Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-311/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 QSC və "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, ipoteka müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC BOKT və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsi və onun dövlət qeydiyyatına xitam edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2559/2023 nömrəli, 2023-cü il 6 sentyabr tarixli qət naməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 10 fevral 2006-cı il tarixli, F-158 nömrəli ipoteka müqaviləsi ilə həmin tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı məqsədi ilə X4 mülkiyyətində olan “Daimler Craysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilini "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X1 40000 ABŞ dolları əsas borc, 8621 ABŞ dolları faiz borcu, 1200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 49821 ABŞ dolları pulun "xxxx" ASC-nin Gəncə filialının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş “Daimler Craysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - cavabdeh X3 qaytarılması, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın iddiaçı "xxxx" ASC-nin tələbinin ödənilməsi üçün yetərli olmazsa, çatışmayan məbləğin cavabdeh X2 başqa əmlakı hesabına ödənilməsi qət edilmişdir.
3. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və həmin MMC tərəfindən 14 dekabr 2015-ci il tarixdə ilkin, 05 fevral 2016-cı il tarixdə təkrar hərraclar keçirilmiş, lakin hərraclar baş tutmamışdır.
4. Hərrac təşkilatının Gəncə şəhəri üzrə İcra İdarəsinə, "xxxx" ASC-yə və X3 ünvanlanmış 04 mart 2016-cı il tarixli məktubla “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayana təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsi təklif edilmişdir.
5. İcra idarəsinin 23 sentyabr 2016-cı il tarixli qərarı ilə icra edilməyən icra sənədi məhkəməyə qaytarılmışdır.
6. X4 adını və soyadını İddiaçı dəyişmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Gəncə filialı ilə iddiaçı arasında bağla nmış 10 fevral 2006-cı il tarixli, F-158 nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və sonradan 24 oktyabr 2017-ci il tarixli akta əsasən Cavabdeh1 QSC-yə güzəşt edilmiş kredit portfeli üzrə təhvil verilmiş İddiaçı məxsus “Daimler Craysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 10 fevral 2006-cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə və həmin müqavilə üzrə aparılmış avtomobilin ipotekasının dövlət qeydiyyatına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün müddətində ipoteka predmetini əldə etmək imkanına malik olduğu halda onu almamışdır. Hazırda avtomobil id diaçının mülkiyyəti olaraq qalmaqdadır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 22 iyul 2021-ci il tarixli, 2(004)197/2021 nömrəli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia təmin edilmiş, "xxxx" ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış 10 fevral 2006-cı il tarixli F-158 nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və sonradan 24 oktyabr 2017-ci il tarixli akta əsasən Cavabdeh1 QSC-yə güzəşt edilmiş kredit portfeli üzrə təhvil verilmiş İddiaçı məxsus “Daimler Craysler” markalı, 2000-ci il buraxılışlı, qara rəngli, WDB2200751A148083 ban nömrəli **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 10 fevral 2006-cı il tarixli F158 nömrəli ipoteka müqaviləsinə və həmin müqavilə üzrə aparılmış avtomobilin ipotekasının dövlət qeydiy yatına xitam verilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 15.1, 42.2, 43.2, 43.4, 43.5, 43.7 və 43.8-ci maddələri, habelə “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh1 QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(004)-197/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında iddiaçının mülkiyyətində olan əmlakın hərracın tələbkara təklif edilməsi barədə hər hansı sübut mövcud deyildir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 19 noyabr 2021-ci il tarixli, 2(103)-9649/2021 saylı qətnaməsi ilə (hakim N.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehdiyevin və X.Sarıyevin iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(004)-197/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkə məsi qeyd etmişdir ki, iddiada irəli sürülmüş məsələni “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri tənzimləyir. 43.7-ci maddədə subyektiv hüquq, 43.8-ci maddədə isə həmin hüququn həyata keçirilməsi qaydası müəyyən olunub. Subyektiv hüququn mahiyyəti bundan ibarətdir ki, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Hüququn həyata keçirilməsi qaydası isə belədir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
16. Hərrac məhkəmə qətnaməsinin icrasının tərkib hissəsidir, məhkəmə qətnaməsinin icrası isə öz növbəsində məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Məhkəmə müdafiəsi hüququnun realizəsi zamanı hüquqi müəyy ənlik prinsipinə əməl olunmalıdır. Hüquq müəyyənlik prinsipi tələb edir ki, ipoteka predmetinin əldə edilməsi ipoteka saxlayana, yəni məhkəmə müdafiəsi hüququ realizə edilən şəxsə rəsmi qaydada təklif olunsun. Lakin işdə olan sənədlərdən görünür ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra hərrac təşkilatçısı və ya icra şöbəsi ipoteka predmetini almağı ipoteka saxlayana təklif etməyib. Bu isə hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Nəticədə isə ipoteka saxlayan “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməmişdir. Beləliklə, ipotekaya xitam verilməsi üçün əsas yoxdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2021ci il tarixli, 2(10 3)-9649/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-16/2023 saylı 01 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva, A.Abbasov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2(103)9649/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
19. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə təkrar hərracın qanunla müəyyən olunmuş qaydada baş t utmamış elan olunması barədə məlumatın kütləvi informasiya vasitələrində dərc edilməsi araşdırılmamışdır. Halbuki, bu işin qanuni həlli üçün əhəmiyyətli olan haldır. Təkrar hərrac qanunla müəyyən edilmiş qaydada baş tutumamış elan edilmədiyi halda, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiqi də qeyri-mümkün olacaqdır. Apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat zamanı məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndələri apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər.
21. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-2559/2023 saylı 2023-cü il 06 sentyabr tarixli qətnaməsi ilə (hakimlər – S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), E.Həsənov və X.Mərdanova) Cavabdeh1 QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 QSC BOKT və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsi və onun dövlət qeydiyyatına xitam edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia edir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün müddətində ipoteka predmetini əldə etmədiyindən ipotekaya xitam verilməlidir.
23. Cavabdeh isə əmlakın o na təklif edilməsi barədə hər hansı təklif göndərilmədiyini, bu barədə sübutun olmamasını əsas gətirərək iddiaya etiraz etmişdir.
24. Birinci instansiya məhkəməsi ipoteka predmetini qanunla müəyyən edilmiş müddət ərzində əldə edilmədiyinə əsaslanaraq iddia tələbini təmin etmişdir.
25. Apellyasiya məhkəməsinin mövqeyinə görə isə iddianı təmin etməklə birinci instansiya məhkəməsi qanuni və əsaslı qənaətə gəlməmişdir.
26. Ali Məhkəməsinin Mülki kollegiyası isə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, hazırki iş üzrə təkrar hərracın qanunla müəyyən olunmuş qaydada baş tutmamış elan olunması barədə məlumatın kütləvi informasiya vasitələrində dərc edilməsi araşdırılmamışdır, halbuki bu məsələ mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
27. Apelya siya məhkəməsi qeyd etmişdir ki, hazırki işdə ipoteka predmetinin satılmaması işin mübahisəsiz hallarıdır. Mübahisəli məsələ hərrac təşkilatçısı tərəfindən təkrar hərracın keçrilməsinin baş tutuması barədə ipoteka saxlayanın qanunla müəyyən edilmiş qaydada məlumatının olub-olmamsıdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli qərardadı mövcuddur.Vahid məhkəmə təcrübəsi yaradan həmin qərarda irəli sürülmüş hüquqi mövqeyə görə hərrac təşkilatçısının vəzifəsi təkrar hərracın baş tutmamış elan olunması ilə məhdudlaşır. Hərrac təşkilatçısı və ya icra şöbəsi ipoteka predmetini əldə etmək üçün ipoteka saxl ayana əlavə təklif göndərmək öhdəliyi daşımırlar.
29. Ali Məhkəmənin göstərişlərini nəzərə alan apellyasiya məhkəməsi işin yeni apellyasiya baxışı zamanı Gəncə Şəhər İcra İdarəsinə, "xxxx" MMC-yə sorğular ünvanlanaraq xx.xx.2016-cı il tarixli təkrar hərracın qanunla müəyyən edilmiş qaydada baş tutmamış elan edilməsi barədə kütləvi informasiya vasitələrində məlumatın dərc edilibedilməməsi, əgər dərc edilmişdirsə hansı kütləvi informasiya vasitəsində dərc edilməsi ilə bağlı məlumatın (sənədlərin) məhkəməyə təqdim edilməsi xahiş olunmuş, "xxxx" MMC sözügedən icra sənədi üzrə keçirilən hərraclarla bağlı tələb olunan sənədlərin uzun müddət keçdiyindən təqdim edilməsinin mümkün olmadığını bildirmişdir.
30. Eyni məzmunla sorğu Xətai Rayon İcra Şöbəsinə də ünvanlanmış, sonuncu sorğuya cavab olar aq qeyd etmişdir ki, Gəncə Şəhər İcra İdarəsindən göndərilən həmin icra işi üzrə icra materialları arasında 2016-cı il tarixdə hərracın nəticələri barədə hər hansı bir hərracın baş tutmamasına dair hər hansı bir qeydin olmadığı müəyyən edilmişdir.
31. Beləliklə, yeni apellyasiya baxışı zamanı təkrar hərracın baş tutmamış elan olunması ilə bağlı heç bir sübut təqdim edilməmiş və məhkəmə baxışı zamanı bu hal müəyyən edilməmişdir. Bu baxımından kassasiaya instansiyası məhkəməsinin mövqeyinə uyğun olaraq təkrar hərrac qanunla müəyyən edilmiş qaydada baş tutmamış elan edilmədiyi halda, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiqi də qeyri mümkündür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi rədd olunmalıdır.
32. Apellyasiya instansiyası məhkəməsi belə q ənaətə gəlmişdir ki, hazırkı işdə iddiaçının tələbinin əsası kimi istiad etdiyi hallar öz təsdiqini tapmamışdır.
33. Məhkəmə hesab etmişdir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı barədə məlumatlı olmamış, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməmişdir.
34. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsaslıdır, ipotekaya xitam verilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı kassasiya şikayəti verərək Bаkı Аpеllyаsiyа Məhkəməsi Mülki kollegiyasının 06 sеntyаbr 2023-cü il tаriхli, 2(103)-2559/2023 nömrəli qətnаməsini ləğv еdərək, iddiаnın təmin olunması bаrədə yеni qərаr çıxarılmasını xahiş etmişdir.
36. Kassasi ya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipоtеkа sахlаyаn оlаrаq "xxxx" QSC-ni qəbul еtməsi qəbul еdilməzdir. Bеlə ki, qеyd оlunаn krеdit sоnrаdаn tələbin güzəşti üzrə Аzərbаycаn Bеynəlхаlq Bаnkındаn "xxxx" QSC-yə kеçmişdir. İşin hаllаrındаndа göründüyü kimi ipоtеkа sахlаyаn еdilmiş təklifi 30 gün müddətində qəbul еtməmişdir. Lаkin məhkəmə kоllеgiyаsı bu hаlın təkzib еdilməsini qətnаməsində göstərsə də təkzib еdici hеç bir sübutа istinаd еtməmişdir. Məhkəmə qətnаməsi ümumiyyətlə 2 vərəqədən ibаrət оlmаqlа mаddi hüquq nоrmаsının hаnsı əsаslа pоzulmаsını göstərilməmiş və mаddi hüquq nоrmаsının rəqəmlə ifаdə еtməklə kifаyətlənərək iddiа tələbinin rədd оlunmаsı bаrədə qətnаmə çıхаrmışdır. b)
37. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olm amışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
38. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə olan redaksiyada)
39. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.
40. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
41. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çı xarır.
42. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
43. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarı 44. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdə n sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin əvvəlki qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgü n müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2559/2023 nömrəli iş üzrə 2023-cü il 6 sentyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.