Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3068/2022 04.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3068/2022 (Açar sözlər: şərəf-ləyaqətin müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı şərəf-ləyaqətin müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-883/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağstafa Rayon Məhkəməsinin 3(015)-XXX/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh İddiaçı döydüyü üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir.
2. Həmin qərara istinad edən iddiaçı hadisənin ictimai yerdə baş verdiyini, hadisə zamanı təhqir olunduğunu, ona madi və mənəvi ziyan dəydiyini israr edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı məhkəməy ə müraciət edərək, şərəf və ləyaqətinin müdafiə edilməsi, cavabdehin Ağstafa Rayon Məhkəməsinin qarşısında “hörmətli XXX müəllim, Sizin barənizdə xx.xx.2021-ci il tarixdə dediyim ifadələr yalandır, həmçinin Sizə qarşı vurduğum bədən xəsarətlərinə görə Sizdən üzr istəyirəm və xahiş edirəm məni bağışlayasınız” kimi üzr istənilməsi öhdəliyinin qoyulması, cavabdehdən xx.xx.2021-ci il tarixdə etdiyi hərəkətlərə görə 5.000 manat maddi ziyanın və 100.000 manat məbləğində mənəvi zərərin alınıb, habelə iddianın verilməsi ilə bağlı ödədiyi 30.40 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdeh Ağstafa Rayon M əhkəməsinin və Ağstafa Rayon Prokurorluğunun qarşısında, şəhərin mərkəzi prospektində yüzlərlə insanın gediş-gəliş yerində ona və içtimaiyyətə qarşı içtimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, onun üzərində zor tətbiq olunması ilə nəticələnən hərəkətlər etmiş, onu təhqir etmiş və vurmuşdur. O, bu barədə DİN-nin “102 Zəng Mərkəzi”-nə şikayət etmiş və onun şikayəti əsasında Ağstafa RPŞ-nin TB-də araşdırma aparılmış və təhqiqatçı XXX cavabdeh barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Ağstafa RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında sahə rəisi məhkəməyə protokol və qərar təqdim etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Həmin qərarla və təhqiqat materialı ilə tam təsdiq edilmişdir ki, cavabdeh ona qarşı içtimai yerdə onu təhqir etmiş, barəsində nəlayiq ifadələr işlətmiş və ona bədən xəsarətləri yetirmişdir. Cavabdeh ona ictimai yerdə “alçaq, şərəfsiz, peysər, əclaf, cındır” kimi ifadələr işlətmişdir. Cavabdehin bu hərəkətləri ilə onun şərəfləyaqəti alçaldılmış, ona maddi ziyan və mənəvi zərər yetirilmişdir. Cavabdehin ona qarşı etdiyi qanunsuz, hüquqazidd hərəkətləri ilə ona 100.000 manat mənəvi zərər və 5.000 manat maddi ziyan vurulmuşdur.
5. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində yazdıqları əsassız, yalan və cəfəngiyyatdan ibarətdir. O, iddiaçıya xəsarət yetirmiş və buna görə də Ağstafa Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada cərimə edilmi şdir. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(015)-1008/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin ifadələrində işlətdiyi sözlər qeyri-əxlaqi hərəkət hesab olunsa da, qeyri-qanuni hərəkət hesab olunmur. Mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin əsasını isə qeyriqanuni hərəkət və ya hərəkətsizlik təşkil edir.
8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı cavabdehin mülki məsuliyyətə cəlb olunmasına əsas ola bilməz. Odur ki, işin qeyd olunan hallarını, maddi və prosessual hüquq normalarını əsas götürən məhkəmə iddianın təmin olunmaması qənaətinə gəlmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 1097-ci, “Şərəf və Ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 14 may 1999-cu il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.2008-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-883/2022 nömrəli mülki iş üzrə 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və İslam Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul tutularaq iddiaçıya verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın şərə f və ləyaqətinin müdafiə edilməsi, cavabdehin Ağstafa Rayon Məhkəməsinin qarşısında “hörmətli XXX müəllim, Sizin barənizdə xx.xx.2021-ci il tarixdə dediyim ifadələr yalandır, həmçinin Sizə qarşı vurduğum bədən xəsarətlərinə görə Sizdən üzr istəyirəm və xahiş edirəm məni bağışlayasınız” kimi üzr istənilməsi öhdəliyinin qoyulması, cavabdehdən xx.xx.2021-ci il tarixdə etdiyi hərəkətlərə görə 5.000 manat maddi ziyanın alınıb ona verilməsi barədə hissələrinin rədd olunması ilə bağlı gəldiyi nəticəsi ilə razılaşsa da, iddianın mənəvi ziyanla bağlı hissəsində razılaşmamışdır.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Ağstafa Rayon Məhkəməsinin və Ağstafa Rayon Prokurorluğunun qarşısında, şəhərin mərkəzi prospektində ictimai qaydanı kobud şəkildə pozaraq iddiaçının döyüb təhqir etmişdir. Cavabdehin həmin hərəkətləri etməsi Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin hərəkətləri ilə iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan hər hansı məlumatlar yayılmamışdır. Bununla belə, cavabdehin inzibati məsuliyyətə məruz qaldığı qeyd edilən hərəkətləri ilə iddiaçıya mənəvi ziyan vurulması istisna deyildir. Cavabdehin iddiaçını döyməsi, mənfi psixoloji reaksiyaya səbəb olmuş və cavabdehin həmin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir.
15. Məhkəmə kollegiyası mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı və işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçıya vurulan mənəvi zərərin miqdarı 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 1096.1, 1097-ci, “Şərəf və Ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 14 may 1999cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcr übəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.2008-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin maddi zərərə münasibətdə olan hissəsi iş materiallarında olan sübutlarla təsdiqini tapmış, yəni inzibati qərar mövcuddur cavabdehin inzibati məhsuliyyətə cəlb olunması Ağstafa Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə 300 manat cərimə olunması mövcuddur. Hə min qərarla tam təstiq edilmişdir ki, cavabdeh iddiaçıya qarşı ictimai yerdə onu təhqir etmiş, barəsində nalayiq ifadələr işlətmiş və ona bədən xəsarətləri yetirmiş, ictimai yerdə "alçaq, şərəfsiz, peysər, əclaf, cındır” kimi ifadələr işlətmişdir. Cavabdehin bu hərəkətləri ilə iddiaçının şərəf və layaqətini alçaldmış və ona maddi və mənəvi zərər yetirilmişdir. Bu hal inzibati qərərda tam olaraq öz əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin hala tam olaraq diqqət yetirməmişdir. İnzibati qərarda iddiaçının şərəf və ləyaqətinin alçaldılaraq maddi və mənəvi zərərin yetirilməsi öz əksini tapmışdır. Ancaq apellyasiya instansiyası məhkəməsi mənəvi zərərə münasibətdə qismən qiymət vermiş və 300 manat mənəvi ziyan qət etmişdir. Bundan əlavə mənəvi zərərə görə 300 manat alınıb iddiaç ıya verilməsi qənaətinə gəlmiş, ancaq üzr istənilməsi hissəsinə isə qiymət verilməmişdir. Nə maddi ziyanın müəyyən edilməsinə dair nə də ki, üzr istənilməsi hissəsinə dair hərəkət etməmişdir. Bununla da həm maddi həm də prosessual normalarının tələblərinə riayət etməmişdir. İddiaçı ikinci qrup əlil, himayəsində 3 az yaşlı uşağı var, indiki həyat yoldaşı cavabdehin baldızıdır.
19. Kassator əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsi qəbul edildikdən sonra da, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya telefonla zəng edərək yenədə onu təhqir etmiş, şantaj xarakterli ifadələr işlətmişdir. Bu barədə AR DİN-in 102 xidmətinə kassatorun müraciəti olmuşdur və Qazax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə öz təstiqini tapmışdır.
20. K assator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddələrinə, “Şərəf və Ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 14 may 1999-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə
46. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 2 3.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları nı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilməlidir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 nömrəli 14 may 1999-cu il tarixli Qərarı
26. Bənd
3. Şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal- təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur... Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirilməklə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə... məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər... Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq o rqanlarının qərarlarında və s.) rəsmi sənədlərdə olan məlumatların təkzib ediməsinə AR Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı
27. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Ple numunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarı 28. “mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası MM-in İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.”
29. Bənd
2. Azərbaycan Respublikasının qanunvericiliyi, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından, «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
30. Bənd
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
31. Bənd
10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya h ərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
32. «….Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır…» Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
44. İddiaçının kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən nə maddi ziyanın müəyyən edilməsinə, nə də ki, iddia tələbinin üzr istənilməsi hissəsinə düzgün hüquqi qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtə lif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara ald ı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-883/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.