Məhkəmə qərarları › İş №2(102)-31/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-31/2023

17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-31/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: ər-arvadın ümumi əmlakında payların müəyyən edilməsi və əşyaların qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ər-arvadın ümumi əmlakında payların müəyyən edilməsi və əşyaların qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5228/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2 023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə Cavabdeh 13 dekabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. Baş Dövlət Yol Polisi idarəsinin xx.xx.2022-ci il tarixli, 016- 953/222 saylı, vəkil sorğusuna cavab məktubuna əsasən, Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2016-cı il tarixdə Cavabdeh adına şəhadətnamə verilmişdir. Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli tarixdə Cavabdeh tərəfindən X1 3. 18.05.2004-cü il tarixli şəhadətnaməyə əsasən VAZ 21074 MİNİK B/ili 2004, rəngi ağ olan ** MM *** nömrəli avtomobil Cavabdeh mülkiyyətindədir. 4. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Qafarov X4 multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobili 10.000 (on min) manata X2. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş VAZ 21074 minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2004, (orta bazar dəyəri 3000 manat), Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009, (orta bazar dəyəri 26000 manat) avtomobillərin üzərində onun ½ hissədə pay hüququnun tanınması, həmin avtomobillərin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin yarısının ona ödənilməsi, Samsung markalı Led televizor, Saloğlu firmasına məxs us künc divanı, Yataq mebeli (dəst) və içində 2 ortopedik döşək, Pianino, Mulinex markalı şirəçəkən maşın, 3 ədəd tül pərdə, 1 ədəd Zinger tikiş maşını, 2 nəfərlik 1 ədəd yun döşək, Regular markalı paltaryuyan, Toshiba markalı Soyuducu, Samsung markalı kondisionerin ona qaytarılması və 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 13 dekabr 1997-ci il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir, onlar hal-hazırda yetkinlik yaşına çatmışlar. Cavabdehlə birgə nikahı dövründə Cavabdeh aşağıdakı iki avtomobili əldə etmişdir və hal hazırda mülkiyyətindədir: VAZ 21074 minik markalı, ** MM *** dövlət qeydiyyat niş anlı, buraxılış ili 2004. (orta bazar dəyəri 3000 manat), Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009 (orta bazar dəyəri 26000 manat), cavabdehlə birgə nikah dövründə onun tərəfindən aşağıdakı əşyalar alınaraq birgə yaşadıqları evə aparılmışdır: Samsung markalı Led televizor, Saloğlu firmasına məxsus künc divanı, Yataq mebeli (dəst) və içində 2 ortopedik döşək, Mulinex markalı şirəçəkən maşın; 3 ədəd tül pərdə, Regular markalı paltaryuyan, Toshiba markalı Soyuducu, Samsung markalı kondisioner, cavabdehlə birgə nikah dövründən əvvəl və ya sonra ona hədiyyə edilmiş əşyalar: Pianino; 1 ədəd Zinger tikiş maşını; Taxt üçün yun döşək. Hal hazırda nikahın pozulması niyyətindədir. Birgə nikah dövründə əldə edilmiş avtomobillər üzərində 1/2 hissədə mülkiyy ət hüququnun tanınmasını və birgə nikah dövründə və ondan əvvəl alınmış əşyaların ona geri qaytarılmasını xahiş etmişdir.

7. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, birgə nikah dövründə əldə edilmiş VAZ 21074 minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2004, (orta bazar dəyəri 3000 manat) avtomobilin üzərində onun ½ hissədə pay hüququnun tanınması, Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009, (orta bazar dəyəri 26000 manat) avtomobilə dair bağlamış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilərək orta bazar dəyərinin yarısının ona ödənilməsi, Samsung markalı Led televizor, Saloğlu firmasına məxsus künc divanı, Yataq mebeli (dəst) və içində 2 ortopedik döşək, Pianino, Mulinex markalı şirəçəkən maşın, 3 ədəd tül pərdə, 1 ədəd Zinger tikiş maşını, 2 nəfərlik 1 ədəd yun döşək, Regular markalı paltaryuyan, Toshiba markalı Soyuducu, Samsung markalı kondisionerin ona qaytarılması və 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmənin 12 yanvar 2022-ci il tarixində keçirilmiş hazırlıq iclasında Cavabdeh ailənin qorunub saxlanması məqsədilə iddia tələbində qeyd olunan əşyaları iddiaçıya verməyə razı olduğunu bildirmişdir.

9. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək Volkswagen multiva n T5 markalı avtomobilə qoyulmuş qiymətlə razı olduqlarını, həmin məbləğin yarısının onlara verilməsini, eləcə də, cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatın da nəzərə alınaraq iddianın digər avtomobilə və əmlaklara münasibətdə də təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi ilə razı olmadığını bildirərək, Volkswagen multivan T5 markalı avtomobilə qoyulmuş qiymətin reallığı əks etdirmədiyini, əslində həmin avtomobilin dəyərinin göstərilən qədər olmadığını, VAZ 21074 minik markalı avtomobilin vəziyyəti barədə məlumatının olmadığını, əmlakların isə birgə nikah dövründə alındığını qeyd etmişdir. 11. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 22 nömrəli ekspert rəyindən görünür ki, Volkswagen multivan T5 ma rkalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 25.500 manat məbləğində müəyyən edilmişdir.

12. Bakı şəhər Suraxanı rayon məhkəməsinin (X3) 2(010)-423/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri VAZ 21074 minik markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh pay hüququnun müəyyən edilməsi, Tərəflərin birgə nikah dövründə əldə etdikləri və Cavabdeh tərəfindən satılmış Volkswagen Multivan T5 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı, yəni 12.750 (on iki min yeddi yüz əlli) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, İddiaçı məxsus cehiz əşyaları olan 1 ədəd pianino, 1 ədəd Zinger mark alı tikiş maşını və 1 ədəd iki nəfərlik yun döşəyin Cavabdeh alınaraq İddiaçı qaytarılsması qət edilmiş, İddia tələbi qalan hissədə təmin edilməmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi birgə nikah dövründə əldə olunmuş VAZ 21074 minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçının ½ hissədə pay hüququnun tanınması hissəsində əsaslıdır. Belə ki, işin halları və tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, VAZ 21074 minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahı dövründə əldə etdiyi əmlakdır. Belə olan halda həmin avtomobilə ½ hissədə iddiaçının və ½ hissədə cavabdehin pay hüququ müəyyən edilməlidir.

14. Məhkəmə bildirmişdir ki, iddiaçı öz tələbində Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı, b uraxılış ili 2009, (orta bazar dəyəri 26000 manat) avtomobilə dair bağlamış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilərək orta bazar dəyərinin yarısının ona ödənilməsini tələb etsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 öz izahatlarında Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin yarısının cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı tərəfin izahatlarından müəyyən edilir ki, onun son məqsədi həmin avtomobilin dəyərinin yarı hissəsinin ona verilməsidir. İddiaçı tərəf qeyd edilən avtomobillə bağlı tələbini də məhz bazar dəyərinin yarısının ona verilməsi xahişi ilə yekunl aşdırır. Ona görə də, məhkəmə iddiaçının tələbinin bu hissəsini avtomobilin bazar qiymətinin yarısının iddiaçıya verilməsi hissəsində əsaslı hesab etmişdir.

15. Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən X6 10.000 manata satılmasına gəldikdə isə məhkəmə qeyd etmişdir ki, işdə olan sübutlardan görünür ki, bu məbləğ avtomobilin real dəyərini əks etdirmir. Belə ki, cavabdeh iddiaçının da payını satmaqla, avtomobili daha aşağı qiymətə təqdim etmişdir. Bu hal isə iddiaçıya münasibətdə ədalətli hesab edilə bilməz. Çünki, faktiki olaraq iddiaçının avtomobildə olan payı onun mənafeyi nəzərə alınmadan satılmışdır.

16. Məhkəmə qeyd olunan avtomobilin birgə nikah dövründə əldə olunmasını nəzərə alaraq, hazırki qiymətləndirmə rəyini mötəbər süb ut kimi qəbul edərək və ona tənqidi yanaşılmasına heç bir əsas görməyərək hesab etmişdir ki, Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək onun dəyərinin yarısı, yəni 12.750 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə iddia tələbini Samsung markalı Led televizor, Saloğlu firmasına məxsus künc divanı, Yataq mebeli (dəst) və içində 2 ortopedik döşək, Pianino, Mulinex markalı şirəçəkən maşın, 3 ədəd tül pərdə, 1 ədəd Zinger tikiş maşını, 2 nəfərlik 1 ədəd yun döşək, Regular markalı paltaryuyan, Toshiba markalı Soyuducu, Samsung markalı kondisionerin iddiaçıya qaytarılması hissəsində qismən əsaslı hesab etmişdir. Belə ki, işin halları və tərəflərin izahatı ilə müəyyən edilm işdir ki, 1 ədəd pianino, 1 ədəd Zinger tikiş maşını və 2 nəfərlik 1 ədəd yun döşək nikaha daxil olan zaman İddiaçı tərəfindən cehiz qismində gətirilmiş əşyalar olmuşdur. Həmin əşyaların cavabdehdə olması faktı onun özünün izahatları ilə təsdiqini tapmışdır. Ona görə də, məhkəmə tələbi bu hissədə əsaslı saymışdır.

18. İddia tələbində qeyd olunan Samsung markalı Led televizor, Saloğlu firmasına məxsus künc divanı, Yataq mebeli (dəst) və içində 2 ortopedik döşək, Mulinex markalı şirəçəkən maşın, 3 ədəd tül pərdə, Regular markalı paltaryuyan, Toshiba markalı Soyuducu və Samsung markalı kondisionerlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf həmin əşyaların da ona verilməsini xahiş etsə də, həm iddiaçının, həm də cavabdeh tərəfin izahatlarından aydın olmuşdur ki, həmin əşyalar tərəflərin b irgə nikah dövründə əldə etdikləri əmlaklardır. Yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, birgə nikah dövründə əldə edilmiş əmlak birgə mülkiyyətdə olan əmlak sayılır və həmin əmlakın bütünlükdə bir tərəfə verilməsi yalnız digər tərəfə onun dəyərinin ödənilməsindən sonra əsaslı sayıla bilər. Başqa sözlə, birgə nikahda qazanılmış əmlak bölünərkən birgə mülkiyyət prinsipləri rəhbər tutulur. Cavabdeh tərəfin iddianı bu hissədə etiraf edərək əmlakların iddiaçıya verilməsinə razı olması barədə iddiaçının dəlilinə gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdehin izahatı iddianın bu hissədə etirafı kimi başa düşülməməlidir. Çünki, iddiaçı həmin əşyalarla bağlı əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o nikahın pozulmasına razı deyildir və a ilənin qorunub saxlanılması üçün iddiada göstərilən bütün əşyaların iddiaçıya verilməsinə razıdır. Lakin, münasibətlərin düzəlməyəcəyi təqdirdə buna razı olmayacağını bildirmişdir. Ona görə də, iddiaçının bu dəlilini məhkəmə əsaslı hesab etmişdir.

19. Yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbində qeyd olunan və cavabdehin nikahdan əvvəl cehiz qismində gətirdiyi əşyalar -1 ədəd pianino, 1 ədəd Zinger tikiş maşını və 2 nəfərlik 1 ədəd yun döşək cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, digər əşyalar isə birgə nikah dövrundə əldə olunduğundan və həmin əmlaklara iddiaçı ilə yanaşı cavabdehin də müvafiq mülkiyyət hüquqları olduğu üçün həmin əşyaların iddiaçıya verilməsi qanunvericiliyinin tələbləri baxımından qanuni və əsaslı hesab edilə bilməz.

20. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, Ailə Məcəlləsinin 34.1-ci, Azərbaycan Respublikası MPM-nin 77, 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

21. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

22. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Apellyasiya şikayətində qətnamənin bir hissəsi mübahisələndirilib. Mübahisələndirilən hissə 2 ədəd avtomobilə aid olan hissədir. Həmin avtomobillər “VAZ21074” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Volkswagen Multivan T5” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Odur ki, hazırkı qətnamədə yalnız həmin avtomobillərə aid məlumatlar qeyd olunacaq.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyev) 2(103)-5228/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Kollegiya qeyd etmişdir ki, Qətnamədə “Volkswagen Multivan T5” markalı avtomobilin dəyərinin yarısının, yəni 12.750 manatın tutulması qət olunmuşdur. Belə ki, avtomobil nikah müddətdinə əldə olunmuş, lakin cavabdeh onu iddiaçının razılığı olmadan satmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə qərardadı əsasında qiymətləndirici tərəfindən verilmiş qiymətləndirmə hesabatına görə həmin avtomobilin bazar dəyəri 27.600 manat, likvid dəyəri 25.500 manat təşkil edir. Biri nci instansiya məhkəməsi likvid dəyərin yarısının, yəni 12.750 manatın tutulmasını qət edib, iddiaçı bunu mübahisələndirməyib. Cavabadeh qətnaməni ona görə mübahisələndirmişdir ki, qiymətləndirmə hesabatı verilərkən avtomobilə baxış keçirilməmişdir. Müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh avtomobili qiymətləndirmə üçün təqdim etməyib, onu satdığını bildirib. Ona görə də qiymətləndirmə hesabatı avtomobilə baxış keçirilmədən verilib. Cavabdeh avtomobilin dəyərinin həmin qiymətdən fərqli olduğunu təsdiq edən sübut təqdim etməyib. Birinci instansiya məhkəməsi bu avtomobil barədə düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırmışdır.

25. Kollegiya öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 32, 36, 37-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5228/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassator öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, işə mütəxəssis cəlb edə bilər.” "xxxx" MMC-ni rəy verməsi üçün işə cəlb etmişdir. Ancaq, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan hallarımüəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz r əyinə daxil etməyə haqlıdır. Lakin, "xxxx" MMC-nin rəyindən görünür ki, aparılmış tədqiqatların müfəssəl təsviri rəydə mövcud deyildir. Avtomobilə yalnız markası və istehsal ili nəzərə alınmaqla orta satış qiyməti müəyyən edilib halbuki, onun son vəziyyəti həqiqi və likvid dəyəri müəyyən edilməli idi.

28. Kassator daha sonar qeyd etmişdir ki, Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Belə ki, iddiaçı iddiasını onunla əsaslandırıb ki, VAZ 21074 minik markalı, ** MM *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2004, (orta bazar dəyəri 3000 manat) avtomobilin üzərində onun ½ hissədə pay hüququ tanınmalı, Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2009, (orta bazar dəyəri 2 6000 manat) avtomobilə dair bağlamış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil qiymətləndirilərək orta bazar dəyərinin yarısı ona ödənilməlidir. Yuxarıda qeyd edilən avtomobil notariat qaydasında satılmışdır. Lakin, iddiaçı bunun əksini yəni, avtomobilin onun razılığı olamdan satılması faktını sübuta yetirə bilməmişdir. Həmçinin, BakıAplelyasiya Məhkəməsi də bu hala qiymət verməmişdir.

29. Kassator bildirmişdir ki, Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bakı Apellyasiya Məhkəməsi heç bir sübuta əsaslanmadan b irinci instansiya məhkəməsinin qətnaməsini dəyişməyərək, şikayətin təmin edilməməsi barədə qətnamə çıxarmışdır.

30. Kassator həmçinin qeyd etmişdir ki, Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Avtomobilə 25500 manat orta bazar dəyəri hesablanmışdır. Amma hesablanmalı olan pul avtomobilin likvid dəyəri olmalı idi. Əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edən dəyəridir. İşin hallarından da məlum olur ki, ekspert rəyi ilə müəyyən edilmiş Volkswagen multivan T5 markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri onun həqiqi likvid dəyərini əks etdirmir.

31. Kassator qeyd etmişdir ki, Yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Avtomobilin alqı-satqı müqaviləsi notariat tərəfindən aparılmış və təsdiq edilmiş sənəddir. İddiaçı bunun əksini sübut edə bilməmiş, məhkəmə isə bu halı nəzərə almamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi

32. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

33. Maddə 36.1 Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə əri zə verdikdə həyata keçirilir.

34. Maddə 37.1 r-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

39. Maddə 407.2. Ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

42. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasi ya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5228/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar