Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3082/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı xxxunun və vəkili X4, Cavabdeh və vəkili X3 iştirakları ilə İddiaçı xxxunun Cavabdeh qarşı “maddi ziyan, itirilmiş gəlir və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2(106)-3139/2019 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(057)-46/2019 nömrəli qətnaməsi ilə İddiaçı xxxunun iddiası qismən təmin edilərək, Cavabdeh iddiaçının zaminliyi ilə “xxxxxxxxxx” QSC-dən götürülmüş 3000 manat kreditin borcunun illik faiz borcu olan 727,53 manatın, iddiaçının İrana gedib-gəlməklə əlaqədar yol xərcləri və əlavə xərclər olan 312 manatın, Salyan Rayon Məhkəməsi ilə bağlı xərclər, iddia ərizəsinin yazılması, yol xərci, poçt xərci, telefon danışığı xərci olan 03,80 manatın, vəkil xərci olan 400 ABŞ dollarının, cəmi 1043,33 manatın və 400 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnə üzrə manatla alınıb, İddiaçı xxxuna veril məsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 37 qəpiyinin cavabdehə aid edilməsi, Cavabdeh 37 qəpik dövlət rüsumunun alınaraq, İddiaçı xxxuna verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(106)-3139/2019 nömrəli qətnaməsi ilə İddiaçı xxxu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı xxxunun Cavabdeh qarşı “maddi ziyan, itirilmiş gəlir və mənəvi ziyan” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(057)-46/2019 nömrəli qətnaməsi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X1 şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(106)-3139/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və onun xeyrinə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin İddiaçı xxxu və vəkili X2 şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(106)-3139/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə hər iki kassasiya şikayəti icraata qəbul edilmişlər. Lakin iş materiallarından müəyyən olunur ki, Cavabdeh kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əs asən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Hazırki iş üzrə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, cavabdeh apellyasiya şikayəti verməmiş, işə apellyasiya instansiyası məhkəməsi işə iddiaçının şikayətinə əsasən baxaraq, qətnaməni həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlamışdır. Beləliklə, müəyyən olunur ki, cavabdehin apellyasiya instansiyası məhkəməsindən tələbi olmamış və bu səbəbdən MPM-in 403.1-ci maddəsinə uyğun olaraq, onun kassasiya şikayəti vermək hüququ olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsi nə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı, Cavabdeh kassasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilərək, həmin kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməli, İddiaçı xx xunun kassasiya şikayətinə isə mahiyyəti üzrə baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-3082/2020 nömrəli qərardadı Cavabdeh kassasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilsin. Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(106)3139/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. İddiaçı xxxunun Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(106)-3139/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxılsın. Qərar qəbul edildiyi a ndan qanuni qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3082/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-3082/2020
29.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver