Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-317/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Mustafayeva Türkan Ramiz qızının, cavabdeh ləğv prosesində olan “xxxxı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, cavabdeh ləğv prosesində olan “xxxxı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Məmmədov Azər Məhəbbət oğlunun Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli, 2(103)8687/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 2(011)-2422/2018 saylı qətnaməsi ilə (hakim N.Ə.Misirzadə) İddiaçı cavabdeh xxxxı” ASC və Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli, 2(103)-8902/2018 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi N.Ş.Cəfərov, V.Ə.Baxışova və V.T.Həsənov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv olunması, iddianın t əmin olunması, 09.01.2012-ci il tarixli, 002№-li ipoteka müqaviləsinə əsasən “xxxxı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, ev № 21-də yerləşən 62№-li mənzil üzərində ipotekaya xitam verilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 may 2019-cu il tarixli, 2(102)-3031/2019 saylı qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi V.Ə.İbayev, A.K.Kalbalıyev və Ə.Ə.Əliyev) cavabdeh ləğv prosesində olan “xxxxı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli, 2(103)-8902/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün ape llyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli, 2(103)-8687/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2422/2018 saylı, 20 aprel 2018ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddianın təmin edilməsi, İddiaçı məxsus ipoteka predmeti olan X. ünvanında yerləşən 62 №-li mənzilinə dair “xxxxı" ASC ilə bağlanmış 09.01.2012-ci il tarixli, 002 №-li ipoteka müqaviləsinə xitam verilməsi, X. ünvanında yerləşən 62 №-li mənzil ipoteka yüklülüyündən azad edilməsi qət edilmiş, həmçinin qeyd edilmişdir ki, hazı rkı qətnamə daşınmaz əmlakın reyestrini aparan icra orqanı tərəfindən qeyd olunan əmlakın yüklülükdən azad edilməsinə dair müvafiq qeydin edilməsi üçün əsasdır. İşin halları: İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxxı” ASC-yə, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qarşı - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2207/2013 saylı, 18.09.2013-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı X. ünvanında yerləşənmənzilə dair təkrar hərracın baş tutmaması əsasına görə ipotekaya xitam verilməsi və əmlakın yüklülükdən azad olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2207/2013 saylı, 18.09.2013-cü il tarixli qətnaməsi ilə iş üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ona və qeyrilərinə qarşı "kreditin və kredit borcuna hesablanmış faizlərin ödənilməsinə və tələbin girov predmetinə yönəldilməsi”nə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh X2 “xxxx” ASC-nin xeyrinə 27.739,28 manat, normal faiz borcu üzrə 8.303,26 manat faiz, 2.770,00 manat cərimə, cəmi 38.812,54 manat və ödənilmiş dövlət rüsumu olan 31 manatın tutulması, tutmanın onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi. Məzahir Rüstəmov küçəsində istifadədə olan 21 saylı evin 62 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, satışdan əldə ediləcək vəsait h esabına cavabdeh X3 “xxxx” ASC-yə olan cəmi 38.812,54 manat borcu və 30 manat dövlət rüsumu, 31 manat rüsum ödənilməsi, qalan vəsaitin ona qaytarılması, daşınmaz əmlakın qanunvericiliyə müvafiq olaraq satılmasından sonra ən geci bir ay müddətində mənim tərəfimdən boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.02.2014-cü il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 18.09.2013-cü il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh X2 8.303,26 manat faiz borcunun və 2.770,00 manat cərimə borcunun tutulması hissəsində qimən ləğv edilmiş, ondan 555,26 manat faiz borcunun tutulması, cərimə borcunun tutulması hissəsində iddianın rədd edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kredit üzrə cəmi borc 28.29 4,54 manat saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2014-cii il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və Bakı Apellyasiya Məhkəməsinin 26.02.2014-cii il tarixli 2(103)1105 saylı icra vərəqəsi icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsinin 02.09.2014-cü il tarixli, 17/74-24402/10 saylı sifarişinə əsasən ipoteka ilə yüklənmiş onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, 21 saylı evin 62 saylı mənzilinin hərracda satışı qərara alınmışdır. Sözügedən mənzilin hərraca çıxarılması ərəfəsində iş üzrə cavabdeh X6 iddiaçı “xxxxı” ASC-yə 08.06.2015-ci il tarixdə 2000 manat və 23.01.2017-ci il tarixdə 14.000 manat k redit borcundan ödəmişdir. Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxx” MMC-nin 18.11.2014-cü il tarixli, 82/02-1 saylı protokoluna əsasən 60.000 manata ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır. Lakin hərracda alıcı olmadığından hərrac baş tutmamış elan edilmiş və hərrac satış qiyməti 15% aşağı olmaqla növbəti, ikinci hərraca çıxarılmışdır. Hərracın keçirilməsi 22.06.2015-ci il tarixə təyin edilmişdir. “xxxx” MMC-nin 22.06.2015-ci il tarixli 40/01-1 saylı protokoluna əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, 21 saylı evin 62 saylı mənzili 51.000 manata hərraca çıxarılmış, lakin alıcı olmadığından mənzilin ilkin satış qiymətindən 25% aşağı olmaqla növbəti hərraca çıxarılması qərara alınmışdır. Hərracın keçirilməsi 05.08.2015-ci il tarixə təyin edilmişdir. B undan sonra, “xxxx” MMC Xətai rayon İcra şöbəsinə 03.07.2007-ci il tarixli 01/1859 saylı məktubu ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, 21 saylı evin 62 saylı mənzilinin satılması ilə bağlı hərracların baş tutmaması barədə məlumat vermişdir. Həmçinin, hərracın baş tutmaması ilə bağlı hüquqi nəticələr izah edilmişdir. Qeyd olunanlara baxmayaraq Xətai rayon İcra şöbəsi qanunsuz və əsassız olaraq yenidən həıracın keçirilməsi üçün “xxxx” MMC-yə 30.10.2017-ci il tarixdə 17/74-28086/9 saylı məktubla sifariş vermişdir. “xxxx” MMC isə öz növbəsində ona və qeyrilərinə açıq hərracın keçirilməsinə dair 15.11.2017-ci il tarixli 04/108 saylı Bildiriş göndərmiş və hərracın 15.12.2017-ci il tarixdə keçiriləcəyi barədə məlumat vermişdir. Lakin hərracın yenidən keçirilməsinin q anunsuz və əsassız olduğu barədə İcra şöbəsinə edilən 15.11.2017-ci il tarixli rəsmi qaydada etirazlardan sonra hərrac dayandırılmışdır. Göründüyü kimi, iddiaçı “xxxxı” ASC ipoteka saxlayan kimi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, 21 saylı evin 62 saylı mənzilə dair təkrar hərracın baş tutmayan elan edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə ipoteka predmetini əldə etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh ləğv prosesində olan “xxxxı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyası nın qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh ləğv prosesində olan “xxxxı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh ləğv prosesində olan “xxxxı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Mustafayeva Türkan Ramiz qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü mad dəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh ləğv prosesində olan “xxxxı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun, İddiaçı vəkili Mustafayeva Türkan Ramiz qızının izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh ləğv prosesində olan “xxxxı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə sinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətlə ndirilməməlidir. İş materiallarında olan: - Nərimanov Rayon Məhkəməsinin 18.09.2013-cü il tarixli, 2(005)-2207/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X2 iddiaçı “xxxxı” ASC-nin xeyrinə 27.739,28 manat, normal faiz borcu üzrə 8.303,26 manat faiz, 2.770,00 cərimə, cəmi 38.812,54 manat və ödənilmiş 30 manat dövlət rüsumu, 31 manat rüsumun tutulması, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan X. ünvanında yerləşən 62 №-li mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh X3 iddiaçı “xxxxı” ASC -yə olan cəmi 38.812,54 manat borcu və 30 manat dövlət rüsumu, 31 manat rüsumunun ödənilməsi, qalan vəsaitin İddiaçı qaytarılması, daşınmaz əmlakın qanunvericiliyə müvafiq olara q satıldıqdan sonra ən geci bir ay müddətində İddiaçı tərəfindən boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-105/2014 saylı qətnaməsi 26.02.2014-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.09.2013-cü il tarixli, 2(005)-2207/2013 saylı qətnaməsi qismən, yəni cavabdeh X8 oğlundan 8.303,26 manat faiz borcunun tutulmasının təmin edilməsi və 2.770 manat cərimə borcunun tutulmasının qismən təmin edilməsi hissəsində ləğv edilməsi, 09.01.2012-ci il tarixli, 006 nömrəli kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində iddianın qismən təmin edilməsi və cavabdeh X2 iddiaçının xeyrinə 555,26 manat məbləğində faiz borcunun tutulması, cərimə borcunun tutulması hissəsində isə iddi anın rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4120/2014 saylı, 04.11.2014-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-105/2014 saylı, 26.02.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -“xxxx” Xətai rayon İcra şöbəsinə 03.07.2017-ci il tarixli 01/1859 saylı məktubla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsi, 21 saylı evin 62 saylı mənzilnin satılması ilə bağlı hərracların baş tutmaması barədə məlumat vermişdir. Həmçinin, hərracın baş tutmaması ilə bağlı hüquqi nəticələr izah edilmişdir. -82/02-1 saylı, 18.11.2014-cü il tarixli protokolun surətindən görünür ki, X. ünvanında yerləşənmənzilinin açıq hərrac da alıcısı olmadığından satışı baş tutmamış elan edilmiş, növbəti hərracın satış qiyməti ilkin satış qiymətindən 15% aşağı olmaqla 22.06.2015-ci il tarixində keçiriləcəkdir. -40/01-1 saylı, 22.06.2015-ci il tarixli protokolun surətindən məlum olur ki, X. ünvanında yerləşənmənzilinin açıq hərracda alıcısı olmadığından satışı baş tutmamış elan edilmiş, növbəti hərracın satış qiyməti ilkin satış qiymətindən 25% aşağı olmaqla 05.08.2015-ci il tarixində keçiriləcəkdir. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3854/2015 saylı, 29.07.2015-ci il tarixli qərarı ilə “xxxxı” ASC-nin məcburi ləğv edilməsi, “xxxxı” ASC-nin ləğvedicisi qismində “X1 Company” MMC-nin təyin edilməsi qərara alınmışdır. -iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunmuş “xxxx”-nin 03.07.2015- ci il tarixli tərəflərə, o cümlədən “xxxxı” ASC-yə göndərilmiş məlumatın surətindən məlum olur ki, X. ünvanında yerləşənmənzilinin satılması ilə bağlı hərraclar baş tutmamış, bu barədə Market qəzetinin 03.07.2015- ci il tarixli nömrəsində dərc edilmiş, ipoteka saxlayanın mənzili ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 38250 manata ala bilməsi hüququ izah edilmiş, təkrar hərracın baş tutmaması elan edildikdən 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilə bilməsi qeyd edilmişdir. -cavabdeh ləğv prosesində olan “xxxxı” ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 04.09.2019-cu il tarixli maliyyə arayışından məlum olur ki, xxxxı” ASC ilə X5 arasında bağlanmış 09.01.2012-ci il tarixli, 006 saylı kredit müqaviləsinə əsasən 28 avqust 2019-cu il tarixinə borc 11.594,54 manatdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə X. ünvanında yerləşən 62 №-li mənzilin ipotekası ilə bağlıdır. Mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı (ipoteka qoyan) ilə cavabdeh “xxxxı” ASC (ipoteka saxlayan) arasında ipoteka müqaviləsi bağlanmış, iddiaçı başqa şəxsin (Azər Ömərovun) bankdan aldığı kreditin qaytarılmasının təminatı üçün mənzili ipoteka ilə yüklü etmiş, tərəflərin arasında 09.01.2012-ci il tarixli, 002 №-li ipoteka müqaviləsi bağlanmışdır. Kredit qaytarılmadığına görə kredit verən “kredit borcunun tutulması və tutmanın mənzilə yönəldilməsi” barədə iddia vermiş, həmin iddianın əsasında Nərimanov Rayon Məhkəməsi kredit alandan borcun tutulması və tutmanın mənzilə yönəldilməsi barədə 18.09.2013-cü il tarixli qətnaməni qə bul etmiş, daha sonra icra vərəqəsi verilmiş, lakin ötən 5 ildə mənzil satılmamışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdeh “xxxxı” ASC və Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, birinci hərrac (18.11.2014-cü il tarixinə), təkrar hərrac (22.06.2015-ci il tarixinə) təyin edilmiş, birinci və təkrar hərrac barədə bildirişlər hərracın təşkilatçısı tərəfindən ipoteka qoyana və ipoteka saxlayana göndərilmiş, lakin birinci və təkrar hərrac baş tutmamışdır bu səbəbdən mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 28 oktyabr 2014-cü il tarixli qərarında göstərmişdir ki: «İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər». İş materiallarından görünür ki, ikinci hərrac keçirildikdən sonra, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərzəzi” 03.07.2015-ci il tarixdə hərracların baş tutmaması və ipoteka saxlayana ipoteka saxlayanın mənzili ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 38250 manata ala bilməsi barədə bildirişi banka göndərmiş, həmin bildirişin alınmasını bankın nümayəndəsi təsdiq etmiş, lakin dəqiq vaxtını deyə bilməyəcəyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, icra vərəqəsi verildikdən sonra banka 09.01.2012-ci il tarixli, 006 saylı kredit müqaviləsi üzrə ödənməli olan 28.294,54 manat borcdan xeyli ödənişlər edilmiş, hazırda cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 04.09.2019-cu il ta rixli maliyyə arayışından məlum olur ki, həmin kredit müqaviləsinə əsasən 28 avqust 2019-cu il tarixinə borc 11.594,54 manat təşkil edir. İş materiallarından görünür ki, iddianı təmin etməyən birinci instansiya məhkəməsi yeganə dəlil kimi “xxxxı” ASC-nin ləğv prosesində olmasına əsaslanmışdır. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “xxxxı” ASC-nin ləğv prosesində olmasının hazırkı iddia tələbinin həll edilməsi baxımından heç bir əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 28 oktyabr 2014-cü il tarixli qərarını rəhbər tutaraq hesab etmişdir ki, baş tutmamış ikinci hərracdan sonra təklif olunmasına baxmayaraq, ipoteka saxlayan ipoteka predmetləri ni əldə etmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəmini ndə düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan “xxxxı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli, 2(103)-8687/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-317/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-317/2020
28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver