Məhkəmə qərarları › İş №2(102)-3154/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3154/2022

06.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3154/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X19 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3154/2022 (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri, 6 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10948/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X17 verdiyi kassasiya şi kayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının qızı X11 xx.xx.2020-ci il tarixdə qeysəriyyə əməliyyatı nəticəsində yaranmış travmatik qanaxmadan ölmüşdür.

2. Lənkəran Rayon Məhkəməsinin 1(049)-180/20 saylı, 28 avqust 2020-ci il tarixli hökmü ilə X14 (sözügedən əməliyyatı icra etmiş “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X15 həkim mama-ginekoloqu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib bir il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-558/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qərar ı ilə hökm dəyişdirilərək X9 birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş 1 il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni, dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzasının müddəti 2 ilədək artırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Lənkəran rayon Mərkəzi xəsləxanasınadan müştərək qaydada onun xeyrinə 3.000.000 (üç milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X14 vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti nəticəsində ö z xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş və nəticədə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla ehtiyatsızlıqdan X18' qzının ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin xx.xx.2014-cü il tarixli, 16 nömrəli əmrinə əsasən Lənkəran Mərkəzi Rayon Xəstəxanasının cərrah-ginekoloqu olmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş "Həkim mamaginekoloqun nümunəvi vəzifə təlimatı"nın 7-ci bəndinin tələblərini kobud surətdə pozaraq, yəni xx.xx.2020-ci il tarixdə saat 09-15-də X16 X2 "Hamiləlik İİ. 38-39 həftə: baş gəlişi LMA uşaqlıqda çapıq" diaqnozu ilə daxil olmuş X6 təyin edilmiş diaqnoza uyğun olaraq, yəni uşaqlıqda çapıq olduğu üçün doğu şun operatis solla başa çatdırılmasına qərar verib, qanın ümumi analizindən başqa hər hansı bir laborator və instrumental müayinələrin aparılmasını təmin etməyərək, hamiləliyin başa çatdırılmasında yalnız xx.xx.2020-cı il tarixdə digər klinikada "Medical Hospital" aparılmış transvaginal rəngli USM-ə əsaslanmaqla Gülnar Babayevanın üzərində "Kesar kəsiyi" cərrahiyə əməliyyatı etmiş, əməliyyatdan sonra sonuncunun vəziyyəti ağırlaşmış və bu ağırlaşmada baş vermiş uşaqlıq qanaxmasının dayandırılması üçün o, tələb olunan təkrar operativ müdaxilə etməli olduğu halda işinə laqeyid münasibət göstərməklə öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərini pozaraq, baş vermiş qanaxmanın mənbəyini düzgün qiymət ləndirməyərək, qeyri-peşəkarlıq nümayiş etdirməklə tələb olunan əməliyyatı gecikdirərək "Relaporatomiya. Uşaqlığın ekstrpasiyası" əməliyyatını effektsiz icra etməklə orqanizmin kompensator funksiyalarının pozulması nəticəsində uşaqlığın zədələnməsi ilə əlaqədar qanaxması baş vermiş, kəskin qanaxma ilə ehtiyyatsızlıqdan X4 ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü çıxarılmış və tərəfindən hökmdən verilmiş apellyasiya şikayətim qismən təmin olunaraq X9 birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş 1 (bir) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə cəzasının müddəti 2 (iki) ilədək artırılmışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki. hadisə Səhiyyə Nazirliyinin əməkdaşının — Lənkəran rayonu Mərkəzi xəstəxanasının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Belə ki, hökmə və qərara əsasən X14 Azərbaycan Respublikası CM- in 314.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə məyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisə sində çəkməsi göstərilmişdir. Qızının vəfatından sonra onun həmin vaxtı doğulan uşağına qızının adını qoşmuşlar. Qızından yadigar olaraq 2 uşaq qalmışdır. Qızının vəfatı zamanı dünyaya gələn uşağa o, digər uşağa isə qızının yoldaşı baxır. Hər dəfə ona baxanda adını çəkəndə qızı gözlərinin önündə durur. Bir ata kimi onun nələr qəkdiyimi hiss etmək qətin deşil, üzünüzü bir anlıq mənim yerimə qovsanız bütün bunlar gözünüzün önündə canlanar. Xüsusilə qeyd etmək istəyirəm ki, son dönəmlər ana və uşaq ölümü ilə bağlı hadisələrin artması, həkim səhlənkarlığı cəmiyyətdə hiddətə səbəb olmuşdur. Halhazıra kimi qızının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə - hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının faciəvi surətdə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum qızının ölümü və ondan yadigar qalan uşağa baxmağı keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş 3.000.000 (üç milyon) manat məbləğində mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir.

5. «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X21 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi ilə razı deyillər və iddianı tamamilə əsassız hesab edirlər. Hazırki işdə iddiaçının tələbi qismində ona dəymiş mənəvi ziyana görə 3,000,000 AZN (üç milyon manat) məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması çıxış edir. Bəhs olunan məsələ üzrə cavabdehin təqsiri üzündən dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu heç bir sənədlə təsdiq olunmur. Belə ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən ha disə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Qeyd edilməlidir ki, iddiaçı tələbini əsaslandırmamış, cavabdeh tərəfindən yol verilmiş hərəkətlərlə dəymiş ziyanın onda nə kimi mənəvi iztirablar yaratdığını və stress keçirməsi faktını təsdiq edən heç bir sübut təqdim etməmişdir. İddia ərizəsində göstərilən məbləğ həddindən artıq şişirdirilmişdir və həqiqəti əks etdirmir. Mənəvi zərərin 3,000,000 manat məbləğində müəyyən edilməsi zamanı yalnız şəxsi mülahizələrə istinad edilmişdir. Halbuki, mənəvi ziyana görə kompensasiya ağlabatan olmalıdır. Bütün bunlar bir daha təsdiq edir ki, hal-hazırda İddiaçı cavabdehlərə qarşı sözügedən məbləğdə iddia tələbi ilə çıxış etməsi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X19 qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Nəsimi Rayon Məhkəməsinin (hakim C.C.Musayeva) 29 iyul 2021-ci il tarixli 2(006)3677/2021 nömrəli qətnaməsi ilə iddia “Lənkəran mərkəzi rayon xəstəxanası” X19 münasibətdə qismən təmin edilərək “Lənkəran mərkəzi rayon xəstəxanası” X13 İddiaçı xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 (qırx min) manat məbləğində pulun tutulması qət edilmiş, iddia digər hissədə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə münasibətdə rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsinin iddianın “Lənkəran mərkəzi rayon xəstəxanası” X19 m ünasibətdə əsaslı olması ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, cinayət işi ilə bağlı aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmiş və hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik olan hallardan görünür ki, iddiaçının qızı X5 doğuş zamanı yaranmış kəskin qanaxma mama-ginekoloq tərəfindən düzgün qiymətləndirilməmişdir və bununla bağlı ona zəruri tibbi tədbirlər göstərilməmişdir. Belə ki, sözügedən hökmə əsasən X4 ölümünə səbəbin uşaqlığının zədələnməsi nəticəsində uşaqlıq qanaxması nəticəsində baş vermiş kəskin qanitirmə ilə əlaqəli olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X7 MRX-da göstərilmiş qüsurlu tibbi xidmətlə onun ölümü arasında səbəbli əlaqə vardır və buna da məsul şəxs mərhumun vəziyyətini, baş vermiş qanaxmanın mənbəyini düzgün qiymətləndirməyə n, əməliyyat zamanı vaxt itkisinə yol verən, doğuşu qeysəriyyə əməliyyatı vasitəsilə icra edən mama-ginekoloq X10r. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdeh Lənkəran MRX-nın əməkdaşının qanunsuz hərəkətlərinin (hərəkətsizliyin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu, habelə onun təqsiri qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, bu faktlar mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və bunların yenidən müəyyən edilməsi mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırmasının predmeti ola bilməz.

8. Məhkəmə zərərin miqdarı ilə bağlı qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət in və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X13 iddiaçının xeyrinə 40.000 (qırx min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir.

9. Məhkəmə, mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haq qında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarı, Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1099, 1112-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia məbləği ilə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarında kifayət qədər əsaslandırmamışdır. Bu da məhkəmənin sonda iddia məbləğini qismən təmin etməklə səhv nəticəyə gəlməsinə səbəb olmuşdur. Bunlardan başqa, məhkəmə iddianı yalnız “X3 nisbətdə təmin etməsi, digər orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə münasibətdə isə təmin edilməməsi əsası da düzgün deyildir. Belə ki, Səhiyyə Nazirliyi birbaşa olaraq yuxarı struktur orqanı kimi tibbi xidmət üzərində nəzarəti həyata keçirən qurum olduğundan, “Lənkəran Mərkəzi Rayon Xəstəxanasına” maliyyə nəzarətini həyata keçirdiklərindən (əmək haqqı və digər maliyyə vəsaitlərini onlar ödə diyindən) birgə maddi məsuliyyət daşımalıdırlar. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarını qətnamədə göstərsə də, mənəvi ziyana görə məbləğin təmin edilməsində səhvə yol vermişdir.

12. Həmçinin cavabdeh «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X21 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə qanunsuz və əsassız olduğu sübuta yetirilir və bu səbəbdən qətnamə iddianın təmin edildiyi hissədə ləğv edilərək iddia tələbinin tamamilə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. İlk öncə qeyd olunmalıdır ki, işin qanuni və əsaslı həll edilməsi üçün tərəflər arasında mövcud olmuş münasibətlər düzgün təfsir edilməli, bütövlükdə işin bütün halları qarşıiıqlı müqayisəli təhlil edilməlidir. İddiaçının (vəfat etmiş xanımın atası kimi) qarşılaşdığı vəziyyət insani cəhətdən başa düşüləndir, bununla belə yenidən doğulan uşağa doğuş vaxtı vəfat etmiş anasının adının qoyulması ifadə olunan gündəlik izdirabın artması və vəfat səbəbilə çəkilən acının davamlı xarakterdə olması ilə nəticələnmişdir. Digər bir ifadə ilə, iddiaçının iddia etdiyi hazırki böyük stress və izdirabının psixolojik səbəbinin bu olduğu və bunun da birbaşa cavabdehin hərəkətləri ilə bağlı olmadığı mübahisəsizdir. Digər tərəfdən, hazırki iş üzrə preyudisal əhəmiyyətə malik Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(049)-180/2020 saylı hökmündən görünür ki, X12 Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Həmin maddədə nəzərdə tutulmuş əməl ehtiyatsızlıqla törədilən cinayət kimi tövsif edilməkdədir, yəni məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həkimin hərəkətlərində qəsdin olmadığı sübut olunur. Ehtiyatsızlıqla törədilmiş cinayət əməlinin nəticəsinə görə iddia olunan zərərə görə, subyektiv məsuliyyət sahibi şəxs əvəzinə obyektiv məsuliyyət üzrə xəstəxanın bu məbləğdə maliyyə sanksiyasınakompensasiyasına məruz qalması kifayət qədər ağır qərardır. Burada məhkəmə ümumiyyətlə düzgün qanun normasını tətbiq etməmişdir. Belə ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən Mülki Məcəllənin 1099-cu maddəni tətbiq etmişdir. Halbuki hazırki işdə birmənalı olaraq "Tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsidə dair Mülki Məcəllənin 1112-ci maddə tətbiq olunmalı idi. Həmin maddə "Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsas larla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir." redaksiyasında tənzimlənmişdir. Ümumi əsaslarla delikt öhdəliyinə məsuliyyət üçün də mübahisəsizdir ki, iddia olunan zərər ilə iddianın hədəfində olan cavabdehin hərəkət/hərəkətsizliyi arasında səbəbli əlaqə olmalıdır. Birinci instansiya məhkəməsi isə, bu ölüm hadisəsində vurulmuş zərərlə hüquqi şəxs-xəstəxananın hərəkət/hərəkətsizliyi arasında səbəbli əlaqəni, xəstəxanın təqsirini qətnaməsində müəyyən etməsə də, böyük məbləğdə iddi anı təmin etmişdir. Məhkəmənin yol verdiyi prosessual pozuntu isə, hazırki iş üzrə cavabdehin subyektiv hüququnun olub-olmamasının yoxlanılmamasıdır. İş materiallarından iddiaçının məlum cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb-tanınmamasını müəyyən etmək mümkün deyildir. Halbuki mülki icraatda iddiaçının müvafiq tələblə iddia qaldırmağa imkan verən subyektiv hüquqa malik olub-olmaması işin mahiyyəti üzrə baxılmasından daha əvvəlki mərhələdə nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi bu hissəyə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Qeyd edilməsi zəruridir ki, işin halları üzrə məhkəmə araşdırması düzgün aparılsaydı yuxarıda qeyd olunan hüquqi mövqeyin əsaslılığı tam şəkildə müəyyən olunacaqdı. Qeyd olunan bu əsaslara görə hazırki ş üzrə xəstəxanın təqsiri mövcud olmadığından və i ddia olunan zərərlə hüquqi şəxsxəstəxananın hərəkət/hərəkətsizliyi arasında səbəbli əlaqə yaranmadığından xəstəxanaya qarşı hazırki iddianın təmin olunmasının qanuni əsası yoxdur.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) 2(103)-10948/2021 saylı mülki iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri rədd edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini birinci instansiya məhkəməsi ilə eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə dü zgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edi lməsinə dair 24 aprel 2020-ci il tarixli qərarı, Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1099, 1112-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh “Lənkəran rayon Mərkəzi Xəstəxanası” PHŞ kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsidə zərərin ödənilməsi üçün zəruri şərtlərdən olan əməllə zərər arasında uyğun səbəbli əlaqə və təqsirin olduğu müəyyən edilməmişdir. Bu şərtlərdən hər hansı biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə mərhum Gülna r Babayevaya qüsurlu xidmət göstərdiyini əsaslandıra bilməmişdir. Çünki, doğurdan da ona qüsurlu deyil, lazımi tibbi xidmət göstərilmiş, publik hüquqi şəxs olaraq xəstəxananın həmin şəxsin ölümündə hər hansı təqsiri olmamışdır. Mərhum onu əməliyyat edən həkim X1 nəticəsində həyatını itirmişdir. Bundan başqa, hər hansı məbləğdə mənəvi zərərin cavabdeh tərəfindən ödənilməsi mümkün olmayacaqdır. Belə ki, onlara maliyyə vəsaiti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyitərəfindən yalnız təyinatı üzrə (əmək haqqı, dəftərxana, yanacaq xərcləri və s.) ayrılır. Ona görə də qəbul olunmuş məhkəmə qətnaməsi birbaşa olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mənafeyinə toxunur.

19. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 1096.1, 1097.1, 1099, 1112, MPM-ni n 9, 57-ci maddələrinin tələblərinin düzgün tətbiq edilməməsi və pozulması ilə qəbul olunmasına istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik dir).

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

25. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

26. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət li olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya məhkəməsi həmin əsaslandırma ilə razılaşır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə bağl ı bildirir ki, işçinin törətdiyi deliktə görə işəgötürənin məsuliyyəti qanunda nəzərdə tutulmuş təqsirsiz məsuliyyət halıdır. Belə ki, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (§ 24-25).

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10948/2021 nömrəli, 24 noyabr 20 21-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Əhməd Nurməmmədov Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar