Məhkəmə qərarları › İş №2(102)-3115/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3115/2022

20.06.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3115/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin X1rşı iş üzrə QƏRARİ Açar sözlər: əmək kitabçasının verilməsi vəzifəsi, əmək haqqının gecikdirilməsinə görə ödənc, sübut etmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin X1rşı əmək haqqı tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-791/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayətinə 20 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin (bundan sonra cavabdeh və ya Birlik) X9 Sovxozunun 1 nömrəli Tingliyinin 13-cü dərəcəli sex rəisi vəzifəsində işləmiş, şəxsi ərizəsi və sovxoz direktorunun rəyi əsasında 01 aprel 2020-ci ildən vəzifəsindən azad edilmişdir. 2. 03 aprel 2020-ci il tarixli, 27 nömrəli ödəniş tapşırığına əsasən iddiaçının hesabına həmin tarixdə 815,05 manat pul köçürülmüşdür. 3. 08 may 2020-ci il tarixli, 50 nömrəli ödəniş tapşırığına əsasən iddiaçının hesabına həmin tarixdə 2731,21 manat pul köçürülmüşdür İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyə uyğun olaraq əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi, son haqq hesabının vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabın hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsi, şəxsi vəsaiti hesabına aldığı mal material və tikililər üçün ödədiyi vəsaitin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, işdən çıxdığı gün son haqq hesabı və əmək kitabçası ona təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixdə işdən çıxmağına baxmayaraq son haqq hesabı xx.xx.2020-ci tarixində ona ödənilmiş, lakin bu günə qədər əmək kitabçası verilməmişdir. Dəfələrlə müəssisənin kadrlar şöbəsinin rəisinə müraciət etsə də, əmək kitabçası ona verilməmişdir. Bundan başqa işlədiyi müddət ərzində tərəfindən müəssisə üçün öz vəsaiti hesabına parnik təsərrüfatı sahəsinin damının bağlanması, iki kilometrə yaxın su xəttinin çəkilməsi, 550 kvadrat metr yardımçı təsərrüfatın tikilməsi üçün materialını almış və bütün işləri öz şəxsi vəsaiti hesabına gördürmüşdür. Bundan əlavə bir ədəd işıq transformatoru, onun işə salınması üçün lazım olan bütün material və bir ədəd özünə məxsus qaynaq aparatı (SAK) şəxsi vəsaiti ilə alınaraq lazımi sənədləri mühasibatlığa təqdim etmiş və müəssisənin rəhbəri tender keçiriləcəyini bildirərək onun pullarını veriləcəyini demişdir. Lakin tender keçirilsə də, pulu ödənilməmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi yini bildirərək iddiaçıya məxsus əmək kitabçasını iddiaçıya təqdim edib, izahatında göstərmişdir ki, iddiaçıya məxsus əmək kitabçasının qaytarılması ilə bağlı dəfələrlə iddiaçıya zənglər olunsa da, iddiaçı bilərəkdən kitabçanı götürməkdən imtina etmişdir. Birlik tərəfindən iddiaçıya 03 aprel 2020-ci il tarixdə 815,05 manat, 08 may 2020-ci il tarixdə 2731,21 manat əmək haqqı və son haqq-hesab ödənilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan digər işlərin görülməsinə xərclənmiş vəsaitlə bağlı isə sübut mövcud deyil. Birlik dövlət tərəfindən maliyyələşdirilir və çəkilmiş bütün xərcləri dövlət qarşılayır. Buna görə də, iddia bu hissədə tamamilə əsassızdır.

7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-5091/2020 saylı iş üzrə xx.xx. 2020-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia rədd edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya xx.xx.2020-ci ildə işdən azad edildiyinə görə 2731 manat 21 qəpik pul (işdə olan əmək haqqı üzrə hesabat forma T-52) hesablanaraq xx.xx.2020-ci il tarixli 50 nömrəli ödəniş tapşırığı ilə ödənilmişdir. Bununla yanaşı, iddiaçıya məxsus əmək kitabçası cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında ona təqdim etmişdir.

9. İddia tələbinin iddiaçının şəxsi vəsaiti hesabına aldığı mal material və tikililər üçün ödədiyi vəsaitin ödənilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən bu barədə məhkəməyə heç bir rəsmi sənəd təqdim olunmamışdır.

10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 42.1, 43.1, 68.2, 83.2, 135.2, 144.2, 172.4, 172.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 81-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh əmək kitabçasının təqdim edilməsindən ötrü ona dəfələrlə zəng edilərək idarəyə dəvət olunduğunu bildirsə də, bunu sübut edə bilməmiş, həmçinin əgər həqiqətən də telefon zənglərinə reaksiya vermədiyi halda ünvanına hansı səbəbdən rəsmi məktublar göndərilməməsi səbəbləri izah edilməmişdir. Məhkəmə əmək kitabçasının gec verilməsinə hüquqi qiymət verməmiş, 1 ay 7 gün müd dətinə faizlərin hesablanmaması səbəbini aydınlaşdırmamışdır. Qanunun mətnində açıq-aydın qeyd olunur ki, işçiyə, yəni konkret halda ona çatacaq bütün ödənclər tam məbləğdə işdən çıxarıldığı gün 01 aprel 2020-ci il tarixdə verilməli idi. Qanunda işçiyə çatacaq məbləğin idarə tərəfindən hesablandığı gündən deyil, onun sonuncu iş günü, yəni onun işdən azad edildiyi 01 aprel 2020-ci il tarixdə, sonuncu iş günündə verilməsindən bəhs edilir. Məhkəmə qətnaməsində əmək kitabçasının ona idarənin nümayəndəsi tərəfindən məhkəmə baxışı zamanı 19 oktyabr 2020-ci il tarixdə, məhkəmə zalında verilməsi qeyd olunmuş, amma bunun işçinin və ya işəgötürənin təqsiri üzündən baş veribverməməsi araşdırılmamış, ikinci halda, yəni qanunla müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildiyin ə görə, o işə düzələ bilmədiyi 3 ay 20 gün müddət üçün orta əmək haqqı ödənilməsi məsələsinə qiymət verilməmişdir. Şəxsi vəsaiti hesabına həmin təşkilat üçün aldığı mal-material və apardığı tikililər üçün sərf etdiyi pulun ödənilməsi barədə tələbi də ətraflı araşdırılmamışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2219/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir.

15. Məhkəmə kollegiyası öz mövqeyini Əmək Məcəlləsinin 42.1, 43.1, 68.2, 83.2, 135.2, 144.2, 172.4, 172.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat

16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixində işdən azad edilsə də, ona ödənilməli olan son haqq-hesab 1 ay 7 gün gecikdirilərək xx.xx.2020-ci il tarixində ödənilmişdir. Bundan başqa əmək kitabçası cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci ildə verilməli olduğu halda 19 oktyabr 2020-ci ildə məhkəmə iclasında yəni 6 ay 18 gün gecikmə ilə verilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4605/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (sədrlik edən və məruzəçi), Mehparə Əhmədova və İsmayıl Xəlilov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsinin və son haqq hesabın vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabın hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsinin rədd edilməsi hissələrində ləğv edilmi ş və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, qanunvericiliyə müvafiq olaraq əmək kitabçasının işəgötürənin təqsiri üzündən işçiyə verilməsi ləngidildikdə işəgötürən tərəfindən işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Göründüyü kimi əmək kitabçasının verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilib-ləngidilməməsinin müəyyənləşdirilməsi hazırkı mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da, apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apely asiya məhkəməsinin qətnaməsi əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsinin və son haqq hesabının vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabının hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsinin rədd edilməsi hissələrində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamənin qalan hissələrinə münasibətdə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

21. Məhkəmə kollegiyası öz mövqeyini Əmək Məcəlləsinin 82(3), 87(3), 172(5), 172(6)-ci maddələrinə istinadla əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

22. Apellyasiya instansiyası məhkəməsinin (hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və X3) 2(103)-791/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, iddiaçıya son haqq-hesabın vaxtında ödənilməməsinə görə cavabdehdən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində olmaqla 1081,47 manat məbləğində pul vəsaitinin tutulub ödənilməsi, iddia tələbinin əmək kitabçasının vaxtında verilməməsinə görə ödənc verilməsi hissəsində rədd olunması qət edilmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı son haqqhesabın vaxtında ödənilməməsinə görə gecikdirilmiş m üddət üçün ödəncin verilməsi hissəsində rədd edərkən maddi hüquq normalarını səhv tətbiq etmişdir. Belə ki, iddiaçıya ödənilməli olan son-haqq hesab iddiaçıya işdən azad edildiyi gün, yəni 01 aprel 2020-ci il tarixində ödənilməli olduğu halda, həmin vəsaitin bir hissəsi 03 aprel 2020-ci ildə, qalan hissəsi isə 08 may 2020-ci il tarixində ödənilmişdir. Göründüyü kimi iddiaçıya ödənilməli olan son haqq-hesab gecikmə ilə ödənilmişdir. İddiaçıya ödənilməli olan son haqq-hesabın bir hissəsi ilkin olaraq 2 gün gecikmə ilə 03 aprel 2020-ci il tarixdə, qalan məbləğ isə 37 gün gecikmə ilə 08 may 2020-ci il tarixdə ödənilmişdir. İddiaçı işdən azad olunduqdan sonra ona 815,05+2731,21=3546,26 manat məbləğində pul hesablanıb ödənilmişdir. Göründüyü kimi, iddiaçının son haqq-hesabının 3546,26 manat hiss əsi 2 gün, 2731,21 manat hissəsi isə 37 gün gecikdirmə ilə ödənilmişdir. Hər gecikdirilmiş gün üçün iddiaçıya ödənilməli olan ödənc məbləği əmək haqqının azı bir faizi nəzərə alınmaqla 01 aprel 2020-ci il tarixdən 03 aprel 2020-ci il tarixədək 3546,26 manat məbləğə görə 2 gün üçün 3546,26: 100 x 2 =70,92 manat, 01 aprel 2020-ci il tarixdən 08 may 2020-ci il tarixədək 2731,21 manat məbləğə görə 37 gün üçün 2731,21: 100 x 37 = 1010,55 manat, cəmi ödəncin məbləği 70,92 + 955,92 = 1081,47 manat təşkil etmişdir.

24. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh iddiaçının son haqq-hesabının ödənilməsinin gecikdirilməsinin üzrlü səbəbdən baş verməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir

25. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabç ası cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsi zamanı məhkəmə iclasında ona təqdim edilmişdir. Cavabdehin nümayəndəsinın bildirdiyinə görə, əmək kitabçasının iddiaçıya təqdim edilməsi ilə bağlı dəfələrlə iddiaçıya zənglər olunsa da, iddiaçı bilərəkdən kitabçanı götürməkdən imtina etmişdir. İddiaçı isə izahatında əmək kitabçasının ona qaytarılması üçün müəssisə tərəfindən heç bir təşəbbüs göstərilmədiyini bildirmişdir. İddiaçı özü də əmək kitabçasının götürülməsinə cəhd göstərməmişdir. Beləliklə, əmək kitabçasının sonuncu iş günü iddiaçıya verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi iş materialları ilə təsdiq olunmamışdır.

26. Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə m üəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə yalnız işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı 1956-cı il təvəllüdlü olmaqla pensiya yaşına çatmış, habelə yenidən işə düzəlmək üçün müraciət etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

27. Məhkəmə kollegiyası vurğulamışdır ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən, əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir.

28. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 87(3), 172 (4), 172(5) və 172(6)-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti vermişdir.

30. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunsuz və əsassız məhkəmə qərarlarının qəbul edilməsi onun məhkəmə müdafiə hüququnu və əmək hüququnu pozulmuşdur. Əmək kitabçasının vaxtında verilməməsi onun başqa işə düzəlməyini mümkünsüz etmişdir. Əmək kitabçası ona 6 ay 18 gün gecikmə ilə verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi əmək kitabçasının gecikmə ilə verilməsinin iş materialları ilə təsdiq olunmadığı qənaətinə gəlmişdir. Halbuki əmək kitabçasını almaqdan imtina etdiyi halda işəgötürən bunu sadə yolla, yəni akt tərtib etməklə sənədləşdirməli idi və yaxud poçt vasitəsilə göndərməli idi. Məhkəmə Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarını düzgün tətbiq etməmiş, Qaydaların 6.2-ci bəndinin 1-ci cümləsini nəzərə almamışdır.

31. Məhkəmə iddiaçının pensiya yaşına çatmasını da onun işə düzələ bilməməsinin əsası kimi göstərmişdir. Halbuki iddiaçı işdən çıxarılan zaman pensiya yaşına çatmamışdır, eyni zamanda pensiya yaşına çatmaq işçinin hüququdur.

32. Apellyasiya instansiyası məhkəməsi əmək haqqının və son haqq-hesabın gecikdirilməsini sübut olunmuş hesab etsə də, onun hesablanmasında ədalətlilik prinsipinə əməl etməmiş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, qanun ödənc faizinin yuxarı həddini müəyyən etməmiş, məhkəmə isə ən aşağı həddi götürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 3

3. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbindən kənara çıxaraq əmək haqqının və son haqq-hesabın gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 10 faiz məbləğində ödəncin verilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı əmək kitabçasının ona vaxtında verilmədiyinə görə əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsini tələb etmişdir. Həmin hissənin təmin edilməməsində apellyasiya instansiyası məhkəməsi düzgün mövqedə olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

34. Maddə 83, bənd

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, iş çinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

35. Maddə 87, bənd

3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

36. Maddə 172, bənd

4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

37. Maddə 172, bənd

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

38. Maddə 172, bənd

6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, on ların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

44. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının ödənilməsi və son haqq hesabın vaxtında ödənilməməsinə görə ödənc verilməsi tələblərinin təmin olunmayan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən son haqq-hesabın vaxtında ödənilməməsinə görə ödənc ver ilməsi tələbinin təmin olunmayan hissəsində maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin həmin hissə ilə bağlı dəlilləri açıqaşkar əsaslandırılmamışdır.

51. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçası verilən günə qədər olan dövr üçün orta əmək haqqının ödənilməsi tələbinin təmin olunmaması hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

52. Əvvəlki kassasiya icraatı üzrə məhkəmə tərkibinin həmin hissə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, əmək kitabçasının verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilib-ləngidilməməsinin müəyyənləşdirilməsi hazırkı mübahis ənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da, apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir.

53. Yeni apellyasiya baxışı zamanı məhkəmə cavabdehin nümayəndəsinın izahatına istinadla qeyd etmişdir ki, əmək kitabçasının iddiaçıya təqdim edilməsi ilə bağlı dəfələrlə iddiaçıya zənglər olunsa da, iddiaçı bilərəkdən kitabçanı götürməkdən imtina etmişdir. Həmçinin iddiaçı özü də əmək kitabçasının götürülməsinə cəhd göstərməmiş, beləliklə əmək kitabçasının sonuncu iş günü iddiaçıya verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi iş materialları ilə təsdiq olunmamışdır.

54. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 106.1-ci maddəsi işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktla r barədə izahatlarını sübutlara aid etsə də, həmin izahatlar o halda mötəbər sübut kimi qəbul edilə bilər ki, iş üzrə toplanmış digər sübutlarla təsdiq edilsin. Əks halda tərəflərin bildirdiyi və işdə olan digər sübutlarla təsdiq olunmayan izahatlar əsasında işin hallarının müəyyən olunması MPM-in 9, 14 və 77.1-ci maddələrinə ziddir.

55. Həmçinin qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndi işdən azad etmə barədə əmrin surətinin, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməsini işəgötürənin üzərinə vəzifə kimi qoymuşdur.

56. Bu baxımdan həmin sənədlərin sonuncu iş günü işçiyə verilməsinin işəgötürənin günahı ucbatından gecikdirilmədiyini sübut etmək vəzifəsi də işəgötürənin üzərindədir. Qeyd olunan sənədləri işçiyə vaxtında təqdim etməyən işəgötürən bu halın məhz işçinin günahı üzündən baş verdiyi, yaxud sənədin ondan asılı olmayan səbəblərdən işçiyə təqdim edilmədiyi barədə sübutlarını məhkəməyə təqdim etməlidir. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi yalnız nümayəndənin izahatı əsasında həmin halın təsdiq edildiyi barədə nəticəyə gəlməklə, habelə bununla bağlı sübut etmə yükünü həm də işçinin üzərinə qoymaqla istinad olunan maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

57. Apellyasiya instansiya məhkəməsi qeyd olunan hissədə iddianın rədd olunmasını, həmçinin iddiaçının pensiya yaşına çatması ilə əsaslandırmışdır. Halbuki qanunvericiliyə əsasən müəyyən iş yerləri və vəzifələr istisna olmaqla şəxsin pensiya yaşına çatması ona əmək fəaliyyətinin davam etdirilməsini qadağa n edən hal kimi müəyyən edilməmişdir. Bununla yanaşı, əmək kitabçası baxılan iş üzrə birinci instansiya məhkəməsinin iclası zamanı cavabdeh tərəfindən ona verildiyi halda iddiaçının üzərinə yenidən işə düzəlmək üçün müraciət etməsi barədə məhkəməyə sübutlar təqdim etmək vəzifəsinin qoyulması da yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi əmək kitabçası verilən günə qədər olan dövr üçün orta əmək haqqının ödənilməsi tələbinə aid hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsa slandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-791/2022 nömrəli mülki iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi əmək kitabçası verilən günə qədər olan dövr üçün orta əmək haqqının ödənilməsi tələbinin qəmin olunmaması hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə mübahisələndirilən (baxılan) qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar