Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3108/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (Hüseynli) İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cehiz əmlakının, qızıl zinət əşyalarının və ya onların dəyərinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-547/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Ma raqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci ildə nikaha daxil olmuş, həmin nikahdan 15 mart 2020-ci il təvəllüdlü Toğrul adlə uşaqları doğulmuşdur.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(005)897/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci ildə qeydə alınmış nikah pozulmuş, 15 mart 2020-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya mə hkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus məişət, qızıl zinət əşyalarının və həmin qızıl zinət əşyalarının hər hansı biri olmadıqda onun dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə, 3270 qeydiyyat nömrəli, 1 saylı Bakı Asan Xidmət mərkəzində nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikah münasibətindən xx.xx.2020-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmişdir. Bu səbəbdən Nərimanov rayo n Məhkəməsinə nikahın pozulmasına dair iddia ərizəsi vermiş, Nərimanov rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia pozulmuşdur. İddiaçı ilə ailə qurarkən cehiz əmlakları aparmış və həmin cehiz əmlakları hazırda cavabdehin yaşadığı ünvan 1 ünvandadır. Eyni zamanda qızıl zinət əşyalarını əlindən almış, ona verilməmişdir. ünvan 1 ünvandan məcburi qaydada çıxarılmışdır. Yəni cavabdeh tərəfindən döyülərək evdən qovulmuşdur. Bu barədə Polisə şikayət etmişdir. Şikayəti əsasında araşdırma aparılmış və nəticəsində cavabdeh Abşeron rayon məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdehin evində qalan cehiz əşyaları aşağıdakılardır: qapı girişindəki koridorda olan güzgülü və divanlı qarderob(1500 m), qonaq otağı mebeli (2 vitrin stend, 1 gü zgülü stend, tv stend, 6 stul, 1 stol), “LG” və “Artel” markalı 2 ədəd televizor, kondisioner, 1 ədəd divan (1500 m), yataq otağı mebeli (taxt, 2 taxtyanı şkaf, termo, put oturacaq, paltar şkafı), “rasladuşka”, 2 tək döşək, 1 taxt döşəyi, 10 ədəd yastıq, 2 ədəd tək yorğan, 1 taxt yorğanı, 10 ədəd balaca yastıq, 3 adyal, prostin-çexol dəstləri 7 ədəd, 1 ədəd setfon yorğan, can dəsmalları, əldəsmalları və çay dəsti 3 ədəd, 2 ədəd ütü və 1 ədəd ütü masası, mətbəx mebeli 2500 manat, qab-qacaq dəstləri 3000 manat, xrustal dəst (7 parça) 1000 manat, qaşıq-çəngəl dəstləri 500 manat, plastik qablar 100 manat, saxlama qabları (48 parça) 350 manat, plastik siyirməli şkaf, “LG” markalı paltaryuyan maşın 600 manat, “Eurolux” markalı qabyuyan maşın 600 manat, “Hotpoint” soyuducu 1 ədəd, mətbəx masası, 2 stul və divan 400 m, qaz sobası 1 ədəd, soba 450 manat, mikrodalğalı soba 350 manat, ətmaşını 1 ədəd, toster 1 ədəd, blender 1 ədəd, mikser 1 ədəd, qazan dəstləri 3 ədəd, ləyən və plastik qablar, elektron sac 1 ədəd, süfrə 3 ədəd, şirəçəkən maşın, elektron samovar 1 ədəd, paltartikənmaşın 1 ədəd, tozsoran 1 ədəd 500 manat, uşaq otağı mebeli, beşik 450 manat, oyun setkası 300 manat, oyuncaqlar, hamamın santexnika xidməti və aksesuar xərcləri, hər bir otaq üçün ayrılıqda xalça, ümumi 5 ədəd, hər bir otaq üçün çilçıraq, ümumilikdə 5 ədəd. Eyni zamanda uşağın və özünün geyimləri orada qalmışdır. Toyda taxılan 750 əyarlı boyunbağı, qolbaq, sırğa və üzük, bayramda taxılan 586 əyarlı qolbaq və boyunbağı. Atasının hədiyyə etdiyi 585 əyarlı dəst boyunbağı, qolbaq və tək qaşlı sırğa, anasının h ədiyyə etdiyi 2 üzük 585 əyarlı qızıl zinət əşyaları da cavabdehdə qalmışdır. Evdən çıxanda döyülərək qovulduğu üçün heç nə, ümumiyyətlə, qızıl zinət əşyaları götürməmişdir.
5. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə fotoşəkillər təqdim etmişdir.
6. İddiaçı həmçinin Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(005)- 162/2021 saylı hökmünü təqdim etmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanda arvadı İddiaçı ilə ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı yumruq və təpiklə vuraraq qəsdən sağ lamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.
7. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı yazılı etiraz da bildirməmişdir.
8. Məhkəmənin 27 iyul 2021-ci il tarixli, 2(005)-3959/2021 saylı iddianın təmin tədbiri barədə qərardadı ilə mübahisələndirilən cehiz əmlakların üzərinə həbs qoyulmuş və qərardadın icrası Abşeron Rayon İcra Şöbəsinə həvalə edilmişdir. İcra məmuru həmin qərardadının icrası ilə bağlı ünvan 3 ünvanda olmuş, lakin qapını açan olmamışdır. Bu barədə Bakı şəhəri Abşeron Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2022 saylı iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) ilə iddia tələbi təmin edilərək, 10. ünvan 3 ünvanda - qapı girişindəki dəhlizdə olan güzgülü və divanlı dolab (1.500 manat), qonaq otağı mebeli (2 vitrin stend, 1 güzgülü stend, tv stend, 6 stul, 1 stol., 2 ədəd televizor LG və Artel markalı, kondesioner 1 ədəd divan (1500 manat), yataq otağı mebeli (Taxt. 2 taxtyanı şkaf, termo, put oturacaq, paltar şkafı), raskladuşka, 2 tək döşək, 1 taxt döşəyi, 10 ədəd yastıq, 2 ədəd tək yorğan, 1 taxt yorğanı, 10 ədəd balaca yastıq, 3 adyal, prostin çexol dəstləri 7 ədəd, 1 ədəd sentifon yorğan, can dəsmalları, əl dəsmalları və çay dəsti 3 ədəd, 2 ədəd ütü və 1 ədəd ütü masası, mətbəx mebeli 2.500 manat, qab-qacaq dəstləri 3000 manat, xrustal dəst (7 parça) 1000 manat, qaşıq çəngəl dəstləri 500 manat, plastik qablar 100 manat, saxlama qablar (48 parça) 350 manat, plastik siyirməli ş kaf, paltaryuyan maşın LG 600 manat, qabyuyan maşın Evrolux 600 manat, soyuducu Hotpoint 1 əd, mətbəx masası, 2 stul və divan 400 manat, qaz sobası 1 ədəd, soba 450 manat, mikrodalğa 350 manat, ət maşını 1 ədəd, toster 1 ədəd, blender 1 ədəd, mikser 1 ədəd, qazan dəstləri 3 ədəd, ləyən və plastik qablar, elektronsac 1 ədəd, süfrələr 3 ədəd, şirəçəkən maşın, elektron samovar 1 ədəd, paltartikən maşın 1 ədəd, tozsoran 1 ədəd 500 manat, uşaq otağı mebeli beşik 450 manat, oyun setkası 300 manat, oyuncaqlar, hamamın santexnika xidməti və aksessuar xərcləri, hər bir otaq üçün ayrılıqda xalça ümumi 5 ədəd olan cehiz əmlakları, toyda taxılan ümumi dəyəri 5000 manat olan 750 əyarlı boyunbaqı, qolbaq, sırğa və üzük, bayramda taxılan qiyməti 250 manat olan 585 əyarlı qolbağ və dəyəri 300 manat olan 5 85 əyarlı boyunbağı, atasının hədiyyə etdiyi ümumi dəyəri 1800 manat olan 585 əyarlı dəst boyunbağı, qolbağı və sırğa tək qaşlı, anasının hədiyyə etdiyi ümumi dəyəri 900 manat olan 2 üzük 585 əyarlı qızıl zinət əşyalarının, Cavabdeh alınaraq İddiaçı verilməsi, göstərilən əmlaklardan hər hansı biri mövcud olmadıqda, onların dəyərinin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir.
11. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir.
12. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehlə ailə qurarkən ünvan 3 ünvanda olan mənzilə gəlin gəlmiş və iddiada sadalanan cehiz əmlaklarını gətirmişdir. Eyni zamanda ona iddiada göstərilən qızıllar hədiyyə olunmuşdur. Məhkəmə tərəfindən iddianın təmin tədbir barədə qərardad qəbul olunsa da, cavabdeh tərəfindən əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 225.2, 225.3-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 88, 106.1, 106.2, 106.3, 222.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və onunla bağlı iddianın tamamilə iddiadan götürülməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. A pellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi əşyaların olduğunu iddia etdiyi ev ona məxsusdur. İddiaçı isə cavabdehlə ünvan 5 ünvanında qonşu olaraq yaşayır. X5 iddiaçının tələb etdiyi cehiz əşyalarını hər dəqiqə verməyə hazır olduğu halda, iddiaçı onun evinin zorla açılmasını tələb etmişdir. Bu onun mülkiyyət və mənzil hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də o, qeyd olunan qətnamənin ləğv olunmasını tələb etmişdir.
16. Nərimanov rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu şəxsin icra sənədində göstərilən ünvan 6 ünvanda olunduğu, icra sənədində göstərilən aşağıda adları sadalanan əmlaklar: 1.” LG” markalı televizor - 1 ədəd, 2. “raskladuşka” - 1 ədəd, 3. döşək - 2 ədəd, 4.yastıq, 5.yorğan - 2 ədəd, 6.yorğan - 1 ədəd, 7. ütü masası - 1 ədəd, 8. xrustal dəst. 9. oyun setkası - 1 ədəd, 10. oyuncaqlar, 11. xalça-1 ədəd, 12. şirəçəkən - 1 ədəd, 13. tək döşək - 2 ədəd, 14. qaşıq-çəngəl dəsti - 1 ədəd, 15. plastik qab, 16. plastik siyirməli şkaf-2 ədəd aşkar edilərək siyahıya alınaraq tələbkara təhvil verildiyi, icra sənədində göstərilən digər əmlaklar aşkar edilmədiyi üçün tələbkara təhvil verilmədiyi, akta əlavələrin təklif edilmədiyi müəyyən edilmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı öz əşyalarını tələb etdiyini, maraqlı şəxsin mülkiyyətində olan ünvan 7 evə gəlin köçdüyünü, mənzilin maraqlı şəxsin adına olsa da, cavabdehə məxsus olduğunu, qaçqın olduqları ndan xalası qızı olan maraqlı şəxsin adına rəsmiləşdirdiklərini, 30000 manat dəyərində cehizi olduğunu, bütün cehizlərini həmin evə apardığını,bütün qaimələrin mövcud olduğunu, lakin əşyalarını götürmək üçün mənzilin qapısının açılmadığını, bəzi əşyalarının cavabdeh tərəfindən təhvil verildiyini, bəzilərinin isə təhvil verilmədiyini qeyd etmiş, təhvil verilməyən əşyalarının təhvil verilməsini, əşyalar mövcud olmadığı təqdirdə dəyərinin verilməsini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 maraqlarına toxunan şəxs Maraqlı şəxs cavabdehin xalası qızı olduğunu, iddiaçı və cavabdehin ailəli olduqları dövrdə 1 il 6 ay maraqlarına toxunan şəxsə məxsus ünvan 7 ünvanında kirayə yaşadıqlarını, ol an əşyaları həmin evə yığdıqlarını, lakin indi həmin evdə əşya olmadığını, əşyaları ordan çıxardıqlarını, iddiaçı tərəfin tələb etdiyi bəzi əşyaları təhvil verdiklərini, ancaq iddiaçının razı olmadığını, pul istədiyini, əşyaların şişirdildiyini, iddiaçının göstərdiyi qədər cehiz gətirmədiyini, gətirdiyi əşyaları təhvil verməyə hazır olduqlarını bildirmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
20. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Qərarda göstərilən əmlakın ekspert baxışına təqdim edilməməsi səbəbindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-547/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Əşyaların və onların dəyərinin müəyyən edilməsi üçün prosessual tədbirlər (ekspertiza təyin edilsə də) görülsə də, qətnamədə qeyd edilənləri təkzib edən hallar müəyyən edilməmiş, ekspertiza tədqiqatına əşyaların təqdim edilməməsi isə yayınma və hüquqlardan sui-istifadə kimi qiymətləndi rilməlidir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2, 225.3, 225.4, 225.5, 225.6-cı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34.1, 34.2, 35, 36.4-36.9, 37-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.4-1, 97.5, 106.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Maraqlı şəxs kassasiya şikayəti verərək (vəkil Nümayəndə Nəsir oğlu) qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmədə işə baxılarkən onlar məhkəmə iclasında üzrlü s əbəbdən iştirak etməmişlər və məhkəmə iclasının təxirə salınması barədə vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə verilmişdir. Ancaq məhkəmə ərizələrini nəzərə almayaraq işə onların iştirakı olmadan baxmış və apellyasiya şikayətini təmin etməmişdir. İddiaçının əşyaları onun mənzilində deyil. Tərəflər ünvan 5 ünvanında qonşu olaraq yaşayıblar. Tələb olunan cehiz əşyaları həmin ünvanda yerləşən cavabdehə məxsus mənzildədir. Cavabdeh həmin əşyaları hər dəqiqə qaytarmağa hazır olduğunu məhkəmədəki çıxışında bildirib. Qaldı ki, mənzili ekspertə təqdim etməməyə, buna səbəb iddiaçının atasının Bakı Apellyasiya Məhkəməsinin qarşısında cavabdehi və onun anasını təhqir etməsi və nəticədə mübahisə və dava düşərək hər kəsin polisə aparılması olub. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri
26. İddiaçı Hüseynli (Sadıqova) İlyas qızı tkassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, cavabdehlə evlənəndə ona alınmış cehiz əşyaları, toyda taxılan qızıl-zinət əşyaları ünvan 8 ünvanındadır. Həmin ünvanında yerləşən mənzili Cavabdeh Ağdam rayon məcburi köçkünü olduğu üçün gələcəklə dövlət tərəfindən evlə təmin olunmaq məqsədilə xalası qızı olan, maraqlı şəxs qismində şikayət edən Maraqlı şəxs adına alınmışdır. Ailəli olduğu dövrdə həmin ünvanda yaşamışdır. xx.xx.2020-ci il tarixdə keçmiş yoldaşı olan Cavabdeh tərəfindən həmin ünvanda döyülərək, müxtəlif bədən xəsarətləri almış və birgə nikahdan olan övladı X3 götürüb o evdən qaçmışdır. Bununla bağlı Abşeron Rayon Məhkəməsində işə baxılaraq, o, 1.03.2021-ci il tarixli 1(012)-162/2021 nömrəli qərarla 6 ay azadlı ğın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-897/2021 nömrəli qərarı ilə boşandıqdan sonra cehiz və qızıl-zinət əşyalarının və ya onun dəyərinin qaytarılması tələbinə Bakı şəhər Nərimanov Rayon Məhkəməsində baxıldı. Hər dəfəsində ünvan 11 ünvanın qapısı açılıb əşyalar götürülməsiylə bağlı qərarlar verilsə də əks tərəf davalar saldıqlarına görə polisə müraciət olunaraq qapının açılması prosesi dayandırılmışdır. Əşyaların bir qismi geri qaytarılsa da, qalan digər cehiz və qızıl-zinət əşyaları 3 ildir ki, geri qaytarılmır. Onlar şikayətində qeyd edir ki, Cavabdeh hər an əşyaları geri qaytarmağa hazırdır və cehiz və qızıl-zinət əşyaları Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 2095-ci məhəllədə yerləşir. Bu d edikləri yalandır, hər bir halda 3 ildir ki, qaytarılası cehiz və qızıl-zinət əşyaları geri qaytarılmır. Cavabdeh narkotik vasitə istifadəçisidir və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 414/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cehiz və qızıl-zinət əşyaları ünvan 11 ünvanında olduğuna dair, alınan zaman həmin ünvana göndərilməsinə dair qaimə-fakturalar da həmçinin qərar və hökmlər də etiraza əlavə edilib. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
28. Maddə 225.2. Nikaha girənədək ər-arva ddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
29. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
30. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qay da nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
31. Maddə 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.
32. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəll əsi
33. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
34. Maddə 32.2.1. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir.
35. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin ad ına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
36. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
37. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
38. Maddə 34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvad dan kimin istifadəsində olubsa, ona məxsusdur.
39. Maddə
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
40. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
41. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
42. Maddə 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.
43. Maddə 36.7. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.
44. Maddə 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.
45. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
46. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
47. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
48. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsi n. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Qətnamədə cavabdehdən geri alınmalı olan əşyaların ünvan 3 ünvanda olması göstərilməsinə baxmayaraq, həmin əşyaların iddiaçıya qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Əşyaların qeyd olunan evdə olması ilə bağlı hal isə işin faktik halları ilə bağlı məsələdir və kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.
62. Kollegiya bildirir ki, sübutlar ı araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
63. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-547/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.