinin, kredit və depozit portfelinə dair məlumatların və sənədlərin, qiymətlilərin və əmlakın, o cümlədən hüquqi sənədlərin təhvil-təsliminin yekunları barədə 23 yanvar 2019cu il tarixli Akt tərtib edilib, bu Akt da Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərardadı ilə təsdiq edilib. Demək, ləğvedicilərin dəyişdirilməsi, yəni əvvəlki ləğvedicinin hüquqları keçdiyi kimi, öhdəlikləri də yeni ləğvediciyə, yəni X keçib. Apellyasiya baxışı zamanı cavabdeh tərəfdə 3-cü şəxs kimi cəlb edilsə də X olduğundan bildirişin də Fonda göndərilməsini bildirərək nümayəndəsinin iştirakını təmin etməyib. İkincisi, birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərib ki, iddiaçı ödənilmə miş əmək haqqı və digər ödəmələrin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməyib. Ancaq iddiaçının hansı sübutları məhkəməyə təqdim etməli olduğunu açıqlamır. Başqa sözlə iddianın tam, yaxud qismən təmin edilməsi üçün iddiaçının başqa hansısa sübut təqdim etməli olması ona aydın olmalıdır. Yəni, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsində köməklik göstərməlidir (MPM-nin 14.1-ci maddəsi). Belə ki, mülki prosessual qanunvericilik məhkəməni n prosessual fəallıq prinsipindən tam imtina etməyib. Əksinə, məhkəmə hazırki iddia üzrə sübutemə yükünü tərəflər arasında düzgün müəyyənləşdirməyərək səhvə yol verib. Çünki, əmək münasibətlərində işçi, işəgötürənə nisbətən iqtisadi cəhətdən zəif tərəf hesab edilir. Buna baxmayaraq, cavabdehin nümayəndəsi həm birinci, həm də apellyasiya baxışı zamanı ziddiyyətli mövqe nümayiş etdirib. Yəni, birinci instansiya zamanı iddiaya etirazında Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına istinad edərək pul tələbinə dair ləğv prosesində olan banka qarşı iddialar üzrə icraata xitam verilməli, həmin tələblərin ləğv proseduru çərçivəsində baxılmalı olduğunu göstərərək mülki iş üzrə icraata xitam verilməsini xahiş edib. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi verdiyi iz ahatında mövqeyini davam etdirsə də, cavabdeh 16 iyun 2021-ci il tarixli məktubunda iddiaçının tələbinin qeydə alınması barədə müraciətinin olmadığını, ləğvedici tərəfindən belə bir tələbin qeydə alınmasının aşkar olunmadığını, iddiaçının işlədiyi müddətin əvvəlki ləğvedicinin dövrünə təsadüf etdiyindən hansı səbəbdən əmək haqqının ödənilmədiyinin onlara məlum olmadığını göstərmişdir. Lakin hazırki iddia tələbi ləğv prosesində olan banka qarşı deyil, bilavasitə ləğvediciyə yönəldilmişdir. Yəni, iddiaçı bank müflis elan edilənədək bankda işləməmiş, bankda işlədiyinə görə tələb irəli sürmür, bank ləğv prosesində olan dövrdə bilavasitə ləğvedici iləəmək müqaviləsi bağlamaqla əmək münasibətlərinə başlamışdır. Bu halları cavabdehin təqdim etdiyi əmək müqaviləsi və ona əlavə edilmiş sənədlərdə t əsdiq edir. Həmin sənədlərdə iddiaçıya hər ay 1.000 manat məbləğində əmək haqqı ödənilməli olması da öz təsdiqini tapıb. Demək, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bütün hallar sübuta yetirilir. Cavabdeh ləğvedici isə nə özü, nə də əvvəlki ləğvedici tərəfindən iddiaçıya işlədiyi dövrdə hər hansı bir məbləğdə əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilməsinə dair heç bir sübut təqdim etməyib. Yəni, cavabdeh iddia tələbinə etirazının əsası kimi bu halı sübuta yetirməlidir. Çünki, bu halı sübut etmə yükü cavabdehin üzərinə düşür. Əksinə, cavabdeh iddiaçıya əmək haqqının verilmədiyini inkar etmir. Üçüncüsü, birinci instansiya məhkəməsi iddia tələbini həm də ona görə rədd etmişdir ki, iddiaçı cavabdehdə mühasib vəzifəsində çalışıb, onun əmək funksiyası əm ək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin verilməsinin həyata keçirilməsindən ibarət olmuş, mühasib olduğu vəəmək haqqının və digər ödənişlərinin vaxtlı-vaxtında işçilərin hesablarına köçürülməsi üçün məsuliyyət daşıdığı təqdirdə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etməsi ağlabatan deyildir. Ancaq iddiaçının vəzifəsinin mühasib olması o demək deyil ki, məhz bu vəzifədə işləməsi iddianın əsassızlığına dəlalət etməlidir. İddiaçının əmək funksiyasının qeyd olunanlardan ibarət olması cavabdeh tərəfə iddianın əsassız olmasını sübuta yetirməkdə heç bir maneə yaratmırdı. Əksinə, vəsait yığılmad ığı üçün əmək haqqının verilmədiyi, lakin hər ay hesablandığı barədə iddiaçının gətirdiyi dəlillər işin hallarına uyğundur və iddianın əsaslı olmasını daha da təsdiq etmiş olur. Göstərilənlərə baxmayaraq, iddiaçı 01 dekabr 2016-cı ildən 01 mart 2019-cu il tarixədək ödənilməyən əmək haqqının və son haqq-hesab olaraq 23.423,41 manat, habelə əmək haqqının əsassız və qanunsuz olaraq verilməməsi səbəbi ilə ona dəymiş maddi ziyan olaraq 2.500 manat, ümumilikdə 25.923.41 manat pulun cavabdehdən tutulub ona ödənilməsini tələb etsə də, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertinın 19 noyabr 2021 -ci il tarixli rəyində məzuniyyət əmrlərinin təqdim edilməməsinə baxmayaraq cavabdehin ödəmli olduğu vəsait 21.437,34 manat əmək haqqı məbləğindən və 1.986,07 manat istifadə edilməmi ş məzuniyyət günlərinə görə ödənilməli olan kompensasiya məbləği təşkil edir. Ekspert qarşısında iddiaçının 01 dekabr 2016-cı ildən 28 fevral 2019-cu ilə kimi mühasib vəzifəsində işləməsi iləəlaqədar əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqının 1.000 manat olduğu nəzərə alınmaqla, məcburi ödəmələr çıxıldıqdan sonra işlədiyi müddətdə hər ay üçün əmək haqqının nə qədər olmalı olduğu soruşulub. Ekspert rəyinin məzmunundan o da bəlli olur ki, əmək haqqının yekun məbləğindən iddiaçının ilk iki ay üçün aldığı məbləğ çıxılıb. Ona görə də ekspertiza rəyi mötəbər sübut kimi qəbul edilərək iddia qismən təmin edilməlidir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndinə görə, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, kassasiya şikayətində göstərilən dəlilləri əsassız sayıb hesab edir ki, iddianı qismən təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2(103)-218/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3067/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3067/2022
23.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver