Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3144/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Qafarlı (Budaqova) Arzu Rahib qızına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənzilin boşaldılması və payçı müqaviləsinin ləğv edilməsi” tələbinə dair ilk və iddiaçı Qafarlı (Budaqova) Arzu Rahib qızının cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə,, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənzilin hərracda satılması və pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, mənzilin tikinti şirkətinə qaytarılması, ödənilmiş vəsaitin qaytarılması, apellyasiya baxışının hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)606/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 30 avqust 2016-cı il tarixli müqavilə ilə "xxxx" MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəb əsi, “D” massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzili tikib Qafarlı (Budaqova) Arzu Rahib qızının mülkiyyətinə verilməsini, sonuncu isə mənzilin dəyəri olan 130115 manat məbləğində pulu onun, MTK və "xxxx" ASC arasında bağlanacaq üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. 2. 31 avqust 2016-cı il tarixli Təminatlı kredit müqaviləsi ilə "xxxx" ASC Cavabdeh sonuncu ilə "xxxx" MTK arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin predmeti olan mənzilin alınması üçün 240 ay müddətə, illik 10 %, aylıq ödəniş 1255,70 manat olmaqla 130115 manat məbləğində kredit vermişdir. 3. 31 avqust 2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən "xxxx" MTK "xxxx" ASC tə rəfindən Cavabdeh verilən kreditin və ona hesablanmış qaytarılmasının təminatı kimi Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.
4. Cavabdeh 31 avqust 2016-cı il tarixli kredit müqaviləsinin şərtlərini pozmuş və aylıq ödənişləri gecikdirilmiş, nəticədə onun Banka borcu yaranmışdır. Bank borcun ödənilməsi ilə bağlı Cavabdeh və "xxxx" MTK-ya “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” Bildiriş vermişdir. 5. "xxxx" ASC tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli müqavilə ilə X1 mənzilin əldə edilməsinə görə verilmiş 130115 manat kredit borcu tam qaytarılmış və hesablanmış faizlər tam ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzilin boşaldılması və 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, MTK cavabdehə dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh ödəmə qabiliyyətində olmadığını bildirmiş, Bank tərəfindən cavabdehə rəsmi bildiriş göndərilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və mənzilin könüllü olaraq təhvil verilməsindən imtina etmişdir.
8. İddiaçı Qafarlı (Budaqova) Arzu Rahib qızı cavabdeh "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka haqqınd a qanunun normalarına əsasən mübahisəli mənzilin hərracda satılması, satışdan əldə edilən 25000 manat və mənzilin müəyyən təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, COVİD-19 koronovirus pandemiyası səbəbindən kredit müqaviləsi üzrə ödəmələrdə gecikmələr olmuşdur. Mənzilə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təmir xərcləri çəkilmişdir. Onun yaşamağa başqa yeri yoxdur və himayəsində azyaşlı uşağı vardır.
10. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-tikinti texniki və əmtəəşünaslıq ekspertizasının 17 iyul 2021-ci il tarixli rəyinə əsasən mübahisəli mənzilin daxilində istilik xətti çəkilmiş, yalnız eyvanda Kombi avadanlığı quraşdırılaraq mətbəxin daxilində istilik sistemi çəki lmiş və həmin istilik sistemi çəkilməsinin ümumi dəyəri (zəhmət haqqı və material ilə birlikdə) 1395 manat təşkil etmişdir. Mənzildə payçının vəsaiti hesabına mətbəxin daxilində 25 mm. ölçüdə plastmas boru ilə istilik xətti çəkilmiş, 2,7x5,0 ölçüdə dekor divar kağızı vurulmuş, mətbəx mebelinin arxasına kafel vurulmuş, eyvanın daxilində plastik materialından şkaf və Kombi aparatı quraşdırılmış, mətbəxin, dəhlizin, uşaq otağının tavanı boya ilə rənglənmiş, yaşayış otağının və dəhlizin döşəməsinin haşiyəsi dəyişdirilmiş, hamamın daxilində 0,45x2,5 m ölçüdə rəngli plastik qapı və hamam-ayaqyolunda havalandırma quraşdırılmış, görülən təmir və quraşdırılma işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2514,5 manat məbləğində müəyyən olunmuşdur.
11. Bakı şəhəri Suraxanı Rayon Mə hkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(010)35/2021 nömrəli qətnaməsi ilə (hakim L.O.Talıbova) ilk və qarşılıqlı iddialar rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 109.1, 110, 269.1, 307.1, 307.3, 307.6, 307.7, 324.1, 331.1, 385.1, 433.1, 448.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 59.1, 59.3cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı cavabdehin Bank qarşısında yaranmış öhdəliyinə əsasən MTK ilə cavabdeh arasında bağlanmış payçı müqaviləsinin ləğvini tələb edə bilməz. Belə ki, cavabdeh MTK qarşısında başqa öhdəlik, Bank qarşısında isə başqa öhdəlik götürmüşdür. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi payçı müq aviləsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən ilkin iddia tələbi təmin oluna bilməz.
13. Qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddia tələbi təmin olunmadığından qarşılıqlı iddianın təmin olunmasına zərurət qalmır. Belə ki, cavabdeh həmin mənzilə dair mənzilin hərracda satılmasını, satışdan əldə edilən 25000 manat pulun və mənzilin müəyyən təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi tələbi təmin olunmadığından qarşılıqlı iddia tələbi də rədd olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verərək, Bakı şəhə ri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(010)-35/2021 nömrəli qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)-606/2022 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(010)-35/2021 nömrəli qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbinin təmin olunması, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasınd a bağlanmış 30 avqust 2016-cı il tarixli ********* saylı payçı müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 1, 14-cü mərtəbə, 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzilin cavabdeh tərəfindən boşaldılması, qətnamənin qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsinin ilk iddia üzrə gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 421.1, 423.1, 423.2, 567, 598.1, 598.2, 598.4, 646.2, 648.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməklə, cavabdeh ilə aralarında bağlanmış 30 avqust 201 6-cı il tarixli “Payçı müqaviləsi”nin ləğv edilməsini, habelə cavabdehin mübahisəli mənzili boşaltmasını tələb etmək hüququ yaranmışdır. Ona görə də, MTK cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
17. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Qafarlı (Budaqova) Arzu Rahib qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)-606/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi əsassız olaraq Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 421.1, 423.1, 423.2, 567, 598.1, 598.2, 598.4, 646.2, 648.1-ci maddələrinə istin ad etmiş, cavabdeh iddiaçı və bank qarşısında üzərinə müxtəlif öhdəliklər götürmüş və bank qarşısında götürdüyü öhdəliyin icra etməməsi payçı müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Ona müqavilənin ləğvi ilə bağlı bildiriş gəlməmiş, ödəniş gecikdirilən ərəfədə maliyyə çətinliyi olmuşdur. Həmçinin iddiaçı özü müqavilənin şərtlərini pozmuş, mənzili müqavilədə müəyyən olunmuş müddətdə təhvil verməmiş, mənzilin təmiri natamam olmuş, mərkəzi istilik sistemi quraşdırılmamışdır. Həmçinin məhkəmə Mülki Məcəllənin 6, 109.1, 110, 269.1, 307.1, 307.3, 307.6, 307.7, 331.1, 385.1, 433.1, 448.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrini tətbiq etməli olduğu halda, həmin normaları nəzərə almamış, Mülki Prosessual Məcəllənin 8, 14 və 217-ci maddələrinin tələbləri pozmuşdur.
19. Kassasiya şik ayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Xəzər İnşaat XXİ-Əsr” Mənzil Tikinti Kooperativi kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Etiraz işin faktiki halları ilə əsaslandırılmış, hər hansı maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət v ermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. Kassator şikayətlərində apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüq uq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona eti razlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci m addəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası əvvəlcə ilk iddianın rədd edilməsinə dair kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri apellyasiya instansiyası məhkəməsi qətnaməsinin həmin hissədə ləğv olunması üçün əsaslı hesab etmir.
27. Belə ki, tərəflər arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin 4.2.7-ci maddəsinə əsasən “Payçı” tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədik də, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib mənzilin sahibi ola bilər. Bu halda MTK "xxxx" ASC və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir.
28. Müqavilənin 8.1-ci bəndinə görə, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda, MTK müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ Payçıya qaytarılır.
29. Həmin müqavilənin 8.11-ci bəndinə əsasən “Payçı” tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və faiz borcu ayrı-ayrılıqda 2 (iki) ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda “Payçı” qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır.
30. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq “Payçı müqaviləsi”nin 2.4, 4.2.7, 8.1, 8.11-ci bəndlərinə istinad etməklə hesab etmişdir ki, "xxxx" MTK zamin olaraq Qafarlı (Budaqova) Arzu Rahib qızının "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməklə, onun 30 avqust 2016-cı il tarixli müqavilənin ləğv edilməsini, habelə mübahisəli mənzilin boşaldılmasını tələb etmək hüququ yaranmış və iddiası haqlı olmuşdur. Bu hissədə apellyasiya məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.
31. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, MTK-nın özünün müqavilənin şərtlərini pozması hazırki mülki işinin predmetini təşkil etmədiyindən həmin dəlillə bağlı hüquqi dəyərləndirmə keçirməyə zərurət yoxdur.
32. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
33. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Qafarlı (Budaqova) Arzu Rahib qızı "xxxx" MTK-ya qarşı birinci instansiya məhkəməsində qarşılıqlı iddia vermiş və mübahisəli mənzilin hərracdan satılaraq ödənilmiş 25000 manatın və mənzilin təmirinə xərclənmiş vəsaitin ona ödənilməsini xahiş etmişdir.
34. Yəni, Qafarlı (Budaqova ) Arzu Rahib qızı həmin iddia ilə faktiki olaraq ilk iddianın təmin ediləcəyi təqdirdə, mənzilə çəkilmiş xərclərin ona ödənilməsini tələb etmiş və birinci instansiya məhkəməsi tərəfindən həmin tələb üzrə araşdırma aparılaraq müvafiq ekspertiza keçirilmiş, son nəticədə hər iki iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı yalnız o əsasla rədd etmişdir ki, mənzilin boşaldılması və müqavilənin ləğv edilməsi tələbinə dair ilk iddia təmin olunmadığından, qarşılıqlı iddia da təmin oluna bilməz.
35. Göründüyü kimi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəldilmiş və hər iki iddia təmin olunmadığı üçün cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ondan apellyasiya şikayəti verməmişdir.
36. Lakin ilk iddiaçının apellyasiya şikayəti üzrə işə baxan apellyasiya ins tansiyası məhkəməsi işin qeyd olunan hallarını nəzərə almayaraq, apellyasiya baxışının predmetini müəyyən edərkən birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ilk iddianın təmin edilməyən hissəsini yoxlamış və müvafiq qərar qəbul etmişdir. Qarşılıqlı tələbin ilk tələbin ödənilməsinə yönəldilməsi, yəni mübahisənin predmetinin bölünməz olduğu nəzərə alınmamış və qarşılıqlı iddia apellyasiya qaydasında yoxlamadan kənarda qalmaqla, qarşılıqlı iddiaçı həmin tələbi təkrarən irəli sürmək hüquqdan da məhrum olunmuşdur.
37. Halbuki, apellyasiya baxışının obyekt və predmetini müəyyən edən MPM-in 372.6 və 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şik ayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 38. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2011-ci il 20 may tarixli qərarında qeyd edilmişdir ki, hədlərə qiymət verməmişdən öncə ilk növbədə apellyasiya qaydasında verilən şikayətin obyekti və predmeti aydınlaşdırılmalıdır.
39. Konstitusiya Məhkəməsi həmin qərarında MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirmişdir. Mübahisənin predmetinin bölünməz olması məsələsi isə tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunmalıdır. Şikayətin predmeti dedikdə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər. Şikayətin obyektinə dair olduğu kimi şikayətin pre dmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Doğrudur, apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil, lakin apelyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya insta nsiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirməlidir.
40. Əlavə olaraq qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi apellyasiya baxışının həddini yalnız ilk iddianın təmin edilməyən hissəsi ilə məhdudlaşdırdığını müəyyən etdiyi və birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə ləğv etməklə iddianı təmin etdiyi halda, qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlamaqla, ziddiyyətli nəticəyə gəlmişdir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Qafarlı (Budaqova) Arzu Rahib qızı tərəfindən verilmiş kassasi ya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)-606/2022 nömrəli qətnaməsi qarşılıqlı iddiaya apellyasiya qaydasında baxılmaması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.