Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3084/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alimentin tutulması 27.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov X2 İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2520/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə nikahı xx.xx.2023-cü ildə 5 saylı Bakı Asan Xi dmət Mərkəzində 12 nömrəli akt qeydi ilə qeydə alınmaqla pozulmuşdur. Nikahı pozulduqdan sonra övladı xx.xx.2023-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladı üçün o, 18 yaşına çatanadək aylıq 300 manat, özü üçün isə övladı 3 yaşına çatanadək aylıq 150 manat olmaqla sabit pul məbləğində alimentin, eləcə də övladının müalicəsi üçün çəkilən əlavə xərclərə görə hər ay 750 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə nikahı xx.xx.2023-cü ildə 5 saylı Bakı Asan Xidm ət Mərkəzində 12 nömrəli akt qeydi ilə qeydə alınmaqla pozulmuşdur. Nikahı pozulduqdan sonra övladı xx.xx.2023-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ilk vaxtlar Cavabdeh ilə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş, aralarında tez-tez mübahisələr baş vermişdir. Mütəmadi olaraq yaranan anlaşılmazlıqlar və mübahisələr münasibətlərinin daha da kəskinləşməsinə səbəb olmuşdur. Bu səbəbdən qarşılıqlı razılıq əsasında Cavabdeh ilə aralarında nikahın pozulması üçün müraciət etmək qərarına gəlmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli üçün məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak zəruri olduğundan iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq Bakı 15 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Bununla bağlı Bakı 15 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı məhkəməyə təqdim olunmuşdur. Mediasiya xərcləri iddiaçı tərəfindən qarşılanmışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də məlum olduğu kimi birgə nikahdan doğulmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X4 hal-hazırda xəstəlikləri ilə əlaqədar müalicə alır. Belə ki, ona “Generalizə olunmuş epilepsiyanın digər növləri, Vest sindromu, Affektiv respirator tutmaları” diaqnozu qoyulmuşdur. Bu səbəbdən də hər ay 10 günlük (gündəlik 20 manatdan ödənilməklə) idman və massajda olmalı, ayda 1 dəfə EEG çəkilməli, ayda bir dəfə qan, kreatin, sidik, vitamin D və B analizləri verilməlidir. Bunlardan əlavə hər ay pediatr yoxlanışı, 2 ayda bir dəfə qastreontoloq yoxlanışı, müalicəsi üçün dərmanların alınması, yol üçün çəkilən xərclər və s. ümumi olaraq aylıq təxminən 1500 manat məbləğində vəsait tələb edən bütün bu xərclərin iddiaçı tərəfindən tərəfindən təkbaşına çəkilməsi mümkünsüzdür. Bu səbəbdən də iddiaçı hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada birgə nikahdan dünyaya gəlmiş övladı üçün çəkilən əlavə xərclərdə keçmiş həyat yoldaşı da onunla birlikdə iştirak etməlidir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-995/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia tələbinin qismən təmin olunması, cavabdeh X1 02 fevral 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 17 noyabr 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 110 manat məbləğində, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Ramız qızına ödənilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehdən hər ay 300 manat alimentin tutulmasını, eyni zamanda xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək saxlanılması üçün 150 manat məbləğində əlavə alimentin, həmçinin uşağın müalicəsi üçün çəkilən əlavə xərclərə görə hər ay 750 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etsə də, cavabdehin zəruri vəsaitə malik olması və qazancı barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı “Elektron məhkəmə informasiya” sistemində cavabdehin rəsmi iş yeri və qazancı barədə məlumatlar müəyyən edilməmiş, cavabdehin vətən müharibəsi iştir akçısı olaraq 80 manat pensiya alması təsdiq edilmişdir. Həmçinin iddiaçının rəsmi iş yeri olmaqla aylıq əmək haqqısının 1278,96 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, valideynlərin uşağın saxlanması ilə bağlı bərabər vəzifələr daşıması, 2023-cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində və 2024-cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 02 fevral 2023- cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 17 noyabr 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 110 manat məbləğində, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hi ssədə təmin edilməməlidir.
6. Məhkəmə gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 18.1, 27.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 19-cu maddəsinə, Ailə Məcəlləsinin 78.1, 78.2, 85.1.1, 100.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
7. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, cavabdehdən birgə nikahdan dünyaya gəlmiş övladı üçün o, 18 yaşına çatanadək aylıq 300 manat, iddiaçı üçün isə övladı 3 yaşına çatanadək aylıq 150 manat olmaqla sabit pul məbləğində alimentin, eləcə də övladının müalicəsi üçün çəkilən əlavə xərclərə görə hər ay 750 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa istinad etməklə onun əmək haqqısının 1278.96 manat olmasına istinad etsə də orta aylıq əmək haqqı 660 manat təşkil edir və bu barədə müvafiq arayış məhkəməyə təqdim ediləcək. Belə ki, iş yoldaşı seçki məntəqəsinin sədri vəzifəsini icra etdiyinə görə və başqa vəzifə tutmaq hüququ olmadığına görə 07 dekabr 2023-cü il tarixdən 11 fevral 2024-cü il tarixədək iş yoldaşının əmək haqqı onun əmək haqqı hesabına yazılmışdır. Həmin müddət ərzində onun dərslərində müəllim kimi iştirak etmişdir. Bundan başqa bildirir ki, qızının müalicə və yaşam xərclərini qarşılamaq üçün həm işləyib, həm də qızına tək qayğı gös tərməli olur. Nəzərə alınsa ki, həkim müayinələri üçün qızını hər həftə Biləsuvar rayonundan Bakı şəhərinə gətirməli olur, bu həm uşağın, həm də onun fiziki yorğunluğuna, həm də maddi cəhətdən daha çox sıxıntı yaşamasına səbəb olur. Birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh əmək qabiliyyətinin olmamasını bildirsə də hazırda qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olmaqla əmək qabiliyyətlidir və gəlirləri var. Eləcə də cavabdehin qeyd etdikləri onun alimenti ödəməsinə bəhanə olmamalıdır. Eyni zamanda cavabdeh hər ay pul göndərdiyini bildirsə də qızına hər hansı formada maddi köməklik göstərmir. Hesab edir ki, məhkəmənin müəyyən etdiyi aliment məbləği tamamilə əlverişsizdir. Aliment kimi müəyyən edilən məbləğ, nəinki bir neçə xəstəliyi olan körpə uşağın saxlanması üçün kifayət dey il, uşağın aylıq xərclərini belə tam qarşılamır. Həmçinin qeyd edilməlidir ki, qızına “Generalizə olunmuş epilepsiyanın digər növləri, Vest sindromu, Affektiv respirator tutmaları” diaqnozunun qoyulması nəzərə alınsa onun sadəcə aylıq əmək haqqı ilə onun yaşam ve müalicə xərclərini qarşılamağı nə dərəcədə mümkündür. Uşağın atası olaraq cavabdehin belə bəsit bəhanələrlə öz valideynlik vəzifəsini yerinə yetirməkdən boyun qaçırması, məhkəmənin də məhz o izahat əsasında çıxardığı qətnamə ədalətlidirmi. Cavabdehin uşağın yetkinlik yaşına çatana qədər saxlanılması prosesində ən az onun qədər məsuliyyətli olması, bir ata kimi övladının maddi və digər ehtiyaclarının qarşılanmasında icbari ve birbaşa iştirakı məhkəmə tərəfindən təmin edilməlidir. Cavabdeh aliment ödənişi ilə yanaşı uşağın müalicə x ərclərinin qarşılanması üçün əlavə maddi yardım göstərməlidir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2520/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: İ.Şirinov (sədrlik edən, məruzəçi), E.Kazımov və N.Cəfərov) İddiaçı Ramız qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-995/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilmiş, Cavabdeh tərəflərin birgə nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği (xx.xx.2023-cü il tarixdən hesablanmaqla) 235 manat müəyyən edilmiş, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
10. Apellyasiya i nstansiyası məhkəməsi gəldiyi nəticə üzrə qeyd etmişdir ki, hazırkı halda rayon məhkəməsinin illər üzrə müəyyən olunmuş alımenti məbləğini ikiyə bölməklə müəyyən etməsi anlaşılmaz və oturuşmuş məhkəmə təcrübəsinə zidd olmuşdur. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehdən tutulmalı olan alimetin məbləği dəyişdirilməli, ondan tutulmalı alimentin məbləği ərizənin verildiyi tarixdən hesablanmaqla hər ay üçün 235 manat olmaqla müəyyən edilməlidir.
11. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının özü üçün hər ay 150 manat alimentin tutulmasının əsası ondan ibarətdir ki, həmin vəsait uşaq 3 yaşına çatanadək işləmək imkanı olmayan anaya ödənilməlidir. İddiaçı özü təsdiq edir ki, hazırda işləyir və aylıq məvacibi 660 manatdır. Demək ki, iddia tələbinin həmin hissədə təmini üç ün əsas yoxdur.
12. Uşağın müalicəsi üçün çəkilən xərclərin 1500 manatın yarısının, yəni hər ay 750 manatın cavabdehdən tutulması ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçı həmin xərclərlə bağlı mötəbər sübutlar, eləcə də cavabdehin bunun üçün zəruri vəsaitə malik olması və qazancı barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 55.2, 55.3, 75.1, 75.4, 76.1.1, 78.1, 78.2, 81.1, 85.1, 85.1.1, 100.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, onun əmək qabiliyyəti yoxdur, hərbi xidmətdən tərxis olunmuşdur və 80 manat pensiya alır. Cavabdeh əmək qabiliyyəti olmayan şəxs kimi özünü təqdim etsə də, bu alimenti ödəməməsinə bəhanə olmamalıdır. Cavabdeh əmək qabiliyyətlidir və qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olduğu üçün gəlirləri olur. Sadəcə məhkəməni mövzudan yayındırmaq və məsuliyyətdən boyun qaçırmaq üçün izahatında bu cür yalan məlumatlar verib. Həmçinin məhkəmə bu qədər xəstəliyi olan uşağın mənafeyini və gələcəyini düşünmədən, laqeyd yanaşaraq cavabdehi bir ata kimi əlavə xərc lərin ödənilməsinə cəlb etməmişdir. Bu da dolayı yolla cavabdehi öz valideynlik borclarından azad etmişdir. Lakin cavabdehin veteran olması, gəlirinin az olması, ümumilikdə heç bir səbəb onu övladına qarşı valideynlik öhdəliklərindən azad edə bilməz. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçı qadın olmasına baxmayaraq xəstə uşağını bir an olsun ümidsiz qoymur, onun bəzi xərclərini ödəyə bilmək üçün əsas yaşayış yeri Bakı şəhəri olmasına baxmayaraq, Biləsuvar rayonunda orta məktəbdə müəllim kimi fəaliyyətini dayandırmır və bu vəziyyətdə həm də xəstə körpə övladını da özündən ayrı qoymadan, daim fasiləsiz olaraq ona qulluq edir. Lakin məhkəmə nəzərə almır ki, eyni vaxtda həm Bakıda yaşayıb, Biləsuvar rayonunda işləmək, həm də bu cür ağır xəstə olan körpə uşağa qulluq etmək bir qadın üçün nə qədər həm fiziki, həm də maddi çətinliklər yaradır. Belə bir sual yaranır ki, ana da eynilə cavabdeh kimi acizanə yanaşaraq əlqolunu sallayıb xəstə övladının böyük əziyyət və xərclər hesabına əmələ gələn müalicə, müayinə və ona qulluq olunmasına laqeyd yanaşsa, günahsız uşağın taleyi necə olacaq? Lakin məhkəmə nəzərə almalıdır ki, hər kəsin gücünün tükəndiyi bir yer var. Məhkəmə öz qərarı ilə atanı öz vəzifələrindən kənarda qoymaqla, xəstə uşağın müayinə, müalicə və ona qulluq olunması ilə bağlı ağır xərcləri qeyri-proporsional qaydada bölərək işin bütün ağırlığını iddiaçının üzərində saxlamış, cavabdehə isə atalıq vəzifələrini yerinə yetirməmək üçün şərait yaratmışdır. Qeyd edilənlərdən aydın olur ki, məhkəmə qərar qəbul edərkən işi hərtərəfli, tam, obyektiv araşdırmadan cavabdehin mö vqeyini üstün tutaraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının ölkə ərazisində ən yüksək hüquqi qüvvəyə malik olan akt olduğu nəzərə alınsa, məhkəmənin işə bu tərzdə yanaşması cavabdehi öz öhdəliklərindən azad etdiyi üçün qeyd edilən maddənin, həmçinin Ailə Məcəlləsinin də göstərilmiş maddələrini kobud şəkildə pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
19. Maddə 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
20. Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
21. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
22. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
23. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.
24. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin q azancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76- cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
25. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
26. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
27. Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 28. 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 29. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
30. Maddə 5 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
31. Maddə
18. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi tə sir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalı dır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin məbləğini müəyyən edərkən oturuşmuş məhkəmə təcrübəsini, habelə tərəflərin maddi vəziyyətlərini nəzərə almamışdır. Ona görə də cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləği ərizənin verildiyi tarixdən hesablanmaqla hər ay üçün 235 manat olmaqla müəyyən edilməlidir.
42. Apellyasiya instansiyası məhkəməsi, həmçinin iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan digər tələbləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının özü üçün cavabdehdən hər ay 150 manat alimentin tutulmasının əsası ondan ibarətdir ki, həmin vəsait uşaq 3 yaşına çatanadək işləmək imkanı olmayan anaya ödəni lməlidir. İddiaçı özü təsdiq edir ki, hazırda işləyir və aylıq məvacibi 660 manatdır. Demək ki, iddia tələbinin həmin hissədə təmini üçün əsaslar yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq həmçinin qeyd etmişdir ki, uşağın müalicəsi üçün çəkiləcək xərclərin 1.500 manat olması və onun yarısının, yəni hər ay 750 manat pulun cavabdehdən tutulması ilə bağlı xərclərə dair, habelə cavabdehin bunun üçün zəruri vəsaitə malik olması və qazancı barədə məhkəməyə hər hansı mötəbər yazılı sübutlar təqdim etməmişdir.
44. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhk əməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etdiyindən, kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2(103)-2520/2024 saylı qətnaməsi mü bahisədəndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.