Məhkəmə qərarları › İş №2(102)-3119/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3119/2023

03.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3119/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh MMC və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayəti vermə hüququ, prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh MMC və "xxxx" MMC-yə qarşı “nəqliyyat vasitəsinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin geri qaytarılması və pul tələbi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4158/2022 nömrəli, 12 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 24 sentyabr 2018-ci il tarixində onunla birinci cavabdeh və eyni tarixdə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, nəqliyyat vasitəsinin iddiaçının adına rəsmiləşdirilməsi və nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması, sözügedən nəqliyyat vasitəsinin köhnəlməsini nəzərə alaraq bugünkü mövcud dəyərin fərqini təşkil edən 102.0 00 manat ziyanın, 3 il dövründə ailə üzvlərinin itirdiyi sağlamlıqlarının bərpa edilməsi üçün tələb olunan 300.000 manat vəsaitin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(005)481/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

3. Qətnamədən iddiaçı və cavabdeh "xxxx" MMC ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayəti qismən təmin edilməsini, Nərimanov Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamənin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, 2018-ci il b uraxılışlı, universal tipli, qara rəngli, mühərrik nömrəsi B766929, ban nömrəsi JTMHU01J5J5143190 olan “X2 LC 200” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair İddiaçı ilə “X3” MMC-nin (hazırkı "xxxx" MMC) arasında bağlanmış xx.xx.2018- ci il tarixli alqı-satqı müqaviləsi və həmin avtomobilə dair “X3” MMC (hazırkı "xxxx" MMC) ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmasını və bu müqavilələrin əsasında aparılmış mülkiyyət hüququna dair qeydlər ləğv edilməsini, həmin avtomobil üzərində İddiaçı mülkiyyət hüququna dair qeyd bərpa olunması və avtomobil Cavabdeh MMC-dən alınaraq.İddiaçı qaytarılsmasını, iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci i craat

5. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini qismən, iddia tələbinin təmin olunan hissədə ləğv edilməsini və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qərar qəbul edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

6. İddiaçı da kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən - “zərərin əvəzinin ödənilməsi” hissəsində ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1096/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (məruzəçi ), Ə.Nurməmmədov və Z.Əliyev) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, ikinci cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 13 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4158/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və V.Baxışova) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2021-ci il tarixli qətnamə qismən, yəni iddianın “avtomobilə dair satıcı olaraq iddiaçı ilə alıcı olaraq "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə b ağlanmış “Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” hissəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, mübahisəli avtomobilə dair iddiaçı ilə birinci cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “alqı-satqı müqaviləsi” etibarsız hesab edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

9. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24 iyun 2022-ci il tarixli qətnaməsinin qismən (iddianın təmin olunmamış hissəsində) ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məh kəmə zidiyyətli nəticəyə gəlmiş, öz qənaətini əsaslandırmamışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-144/2023 nömrəli, 6 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (məruzəçi), E.Şamayev və A.Abbasov) Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4158/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilərək, 2(102)-144/2023 nömrəli mülki iş kassasiya baxışından çıxarılıb Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Kassasiya instansiyası qeyd etmişdir ki, iş üzrə kassasiya şikayəti vermiş cavabdehin təmin olunmayan tələbi mövcu d deyil. Belə olan halda MPM-in 403.1-ci maddəsinə əsasən birinci cavabdehin iddianın təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya icraatı qaydasında mübahisələndirmək hüququ da olmamışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

13. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həmin qətnamədən xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti və “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizə vermişdir.

14. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının kassasiya şikayəti vermək üçün vəkillə müqavilə bağlamağa maddi imkanı olmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4158/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərardadı ilə (hakimlə r M.Məmmədov (sədrlik edən və məruzəçi), F.Talışınski və A.İmanov) İddiaçı verdiyi “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti qaytarılmışdır.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüş iddiaçı, müddətin ötürülməsinin üzürlü səbəbdən baş verməsini sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-4158/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərardadının ləğv edilməs i və kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən ərizəsində göstərdiyi dəlillər, təqdim etdiyi sübutlar düzgün araşdırılmamışdır. Həmçinin, vəkillə müqavilə bağlamağa maddi imkanı olmadığını, mülki işlərdə dövlət hesabına vəkillə təmin olunmanın mümkün olduğunu bilmədiyindən kassasiya şikayəti vermək üçün prosessual müddətin ötürüldüyünü qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müdd ətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

21. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

22. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması t apşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

25. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

26. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya məhkəməsi ərizəni və kassasiya şikayətini nəzərdən keçirərək iddiaçının va xtında vəkillə müqavilə bağlamaq üçün maddi imkanı olmamasına dair dəlilərinə münasibətdə belə nəticəyə gəlmişdir ki, hər bir halda iddiaçının maddi imkanı yox idisə o, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması üçün müraciət etmək imkanı olmuş, lakin bu imkandan istifadə etməmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır.

32. Hazırkı kassasiya şikayətində isə göstərilir ki, ona yalnız cinayət işləri üzrə dövlət hesabına vəkillə təmin olunmanın mümkünlüyü aydın olmuş, mülki işlər üzrə belə imkanın olmasından məlumatsız olmuşdur.

33. İddiaçının həmin dəlili də əsaslı hesab edilə bilməz. Çünki bundan əvvəlki icraatlarda o, vəkillə təmsil olunmuş, heç bir zaman dövlət vəsaiti əsasında vəkillə təmin olunması ilə bağlı müraciət etm əmişdir. Bu halda vəkillə təmin olunduğu üçün onun bu imkandan istifadə etmək üçün məlumatının olmamasına dair dəillinin əhəmiyyətsizliyi müəyyən olunmuş olur. Çünki hər bir vəkilə aydındır ki, mülki işlər üzrə kassasiya qaydasında şikayət verilməsi üçün vəkilin iştirakı məcburidir, maddi vəsaitə malik olmayan şəxs isə belə imkanı əldə etmək dövlət büdcəsi hesabına vəkillə təmin olunması üçün müraciət edə bilər. Bunun üçün isə yalnız maddi imkanının olmamasını sübut etməlidir.

34. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmaqla prosessual hüquq normalarına uyğundur. Məhkəmə tərkibi həmin mövqe ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətində göstərilənlər qərardadın dəyişdirilməsi və ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2023-cü il tarixli, 2(103)4158/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar