Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3135/2020 20.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 İddia tələbi: maddi və mənəvi ziyanın ödənilməsi (Açar sözlər: nisyə alğı-satqı müqaviləsi üzrə pulun ödənilməsi, cavabdehin sübuetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3531/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: 2018-ci ilin aprel ayında İddiaçı (bundan sonra – iddiaçı) özünə məxsus 6 baş iribuynuzlu inəyi şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında ət kəsimi və satışı ilə məşğul olan Cavabdeh1 (bundan sonra – cavabdeh) satmışdır. Cavabdeh borcun bir hissəsinin əvəzinə iddiaçıya «Niva Chevrolet» markalı avtomobil vermiş, qalıq borcla bağlı tərəflər arasında mübahusə yaranmışdır. İddiaçı faktla bağlı xx xxxxxxx 2018-ci il tarixdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət etmiş, Şöbənin Təhqiqat bölməsinin təhqiqatçısı Əmirli Kənan Əlövsət oğlunun xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lənkaran Rayon Məhkəməsinin 6(049)-04/ 2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə qərardan iddiaçının verdiyi şikayət təmin olunmamışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6200 manat məbləğində maddi ziyanın və 10000 manat mənəvi zərərin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh borcun bir hissəsinin əvəzinə ona 5300 manat dəyərində «Niva Chevrolet» markalı maşın vermiş, maşını Bakı şəhərində satarkən əlavə olaraq 1000 manat (maşının təmirinə, usta zəhmət haqqına, sığorta pulu və təkərlərinin yenisi ilə əvəz edilməsinə və.s) pul xərcləmişdir. Həmin məbləğ və qalıq 5200 manat ona ödənilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddia çı, həmçinin bildirmişdir ki, malqaranı yalnız cavabdehə satmış, sonuncu da həmin mal-qaranın pulunu ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 Cavabdeh1 şəriki olduğundan onu da cavabdeh qismində göstərmişdir. Cavabdeh iddianı qəbul etməyərək birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında nisyə alqı-satqısı ilə əlaqədar şifahi razılaşmaya əsasən həmin pulun 7400 manat məbləğində hissəsini özünə məxsus «Niva Chevrolet» markalı avtomobilini iddiaçıya verməklə, qalan məbləği hissə-hissə ödəməklə öhdəliyini icra etmişdir, hazırda iddiaçıya heç bir borcu yoxdur. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-1556/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh1 5200 manat məbləğində ma ddi zərərin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(106)-3531/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – N.Mirzəyev (sədrlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 567, 600.1, 600.4-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan nisyə aldığı mallara görə ona olan borcunu ödəməsini və hazırda iddiaçıya heç bir borcunun olmadığını göstərsə də, istinad etdiyi hallara dair məhkəməyə heç bir m ötəbər sübut təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmnişdir ki, birinci instansiya məhkəməsi iddianı qeyd edilən hissədə qismən təmin etməkdə haqlı olmuş, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdeh1 (vəkil X2)kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları nın tələbləri pozulmuş, iddiaçının tələbinin əsasını sübut edə bilməməsi nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti verdiyi üçün şikayətin dəlillərinə əsasən məhkəmə aktı iddianın təmin olunmuş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini v ə ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edi r. MPM-in 77.1-ci maddəsi sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, tələbinin qanuni əsasını təşkil edən müqavilə müddəalarında və maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud işin hallarından asılı olaraq sübut etmə yükü cavabdehin üzərində ola bilər. Belə ki, əgər cavabdeh iddiaçının əsaslandığı hüquq münasibətləri üzrə onun qarşısında öhdəliyinin yarandığını mübahisələndirmirsə və öhdəlik onun tərəfindən icra edildiyinə görə iddianın əsassız olduğunu bildirirsə, bu zaman etirazın əsası kimi istinad etdiyi halı - öhdəliyi icra etdiyini sübut etmək yükü cavabdehin üzərində olur. Baxılan iş üzrə cavabdeh aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında 10500 manat dəyərində pul öhdəliyinin yarandığını həmin pulun bir hissəsini özünə məxsus avtomobili iddiaçıya verməklə, qalan məbləği isə hissə-hissə ödəməklə icra etdiyini bildirmişdir. İddiaçı isə sözügedən avtomobili 5300 manatın əvəzinə qəbul etdiyini, cavabdehin ona 5200 manat borcunun qaldığını bildirmişdir. Belə olan halda mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmələr qalıq məbləğin iddiaçıya ödənildiyini sübut etmə yükünün iddiaçının üzərində olduğu barədə düzgün qənaətə gəlmiş və iş materialları əsasında hesab etmişlər ki, cavadeh həmin halı sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olu nmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3531/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3135/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3135/2020
20.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver