Məhkəmə qərarları › İş №2(102)-3115/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3115/2020

20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3115/2020 20.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: cehiz əmlakının və qızıl-zinət əşyalarının qaytarılması Açar sözlər: cehiz və qızıl-zinət əşyaları, sübut etmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdehin vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3744/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə ic lasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) oğlu X6 ilə xx xxxxxx 2015-ci il tarixdən ər-arvad kimi yaşamış, nikahlarını 2015-ci ilin oktyabr ayında rəsmiləşdirmişlər. Birgə nikahdan uşaq olmamışdır. 2016-cı ilin avqust ayında iddiaçı valideynlərinin evinə qayıtmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 1970 manat dəyərində olan cehiz əmlakının və x xxxx 2800 manat dəyərində olan qızıl-zinət əşyalarının, həmçinin rüsum kimi ödədiyi 30 manat və hüquqi yardıma görə ödədiyi 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsasl andırmışdır ki, 2016-cı ilin avqust ayının 11-də qaynanası, qaynatası və əri onu valideynlərinin evinə gətirmişdir. Qaynanası olan cavabdeh onunla yersiz mübahisələr etmiş, onunla yola getməmişdir. Ona görə də, birgə yaşayışları mümkün olmamışdır. Toy zamanı ona hədiyyə olunmuş qızıl zinət əşyalarının hamısını cavabdeh əlindən alıb özündə saxlamışdır. Cehiz əmlakı və qızıl zinət əşyaları cavabdehin evində qalmışdır. Cavabdehdən cehiz əmlakını və qızıl zinət əşyalarını tələb etdiyi zaman onlar cehiz əmlakını qaytaracağını, lakin qızıl zinət əşyalarını qaytarmayacağını bildirmişdir. Daha sonra, iddiaçı iddia ərizəsinə dəyişiklik edərək göstərmişdir ki, məhkəmədə işə baxılana kimi iddia ərizəsində göstərdiyi tül pərdəni, pokrıvalı, elektrik çaynikini, bıçaq dəstini, məcməini, 6 ədəd rumkanı, 6 ədəd nəlbəkini, 6 ədəd mürəbbə qabını, güldanı, eləcə də 2 ədəd dolça dəstindən birini, 8 ədəd qənd qabından 6 ədədini, 2 ədəd vazdan 1 ədədini cavabdehdən götürmüşdür, ona görə də göstərdiyi əşyaları tələb etmir. İddia ərizəsində göstərdiyi qalan əmlakı isə tələb edir. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-2588/2018 nömrəli iş üzə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi tərəflərin izahatları, şahid ifadələri və mütəxəssis rəyi əsasında müəyyən etmişdir ki, iddiaçıya iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları hədiyyə olunmuş, iddiaçı cavabdehin evinə gəlin köçərkən özünə məxsus cehiz əmlaklarını onların evinə aparmış və münasibətləri pozulduqdan sonra atasının evinə q ayıtmış, lakin cehiz əmlakları cavabdehin evində qalmışdır. Məhkəmə əmlakların dəyərini mütəxəssis rəyi əsasında müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə, Ailə Məcəlləsinin 34.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-3744/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Məmmədova və S.Qafari) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilm əmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, apelyasiya instansiyası məhkəməsi məsələnin mahiyyətini düzgün qiymətləndirməmiş, iş üzrə tamamilə səhv nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunm asını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın qismən təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri ü zrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2). Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır (maddə 666.1). MPM Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3744/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar