Məhkəmə qərarları › İş №2(102)-3153/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3153/2022

24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3153/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi, ekspert rəyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı qızının cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızılzinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10029/2021 nömrəli 20 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı qızı və cavabdeh İmranlı Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X8 ilə İmranlı Cavabdeh1 10.07.2020-ci ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 1486 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar, 14.11.2020-ci ildə faktiki olaraq evlənmişlər. 2. 14.11.2020-ci ildə X8 qaynanası Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 nömrəli evin 170 nömrəli mənzilinə gəlin köçmüş və cehiz əmlakını oraya gətirmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2(004)2039/2021 nömrəli qətnaməsi ilə X8 ilə İmranlı Cavabdeh1 arasında 10.07.2020-ci ildə bağlanmış nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhk əmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı qızı cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlakının və qızıl-ziynət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, gəlin köçdüyü və yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 nömrəli evin 170 nömrəli mənzilində yerləşən 15.930 manat dəyərində qızıl-ziynət əşyaları və dəyəri 18.727 manat olan cehiz əşyalarının cavabdehlərdən alınıb ona verilməsi, əşyalar aşkar edilməzsə onların dəyəri olan 34.657 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan brilliant qaşlarla bəzədilmiş nişan üzüyü - dəyəri 1.200 manat; Qızıl dəsti (üzük, boyunbağı, qolbağı, kolye və s.) - dəyəri 9.500 manat; Alyans üzük 750 əyarlı, 8 qram - dəyəri 800 manat; Brilliant qaşla bəzədilmiş tək qaş üzük - dəyəri 1.100 manat; 750 əyarlı halqa formasında qızıl sırğa 8,5 qram - dəyəri 830 manat; 15 qram qızıl boyunbağı - dəyəri 1.300 manat; Klon 14 qram - dəyəri 1.200 manat olan, cəmi 15.930 manat dəyərində qızıl-zinət əşyaları; həmçinin cehiz əşyalarından - qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 02 ədəd tumba) - cəmi dəyəri 4 000 manat; Mətbəx mebeli - dəyəri 1.000 manat; Soyuducu - dəyəri 800 manat; ətçəkən maşın - dəyəri 60 manat; sokçəkən maşın - dəyəri 70 manat; ütü - dəyəri 60 manat; Tozsoran - dəyəri 85 manat; Elektrikli çaynik - də yəri 20 manat; Elektrikli soba - dəyəri 110 manat; Paltaryuyan maşın - dəyəri 545 manat; 05 ədəd süfrə - dəyəri 250 manat; 01 ədəd yorğan, 01 ədəd döşək - 200 manat; Ağ dəhliz dolabı - dəyəri - 250 manat; Mətbəx stolu və 4 ədəd oturacağı - dəyəri 250 manat; «Eurolux» markalı aspirator - dəyəri - 150 manat; «Elay» markalı qaz sobası dəyəri - 130 manat; «Shvaki» markalı kondisioner - dəyəri 400 manat; 12 ədəd boşqab dəsti - dəyəri - 26 manat ibarət olan cehiz əşyaları istisna olmaqla, iddia ərizəsində adları göstərilən digər cehiz əşyaları yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 nömrəli evin 170 nömrəli mənzilində aşkar edilmişdir və cavabdehlər həmin əşyaları ona qaytarmağa razıdırlar. O, 14.11.2020-ci il tarixdə İmranlı Cavabdeh1 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və qaynanası Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 nömrəli evin 170 nömrəli mənzilinə gəlin köçmüş və cehiz əmlakını da oraya gətirmişdir. Evləndikləri zaman ona brilliant qaşlarla bəzədilmiş nişan üzüyü; Qızıl dəsti (üzük, boyunbağı, qolbağı, kolye); Alyans üzük 750 əyarlı, 8 qram; Brilliant qaşla bəzədilmiş tək qaş üzük; 750 əyarlı halqa formasında qızıl sırğa 8,5 qram; 15 qram qızıl boyunbağı; Klon 14 qram qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Toyun növbəti günü 15.11.2020-ci il tarixdə qaynanası ondan qızıllarını qaytarmasını tələb etmişdir. Lakin qızılların ona məxsus olduğunu bildirmiş və qızıl-zinət əşyalarını Cavabdeh2 verməmiş, özündə saxlamışdır. Toydan bir həftə sonra onu iş yerinə dəvət etmişlər, o, işə getmişdir. İşə gedəndə halq a sırğasını və alyans üzüyünü taxmışdır. Evə gəldikdə qızıllarının yerində olmadığını görmüş və yoldaşından qızılların harada olmasını soruşmuşdur. Cavabdeh onun üstünə qışqırmış və borcu olduğunu, qumarda uduzduğunu bildirmişdir. 2021-ci ilin yanvarın 20-dən sonra qəti qərara gəlmişdir ki, ayrılsınlar. O, 21-31.01.2021-ci ilə kimi 10 gün evdə olmamışdır. 31.01.2021-ci ildə evə qayıdanda kompüter və televizorun yerində olmadığını görmüşdür. O, ərindən soruşduqda, xarab olduqlarını və ustaya verdiyini bildirmişdir. Lakin o, artıq ərinə inanmamışdır. Bundan sonra 01.02.2021-ci il tarixdə əri evdən çıxandan təxminən bir saat sonra paltarlarını 4-5 torbaya yığmış və qapını açarla bağlayaraq, paltarlarını götürüb anasının evinə getmişdir. Əşyalarını yığarkən evdə heç kim olmamış və ona heç kim maneə olmamışdır. Onun qızılları 21-22.11.2020-ci ildə evdən yoxa çıxmış, 2 gün sonra isə sırğaları və alyans üzüyü də yoxa çıxmışdır. Yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 nömrəli evin 170 nömrəli mənzilində yoldaşı ilə ikisi yaşamışdır. Qızıllarını evdən əri götürmüşdür. Cavabdeh İmranlı Cavabdeh1 onun qızıllarından brilliant qaşlı üzük-sırğa dəsti - 10,8 qram, 0,72 sot; boyunbağı - 21,8 qram, 1 karat 32 sot, 750 əyarlı; qolbağı - 8,7 qram, 0,50 sot, 750 əyarlı bibisi Suqraya 5.100 manata satmışdır. Bunu Suqra ona bildirmişdir. Sonradan 03.02.2021-ci il tarixdə əri onun yeznəsi Oqtaya zəng edərək bildirmişdir ki, kompüteri və televizoru evə qaytarmışdır. 17.03.2021-ci ildə boşanmışlar. Yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 nömrəli e vin 170 nömrəli mənzilində olan əşyalardan - qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 02 ədəd tumba) - cəmi dəyəri 4 000 manat; Mətbəx mebeli - dəyəri 1.000 manat; Soyuducu - dəyəri 800 manat; ətçəkən maşın dəyəri 60 manat; sokçəkən maşın - dəyəri 70 manat; ütü - dəyəri 60 manat; tozsoran dəyəri 85 manat; elektrikli çaynik - dəyəri 20 manat; elektrikli soba - dəyəri 110 manat; paltaryuyan maşın - dəyəri 545 manat mebel və elektrik avadanlıqlarını cehiz kimi anası ona almışdır. Anası mebellərin alınması üçün X2 iştirakı ilə 2.800 manat pulu Cavabdeh2 vermişdir. Ağ dəhliz dolabı - dəyəri - 250 manat; Mətbəx stolu və 4 ədəd oturacağı - dəyəri - 250 manat; «Eurolux» markalı aspirator - dəyəri - 150 manat; «Elay» markalı qaz sobası - dəyəri - 130 man at; «Shvaki» markalı kondisioner isə ona qaynanası Cavabdeh2 hədiyyə etmişdir. O, ərinin bibisi Hüseynova Suqranı tanımırdı, 01.02.2021-ci il tarixdə evdən çıxandan sonra ona zəng etmiş və öyrənmişdir ki, əri onun qızıllarını satmaq üçün Suqraya vermişdir. Eşitdiyinə görə, əri onun qızıllarını lombarda qoyub pul götürüb, sonra Cavabdeh2 lombardın pulunu verərək qızılları oradan götürüb. Lombarddan götürülmüş qızılları Cavabdeh2dır. Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 2A nömrəli evin, 22 nömrəli mənzilində yaşamışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-2425/2021) iddia qismən təmin edilərək, cavabdeh İmranlı Cavabdeh1 yaşadığı və Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal r ayonu, A.M.Şərifzadə küçəsi, 12 nömrəli evin 170 nömrəli mənzilində yerləşən və X7 məxsus olan 68 adda cehiz əşyalarının, bu əşyalar aşkar olunmadıqda isə onların dəyəri və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı X7 qaytarılması, cavabdeh İmranlı Cavabdeh1 ümumi dəyəri 5.100 manat olan qızıl-zinət əşyalarının (briliant qaşlı üzük-sırğa dəsti - 10,8 qram, 0,72 sot; boyunbağı 21,8 qram, 1 karat 32 sot, 750 əyarlı; qolbağ - 8,7 qram, 0,50 sot, 750 əyarlı), bu əmlaklar aşkar olunmadıqda, onların dəyəri alınaraq iddiaçı X7 qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 izahatlarında iddia ərizəsində adları göstərilən və iddiaçıya məxsus olan cehiz əşyaları Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 nömrəli evin 170 nömrəli mənzilində yerləşdiyini, həmin cehiz əmlakını iddiaçıya qaytarmağa razı olduqlarını, iddianın bu hissəsinin təmin edilməsinə etiraz etməklərini bildirmişlər. Bu səbəbdən məhkəmə adları qeyd olunan əmlakların mübahisəsiz qaydada iddiaçıya qaytarılmalı olduğu qənaətinə gəlir və bu hissədə iddianı əsaslı hesab edir.

8. Məhkəmə iddia tələbi qalan hissədə, yəni - “briliant qaşlarla bəzədilmiş nişan üzüyü - dəyəri 1.200 manat; Alyans üzük 750 əyarlı, 8 qram - dəyəri 800 manat; Briliant qaşla bəzədilmiş tək qaş üzük - dəyəri 1100 manat 750 əyarlı Halqa formasında qızıl sırğa 8,5 qram - dəyəri 830 manat; 15 qram qızıl boyunbağı - dəyəri 1.300 manat; klon - 1 4 qram - dəyəri 1.200 manat təşkil edən qızıl-zinət əşyalarının; həmçinin qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 02 ədəd tumba) - cəmi dəyəri 4 000 manat; Mətbəx mebeli - dəyəri 1 000 manat; Soyuducu - dəyəri 800 manat; ətçəkən maşın - dəyəri 60 manat; sokçəkən maşın - dəyəri 70 manat; ütü - dəyəri 60 manat; Tozsoran - dəyəri 85 manat; Elektrikli çaynik - dəyəri 20 manat; Elektrikli soba dəyəri 110 manat; Paltaryuyan maşın - dəyəri 545 manat; 05 ədəd süfrə - dəyəri 250 manat; 01 ədəd yorğan, 01 ədəd döşək - 200 manat; Ağ dəhliz dolabı - dəyəri - 250 manat; Mətbəx stolu və 4 ədəd oturacağı - dəyəri - 250 manat; «Eurolux» markalı aspirator - dəyəri - 150 manat; «Elay» markalı qaz sobası - dəyəri - 130 manat; «Shvaki» markalı kondisioner - dəyəri 400 manat; 12 ədəd boşqab dəsti - dəyəri - 26 manat ibarət olan cehiz əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması” hissəsində əsassız hesab edir və bu hissədə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Çünki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 nömrəli evin 170 nömrəli mənzilində yerləşən qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 02 ədəd tumba); Mətbəx mebeli; Soyuducu; ətçəkən maşın; sokçəkən maşın; ütü; Tozsoran; Elektrikli çaynik; Elektrikli soba; Paltaryuyan maşın; Ağ dəhliz dolabı; Mətbəx stolu və 4 ədəd oturacağı; «Eurolux» markalı aspirator; «Elay» markalı qaz sobası; «Shvaki» markalı kondisioner Cavabdeh2 məxsusdur, Cavabdeh2 həmin əşyaları toydan əvvəl almış və mənzilinə yerləşdirm işdir. Bu əşyaların Cavabdeh2 və İmranlı Cavabdeh1 məxsus olmasına dair 07.05.2020-ci il tarixli zəmanət talonları, təhvil-təslim aktı, 16.06.2020-ci il tarixli qaimə-fakturalar, həmçinin mətbəx mebelini 1.100 manata düzəldərək həmin mənzilə 2020-ci ilin may ayında quraşdırmış X1 arayışını, yəni yazılı sübutlarını cavabdehlər məhkəməyə təqdim etməklə, həmin əşyaların onlara məxsus olmasını sübuta yetirmişlər.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh İmranlı Cavabdeh1 evləndiyi zaman X7 hədiyyə kimi verilmiş briliant qaşlı üzük-sırğa dəsti - 10,8 qram, 0,72 sot; boyunbağı - 21,8 qram, 1 karat 32 sot, 750 əyarlı; qolbağ - 8,7 qram, 0,50 sot, 750 əyarlı - dəstini 4.000 manata Cavabdeh2 11.02.2020-ci ildə “Gənclik” Univermağında satıcı X3 almışdır. Bunu təsdiq edən satıcı X5 yazılı arayışını ca vabdehlər məhkəməyə təqdim etmişlər. İddiaçı X7 hədiyyə kimi verilmiş briliant qaşlarla bəzədilmiş nişan üzüyü - dəyəri 500 manat; Alyans üzük 750 əyarlı, 2 qram - dəyəri 250 manat olan qızıl-zinət əşyalarını iddiaçı evdən gedərkən özü ilə aparmağa imkanı olmuşdur. İddiaçı X8 bu əşyaların cavabdehlərdə qalmasını və ona qaytarmaqdan imtina etdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçı evdən gedərkən ona əşyalarını yığmağa heç kim maneə olmamış, sərbəst şəkildə geyim əşyaları toplamaqla, boşanmaq niyyəti ilə 01.02.2021-ci il tarixdə evi tərk etmişdir. Bu hal həmin əşyaların iddiaçının özündə olması qənaətinə gəlməyə əsas verir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı X8 cavabdehlərin ona briliant qaşla bəzədilmiş tək qaş üzük - dəyəri 1.100 manat; 750 əyarl ı halqa formasında qızıl sırğa 8,5 qram dəyəri 830 manat; 15 qram qızıl boyunbağı - dəyəri 1.300 manat; Klon 14 qram - dəyəri 1.200 manat olan qızıl-zinət əşyaları hədiyyə etdiyini iddia etsə də, cavabdehlər iddiaçıya belə əşyalar almadıqlarını və hədiyyə etmədiklərini bildirirlər. İddiaçı bu əşyaların mövcud olmasını və həmin əşyaların cavabdehlərdə olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı mebel və məişət cihazlarının ona məxsus olmasını, həmçinin 05 ədəd süfrə - dəyəri 250 manat; 01 ədəd yorğan, 01 ədəd döşək 200 manat; 12 ədəd boşqab dəsti - dəyəri - 26 manat ibarət olan cehiz əşyalarının cavabdehlərdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 21.01.2021-ci ildə və 01.02.2021-ci il tarixdə ya şadığı evdən çıxaraq anasının evinə gedərkən evdə tək olmuş və mənzildə olan qızılzinət əşyaları onun özünün sərəncamında olmuş, onun sərbəst şəkildə qızıl-zinət əşyalarını götürməyə və çantasına qoyaraq özü ilə aparmasına imkanı olmuş və cavabdehlər buna mane olmamışdır. Belə ki, qızıl-zinət əşyalarının saxlanıldığı dolab və dolabın olduğu mənzil iddiaçının özünün istifadəsində və nəzarətində olmuşdur. İddiaçı ona 4.000 manata alınmış briliant qaşlı üzük-sırğa dəsti - 10,8 qram, 0,72 sot; boyunbağı 21,8 qram, 1 karat 32 sot, 750 əyarlı; qolbağ - 8,7 qram, 0,50 sot, 750 əyarlı – qızıl-zinət əşyalarının İmranlı Cavabdeh1 tərəfindən bibisi X6 5.100 manata satıldığını sübuta yetirə bildiyinə görə, məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmişdir. Bu əmlakların İmranlı Cavabdeh1 alın araq (aşkar olunmadıqda, onların dəyərinin) iddiaçı X7 qaytarılması qənaətinə gəlmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı Tağızadı (İmranlı) Fərəh Nağı qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4 avqust 2021-ci il tarixli qətnaməsini qismən ləğv edib, iddia tələbinin “briliant qaşlarla bəzədilmiş nişan üzüyü - dəyəri 1200 manat; alyans üzük 750 əyarlı, 8 qram - dəyəri 800 manat; brilant qaşla bəzədilmiş tək qaş üzük - dəyəri 1100 manat, 750 əyarlı halqa fotmasında qızıl sırğa 8,5 qram - dəyəri 830 manat; 15 qram qızıl boyunbağı - dəyəri 1300 man at; kulon 14 qram - dəyəri 1200 manat təşkil edən qızılzinət əşyalarının; həmçinin qonaq dəsti (1 divan, 2 kreslo, kamot, vitrin), yataq dəsti (şkaf, termo, taxt, stol, 2 ədəd tumba) - cəmi dəyəri 4.000 manat; mətbəx mebeli - dəyəri 1000 manat; soyuducu dəyəri 400 manat; ət çəkən maşın - dəyəri 60 manat; şirəçəkən maşın dəyəri 70 manat; ütü - dəyəri 60 manat, tozsoran - dəyəri 85 manat; elektrik çaynik dəyəri 20 manat; elektrik soba - dəyəri 110 manat; paltaryuyan maşın - dəyəri 545 manat; 5 ədəd süfrə- dəyəri 250 manat; 1 ədəd yorğan; 1 ədəd döşək- dəyəri 200 manat; ag dəhliz dolabı - dəyəri 250 manat; mətbəx stolu və 4 ədəd oturacağı - dəyəri 250 manat; “Evrolux” markalı aspirator - dəyəri 150 manat; “Elay” markalı qaz sobası - dəyəri 130 manat; “Shvaki” markalı kondisioner - dəyəri 400 manat; 12 ədəd boşqab dəsti - dəyəri 26 manat ibarət olan cehz əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması» hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh İmranlı Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4 avqust 2021-ci il tarixli 2(004)-2425/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qızıl-zinət əşyalarına münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Talışinski, iş № 2(103)-10029/2021) İddiaçı qızının cavabdehlər İmranlı Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyalarının q aytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2425/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2425/2021 saylı, 4 avqust 2021-ci il tarixli qətnaməsinin qismən, yəni “iddianın briliant qaşlarla bəzədilmiş nişan üzüyü, qızıl boyunbağı və kulona münasibətə təmin olunmayan, dəstə (üzük, boyunbağı, qolbağı, sırğa) münasibətdə isə onun dəyərinin müəyyən olunması” hissəsində ləğv olunması, iddianın həmin hissələrdə qismən təmin olunması, briliant qaşlarla bəzədilmiş nişan üzüyü - 880 manat, dəst (üzük, boyunbağı, qolbağı, sırğa) 4500 manat, qızıl boyunbağı - 1050 manat və kulon - 980 manat dəyərində qızıl-zinət əşyalarının, həmin əşyalar aşkar olunmadıqda isə onların qeyd edilən dəyərinin cavabdeh İmranlı Cavabdeh1 alınaraq Tağızadə (İmranlı) Fərəh Nağı qızına qaytarılması, qətnamənin apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılması, məhkəmə xərcinin cavabdeh İmranlı Cavabdeh1 aid edilməsi, həmin cavabdehdən aparılmış qiymətləndirmənin dəyəri olan 100 (bir yüz) manat tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk növbədə tələb olunan qızıl-zinət əşyalarının mövcudluğu və məhz cavabdehlər tərəfindən iddiaçıya hədiyyə olunması müəyyən edilməlidir. Sübutetmə yükü isə iddiaçıya aiddir. Həmin əşyalardan briliant qaşlarla bəzədilmiş nişan üzüyü, dəst (üzük, boyunbağı, qolbağı, sırğa) və alyans üzüyün c avabdehlər tərəfindən hədiyyə olunması mübahisəsiz olunmaqla, işdə olan iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdən və video görüntülərdən (xına mərasimində çəkilmiş) həm də qızıl boyunbağı və kulonun hədiyyə olunduğu müəyyən edilir. Cavabdeh tərəf iddiaçıya qızıl boyunbağı və kulon hədiyyə etmədiklərini, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərin bilavasitə xına mərasimində deyil, sonradan çəkilməsini bildirsə də, etirazının əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişlər. Əksinə, hər iki tərəfin xına mərasiminə aid təqdim etdiyi fotoşəkillərin qarşılıqlı müqayisəsindən belə görünür ki, şəkillər eyni gündə çəkilmişdir və həmin vaxtı iddiaçının üzərində qızıl boyunbağı və kulon mövcud olmuşdur. Briliant qaşla bəzədilmiş tək qaş üzük və halqa formasın da qızıl sırğanın isə məhz cavabdehlər tərəfindən iddiaçıya hədiyyə olunması isə öz təsdiqini tapmır. Bununla bağlı iddiaçının təqdim etdiyi sübutlar yetərli deyildir. Ona görə ki, həmin fotoşəkillərdə yalnız iddiaçının qulağında və əlində oxşar formalı üzük və sırğa əks olunmaqla, şəkillərin cavabdehlərlə bağlılığı müəyyən edilmir. İddiaçının izahatı da özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz.

17. Məhkəmə kollegiyası, mübahisəli dəstlə (üzük, boyunbağı, qolbağı, sırğa) və alyans üzüklə bağlı rayon məhkəməsinin mövqeyini əsaslı hesab etsə də, hədiyyə olunmuş digər əşyaların iddiaçının sahibliyində olması barədə qənaəti ilə razılaşmamışdır. Hədiyyə olunmuş alyans üzüyün isə cavabdehlərdə olması faktı öz təsdiqini tapmır. Belə ki, iddiaçının özünün bildirdiyinə görə qı zıl-zinət əşyalarının cavabdeh tərəfindən götürülməsindən xəbər tutduğu vaxt alyans üzük üzərində olmuşdur. Üzüyün alyans olmasından əlavə, bu hadisədən sonra iddiaçının onu çıxarması ağlabatan görünmür. İddiaçının evdən çıxma şəraiti də nəzərə alındıqda həmin üzüyün iddiaçının özündə olması barədə cavabdeh tərəfin mövqeyi inandırıcı hesab olunur.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunanlar və işin digər faktiki hallarını birlikdə qiymətləndirildikdə, iddiaçıya məxsus briliant qaşlarla bəzədilmiş nişan üzüyü, dəst (üzük, boyunbağı, qolbağı, sırğa), qızıl boyunbağı və kulonun cavabdeh İmranlı Cavabdeh1 tərəfindən onu iradəsi əleyhinə götürülməsi barədə nəticə hasil olur. Belə olan halda, cavabdeh iddiaçının mülkiyyətində olan qızıl-zinət əşyalarını qaytarmaq öhdəliyini daşıyır. Həmin əşyaların qaytarılması mümkün olmadığı halda isə bazar dəyərinin müəyyən edilməsi məqsədilə apellyasiya baxışında məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Hər iki qiymətləndirmə üzrə nəzəri hesablama aparılmaqla verilmiş rəylər dəst istisna olmaqla digər qızıl-zinət əşyalarına münasibətdə eynilik təşkil edir. Məhkəmə kollegiyası, dəstlə bağlı rəyləri isə işdə olan digər sübutlarla birlikdə qiymətləndirərək, dəstin alındığı vaxtı və qiyməti də nəzərə almaqla 4500 manat məbləği daha mötəbər və ağlabatan hesab etmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.1, 225.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şika yətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

20. İddiaçıqızı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(103)-10029/2021 №-li qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətində qeyd edilən iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədi ilə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin nümayəndəsinin müraciəti əsasında aparılmış qiymətləndirmə üzrə "xxxx" MMC-nin dəstin qiyməti ilə bağlı 16.12.2021-ci il tarixli, 02130/21 saylı rəyini mötəbər hesab etmiş, bununla da işə birtərəfli qaydada baxmışdır. Belə ki, həmin dəstin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş qiyməti əmlakın hazırkı bazar qiyməti ilə uyğunluq təşkil etmir. Hamıya məlumdur ki, ərzaq və qeyri-ərzaq, daşınar və daşınmaz əmlakların qiymətində günbəgün bahalaşma müşahidə olunur. Bu səbəbdən də iddiaçıya məxsus olan dəstin (üzük, sırğa, boyunbağı və qolbaq) qiyməti müəyyən edilərkən onun alındığı vaxta uyğun qiyməti əsas götürülə bilməz. Həmin dəstin alınmasından bugünədək keçən 2 ilə yaxın müddətdə dəyəri artmışdır. Əgər iddiaçıya məxsus olan həmin dəst hazırda sonuncunun istifadəsində olsa idi, onu satıb daha çox gəlir əldə edə bilərdi. Digər tərəfdən, cavabdeh iddiaçıya məxsus olan dəsti (üzük, sırğa, boyunbağı və qolbaq) 2020-ci ilin noyabr ayının sonu, dekabr ayının əvvəlində lombarda qoyaraq 3000 ABŞ dolları (5100 manat) məbləğində gəlir əldə etmişdir. Bununla da o, iddiaçıya məxsus olan əmlakdan öz maraqları naminə istifadə etmiş və əldə etdiyi 5100 manat pul vəsaitini öz ehtiyacları üçün xərcləmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə AR MM-in 157.5-ci maddəsini hazırkı mülki işə tətbiq etməməklə qeyd edilən maddi hüquq normasının pozuntusu ilə qətnamə qəbul etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi qətnamədə dəstlə (üzük, sırğa, boyunbağı və qolbaq) bağlı rəyləri işdə olan digər sübutlarla birlikdə qiymətləndirdiyini qeyd etsə, həmin “digər sübutlar”ın nədən ibarət olduğunu qətnamədə göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin UNİ/N 126-1207/21 №li, 29.11.2021ci il tarixli rəyindəki dəstin (üzük, sırğa, boyunbağı və qolbaq) qiyməti ilə bağlı tərəflər arasında mübahisə olduğunu bildiyi halda, dəstin qiymətləndirilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Yəni mübahisə predmeti olan dəstin qiymətləndirilməsi ilə bağlı nə cavabdeh məhkəməyə vəsatətlə müraciət etməmiş, nə də ki apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə təkrar ekspertiza keçirməmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş “məhkəmənin öz təşəbbüsü ilə təkrar ekspertizasnın keçirilməsi” səlahiyyətlərindən istifadə etməmiş, əksinə, məhkəmə qərəzlilik nümayiş etdirərək cavabdeh tərəfin müraciəti əsasında dəstin (üzük, sırğa, boyunbağı və qolbaq) "xxxx" MMC tərəfindən müəyyən edilmiş qiymətini - 4500 manatı daha mötəbər və ağlabatan saymış, həmin rəylə razılaşaraq cavabdeh in mənafeyinə uyğun qətnamə qəbul etmişdir. "xxxx" MMC-nin 16.12.2021-ci il tarixli, 02-130/21 saylı rəyi heç bir halda mötəbər sübut hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, cavabdeh "xxxx" MMC-nin UNİ/N 1261207/21 №li, 29.11.2021-ci il tarixli rəyi ilə razılaşmadığı halda təkrar ekspertizanın keçirilməsi ilə bağlı məhkəməyə vəsatət verməmişdir. Bunun əksinə o, öz maraqlarına uyğun formada rəy verə biləcək, şəxsən özünün seçdiyi "xxxx" MMC-yə müraciət etmişdir. Cavabdeh "xxxx" MMC-nin UNİ/N 126-1207/21 №li, 29.11.2021ci il tarixli rəyinin yalnız dəstə münasibətdə qiyməti ilə razılaşmamışdır. Qiymətləndirilən digər qızıl-zinət əyalarının qiymətinə isə heç bir etiraz etməyərək, susmaqla “həmin qızılların iddiaçıya məxsus olmasına” razılığını bildirmişdir. Halbuki cavabdeh verdiyi apell yasiya şikayətində qızılzinət əşyaların qaytarılması hissəsində ümumiyyətlə iddia tələbini qəbul etmədiyini bildirmişdir. Cavabdeh "xxxx" MMC-nin UNİ/N 126-1207/21 №li, 29.11.2021-ci il tarixli rəyi ilə dəst istisna olmaqla, digər qızıl-zinət əşyalarının qiymətinə etiraz etmədiyinə görə "xxxx" MMC də verdiyi 16.12.2021-ci i tarixli, 02-130/21 saylı rəydə digər qızıl-zinət əşyalarını yəni brilliant qaşlarla bəzədilmiş nişan üzüyünü, qızıl boyunbağı və klonu "xxxx" MMC-nin UNİ/N 1207/21 №li, 29.11.2021-ci il tarixli rəyində olduğu kimi qiymətləndirmişdir. Göründüyü kimi Cavabdeh1 İmranlı qızıl-zinət əşyalarından yalnız dəstin qiymətini mübahisələndirdiyinə və digər qızıl-zinət əşyalarının qiyməti ilə razılaşdığına görə "xxxx" MMC də dəstin qiyməti ilə bağlı cavabdehin maraqlarına uyğun olara q rəy vermişdir.

22. Kassator şikayətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 97.1, 101-1.2, 101-1.3, 101.7, 217.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

23. Cavabdeh İmranlı Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(103)-10029/2021 №-li qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətində qeyd olunan halların tam və obyektiv araşdırılması məqsədi ilə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı nişan mərasimində və toy ərəfəsində c avabdehlər tərəfindən ona 7 adda qızıl-zinət əşyası hədiyyə olunduğunu iddia etmiş və həmin qızıl-zinət əşyalarının evli olduqları dönəmdə cavabdeh tərəfindən onun icazəsi olmadan götürüldüyünü bildirmişdir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi fakt və halları heç bir mötəbər sübutla təsdiq edə bilməmiş və işə baxan apellyasiya instansiyası məhkəməsi işi ədalətli araşdırmamışdır. Belə ki, həqiqətdə cavabdehlər tərəfindən iddiaçıya halqa qızıl sırğa, 15 qram qızıl boyunbağı, 14 qram klon, brilyant qaşla bəzədilmiş tək qaş üzük hədiyyə edilməmişdir. İddiaçıya hədiyyə olunmuş qızıl dəst, nişan üzüyü, alyans üzük evlilik dönəmində iddiaçının öz sərəncamında olmuş, evi tərk edən zaman ona heç kim mane olmamış, ona məxsus əşyaları rahatlıqla toplayıb gəlin köçdüyü evi tərk etmişdir və bu fakt Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)2425/2021 nömrəli 04.08.2021-ci il tarixli qətnaməsində də öz əksini tapmışdır. Bakı Apellyasiya Məhkəməsi brilyant qaşla bəzədilmiş nişan üzüyü, qızıl dəsti, qızıl boyunbağı və klonun cavabdehdən alınıb iddiaçıya verilməsini qət etmişdir. Lakin, məhkəmə heç bir sübuta əsaslanmadan, işi hərtərəfli və ədalətli araşdırmadan bu qənaətə gəlmişdir. Belə ki, məhkəmə qətnaməsindən də göründüyü kimi, məhkəmə brilyant qaşla bəzədilmiş nişan üzüyü, qızıl boyunbağı və klonun cavabdehdə olmasına dair yalnız iddiaçının verdiyi ifadəyə istinad etmişdir. Amma, məhkəmə həmin qətnamədə qeyd etmişdir ki, “iddiaçının izahatı da öz-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz”. Beləliklə, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı-brily ant qaşla bəzədilmiş nişan üzüyü, qızıl boyunbağı və klonun cavabdehdə olması halını sübuta yetirə bilməmişdir. Məhkəmə isə heç bir sübut olmadan, işi ədalətli və hərtərfli araşdırmadan bu əşyaların (brilyant qaşla bəzədilmiş nişan üzüyü, qızıl boyunbağı və klonun) iddiaçının mülkiyyətində (o cümlədən, öz sərəncamında) olmasına baxmayaraq, cavabdehdən alınıb iddiaçıya verilməsi qənaətinə gəlməklə AR MPM-in 77.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Bundan başqa, iddiaçının tələbi mahiyyətcə vindikasion iddia olduğu üçün ilkin olaraq cavabdehdən tələb edilən əşyaların həqiqətən mövcud olduğu sübut edilməli idi. İddiaçı əsassız olaraq cavabdehlər tərəfindən ona 15 qram qızıl boyunbağı və 14 qram klon hədiyyə olunduğunu iddia etmiş, apellyasiya məhkəməsi isə bu əşyaların mövcudlu ğuna dair prosessual hüquq normasını pozaraq tamamilə yanlış qənaətə gəlmişdir. İddiaçının dəvəti ilə şahid qismində ifadə verən H.Suqra işə qərəzli yanaşmış, məhkəmə isə onun ifadəsini mötəbər sübut kimi qiymətləndirmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində ifadə verərəkən bildirmişdir ki, o, daha öncə Hüseynova Suqranı tanımamış, sonuncu dəfə öz əşyalarını cavabdehə məxsus evdən toplayıb öz anasının evinə gedəndən sonra H.Suqraya zəng edib qızılların onda olduğuna görə məhkəmədə şahid kimi ifadə vermək üçün onu məhkəməyə dəvət etmişdir. Lakin, H.Suqra öz ifadəsində bildirmişdir ki, tərəflərin faktiki nikaha başladıqdan sonra onun iddiaçı ilə münasibəti çox yaxşı olmuş və hətta, Suqra iddiaçının adına ev almışdır.

25. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 77.1, 88, 372.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh İmranlı Cavabdeh1 (Vəkil1) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz etmiş və həmin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

27. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

30. Madd ə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

31. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sü butlarla əsaslandırır.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

41. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh kassasiya şikayətləri vermiş, onlar qətnamənin tam ləğv olunması xahiş etmiş olsalarda, iddiaçının dəlili qızıl dəstinin dəyəri ilə, cavabdehin dəlilləri isə qızıl-zinət əşyaları ilə bağlı olmuşdur. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətlərinin dəlillərinə uyğun olara q yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən iddiaçının hazırki kassasiya şikayətində istinad etdiyi dəlillərin araşdırılmasını təmin etm iş və belə nəticəyə gəlmişdir ki, həmin əşyaların qaytarılması mümkün olmadığı halda isə bazar dəyərinin müəyyən edilməsi məqsədilə apellyasiya baxışında məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Hər iki qiymətləndirmə üzrə nəzəri hesablama aparılmaqla verilmiş rəylər dəst istisna olmaqla digər qızıl-zinət əşyalarına münasibətdə eynilik təşkil edir. Məhkəmə kollegiyası, dəstlə bağlı rəyləri isə işdə olan digər sübutlarla birlikdə qiymətləndirərək, dəstin alındığı vaxtı və qiyməti də nəzərə almaqla 4500 manat məbləği daha mötəbər və ağlabatandır.

44. Hazırda iddiaçı kassasiya şikayətində isə məhkəmə tərəfindən "xxxx" MMC-nin UNİ/N 1261207/21 №li, 29.11.2021-ci il tarixli rəyi ilə razılaşmadığı halda təkrar ekspertizanın təyin olunmasını müzakirə etmədiyini göstərir. Bununla bağ lı qeyd edilməlidir ki, apellyasiya insansiyası məhkəməsi haqlı olaraq işdə olan təqdim olunmuş sübutların mötəbərliyini və digər sübutlara qarşılıqlı qiymətləndirilməsini təmin etməklə qızıl-zinət əşyalarının mübahisələndirilən dəyərini müəyyən etmişdir.

45. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, kassasiya şikayətində göstərilən qızılların mövcudluğu və cavabdehdə olması mötəbər sübutlarla təsdiq olunur. Bu zaman apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması hal ları müəyyən olunmamışdır.

46. Sübutların mahiyyətinə qiymətin verilməməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

47. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

49. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası Qərara aldı: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(103)-10029/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar