Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-307/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-307/22 (Açar sözlər: alimentdən hissəvi azad edilmə, tələbin sübut edilməməsi) Bakı şəhəri, 14 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili Əkbərov Vasib Səmid oğlunun, Cavabdeh, tərcüməşi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentdən hissəvi azad edilmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(103)-5605/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə cavabdeh 06 fevral 2005-ci ildə rəsmi ailə qurmuş, birgə nikahdan 26.02.2006-cı il təvəllüdlü Amin adlı bir uşaqlar var.
2. Xətai rayon məhkəməsinin 2(011)-385/2012 saylı 06 mart 2012-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlə nikaı pozulmuş, uşaq cavabdehlə qalmış, iddiaçıdan 20.10.2011-ci il tarixdən başlayaraq hər ay qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqarında və 55 (əlli beş) manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir.
3. Bakı A pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3023/2012 saylı iş üzrə 05.07.2012-ci il tarixli qətnaməsi ilə Xətai rayon məhkəməsinin 2(011)-385/2012 saylı 06 mart 2012-ci il tarixli qətnaməsi aliment tələbinə dair hissədə dəyişdirilmiş, 26.02.2006cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı 20.10.2011-ci il tarixdən başlayaraq hər ay qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında və 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq Heydərova (Sidorova) Yuliya İqoryevnaya ödənilməsi qət edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, 15 mart 2020-ci il tarixdən başlayaraq COVİD-19 virusunun pandemiyası ilə əlaqədar Azərbaycan Respublika sı Nazirlər Kabinetinin qərarı ilə toy-nişan məclislərinin, şənliklərin keçirilməsinin qadağası qaldırılana qədər Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3023/2012 saylı iş üzrə 05 iyul 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, övladı 26 fevral 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 300 manat sabit pul məbləği hissəsində alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçıdan aliment tutularkən onun məhkəmə hesab etmişdi ki, iddiaçı X2 işləməklə yanaşı, eyni zamanda müğənni və şou aparıcısı olmaqla əlavə gəlirləri vardır, ona görə də əlavə olaraq 300 manat pul vəsaitinin tutulması ağlabatandır. İddiaçı məhkəmənin həmin qənaəti ilə razılaşmış və u zun illər, hətta qısa fasilələrlə şou sahəsində işləməsə də, aylıq alimenti tam həcmdə ödəmişdir.
6. Lakin hazırda bütün dünyanı bürümüş COVİD-19 virusunun pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla), tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağan olunmuşdur.
7. Qanunvericilik alimentin mahiyyətini onun yetkinlik yaşına çatmayan uşaqların ehtiyaclarının ödənilməsi ilə şərtləndirir. Hər kəs kimi iddiaçının da öz övladına qazancı olduqda tam yardım etmək borcu var, bunu bilir.
8. Hazırda, bütün Azərbaycan üzrə əlav ə fəaliyyətlərə qadağalar tətbiq olunduğundan iddiaçı 2020-ci ilin aprel ayından başlayaraq ancaq əmək haqqı ilə keçinməyə məcbur olmuşdur.
9. Qeyd edilən hallar pandemiyanın bitməsi və ya toyların, banketlərin keçirilməsinə icazə verilənə qədər iddiaçının aliment borcunun 300 manat ödənilməsi hissəsindən azad edilməsi üçün əsasdır.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 107.2 və 112.1-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh iddiya etiraz etmişdir.
12. Xətai Rayon Məhkəməsinin 2(011)-968/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 15 mart 2020-ci il tarixdən başlayaraq ölkədə COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı (restoran və digər əyləncə məkanlarında tədbirlərin keçirilmə sinə qoyulmuş) qadağalar götürülənədək İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3023/2012 saylı, 05 iyul 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin 300 manat sabit pul məbləği hissəsində alimenti ödəməkdən azad edilməsi qət edilmişdir. (hakim İlahə Abbasova)
13. Birinci instansiya məhkəməsi hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipini rəhbər tutaraq, cavabdehin işlədiyini, iddiaçının müğənni və şou aparıcısı olmaqla hazırda COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən ölkədə tədbirlərin həyata keçirilməsi qadağan edildiyindən qətnamə ilə müəyyən edilmiş aliment borcunun tam ödənilməsi imkanının olmamasını, iddiaçının maddi vəziyyətində dəyişikliklər yarandığını nəzərə alaraq belə qənaətə gəlib ki, iddia təmin edil məlidir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Ailə Məcəlləsinin 56.1, 112.1-ci, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndi və 27-ci maddəsinin 2-ci bəndi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh milliyətcə rus olmaqla azərbaycan dilini bilmir, deyilənləri yaxşı başa düşmür, fikirlərini azərbaycan dilində izah edə bilmir. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən ona tərcüməçi verilməmiş, nəticədə hüquqları pozulmuşdur; - həmçinin, birinci isntansiya məhkəməsi iddiaçını alimentdən azad edərkən uşağın mənafeyini nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmişd ir. Halbuki, işdə kifayət qədər sübutlar vardır ki, iddiaçı pandemiya dövründə məclislərdə aparıcı və mügənni kimi iştirak etmişdir. Hətta iddiaçı facebook səhifəsində iştirak etdiyi məclisləri, restoranları reklam etmişdir. - iddiaçının 300 manat alimenti ödəməkdən azad etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5605/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(011)-968/2021 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmamışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova, Fuad Talışınski)
18. Apellyasiya instansiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı göstərib ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən yalnız iddiaçının bildirdiklərinə əsaslanmış, cavabdehin tərəfindən təqdim edilmiş sübutları, işin müəyyən olunmuş hallarını və uşağın üstün mənafeyini düzgün nəzərə almamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi buna zərurət olduğu halda tərəfləri (xüsusilə, cavabdehi) tərcüməçi ilə təmin etməmiş, bununla da onların dinlənilmə hüquqları məhdudlaşmışdır.
19. Apellyasiya instansiyası hesab edib ki, qətnamə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır.
20. Apellyasiya instansiyası vurğulayıb ki, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qa yğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.
21. Apellyasiya instansiyası cavabdehin təqdim etdiyi sübutlar (yazışmalar, şəkillər, sosial şəbəkə vasitəsilə verilmiş reklamlar və s.) və tərəflərin izahatlarına əsasən müəyyən edib ki, iddiaçı pandemiya dövründə müəyyən məclislərdə i ştirak etmiş və bunun müqabilində qonorar almışdır (iddiaçı özü də bu halı mübahisələndirmir, lakin qonorarın cüzi olmasını bildirir). Həmçinin, iddiaçı hazırda da əvvəlki iş yerində işləməklə, əmək haqqı almaqda davam edir.
22. Apellyasiya instansiyası qeyd edib ki, qanunvericiliyə görə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu (bu hal mötəbər sübutlarla təsdiq olunarsa) halda məhkəmə tərəfi aliment ödəməkdən azad edə bilər. İddiaçı isə yalnız pandemiya vəziyyətinə əsaslanmış, lakin qanunun qeyd edilən dispozitiv şərtlərinin (ailə və ya maddi vəziyyətində dəyişiklik olması və s.) mövcudluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, yuxarıda da qeyd edildiyi kimi, məhkəmə baxışı zamanı iddiaçının pandemiya dövründə də müəyyən məclislər də iştirak etməsi (habelə, iştirak edəcəyi restoranları sosial şəbəkə vasitəsilə əvvəldən reklam etməsi və s.), eyni zamanda əvvəlki iş yerində də işləməklə əmək haqqı alması müəyyən olunmuşdur.
23. Apellyasiya instansiyası belə qənaətə gəlib ki iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilmədiyi üçün iddia təmin edilə bilməz.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 112-ci, “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (vəkil Əkbərov Vasib Səmid oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
27. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasını iclasında İddiaçı və onun vəkili Əkbərov Vasib Səmid oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
29. İddiaçı Cavabdeh vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən o lunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. İddia tələbi sabit məbləğdə tutulan aliment öhədliyindən müvəqq əti azad edilmə barədədir. İddiaçı tələbin əsası kimi ona istinad edib ki, pandemiya ilə bağlı karantin rejimində kütləvi tədbirlər qadağan olunduğu üçün əlavə qazanc yerindən məhrum olub.
34. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə (cavabdehin təqdim etdiyi sübutlar – yazışmalar, şəkillər, sosial şəbəkə vasitəsilə verilmiş reklamlar və s. əsasən) iddiaçı pandemiya dövründə müəyyən məclislərdə iştirak etmiş və bunun müqabilində qonorar almışdır (iddiaçı özü də bu halı mübahisələndirmir, lakin qonorarın cüzi olmasını bildirir).
35. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 21-23-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Bu səbəbdən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellya siya məhkəməsi ona istinad edib ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməyib.
36. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmiş, sübutları MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5605/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən s