Məhkəmə qərarları › İş №2(102)-3106/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3106/2020

23.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3106/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh1 vəkili Cavabdeh2 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh1 qarşı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” mülki iş üzrə İddiaçı MTK-nın Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiya sının 28 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı MTK Cavabdeh1 qarşı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qubadlı rayon məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Məmmədov, iş 2(028)468/2018) iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov, iş № 2(105)-1459/2019) İddiaçı MTK-nın apelyasiya şikayəti təmin edilmiş, Qubadlı rayon məhkəməsinin 2(028)-468/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməsi, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilə ləğv edilməsi, iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı MTK-ya qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev, iş № 2(102)-6119/2019) Cavabdeh1 verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəmə sinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), E.Əhmədov və Z.Məmmədov, iş № 2(105)-4330/2019) İddiaçı MTK-nın apelyasiya şikayəti təmin edilməmiş, Qubadlı rayon məhkəməsinin 2(028)-468/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı MTK kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini x ahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 vəkili Cavabdeh2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və a raşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 08.04.2010-cu il tarixli müqaviləyə görə, İddiaçı MTK Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49-cu məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 105,36 kv.m. olan 56 nömrəli mənzili verməyi, payçı Cavabdeh1 isə mənzilin dəyəri olan 35000 ABŞ dolları məbləğində pulu icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə müəyyən olunmuş mənzilin dəyə ri ödənilmişdir. Qubadlı rayon məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı MTK-nın Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsinə əsasən, Qubadlı rayon məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv olunmuş, iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin normasını tətbiq etmişdir. İddiaçı MTK kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi o na istinad etmişdir ki, “Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında olmuş 2(105)-808/2018 saylı mülki işlə hazırki işdə iddianın predmeti eyni deyil. Həmin işdə müqavilənin etibarsızlığı, hazırki işdə ləğvi xahiş olunur ki, mənzilin dəyəri ödənilməmişdir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...iddiaçı cavabdehlə aralarında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin etibarsızlığını mübahisələndirmiş və qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən həmin tələb təmin edilməmişdir. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, müqavilənin 4.2-ci bəndində, h əm də MTK-nın sədri tərəfindən verilmiş arayışda müqavilə üzrə pulun ödənildiyi göstərilmiş, həmçinin arayış iddiaçı təşkilatın dairəvi möhrü ilə təsdiq edilmişdir. Bu isə müqavilə şərtləri ilə müəyyənləşdirilmiş pul məbləğinin cavabdeh tərəfindən iddiaçı təşkilata verilməsi qənaətinə gəlinməsini qaçılmaz edir. Mülki Prosessual Məcəllənin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir (Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli qərarı). Həmçinin həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qətnaməsi İddiaçı MTK-nın kassasiya şikayətinə m ünasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar