Məhkəmə qərarları › İş №2(102)-307/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-307/2023

23.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-307/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5144/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh2 (bundan sonra – birinci cavabdeh) xx.xx.2003-cü il tarixdə nikah bağlamışlar.

3. Birinci cavabdehin atası X2 Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 187 saylı sərəncamına əsasən, Sumqayıt şosesi kənarında Rifah BC-nə məxsus olan sahədən 600 m2 torpaq sahəsi ayrılmışdır. 4. ünvan 1 ünvanında iki ədəd təcrid olunmuş fərdi yaşayış evləri inşa edilmişdir.

5. X3 məhkəməyə müraciət etmiş və onun ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-2200/2005 saylı qətnaməsinə əsasən təmin edilərək X1, onun arvadı Cavabdeh1, qızı birinci cavabdehin və kürəkəni olan iddiaçının Bakı şəhəri 1 May qəsəbəsi 2-ci döngədə yerləşən 3 saylı evə yaşayış hüquqlar ı tanınmaqla həmin evə qeydiyyata alınmaları qət edilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)3989\2021 saylı qətnaməsi ilə iddiaçı ilə birinci cavabdehin nikahları pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü Əzizə və xx.xx.2007-ci il təvəllüdlü Banunun analarının yanında saxlanması, hər ay hər bir uşağın saxlanması üçün 200 manat olmaqla cəmi 400 manat alimentin iddiaçıdan birinci cavabdehin xeyrinə tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən onun tərəfindən inşa olunan fərdi yaşayış evinin tikintisinə sərf etdiyi 150 000 manatın 100000 manatının cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikah dövründə 2003cü ildə ünvan 3 ünvanında cavabdehin anası olan Zahirə Adilovanın istifadəsində olan torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Həmin torpaq sahəsində iki fərdi yaşayış evi inşa edilmişdir. Belə ki, birinci cavabdehin atası özünə ümumi sahəsi 160 m2 olan ev inşa etmiş, o, isə qaynatasının evindən bir az kənarda sahəsi təxminən 300 m2 ev inşa etmişdir. O, da digər ailə üzvləri kimi həmin ünvana qeydiyyata alınmışdır. Hər iki evin sənədi olmadığından bir ünvanda yerləşir. Tikinti işləri 2003-2006-cı illərdə aparıldığından o, tikinti materialarının alınmasına dair hər hansı bir sənədi saxlamamışdır. Mərhum qayınatası ilə münasibəti yaxşı olduğundan torpağın pulu onun tərəfindən verilsə də, qayınatası torpağı öz adına almışdır. Həmin vaxt, həyat yoldaşına, qayınatasına inandığından sənədləşmənin öz adına aparılmasını tələb etməmişdir. O, 2006-2018-ci illərdə mübahisəli evdə həyat yoldaşı və övladları ilə birlikdə yaşamış, sonra həmin evdən təmirlə bağlı çıxmışlar. Bundan sonra həmin evin əsaslı təmirinə o, 40000 manat vəsait sərf etmişdir. Birinci cavabdeh ilə onun arasında olan nikah münasibətləri 2020-ci ilin avqust ayından kəskinləşdiyi üçün, xx.xx.2020-ci ildən etibarən onu evə buraxmır. Buna görə də o, bacısına məxsus olan evdə yaşamağa başlamış, cavabdeh isə hal-hazırda da onun övladları ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla onun tərəfindən inşa oluna n həmin evdə yaşayır. O, bir necə dəfə birgə nikah dövründə onun tərəfindən inşa olunan yaşayış evinə daxil olmaq istəsə də, birinci cavabdehə tərəfindən evin giriş qapısının qıfılı dəyişdirildiyi üçün o, evə daxil ola bilməmişdir. Ona məxsus geyim əşyalarını cavabdeh bu yaxınlarda ona vermiş, şəxsi kitabxanası, elmi işi hal-hazırda da onun inşa etdiyi evdə qalmış və o, bu əşyalardan istifadə edə bilmir. Sözügedən yaşayış evi cavabdeh ilə birgə nikah dövründə onun tərəfindən inşa edildiyindən həmin evin tikintisinə, materialların alınmasına sərf olunan vəsaitin ½ hissəsi də ona məxsus olduğundan cavabdeh tərəfindən törədilən maneələr onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Sözügedən fərdi yaşayış evinin tikintisinə və tikinti işlərinin aparılması üçün işçi heyət inə o, ümumilikdə 150000 manat məbləğinlə pul sərf etmişdir.

9. Birinci cavabdeh, iddia ərizəsinə etiraz edərək məhkəmə iclasındakı izahatında bildirmişdir ki, o, iddiaçı ilə nikaha daxil olduqdan sonra Axundov küçəsində olan mənzilə gəlin köçmüş, sonra bir müddət qohumlarının mənzilində yaşamış, daha sonra 2006-cı ildə mübahisəli evə köçmüşlər. 2012-ci ildə yenidən onlar uşaqlarının məktəbinə görə Axundov küçəsində olan mənzilə qayıtmış, 2012-2020-ci illərdə mübahisəli ev boş qalmış, 2020-ci ilin oktyabr ayında iddiaçı onları evdən qovmuş və o, övladları ilə birlikdə mübahisəli evə qayıtmışdır. 2006-2012-ci illərdə Axundovdakı mənzildə iddiaçının bacısı yaşamışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 2003-cü il tarixli sərəncamına əsasən Sumqayıt şosesi kənarında Rifah BC-yə mə xsus olan sahədən fərdi yaşayış evi tikmək üçün 600 m2 torpaq sahəsinin X2, yəni onun atasına, bağışlanması barədə notarial qaydada razılıq sənədi nəzərə alınaraq həmin torpaq sahəsi istifadə məqsədi dəyişdirilməməklə atasının adına keçirilmişdir. Ev atasının verdiyi pul hesabına tikilmişdir. İddiaçının həmin vaxt istifadəsində köhnə maşın olmuş, onun atasının isə yeni avtomobilləri olmuşdur. İddiaçı yalnız tikiliyə nəzarət etmiş, ustaları tapıb dəvət etmiş, hər şeyin pulunu isə onun atası vermişdir. Torpaq sahəsində birinci inşa olunan evin sahəsinin az, ikinci evin sahəsinin çox olmasının səbəbi atasının birinci evdə etmədiyi əlavələrin ikinci evdə etməsidir. Evin pulunu atası ya ona, ya iddiaçıya, ya da, ustaların özünə vermişdir. Pul ona veriləndə o, həmin pulları da iddiaçıya vermişdi r. Onun atası 6-7 il sirroz xəstəsi olmuş, daha sonra vəfat etmişdir. Evdə təmir işlərini onun qardaşı aparmışdır. Halhazırda həmin evdə o, qızları və anası ilə birlikdə yaşayır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6997 saylı rəyinə əsasən, tədqiqat ünvan 5 ünvanında inşa olunan fərdi yaşayış evi üzrə aparılmışdır. Tədqiq olunan ünvan 5 ünvanına baxış keçirilən zaman həyətyanı torpaq sahəsinin daxilində iki yaşayış evinin və hər biri iki mərtəbəli yaşayış evinin olduğu müəyyən edilmişdir. Mülki işin materiallarında tədqiq olunan yaşayış evinin layihəyə uyğun inşa olunduğu müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan B literli yaşayış evinin qarşısında yaşayış evinə bitişik vəziyyətdə tikililərin əlavə tikililərin in şa olunduğu müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evində aparılan tikinti-təmir və yenidən quraşdırma işləri ekspert tərəfindən, fərdi yaşayış evinə baxış zamanı aparılmış müşahidələrə və tərəflərin sözlərinə əsasən müəyyən olunmuşdur. Qeyd olunur ki, tədqiq olunan fərdi yaşayış evinin təmiri yaxşı təmirli vəziyyətdə olduğu müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, ünvan 5 ünvanında inşa olunmuş B literli yaşayış evində aparılmış müxtəlif növ tikintitəmir və yenidən quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1 m2 sahəyə təqribən 600 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq fərdi yaşayış evinin inşa olunmasına 150240 manat (250,7x600) dəyərində vəsaitin sərf olunduğu m üəyyən edilir.

11. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-301/2022 saylı 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia ərizəsinin qismən təmin edilməsi, birinci cavabdehdən 75000 manatın iddiaçının xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər etirazlarında mübahisə predmeti olan yaşayış evinin mərhum X2 məxsus vəsait hesabına inşa edildiyini bildirsələr də, bu halı təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmiş, bu hal məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla da öz təsdiqini tapmamışdır. Belə ki, tərəflərin izahatı, şahid ifadələri, qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan yaşayış evi iddiaçı və birinci cavabdehin birgə nikah dövründə, birgə vəsaitləri hesabına inşa edilmiş, fərdi yaşayış evinin inşa edilməsi üçün ustaları, fəhlələri iddiaçı dəvət etmiş, görülən işlərin dəyərini, alınan tikinti materiallarının dəyərini o ödəmişdir. Bu səbəbdən də M.A. Zahirov ərizə ilə məhkəməyə müraciət etmiş, ailə üzvləri ilə birlikdə iddiaçının da, həmin ünvana yayış hüququnun tanınmasını, qeydiyyata alınmasını məhkəmədən xahiş etmiş və onun müraciəti təmin edilmişdir.

13. Məhkəmə iddiaçının vəsatəti əsasında dindirilən şahidlərin ifadələrinə münasibət bildirib qeyd etmişdir ki, 2003-2006-cı illərdə aparılan tikinti işlərinin ünvanını şahidlərin xatırlamaması müddət baxımından təbii haldır. Ey ni zamanda bu şahidlər hər biri tikintiyə iddiaçı tərəfindən dəvət olunmalarını, gördükləri işin dəyərinin onlara iddiaçı tərəfindən ödənilməsini, tikintidə sərf olunan materialların iddiaçı tərəfindən şifariş edilərək alınmasını, onlara iddiaçıdan başqa hər hansı bir şəxsin pul vermədiyini təsdiq etmişlər.

14. Həmçinin Məhkəmə cavabdehin vəsatəti əsasında dindirilən şahid ifadələrinə münasibət bildirib qeyd etmişdir ki, cavabdehlərdən birinin oğlu, digərinin qardaşı olan İ.M.Zahirov hər iki evin mərhum atası və onun tərəfindən inşa olunmasını bildirsə də, daha sonra ifadəsini dəyişib tikinti işlərində birbaşa iştirak etmədiyini, tikintiyə nəzarət etmədiyini bildirmişdir. Şahid N.V.Hümbətov isə B literli yaşayış evində yalnız pəncərələri quraşdırmasını, buna görə ona işlədiyi şirkətdən əmə k haqqı verilməsini bildirmişdir.

15. Məhkəmə tərəflərin mübahisə predmeti olan yaşayış evinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 187 saylı sərəncamına əsasən, X2 ayrılan torpaq sahəsində inşa edildiyindən, X1 arvadı olan Cavabdeh1 hal-hazırda həmin evdə yaşaması səbəbindən onun da iddia tələbləri üzrə cavabdeh olmasına dair dəlillərinə münasibət bildirib qeyd etmişdir ki, istinad olunan sərəncama əsasən ayrılan torpaq sahəsi Cavabdeh1 adına keçirilmədiyindən, cavabdehlərin hər ikisi M.A.Zahirovun birinci dərəcəli vərəsələri siyahısına daxil olduqlarından, məhkəmə araşdırması zamanı B literli yaşayış evinin İddiaçıla Cavabdeh2 birgə nikah dövründə, birgə vəsaitləri hesabına inşa edilməsi, bu evdə İddiaçıla L.M. Bayramovanın ailə nikah münasibətləri pozu lanadək, yalnız sonuncuların öz övladları ilə yaşaması, həmin torpaq sahəsində M.A.Zahirovun özü tərəfindən, öz ailəsi üçün başqa bir evinin inşa edilməsi müəyyən olunduğundan Cavabdeh1 iddiaçının iddia tələbləri üzrə cavabdeh ola bilməz. Bu səbəbdən də bu cavabdehin iddia tələblərinə iddia müddətinin tətbiqi barədə ərizəsi də əsassızdır.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı mübahisə predmeti olan yaşayış evinin iddiaçı ilə birinci cavabdehin birgə nikah dövründə, birgə vəsaitləri hesabına inşa edilməsi, evin inşasına 150240 manat sərf edilməsi müəyyən edildiyindən, iddiaçı bu vəsaitin 150000 manat olmasını iddia etdiyindən, iddiaçının işləməsi və ya mülkiyyətində nəqliyyat vasitələrinin olması halı tərəflərin birgə nikah dövründə əldə etdikləri əm lakın bölgüsü aparılarkən bölgünün bərabər aparılmaması üçün əsas ola biləcək hal olmadığından iddia ərizəsi qismən təmin edilərək iddiaçıdan birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə sərf olunan vəsaitə görə 75000 manat alınaraq İddiaçı verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir.

17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32.1, 32.2, 32.3, 36.1, 36.3, 36.4, 37.1. -ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Birinci cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin q ətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, məntiqi cəhətdən bir şəxsin 150000 manat pul vəsaiti xərclədiktən sonra həmin əmlakın mülkiyyətinin ona aid olması barədə hər hansı sənəddə qeydiyyat aparmaması heç də məntiqə uyğun, və inandırıcı deyil. Məhkəmə tərəfindən çıxarılmış qətnamə qanunsuzdur. Belə ki iddiaçıya məxsus çəkişmə məsələsi olan ev ilə bağlı heçbir əmlak sənədi mövcud deyildir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5144/2021 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci insta nsiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Cavabdeh2 atası X2 Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 187 saylı sərəncamına əsasən, Sumqayıt şossesi kənarında Rifah BC-nə məxsus olan sahədən 600 m2 torpaq sahəsi ayrılmışdır. Daha sonra ünvan 1 ünvanında iki ədəd təcrid olunmuş fərdi yaşayış evləri inşa edilmişdir. X3 məhkəməyə etmiş və onun ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 22200/2005 saylı qətnaməsinə əsasən təmin edilərək X1, onun arvadı Cavabdeh1, qızı Cavabdeh2 Müstəcəb qızının və kürəkəni İddiaçı Bakı şəhəri 1 May qəsəbəsi 2-ci döngədə yerləşən 3 saylı evə yaşayış hüquqları tanınmaqla həmin evə q eydiyyata alınmaları qət edilmişdir.

22. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, Cavabdeh apellyasiya şikayətində ünvan 5 ünvanında inşa olunmuş B literli yaşayış evinin mərhum X2 məxsus vəsait hesabına inşa edildiyini bildirsələr də, bu halı təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmiş, bu hal məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla da öz təsdiqini tapmamışdır. Belə ki, tərəflərin izahatı, şahid ifadələri, qanuni qüvvəsini alan məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında inşa olunmuş B literli yaşayış evi İddiaçı və Cavabdeh2 birgə nikah dövründə, birgə vəsaitləri hesabına inşa edilmiş, fərdi yaşayış evinin inşa edilməsi üçün ustaları, fəhlələri İddiaçı dəvət etmiş, görülən işlərin dəyərini, alınan tikinti materiallarının dəyərini İddiaçı ödəmişdir. Bu səbəbdən də M.A. Zahirov ərizə ilə məhkəməyə müraciət etmiş, ailə üzvləri ilə birlikdə İddiaçı da, həmin ünvana yayış hüququnun tanınmasını, qeydiyyata alınmasını məhkəmədən xahiş etmiş və onun müraciəti təmin edilmişdir.

23. Apellyasiya kollegiyası qeyd etmişdir ki, 2003-2006-cı illərdə aparılan tikinti işlərinin ünvanını şahidlərin xatırlamaması müddət baxımından təbii haldır. Eyni zamanda bu şahidlər hər biri tikintiyə iddiaçı tərəfindən dəvət olunmalarını, gördükləri işin dəyərinin onlara iddiaçı tərəfindən ödənilməsini, tikintidə sərf olunan materialların iddiaçı tərəfindən şifariş edilərək alınmasını, onlara iddiaçı dan başqa hər hansı bir şəxsin pul vermədiyini təsdiq etmişlər. Cavabdehin vəsatəti əsasında dindirilən şahid ifadələrinə münasibət isə kollegiya qeyd edir ki, cavabdehlərdən birinin oğlu, digərinin qardaşı olan İ.M.Zahirov hər iki evin mərhum atası və onun tərəfindən inşa olunmasını bildirsə də, daha sonra ifadəsini dəyişib tikinti işlərində birbaşa iştirak etmədiyini, tikintiyə nəzarət etmədiyini bildirmişdir. Şahid N.V.Hümbətov isə B literli yaşayış evində yalnız pəncərələri quraşdırmasını, buna görə ona işlədiyi şirkətdən əmək haqqı verilməsini bildirmişdir.

24. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələ ndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Birinci cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti şikayəti iddia ərizəsinə verilmiş etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022- ci il tarixli 10/6997 saylı rəyi ilə “Azərbaycan Respublikası Ədliyyə Naz irliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6997 saylı rəyində qeyd edilir ki, mübahisə predmeti olan yaşayış evinə məxsus təqdim edilən və məhkəmə tərəfindən baxılan heç bir sənəddə əmlakın iddiaçıya məxsus olmasına dair qeydiyyat yoxdur. Lakin, iddiaçı tərəfin təqdim etdiyi şübhəli və əvvəlcədən öyrədilmiş şahid ifadələrindən başqa nə təmir-tikinti işləri ilə əlaqəli sübut sayıla biləcək bir sənəd, nə mülkiyyət hüququnu təsdiq edən bir sənəd, nə də ki, təmir işləri üçün sərf edilmiş qəbz və ya çeklər mövcud deyildir. İddiaçı əgər o qədər pul sərf etmişdirsə nəyə görə inşaat mallarını aldığını sübuta yetirəcək hər-hansı bir dəlil, təqdim edə bilməmişdir?! Çəkişməyə səbəb olan daşınmaz əmlakın son hala gəlib çıxması üçün çəkilmiş xərcin məhz iddiaçı tərəfindən qarşıl anmasına aid tutarlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddiasını sübuta yetirə bilməsə də məhkəmə ortaya qoyulmuş saxta ifadələrə qabaqcadan dəyər verərək onları sübut qismində qəbul edərək qərəzli bir qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

29. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüqu qi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

30. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

31. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam ba xdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi i şin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansi yası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5144/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar