Məhkəmə qərarları › İş №2(102)-3145/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3145/2024

27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3145/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənəvi zərərin tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3263/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı əri Yulyət Dadaşov və oğlu Nurlan Dadaşovu Cavabdeh MMC-də işə cəlb edən və xx.xx.2012-ci ildə ölümlərinə səbəb olan X1 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(002)-85/2013 saylı qanuni qüvvəyə minmiş hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi zərərə görə 90.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o eyni gündə həm 17 yaşlı oğlu nu, həm də 26 illik həyat yoldaşını faciəvi surətdə hüquqi şəxsin əməkdaşının səhlənkarlığı nəticəsində itirmişdir. Həyat yoldaşı qaynaqçı işləməklə və müxtəli işlər görməklə ailəsini dolandırmışdır. Həyat yoldaşı işində kömək məqsədi ilə 27 avqust 2012-ci il tarixdə Cavabdeh firmasının işlərini görmək üçün evdən çıxmış və bir neçə saat sonra həyat yoldaşı və oğlunun elektrik vurmasından vəfat etmələri xəbəri gəlmişdir. Bu işlə bağlı başlanmış cinayət işi üzrə Cavabdeh firmasının əməkdaşı cinayət məsuliyyətinə cəlb olunsa da, burda əsas təqsirkar kimi hüquqi şəxs məsuliyyət daşımalıdır. X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs ol araq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi onun oğlu və həyat yoldaşının ölümünə səbəb olması olmuşdur. Cavabdeh MMC əməkdaşının cinayət əməli nəticəsində ölən X3 onun həyat yoldaşı, X4 isə oğlu olmuşdur. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh MMC-nin vəkili və nümayəndəsinin vəsatətinə əsasən, X6 məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək iddiaçının həyat yoldaşı və oğlunun ölümündə cavabdehin əməkdaşının təqsiri olduğunu, onların cavabdeh şirkətlə əmək müqaviləsi olmadığını, cavabdeh şirkətin əməkdaşının səhlə nkarlığı nəticəsində hadisənin baş verdiyini, həmin şəsin təqsiri olduğuna görə 4 il müddətinə azadlıqdan məhrum edildiyini, maddi zərərin qarşılanması ilə bağlı məlumatının olmadığını, iddiaçının bu vaxta qədər məhkəməyə müraciət etməməsinin səbəbinin onun hüquqi maariflənməsinin olmaması olduğunu və cavabdeh şirkət tərəfindən zərərin ödənilməsi ilə bağlı iddiaçıya hər hansı köməklik göstərilmədiyini bildirmişdir.

6. Cavabdehin vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, vəfat edənlərin cavabdehin əməkdaşları olmadığını, hadisədə təqsiri olan X2 cavabdehin əməkdaşı olduğunu, Rahib tərəfindən vəfat edən şəxslərin iş yerinə icazəsiz gətirildiyini, hadisə ilə bağlı Əliyev Rahib barədə məhkəmə hökmü olduğunu, onun barəsində azadlıqdan məhrum etmə cəzası verildiyini, idd iaçıya maddi və mənəvi zərərə görə 10 il öncə pul ödənildiyini, nə qədər pul ödənildiyini bilmədiyini, vəfat edənlərin qəbir daşlarının şirkət tərəfindən qoyulduğunu, o zaman iddiaçı ilə barışıq əldə edildiyini, iddiaçı hüquqdan sui-istifadə etdiyini, hadisədən uzun müddət keçdiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-204/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən mənəvi ziyana görə 20.000 manat pul vəsaiti tutularaq iddiaçıya Dadaşova ödənilməsu, iddia ərizəsinin verilməsinə görə iddiaçının azad edildiyi 150 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qə t olunmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının həyat yoldaşının və oğlunun baş vermiş hadisəsi nəticəsində vəfat etməsini, habelə ölümün cavabdehin işçisinin qanunsuz hərəkətləri nəticəsində baş verməsi və həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması hazırkı işin mübahisəsiz hallarındandır. Belə olan halda, həyat yoldaşının və oğlunun hadisə nəticəsində vəfat etməsi iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnmiş və işdə belə zərərin vurulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mənəvi zərərə görə tələb etdiyi pulun məbləğini şərtləndirən halları ərizəsində əsaslandırmamışdır. Belə ki, ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Lakin iddiaçınını hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsini, cinayət işinin icraatı zamanı cavabdeh hüquqi şəxsə qarşı hər hansı tələblərinin olmaması ilə bağlı iradə ifadəsini göstərməsini, zərərçəkmiş şəxslərin onun həyat yoldaşı və övladı olmaqla yaxınlıq və bağlılıq dərəcəsinin yüksək olmasının mübahisəsiz olması və iztirabın davamlı xarakter daşıması ilə birlikdə qiymətləndirərək məhkəmə hesab etmişdir ki, iddia tələbi iddiaçıya vurulmuş mənəvi zərərə 20.000 manat pul vəsaitinin cavabdehdən tutulması həddində təmin edilməsi ədalətli və ağlabatan olacaqdır.

10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115-ci, Azərbayc an Respublikası Cinayət Prosessual Məcəlləsinin 12.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarına istinadla əsaslandırmışdır. b) Ape llyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunlıa əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, sübutları doğru qiymətləndirməmişdir. Belə ki, mənəvi zərərə səbəb olan hal-hadisə 10 il bundan öncə baş vermiş, aradan artıq uzun müddət keçmişdir. Həmin vaxt iddiaçı tərəfə maddi və və mənəvi dəstək göstərilmiş, ölən şəxslərin qəbirüstü abidələri onlar tərəfindən qurulmuşdur. Buna görə də iddiaçı tərəf cinayət işinin istintaqı zamanı şirkətə qarşı hər hansı şikayət və tələblərinin olmamasını bildirmişdir. 10 il əvvəl baş vermiş hadisəyə görə hazırda mənəvi zərərin tələb edilməsi hüquqdan sui-is tifadə olmaqla, iddiaçının niyyəti əlavə pul qoparmaqla öz maddi sıxıntılarını aradan qaldırmağa yönəlmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3263/2024 nömrəli iş üzrə 21 may 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əri və oğlunun ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Həmçinin, iddiaçının həyat yoldaşının və oğlunun baş vermiş hadisə nəticəsində vəfat etməsi, habelə ölümün cavabdehin işçisinin qanunsuz hərəkətləri nəticəsində baş verməsi və həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması işin mübahisəsiz halı olmuş və həmin şəxslərin hadisə nəticəsində vəfat etməsi iddiaçı üçün dərin mənəvi məhrumiyyətlərlə nəticələnmişdir.

15. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin hadisədən 10 ildən çox vaxt keçdikdən sonra iddiaçının mənəvi zərər tələb etməsi hüquqdan sui-istifadə etməsi və mənəvi zərərin tələb edilməsini zamana bağlaması dəlili ilə qeyd etmişdir ki, iddiaçının iki ailə üzvünü (əri və oğlunu) eyni gündə itirməsi həqiqətən də onda ağrı və əzab, dərin mənəvi, psixoloji sarsıntı, fiziki narahatlıq yaratmış, hadisənin 2012-ci ildə baş verməsi və o vaxtdan (10 ildən) çox vaxtın k eçməsi şəxsdə qeyd edilən halların azalmasına, aradan qalxmasına mütləq səbəb deyil və iddiaçının mənəvi zərəri tələb etməsini məhdudlaşdırmamalıdır. Qeyd şərtsiz olaraq öz doğmalarının itkisi ilə iddiaçıda yaranmış ağrı, əzab, mənəvi iztirab və sarsıntının aradan qalxmasını zamanla (müddətlə) əlaqələndirmək əsaslı hesab edilə bilməz. Çünki şəxsin hadisə baş verən zaman keçirmiş olduğu sarsıntıya görə mənəvi zərərin əvəzini illər keçdikdən sonra da tələb edilməsi istisna deyildir.

16. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkil Ələkbər-zadə Zakir oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 31.Maddə 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyənedərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 34.Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutla r əsasında mahiyyəti üzrə baxır.

22. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

23. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

24. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

25. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilə n hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fa ktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2024-cü il tarixli 2(103)3263/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar