Məhkəmə qərarları › İş №2(102)-3149/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3149/2019

15.05.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3149/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı2, vəkili QDnun, Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən K.B.Əsədov, iş 2(001)-2828/2018) iddiaçılar İddiaç ı2, İddiaçı1 Cavabdeh qarşı borcun ödənilməsi və qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 11.000 manat məbləğində pulun alınaraq İddiaçı1 verilməsi, Cavabdeh birgə nikah dövründə hədiyyə şəklində verilmiş qızıl-zinyət əşyalarını (kolye 750 əyar 26 qram 1 karat brilyant -2500 manat, sırğa dəsti və üzük 750 əyar 22 qram 1 karat brilyant -2200 manat, bilərzik 750 əyar 14 qram 0.7 karat brilyant1500 manat, nişan üzüyü 750 əyar 6 qram 0.5 karat brilyant -700 manat; tac üzük tək qaş 750 əyar 4 qram 0.3 karat brilyant-400 manat, italiya istehsali olan sep və klon 750 əyar 11 qram sep+2.5 qram klon -950 manat, 5 ədəd qolbaq 750 əyar, hər biri 4 qram cəmi 20 qram -1400 manat; ağ qızıl 750 əyar, sadə qaşlı 3.5 qram-250 manat olmaqla cəmi 9900 man at) və ya qızıl-zinyət əşyalarını qaytarmaq mümkün olmadıqda onların dəyəri olan 9900 manat pulun alınaraq İddiaçı2 ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli, 2(103)-9680/2018 saylı qətnaməsi ilə (N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), hakimlər V.Ə.Baxışova və V.T.Həsənov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı borcun ödənilməsi və qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı borcun ödənilməsi və qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya qaydasında baxılması üçün göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 və vəkili QD kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasın a gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Digər cavabdeh İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmu r. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 674/2016 saylı, 26.02.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı2 ilə Cavabdeh arasında 09.06.2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan 27 oktyabr 2008-ci il tarixdə doğulmuş X3 və 05 oktyabr 2011-ci il tarixdə doğulmuş X2 anaları İddiaçı2 yanında saxlanılmış, 27 oktyabr 2008-ci il tarixdə doğulmuş X3 və 05 oktyabr 2011-ci il tarixdə doğulmuş X1 hər birinin 18 yaşa çatana dək saxlanması üçün Cavabdeh hər ay 108 manat, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı2 ödənilməsi və alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-376/2017 saylı, 19.01.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı1 11000 manat məbləğində pul aldığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş fiziki şəxs X5 tərəfindən verilmiş 30 noyabr 2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddia ərizəsində adları qeyd edilən qızıl- zinyət əşyalarının satış qiyməti ümumilikdə 9900 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan hakim başqa işə baxmış hakimin başqa təhqiqatçıya istinadına istinad et mişdir, lakin təhqiqatçının qərarı hazırkı iş materiallarında yoxdur. Cavabdeh apellyasiya icraatı zamanı bildirmişdir ki, o, təhqiqatçıya belə izahat verməyib. Həmçinin təhqiqatçıya verilmiş izahat məhkəmə iclasından kənarda verilib. Məhkəmə iclasından kənarda verilmiş izahat mülki prosesdə tərəfin verdiyi izahata bərabər tutulmur. Əks təqdirdə bu məhkəmə baxışının bilavasitəliyi ilə bağlı tələblərə zidd olar. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əgər cavabdeh təhqiqatçıya belə izahat veribsə və həmin izahat sübut kim qəbul olunarsa, bu izahat iddiaçının cavabdehə borc pul verdiyini təsdiq etmir. Belə ki, cavabdeh izahatında bildirmişdir ki, ev tikəndə qayınatası ona pul verməklə köməklik etmişdir. İzahatda qeyd olunan "köməklik etmə” hüquqi müstəvidə pulun bağışlanması sayılır. Bağışlanan pul şəxsi münasibətlərin pozulmasından sonra geri tələb oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, qətnamə 11.000 manat pulun tutulmasına aid hissədə ləğv edilməli və həmin tələb rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, zinyət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 1-ci və 2-ci hal mübahisə predmeti deyil, cavabdeh etiraf etm işdir ki, həmin əşyalar mövcuddur və iddiaçıya məxsusdur. Mübahisə 3-cü halla bağlıdır. Belə ki, iddiaçı bildirmişdir ki, əşyalar cavabdehin sahibliyindədir, cavabdeh isə bildirmişdir ki, əşyalar iddiaçının özündədir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində bildirmişdir ki, cavabdeh onun əşyalarını əlindən alaraq qaytarmaqdan imtina edir.Lakin iddiaçı bunu təsdiq edən sübutu birinci instansiyası məhkəməsinə təqdim etməmişdir. Apellyasiya icraatı zamanı 2 dəfə məhkəmə iclası keçirilmiş, lakin iddiaçı məhkəmə iclaslarının heç birinə gəlməmiş, cavabdeh isə məhkəmə iclasına gələrək bildirmişdir ki, qızıl-zinyət əşyalarını iddiaçının əlindən almayıb, iddiaçı ilə birlikdə Mehdiabad qəsəbəsindəki nömrəsiz evdə yaşayıb, 06.09.2015-ci il tarixində həmin evi tərk edib, iddiaçı isə e vdə yaşamaqda davam edib, qızıl-zinət əşyaları da həmin evdə qalıb, bir daha evə dönməyib. Zinyət əşyaları tərəflərin yaşadığı evdə saxlanıldığından, cavabdeh evi tərk etdikdən sonra zinyət əşyalarının saxlanıldığı yer iddiaçının sahibliyində qaldığından, əşyaların saxlanıldığı yerdən aparıldığını təsdiq edən sübut təqdim edilmədiyindən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, əşyalar iddiaçının özündədir. Qızıl-zinyət əşyalarının cavabdehin sahibliyində olduğu müəyyən olunmadığından apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, qətnamə qızıl-zinyət əşyalarına aid olan hissədə ləğv edilməli və qızıl-zinyət əşyalarının qaytarılması barədə tələb rədd olunmalıdır. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar