Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3133/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Zərdab rayon Bıçaqçı Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, icarə haqqının və zərərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Zərdab rayon Bıçaqçı Bələdiyyəsinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, icarə haqqının və zərərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 2(107)-434/23 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı Zərdab rayon Bıçaqçı Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Zərdab rayon, Bıçaqçı bələdiyyəsinin 15 saylı, xx.xx.2005-ci il tarixli iclas protokolundan çıxarışa əsasən Cavabdeh atası X6 kəndi ərazisindən yaşayış məskənindən təxminən 10 km aralıda, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7.50 ha torpaq sahəsi ayrılmış və həmin tarixdə aralarında icarə müqaviləsi bağlanmışdır.
2. Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 15 saylı iclasının qərarı əsasında Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bələdiyyə mülkiyyətində olan 7,50 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı üçün 40 il müddətinə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarə haqqı hər rübün axırıncı ayının 25-dən gec olmayaraq ödənilməlidir.
3. Cavabdeh Bıçaqçı Bələdiyyəsinə qarşı onun icarəsinə verilmiş 7,50 ha torpaq sahəsindən istifadə etməsinə Bələdiyyə tərəfindən törədilən maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Zərdab Rayon Məhkəməsinin 2(035)-869/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.
4. Zərdab Rayon Məhkəməsinin 2(035)-869/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh icarəsinə verilmiş 7,50 ha torpaq sahəsindən istifadəsinə cavabdeh Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi tərəfindən törədilən maneə a radan qaldırılması qət edilmişdir. Həmin iş üzrə cavabdeh Bıçaqçı Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin 2(107)634/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
5. Cavabdeh xx.xx.2016-cı il tarixli İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Zərdab rayon Bıçaqçı Bələdiyyəsi (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bələdiyyə arasında bağlanmış, Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7.5 ha torpaq sahəsinin cavabdehin icarəsinə verilməsinə dair 10 yanvar 2016-cı il ta rixli müqavilənin ləğv edilməsi, bələdiyyə mülkiyyətində olan 10 ha torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması, cavabdehdən iddiaçının xeyrinə 6318.5 manat məbləğində icarə haqqının, 20000 manat məbləğində zərərin, cəmi 26318.5 manatın məcburi qaydada alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bələdiyyənin 15 saylı, xx.xx.2005-ci il tarixli iclas protokoluna əsasən cavabdehin atası X6 kəndi ərazisindən 50 il müddətinə, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7.50 ha torpaq sahəsinin ayrılması qərara alınsa da, bələdiyyənin protokol kitabında son iclas xx.xx.2005-ci il tarixdə 12 sayla qeydə alınmışdır. Ona görə də hesab edir ki, adıçəkilən 15 saylı, xx.xx.2005-ci il tarixli iclas protokolunun qərarı qa nunsuzdur. Bələdiyyənin arxivində cavabdehin adına torpaq sahəsinin ayrılmasına dair heç bir qərar yoxdur. Bununla belə cavabdehin adına iki icarə müqaviləsi yazılmışdır ki, həmin müqavilələrin hər ikisi qanunsuzdur. Ona görə ki, 15 saylı, xx.xx.2005-ci il tarixli icarə müqaviləsi yazılarkən, cavabdehin hardasa 11 yaşı olmuşdur. İkinci müqavilə, yəni 2016-cı ildə bağlanmış müqavilə isə notariat qaydasında bağlanmamaqla hərracdan kənar bağlanmışdır. Halbuki, 2008-ci ildən etibarən torpaq icarəsinə dair müqavilələr DƏDRX-nin müvafiq idarəsi tərəfindən keçirilən hərrac vasitəsi ilə bağlanılır. Belə ki, hərracda iştirak edən şəxslərdən ən yüksək icarə haqqı təklif edən şəxs hərracın qalibi olur və onunla bələdiyyə arasında notarial qaydada olmaqla əkinə yararlı torpaq sahəsi ilə bağlı 25 il, örüş yerləri üçün 15 il müddətinə icarə müqaviləsi bağlanılır. Hazırkı cavabdeh və onun atası ilə bələdiyyə arasında heç vaxt notarial qaydada icarə müqaviləsi bağlanmamışdır. Bundan başqa, cavabdeh 2017, 2018, 2019, 2020, 2021, 2022-ci illər üçün bir manat da olsa bələdiyyəyə icarə haqqı ödəməmişdir. Ümumiyyətlə iddiaçının adından heç vaxt icarə haqqı ödənilməmişdir. Cavabdehə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə bildirişlər göndərərək sözügedən torpaq sahəsini qanunsuz, hərrac vasitəsi ilə müqavilə bağlamadan istifadə etməsi, 2-ci Qarabağ müharibəsində iştirak edən Bıçaqçı kəndindən olan onlarla gəncin torpaq sahəsinə ehtiyaclarının olması nəzərinə çatdırılaraq sahəni boşaltması barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq cavabdeh sözügedən torpaq sahəsində n qanunsuz istifadəni davam etdirir.
8. Birinci instansiya məhkəməsində cavabdeh icarə haqlarını ödəmədiyini, 2009-cu ildən bəri sözügedən icarə torpağından təyinatı üzrə istifadə etmədiyini, bunu icarə müqaviləsi üzrə icarə hüququnun dövlət qeydiyyatından keçirmədiyi üçün ona kod verilməməsi və yaxınlıqda kənd qəbristanlığının yerləşməsi ilə əlaqəli olduğunu bildirmişdir.
9. Zərdab Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 2(035)-671/2022 nömrəli qətnaməsi ilə (hakim T.Qubatov) iddia qismən təmin edilmiş, Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7.5 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh icarə haqqına görə 350.4 manat, zərərin ödənilməsinə g örə 262.8 manat, cəmi 613.2 manat pul tutularaq iddiaçı Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinə ödənilməsi, iddia zərərin ödənilməsinə dair qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən Bıçaqçı kəndinin ərazisində yerləşən 7.50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 40 il müddətinə cavabdehin icarəsinə verilmişdir. Bələdiyyə müqavilə üzrə öhdəliyinə əməl edərək torpaq sahəsini ayırıb cavabdehə versə də, cavabdeh qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə ə məl etməmişdir. Müqaviənin 2.13-cü bəndinin 6-cı abzasına əsasən cavabdeh icarə haqqını və digər tədiyyələri vaxtında ödəməli olduğu halda öhdəliyinə əməl etməmişdir. Belə ki, onun 2017, 2018, 219, 2020, 2021 və 2022-ci illər üçün icarə haqqı ödənilməmiş qalmışdır.
11. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti müqavilə öhdəliklərə aid olan torpaq icarə münasibətidir. Ona görə də həmin hüquq münasibətinin həllinə Torpaq Məcəlləsinin, “Torpaq icarəsi haqqında” Qanunun, Mülki Məcəllənin icarə, torpaq icarəsi və müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı normaları tətbiq edilməlidir.
12. Məhkəmə bu nəticəyə gəlmişdir ki, iddia həm hüquqi, həm də faktiki cəhətdən əsaslıdır, tərəflər arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsi ləğv edilməli, cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır.
13. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddia tələbi icarə haqqının ödənilməsinə dair hissədə tam, zərərin ödənilməsinə dair hissədə isə qismən, yəni bir illik icarə haqqı 58.40 manat + gecikmə faizi bir gün üçün 0.2%-dən bir illik 43.8 manat = 102.2 manat; 102.2 manat x 06 il = 613.2 manat olmaqla təmin edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73, 75ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2, 713-cü, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 23, 31-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 106.1, 124.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməs indəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, o, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında verdiyi izahatlarında, icarəçi kimi icarəyə götürdüyü torpaq sahəsindən ümumiyyətlə 2009-cu ildən istifadə etmədiyini, icarə haqqını 2016-cı ildən ödəmədiyini bildirməmişdir və bunları etiraf ertməmişdir. Məhkəmə iclasında bildirmişdir ki, 2020-ci ilə qədər icarə haqqını nağd şəkildə ödəmişdir, lakin bələdiyyə sədri dəyişəndən sonra ondan nağd pul götürüməmişdir, buna görə də o, iddiaçıdan ona tədiyyə-bildiriş verilməsini xahiş etmişdir. İddiaçı bundan imtina etdiyinə görə o da icarə haqqın ı 2020-ci ildən ödəmədiyini məhkəməyə bildirmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi qətnaməsində guya onun 2009-cu ildən həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyini və 2016-cı ildən icarə haqqını ödəmədiklərini etiraf etdiyini qeyd etmişdir. Torpaq sahəsindən təyinatı üzrə istifadə etməməyi və icarə haqqını ödəməməyi barədə, torpaq sahəsini icarə müqaviləsinə əsasən dövlət reyestrində adına qeydə alınması ilə bağlı iddiaçı tərəfindən ona heç bir rəsmi bildiriş və ya xəbərdarlıq edilməmişdir və bunlar məhkəmədə tədqiq edilməmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-434/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və E.Me hdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən, Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh Bıçaqçı bələdiyyəsinin mülkiyyətində olan 7.5 ha torpaq sahəsindən çıxarılmasına aid hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə Cavabdeh icarə haqqına görə 350.4 manat, zərərin ödənilməsinə görə 262.8 manat, cəmi 613.2 manat pulun tutularaq iddiaçı Zərdab rayonu Bıçaqçı Bələdiyyəsinə ödənilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin bələdiyyənin mülkiyyətində olan 7.5 ha torpaq sahəsindən çıxarılmasına aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün nəticəyə gəlməmişdir.
19. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, bələdiyyənin 15 saylı, xx.xx.2005-ci il tarixli iclas protokolundan çıxarışa əsasən cavabdehin atası X6 kəndi ərazisindən yaşayış məskənindən təxminən 10 km aralıda, 50 il müddətinə, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7.50 ha torpaq sahəsi ayrılmış və həmin tarixdə aralarında icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi naturada ayrılaraq onlara təhvil verilmiş, Bıçaqçı bələdiyyəsi və DT və XK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilməklə icarəyə ayrılmış torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir. Sonradan atasının səhhətində problemlər yarandığından atası xx.xx.2016-cı ildə bələdiyyəyə ərizə ilə müraciət edərək adına olan 7.50 ha torpaq sahəsinin, yəni icarə müqaviləsinin onun adına keçirilməsini xahiş etmişdir. Atasının ərizəsi əsasında sözügedən torpaq sahəsinə dair icarə müqaviləsi qalan müddət üçün, yəni 40 il müddətinə onun adına keçirilmiş və bu barədə bələdiyyə ilə onun arasında bələdiyyənin xx.xx.2016-cı il tarixli qərarı əsasında 2016-cı il tarixdə icarə müqaviləsi bağlanmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, atası 2021-ci ilin yazında vəfat etmişdir. Ötən müddət ərzində icarə haqların nəğd şəkildə əvvəlki bələdiyyə sədrlərinə ödənilmişdir. Əks təqdirdə bələdiyyə tərəfindən ona qarşı icarə haqlarının ödənilməsi ilə bağlı tələb irəli sürülərdi. Lakin, heç vaxt bələdiyyə tərəfindən onlara qarşı pretenziya irəli sürülməmiş və heç bir etiraz olmadan torpaq sahəsində icarə hüquqlarını həyata keçirmişdir. Kənd üzrə yeni bələdiyyə sədri seçiləndən sonra həmin bələdiyyə sədrinə icarə haqqının ödənilməsi üçün tədiyyə-bildiriş verilməsini, İcarə müqaviləsi üzrə icarə hüququnu dövlət qeydiyyatından keçirilməsi üçün ona kod verilməsini dəfələrlə iddiaçı Zərdab rayonu, bələdiyyədən xahiş və tələb etsə də, ona icarı haqqını ödəmək üçün tədiyyə-bildiriş (qəbz) və kod verməmişdir. Ona görə də o icarə haqqlarını nəğdsiz, yəni köçürmə yolu ilə ödəyə, icarə müqaviləsini dövlət reyestrində qeydiyyata aldıra bilməmişdir. O bu gün də icarə müqaviləsi üzrə icarə haqqını tamamilə ödəməyə və icarə müqaviləsi üzrə icarə hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmağa hazırdır. Lakin iddiaçı torpaq sahəsini ondan geri almaq istədiyindən və bunda maraqlı olduğuna görə dolayısı ilə bundan boyun qaçırır.
21. Kollegiya qeyd etmişdir ki, bələdiyyə tərəfindən cavabdehə icarəsində olan torpaq sahəsindən lazımı qaydada istifadə edilməsinə qərəzli olaraq maneə törədilmişdir. İşin bu halı yuxarıda qeyd olunan qətnamə ilə öz təsdiqini tapmışdır.
22. Kollegiya bundan başqa iddia tələbinin torpaq sahəsinin hərrac vasitəsi ilə satılmadığına görə icarə müqaviləsinin ləğv edilməli olması barədə qənaətini əsassız hesab etmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi, torpaq sahəsinin hərrac vasitəsi ilə satılmadığına görə icarə müqaviləsinin ləğv edilməlidir tələbinin qanuni əsası yoxdur. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikas Ali Məhkəməsinin 2(102)4727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının 44-cü bəndində qeyd edilmişdir ki, tərəflər arasında etibarlı icarə müqaviləsi mövcuddur və iddiaçı həmin müqavilə üzrə hüquqlarından istifadə etməkdə haqlıdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda qeyd edilən məhkəmə tərəfindən icarə müqaviləsi etibarlı hesab edildiyindən, iddiaçı tərəfindən qaldırılan iddia tələbini əsaslı hesab edib təmin etmək qeyri-mümkündür. İstənilən bi r tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Əgər əvvəlki məhkəmə tərəflər arasında bağlanmış icarə müqaviləsini etibarlı müqavilə hesab etmişdirsə, bu qaçınılmaz şəkildə o deməkdir ki, məhkəmə icarə müqaviləsinin mövcud və etibarlı hesab etmişdir.
24. Məhkəmə kollegiyası ona görə də hesab etmişdir ki, apellyasiya şikayəti bu hissədə qismən əsaslı olduğun dan təmin edilməli, qətnamə iddianın təmin edilmiş hissəsi olan, Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin bələdiyyənin mülkiyyətində olan 7.5 ha torpaq sahəsindən çıxarılmasına aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir.
25. Kollegiya hesab etmişdir ki, qətnamə cavabdehdən icarə haqqına görə 350.4 manat, zərərin ödənilməsinə görə 262.8 manat, cəmi 613.2 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülməli olan 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət mədaxilinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları və cavabdehin izahatından görünür ki, həqiqətən də cavabdeh icarə müqaviləsi üzrə icarə haqlarını ödəməmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamə həmin hissədə ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunundan da göründüyü kimi məhkəmə cavabdeh tərəfin dəlillərinə heç bir əsas və səbəb olmadan araşdırmaqdan imtina etmişdir. Məhkəməyə təqdim edilmiş 3 bildiriş və 1 müraciətdən bəlli olur ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş, icarə haqqını sistematik olaraq ödəməmiş, bəhanə olaraq icarə haqqını nəğd qaydada sabiq bələdiyyə sədrinə ödədiyini bildirərək, bildirşləri cavablandırmamış, icarə haqqını nəqd ödədiyinə dair hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi 20 dekabr 2005-ci il tarixli, 15 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə bağlanarkən Cavabdeh 9 yaşı olmuşdur, yəni bu cür əqdlərin bağlanmaı üçün subyekt olmamışdır. Məhkəmələr Cavabdeh atası X5 ilə səhv salmışlar və hesab etmişlər ki, atası müqavilə bağlayarkən oğlunun 9 yaşı olması təbiidir. Məsələ burasındadır ki, bağlandığı iddia edilən müqavilə 9 yaşı uşaqla bağlanmışdır. Bıçaqçı bələdiyyəsinin arxivində saxlanan protokollarda bələdiyyə sədrinin imzası yoxdur. Məhkəmə nəzərə almalı idi ki, Azərbaycan Re spublikası Ali Məhkəməsinin 2(102)-4727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının və həmin iş üzrə birinci və apellyasiya insatnsiyası məhkəmələrinin aktlarının predmeti “torpaq sahəsinə istifadəyə törənən maneənin aradan qaldırılması”dır, yəni tərəflər arasındakı müqavilənin ləğv və ya etibarsız hesab edilməsi məsələsi məhkəmə mübahisəsinin predmeti olmamış və icarə müqaviləsi mübahisələndirilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4727/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarın məzmununa formal istinad düzgün sayıla bilməz. İcarə müqaviləsi hazırkı məhkəmə mübahisəsinin predmetidir və bunula bağlı iddiaçının aşağıdakı dəlilləri məhkəməyə bildirilmişdir. Torpaq sahəsinin icarəyə götürülməsinə dair cavabdehin ərizəsi yoxdur; icayəyə götürülmüş torpaq sahəsinin yerquruluşu sənədləri, aidiyyəti orqanların rəyi, torpaq sahəsinin hərraca çıxarılması üçün çıxarış, texniki pasport, qiymətləndirmə-arayış yoxdur; hərrac və müsabiqə, hərracın qalibinin müəyyənləşdirilməsi barədə tərtibedilmiş akt, hərrac komissiyasına bələdiyyə tərəfindən təqdim edilmiş 1 hektar icarə torpağı üçün icarə haqqının qiyməti yoxdur; tərəflər arasında notarial qaydada təsdiq edilmiş müqavilə, ödənilmiş rüsum barədə qəbz yoxdur. Cavabdehin məhkəməyə təqdim etdiyi müqavilədə müqavilənin bələdiyyənin 10 yanvar 2016-cı il tarixli, 15 saylı iclasın qərarı əsasında bağlandığı göstərilib. Bələdiyyə 10 gün ərzində 15 iclası keçirmir, keçirməmişdir. Bağlandığı iddia olunan müqavilə cavabdehlə sonuncu 9 yaşında olarkən “bağlanıb” Bu dəlillər məhkəmə tərəfindən araşdırılmamışd ır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4727/2022saylı, xx.xx.2022-ci il tarixli qərarı və həmin qərardan əvvəlki iş üzrə məhkəmə aktları müqavilənin mübahisələndirilməsi haqqında olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
30. Maddə
713. Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəy ə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər.
31. Maddə 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi isti sna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. 32. 719.8. Ləğvetməyə dair bildiriş yazılı formada tərtib edilməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
33. Maddə 73, 1-ci bəndinin 7-ci və 8-ci abzasları. İcarəçi tərəfindən torpaqdan istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə torpaq sahəsi üzərində onun hüquqlarına xitam verilir.
34. Maddə 75, 1-ci bəndi. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında (əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə) nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında (dövlət ehtiyaclarıüçün torpaqların alınması zəruriliyi yarandıqda) nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir.
35. Maddə 75, 2-ci bəndi. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə mə hkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu
36. Maddə
2. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir.
37. Maddə
14. Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir.
38. Maddə
15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallar da və qaydada həyata keçirilir.
39. Maddə
19. İcarəyəverənin hüquqları aşağıdakılardır:... icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək;...
40. Maddə
23. İcarəçinin vəzifələri aşağıdakılardır:... icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək;... torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı və iş yenidən baxılması üçün göndərilməlidir.
53. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş, işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan hallar bu qərarın 1-6-cı paraqraflarında əksini tapmışdır.
54. Həmçinin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Bıçaqçı Bələdiyyəsi ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, 2017, 2018, 2019, 2020, 2021 və 2022-ci illər üçün icarə haqqını ödəməmişdir. İşin bu halı cavabdeh tərəfindən də mübahisələndirilmir.
55. İddiaçı məhz bu fakta əsaslanaraq cavabdehlə bağlanmış müqavilənin ləğv olunmnasını tələb edir.
56. Həmin iddia tələbinin maddi hüquqi əsasları kimi Mülki Məcəllənin 421.2-ci və 719.7-ci maddələri çıxış edir. Mülki Məcəllənin 719.7-ci maddəsinə görə icarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər.
57. Göründüyü kimi torpaq icarəçisinin icarə haqqını üç aydan çox gecikdirməsi, icarə müqaviləsinin ləğv olunması üçün müstəqil əsas təşkil edir. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən icarə haqqını 2017-ci ildən 2022-ci ilədək ödəmədiyi halda, müqavilənin ləğvi tələbini təmin etməmişdir.
58. Məhkəmə icarə haqqının uzun müddət ödənilməməsi faktını müqavilənin ləğv olunması üçün yetərli hesab etməməsinin əsaslandırmamış, yalnız cavavdehin dəlilərini sadalamaqla, iddia tələbinin müqavilənin ləğv olunması hissəsində rədd edilməsi ba rədə nəticəyə gəlmişdir.
59. Cavabdehin həmin dəlilləri aşağıdakılardan ibarətdir: Ötən müddət ərzində icarə haqları nəğd şəkildə əvvəlki bələdiyyə sədrlərinə ödənilmişdir; Yeni bələdiyyə sədrindən icarə haqqının ödənilməsi üçün tədiyyə-bildirişi verilməsini, icarə müqaviləsi üzrə icarə hüququnu dövlət qeydiyyatından keçirilməsi üçün ona kod verilməsini tələb etsə də, ona tədiyyə-bildiriş (qəbz) və kod verilməmiş, bu səbəbdən icarə haqqlarını nəğdsiz, yəni köçürmə yolu ilə ödəyə, icarə müqaviləsini dövlət reyestrində qeydiyyata aldıra bilməmişdir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin icarə haqqını bələdiyyə sədrinə nağd şəkildə ödədiyi barədə dəlli onun tərəfindən sübut olunmalı dəlildir. Lakin iş materiallarından bu faktı təsdiq edən sübutun təqdim olunması müəyyən edilmir.
61. Yeni bələdiyyə sədri tərəfindən icarə haqqının ödənilməsi üçün tədiyyəbildirişinin, icarə hüququnun dövlət qeydiyyatına alınması üçün kod verilməməsi, bu səbəbdən icarə haqqlarını nağdsiz, yəni köçürmə yolu ilə ödəyə bilməməsi barədə dəlilləri məhkəmə tərəfindən araşdırılmalı olan dəlillərdir. Lakin məhkəmə bu dəlilləri də araşdırmamışdır. İş materiallarından da cavabdehin ötən müddət ərzində icarə haqqının köçürülməsi üçün hər yansı şəkildə cəhd etməsi (rəsmi müraciət edərək icarə haqqının qəbul olunması, ona özünün təbiri ilə dedikdə “kod” verilməsini tələb etməsi və s.) imüəyyn olunmur.
62. Nəzərə alınmalıdır ki, cavavdehlə bağlanmış icarə müqaviləsində torpaq vergisinin ödənilməli olan bahk hesab nömrəsi əksini tapmışdır. Cavavdehin həmin bank hesab nömrəsinə icarə haqqını nəyə görə ödəməməsi, bu hesaba ödəmək üçün hər hansı maneənin olub olmaması araşdırılmamışdır.
63. Həmçinin torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı halda icarə haqqının ödənilməsinin mümkün olubolmaması araşdırılmamışdır. Belə ki, cavabdehin dəlillərinə görə nağd ödənişlər elektron qaydada ödənilməli olduğuna görə pulu ödəyə bilməmişdir. Bununla bağlı X1 X2 (BAMS) qoşulmaı, qoşulubsa nə vaxt qoşulması, cavabdehin həmin sistem vasitəsi ilə ödəmə imkanının olub olmaması, cavabdehə bu barədə izahedici məlumat verilib verilməməsi müəyyən edilməyib. 64. “Bələdiyyə tərəfindən cavabdehə icarəsində olan torpaq sahəsindən lazımı qaydada istifadə edilməsinə qərəzli olaraq maneə törədilməsi, işin bu halının qanuni qüvvəyə minmiş qətnamə ilə öz təsdiqini tapması” barədə məhkəmənin əsaslandırması isə tam deyil və iddianın təmin olunan hissəsi ilə ziddiyyətlidir. Belə ki, icarə haqqı torpaqdan istifadəyə görə ödənilir. X3 icarəçi Cavabdeh torpaqdan itifadə etməyə törədilən maneələrin aradan qaldırılması barədə iddia üzrə Zərdab Rayon Məhkəməsinin qətnaməsi 2021-ci ilə aiddir. İcarə haqqının ödənilmədiyi dövr isə 2017-2022-ci illəri əhatə edir. Məhkəmə cavabdehin bu dövrdə icarə haqqını ödəməli olmasına baxmayaraq, Bələdiyyənin torpaqdan istifadə etməsinə maneə törətməsi səbəbindən müqavilənin ləğvinin yolverilməzliyini kifayət qədər əsaslandırmamışdır.
65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zam anı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).
66. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
67. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdi rilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndi).
68. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.
69. Xüsusilə qeyd olunmalıdır ki, MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
70. Bu vəzifənin məhkəmə tərəfindən yer inə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Göründüyü apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
71. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
72. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələbləri nə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
73. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
74. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin cavabdehə torpaq sahəsinin hərrac vasitəsi ilə satılmadığına istinad etməklə iddiaçının müqavilənin ləğvi üçün irəli sürdüyü dəlilin əsassız olması barədə mövqeyi əsaslıdır.
75. Mə hkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-434/23 nömrəli, 30 mart 2023-cü il tarixli qətnaməsi, Zərdab rayonu Bıçaqçı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması tələblərinin rədd olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.