Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3093/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)4200/2019 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(061)-1094/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.M.Əsgərov) İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” ilk iddiası qismən təmin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” barədə qarşılıqlı iddiası təmin edilərək, tərəflər arasında xx xxxxxx 2009-cu il tarixdə bağlanmış nikahın pozulması, onların birgə nikahından xx xxxxxxxx 2010-cu il tarixdə doğulmuş x, xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Fərmanın və xx xxxxx 2017-ci il tarixdə doğulmuş x anaları İddiaçı yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi və alimentin tutulmasının xx xxxx 2019-cu il tarixdən hesablanması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)4200/2019 saylı qətnaməsi i lə (hakimlər Ə.İ.Məmmədov sədrlik edən, məruzəçi, R.Ş.Muradov və Ş.M.Əliyeva) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Tərtər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh qarşı ilk iddia qaldıraraq, sonuncu ilə birgə nikahından xx xxxxxxxx 2010-cu il tarixdə doğulmuş x, xx xxxxxx 2011-ci il tarixdə doğulmuş x və xx xxxxx 2017-ci il tarixdə doğulmuş x onun yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə məhkə mədə İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, sonuncu ilə aralarında xx xxxxxx 2009-cu il tarixdə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili x kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə ap elyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, Cavabdeh hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat alimentin tutulmasının tərəflərin maddi və ailə vəziyyətlərinə uyğun olmasına, ilk iddianı aliment tələbinə aid hissədə qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər xx xxxxxx 2009-cu ildə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından xx xxxxxxxx 2010-cu ildə Orxan, xx xxxxxx 2011-ci ildə Fər man, xx xxxxx 2017-ci il Əmrah adlı, üç uşaqları doğulub. Hazırda hər üç uşaqlar anaları İddiaçı yanında yaşayırlar. İlk iddia ərizəsindən görünür ki, İddiaçı onun yanında yaşayan üç uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment iddia etmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh üç uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində aliment tutmuşdur. İddiaçı qətnamə ilə razılaşaraq ondan nə apelyasiya, nə də kasasiya şikayətləri verməmişdir. Cavabdeh isə qətnamədən verdiyi apelyasiya və kasasiya şikayətlərində xx xxxx 2019-cu il tarixdən “Dost Mərkəzin”də Bakı şəhəri, Nərimanov rayonu ərazisində “təmizli k işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsin”də işlədiyini, hər ay 225 manat əmək haqqı aldığını, başqa qazancının olmadığını, xəstəliyinin nəzərə alınmadığını və İddiaçı ayda ondan çox qazandığını və sair göstərib ilk iddia tələbinə etiraz etmişdir. Lakin Cavabdeh xəstə olması və İddiaçı aylıq qazancı barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməli dir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinin tələblərinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci mad dəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Sadalanan maddi hüquq normalarının mənasına görə, valideynlər uşaqlarının zəruri dolanışıq xərclərini təmin etməyə borcludur. Valideynlərin işləməməsi və ya hər hansı qazanca malik olmamaları, yaxud qazanclarının az olması onları uşaqlarını saxlamaq, normal maddi dolanışıqlarını təmin etmək vəzifəsindən azad etmir. Nə zərə alınmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, eləcə də diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, alimentin miqdarı ilk növbədə uşaqların mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli və uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində göstəri lmişdir ki, məhkəmələr tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Sadalanan maddi hüquq normalarının tələblərindən və Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi məsələsi həll edilərkən bütün hallarda azyaşlı uşaqların üstün mənafeləri r əhbər tutulmalıdır. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, tərəflərin ailə və maddi vəziyyətini, eləcə də işin diqqətəlayiq olan digər hallarını nəzərə alıb Cavabdeh hər ay, hər uşağa görə tutulacaq alimentin məbləğini 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində müəyyən etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Beləliklə, kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgü n nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələb lərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-4200/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3093/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3093/2020
09.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver