Məhkəmə qərarları › İş №2(102)-3112/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3112/2019

03.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3112/2019 03.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1 və vəkili İsmayılova Xavər Bəxtiyar qızının iştirakı ilə, Cavabdeh1 və vəkili İsmayılova Xavər Bəxtiyar qızının Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11765/2018 nömrəli iş üzrə 08 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrə liyev) 2(004)-7729/2017 nömrəli, 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan Pathfinder” markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş zərərə görə ödənilmiş 6330,14 manat məbləğində sığorta ödənişinin 5000 manat hissəsinin “xxxx” ASC-dən, 1330,14 manat hissəsinin isə Cavabdeh1, habelə 31 manat dövlət rüsumunun 15,50 manatının “xxxx” ASC-dən, 15,50 manatının Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov) 2(103)-1305/2018 nömrəli, 11 yanvar 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)7729/2017 nömrəli, 26 sen tyabr 2017-ci il tarixli qətnaməsi cavabdehə aid hissədə dəyişdirilmədən saxılanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfov) 2(102)-3631/2018 nömrəli, 30 may 2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1305/2018 nömrəli, 11 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova) 2(103)-11765/2018 nömrəli, 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7729/2017 saylı iş üzrə 26 sentyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə (onun mənafeyinə toxunan hissədə, yəni “Nissan Pathfinder” markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş zərərə görə ödənilmiş 6330,14 manat məbləğində sığorta ödənişinin 1330,14 manat hissəsinin, habelə 31 manat dövlət rüsumunun 15,50 manatının ondan tutularaq iddiaçıya ödənilməsi” hissəsində) dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC Cavabdeh1 və “xxxx” ASC-yə qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 özünə məxsus “VAZ-2103” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili 01.02.2017-ci il tarixində Binəqədi rayonu ərazisində idarə edərkən X1 məxsus və “xxxx” ASCd ə PMİ-010962 nömrəli 17.09.2014-cü il tarixli “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsi” ilə sığortalanmış “Nissan Pathfinder” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisənin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və barəsində KYPxxxxxxxxx saylı 02.02.2017-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş, hadisə nəticəsində şirkətdə sığortalanmış avtomobilə dəymiş zərər 6984,14 manat məbləğində müəyyənləşdirilmiş, həmin məbləğdən 500 manat azadolma məbləği və 154 manat köhnəlmə əmsalı çıxılaraq qalan 6330,14 manat “Nissan Pathfinder” markalı avtomobilin “xxxx” MMC-də təmiri məqsədilə “xxxx” MMC-yə ödənilmiş və bu ödəniş 05.04.2017-ci il tarixli 0258 saylı ödəniş aktında əks olunmuşdur. “VA Z-2103” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən “xxxx” ASC-də sığortalanmış olduğundan, 18.04.2017-ci il tarixdə “xxxx” ASC-yə rəsmi şəkildə müraciət edilmiş, lakin ödəniş müxtəlif bəhanələrlə həyata keçirilməmişdir. Göstərilənlərə əsasən, “xxxx” ASC-dən 5000 manatın, Cavabdeh1 isə 1330,14 manatın, həmçinin hər iki cavabdehdən 31 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 və vəkili İsmayılova Xavər Bəxtiyar qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11765/2018 nömrəli iş üzrə 08 noyabr 2018-ci il tar ixli qətnaməsinin ləğv edilib, işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili İsmayılova Xavər Bəxtiyar qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 vəkilsiz iştirak etdiklərinə görə Azərbayca n Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onların izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-11765/2018 nömrəli iş üzrə 08 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Yuxarıda göstərildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsindən daha əvvəl “xxxx” ASCnin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının 11 yanvar 2018-ci il tarixli qətnaməsi ilə təmin olunmayaraq qətnamə həmin cavabdehə aid hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2018-ci il tarixli qərarı ilə isə “xxxx” ASC-nin kassasiya şikayəti də təmin edilməmişdir. Qanuni qüvvəsini almış həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 01.02.2017ci il tarixdə “xxxx” ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortaladığı özünə məxsus “VAZ-2103” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Binəqədi rayonu ərazisində hərəkət edərkən onun avtomobili sürüşərək yolun kənarında dayanmış və “xxxx” Açıq Səhmdar Cəmiyyətində 17.09.2014-cü il tarixli sığorta şəhadətnaməsi əsasında həmin tarixdən 16.09. 2017-ci il tarixədək 32900 manat məbləğində sığortalanmış “Nissan Pathfinder” markalı **BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə sığortalı avtomobilə 6984,14 manat məbləğində zərər dəyərək sığorta hadisəsi baş vermiş, həmin hadisəyə görə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmiş, iddiaçı şirkət tərəfindən azadolmaya görə 500 manat və köhnəlmə əmsalı üzrə 154 manat çıxılaraq, qalan 6330,14 manat məbləğində sığorta ödənişi avtomobilin təmiri məqsədilə “xxxx” MMC-yə ödənilmiş, həmin ziyan sığortaçı olan iddiaçı tərəfindən ödənildiyindən ziyanın əvəzinin ödənilməsini tələb hüququ reqress qaydasında ona (iddiaçıya) keçmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsin i nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək fun ksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Apellyasiya instnasiyası məhkəməsi bu prinsipi əsas götürərək hesab etmişdir ki, baş vermiş sığorta hadisəsi nəticəsində “Nissan Pathfinder” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin əlavə olaraq araşdırılmasına və ya həmin zərərin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə ümumiyyətlə lüzum yoxdur. Çünki yuxarıda qeyd olunan məhkəmə qərarları ilə baş vermiş sığorta hadisəsi nəticəsində “Nissan Pathfinder” markalı avtomobilə 6984,14 manat məbləğində zərər dəydiyi, həmin hadisəyə görə Cavabdeh1 təqsirli bilindiyi, sığorta şirkəti tərəfindən isə azadolmaya görə 500 manat və köhnəlmə əmsa lı üzrə 154 manat çıxılaraq avtomobilin təmiri üçün 6330,14 manat məbləğində sığorta ödənişinin həyata keçirildiyi, bununla da həmin ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququnun reqress qaydasında iddiaçıya keçdiyi müəyyən edilmişdir; məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, apellyatorun irəli sürdüyü arqumentlərin təkrarən araşdırılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməs i haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11765/2018 nömrəli iş üzrə 08 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 və vəkili İs mayılova Xavər Bəxtiyar qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11765/2018 nömrəli iş üzrə 08 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar