Məhkəmə qərarları › İş №2(102)-3119/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3119/2019

03.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3119/2019 03.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili1, cavabdeh “Borçalı Kommersiya Bank”ının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili2 iştirakı ilə, Cavabdeh “Borçalı Kommersiya Bank”ının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12499/2018 nömrəli iş üzrə 10 dekabr 2018-ci il tarixli qətnaməsindən verd iyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.Ə.Mehdiyev) 2(006)-2558/2018 nömrəli, 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 mənzil cavabdeh2 ilə X7 arasında bağlanmış 21 noyabr 2003-cü il tarixli, 05 və 05a saylı kredit müqavilələri üzrə ipoteka yüklülüyündən azad olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) 2(103)-12499/2018 nömrəli, 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Əmanət lərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair, sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh2 ilə X7 arasında 21 noyabr 2003-cü il tarixdə 05 və 05a saylı kredit müqavilələri bağlanmışdır. Sözügedən kredit müqavilələrinin təminatı olaraq eyni tarixdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 mənzilinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin müddəti 21 noyabr 2004-cü il tarixdə başa çatmışdır. İddiaçı qeyd edilən mənzilin alqı-satqısını həyata keçirmək istəyən zaman məlum olmuşdur ki, hazırkı vaxtadək mülkiyyətində olan mənzil ipoteka yüklülüyündən azad edilməmişdir. Cavabdeh bankın ləğvedic isinə müraciət olunaraq, hazırda mübahisəsi gedən mənzilin ipoteka yüklülüyündən azad edilməsi xahiş olunmuşdur. Cavabdeh bankın ləğvedicisi tərəfindən 24 yanvar 2018-ci il tarixdə müraciətə cavab olaraq bildirilmişdir ki, cavabdeh2 1 saylı Bakı Yerli İqtisad məhkəməsinin 31 yanvar 2005-ci il tarixli, 179/5-32 saylı qətnaməsi ilə məcburi ləğv edilmiş və məhkəmənin 17 mart 2016-ci il tarixli, 179/5-32 saylı qərardadı ilə “xxxx” MMC ləğvedici qismində təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2-1(103)-1376/2017 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu cavabdeh2 na ləğvedici təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondu əvvəlki ləğvedici ilə təhvil-təslim işlərinin aparılması zamanı banka aid uçot sənədlərində, o cümlədən kredit sənədlərind ə çatışmazlıqlar aşkar etdiyinə görə, məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Əvvəlki ləğvedicinin fəaliyyətinə hüquqi qiymət verilmədiyindən və bununla əlaqədar təhvil-təslim işlərinin tam yekunlaşmaması səbəbindən qeyd edilən məsələnin hazırda araşdırılması qeyri-mümkün hesab olunmuşdur. Lakin ləğvedicinin dəyişməsindən 7 aydan artıq bir müddət keçmişdir və bugünə qədər təhvil-təslim prosesinin aparılması üçün kifayət qədər zaman mövcud olmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən bu və ya digər səbəblərdən təhvil- təslim prosesinin aparılmaması mülkiyyətində olan mənzilin üzərində sərəncam vermə hüququnun pozulması ilə nəticələnmişdir. İpoteka müqaviləsi sərbəst bağlanan müqavilə deyil. Əsas öhdəliyin (kredit müqaviləs inin) təminatı məqsədi ilə bağlanır və əsas öhdəliyə xitam verildiyi zaman isə qeyd şərtsiz ipotekaya da xitam verilir. Göründüyü kimi, əsas öhdəliyə xitam verilməsi ipotekaya da xitam verilməsi ilə nəticələnir və bu, ipoteka saxlayanın və ya qeyrisinin iradəsindən asılı deyildir. Belə hallarda ipotekaya xitam verilməsi qanunun imperativ göstərişidir və bunun üçün əlavə hər hansı addım atmağa ehtiyac yoxdur. Qeyd olunan kredit müqavilələri üzrə ödənişlər tam şəkildə həyata keçirilmiş və həmin kredit müqavilələri üzrə heç bir borc öhdəliyi yoxdur. Göstərilənlərə əsasən, 21 noyabr 2003-cü il tarixli, 05 və 05a saylı kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 mənzilinin ipotekasına xitam verilməsi və ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə ç ıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “Borçalı Kommersiya Bank”ının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12499/2018 nömrəli iş üzrə 10 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, işin hərtərəfli və ətraflı araşdırılaraq maddi hüquq normalarının pozulması hallarının aradan qaldırılması əsası ilə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QAR Şİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Borçalı Kommersiya Bank”ının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən iddiaçının nümayəndəsi və vəkili1 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-12499 saylı 10.12.2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş yenidən apellyasiya qaydasında baxılması üçün göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, kredit müqavilələri üzrə ödənişlər tam şəkildə həyata keçirildiyindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 mənzili ipoteka yüklülüyündə n azad olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri işin həqiqi hallarını, tərəflərin qarşılıqlı münasibətlərinı əks etdirmədiyi, həmçinin qəbul etdiyi qətnamə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, cavabdeh2 ilə X7 arasında bağlanmış 21 noyabr 2003-cü il tarixli, 05 saylı kredit müqaviləsinə əsasən cavabdeh2 tərəfindən X5 01 il müddətinə, illik 10 faiz dərəcəsi olmaqla, 100000 manat (AZM) məbləğində kredit vəsaiti verilmişdir. cavabdeh2 ilə X7 arasında bağlanmış 21 noyabr 2003-cü il tarixli, 05a saylı kredit müqaviləsinə görə cavabdeh2 tərəfindən X5 01 il müddətinə, illik 10 faiz dərəcəsi olmaqla, ********* manat (AZM) məbləğində kredit vəsaiti verilmişdir. cavabdeh2 ilə X7 arasında bağlanmış 21 noyabr 2003-cü il tarixli, 05 saylı ipoteka müqaviləsinə əsasən qeyd edilən ipoteka müqaviləsi cavabdeh2 ilə X7 arasında bağlanmış 21 noyabr 2003-cü il tarixli, 05 və 05a saylı kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bağlanmış və Bakı şəhəri, ünvan 1 mənzili cavabdeh2 qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 07 may 1996-cı il tarixli, MH № 013975 seriya nömrəli qeydiyyat vəsiqəsinə görə Bakı şəhəri, ünvan 1 mənzili İddiaçı adına mülkiyyət hüququ ilə 07 may 1996-cı il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdadır. İddiaçı həmin kredit öhdəliyi icra olunduğu üçün mənzilin ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı cavabdeh2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş və Fond həmin müraciətə 24 yanvar 2018-ci il tarixli, **********082 saylı cavab məktubunda bildirmişdir ki, “Cavabdeh2” 1 saylı Bakı Yerli İqtisad məhkəməsinin 31 yanvar 2005-ci il tarixli, 179/5-32 saylı qətnaməsi ilə məcburi ləğv edilmiş və məhkəmənin 17 mart 2016-ci il tarixli, 179/5-32 saylı qərardadı ilə “xxxx” MMC ləğvedici qismində təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 17 avqust 2017-ci il tarixli, 2-1(103)1376/2017 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu “Cavabdeh2”na ləğvedici təyin edilmişdir. Əmanətlərin Sığortalanması Fondu əvvəlki ləğvedici ilə təhvil-t əslim işlərinin aparılması zamanı banka aid uçot sənədlərində, o cümlədən kredit sənədlərində çatışmazlıqlar aşkar etdiyinə görə, məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Əvvəlki ləğvedicinin fəaliyyətinə hüquqi qiymət verilmədiyindən və bununla əlaqədar təhvil-təslim işlərinin tam yekunlaşmaması səbəbindən qeyd edilən məsələnin hazırda araşdırılması qeyri-mümkün hesab olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı 06 iyun 2018-ci il tarixli, **********45 nömrəli məktubuna görə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, K.Setkin küçəsi, 7 saylı ev in 2 saylı mənzili “Borçalı” KB-nın 26 noyabr 2003-cü il tarixli müraciəti əsasında ipoteka ilə yüklü edilmiş və hal-hazırda yüklüdür. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin, 29.1, Mülki Məcəlləsinin 6.2, 16.1, 152.1, 294.1, 294.1.1, 425.1, 425.2, 527.1, 527.2, 528, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7, 10.1, 48.1.2-ci maddələrinə istinad etməklə və məhkəmə kollegiyasının iclasında iştirak edən Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 Cavabdeh2 əvvəlki ləğvedicisi tərəfindən bir çox, o cümlədən, İddiaçı qeyd edilən kredit və ipoteka öhdəliyi üzrə sənədlərin Əmanətlərin Sığortalanması Fonduna təhvil verilmədiyindən hazırda həmin kredit öhdəliyinin icra olunub-olunmadığı haqqında heç bir məlumat verə bilməməsinə dair izahatına istinad etməklə kifayətlənmiş, iddianın hansı hüquqi əsaslarla və hansı mötəbər sübutlar əsasında təmin edilməsini əsaslandırmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. - 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. - 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildi kdə ipotekaya xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbində "Cavabdeh2" ilə X7 arasında 21 noyabr 2003-cü il tarixdə 05 və 05a saylı kredit müqavilələri üzrə ödənişlərin tam şəkildə həyata keçirilməsi və həmin kredit müqavilələri üzrə heç bir borc öhdəliyinin olmamasını göstərməsinə baxmayaraq, onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 mənzilin sözügedən kredit müqavilələri üzrə ipoteka yüklülüyündən azad olunması nəticəsinə gələrkən əsas öhdəliyin, yəni borcun tam ödənilməsini təsdiq edən sübutun təqdim edilməməsinə qiymət verməmiş, yalnız izahatlara istinad etmişdir ki, bu da qanunvericiliklə yol verilməzdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan m əhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmçinin də kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğu nu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğun u təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kredit öhdəliyinin tam icra olunması barədə iddiaçının izahatı ilə kifayətlənməməli, cavabdeh2 ilə 21 noyabr 2003-cü il tarixli, 05 və 05a saylı kredit müqavilələri bağlamış X3 məhkəmə iclasında dindirilməsinin zəruriliyini müzakirə etməli idi. Belə ki, yalnız X7 tərəfindən kredit öhdəliyinin tam icra olunmasına dair sübut növü təqdim edildiyi halda iddiaçının mülkiyyətində olan mənzillərin ipoteka yüklülüyündən azad olunması tələbinə düzgün hüquqi qiymət verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir h alı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadın ın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12499/2018 nömrəli, 10.12.2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar