Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3175/2024 23.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, uydurma əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyətin əvvəlki statusuna qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2468/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnam əsindən iddiaçı kassasiya şikayətinə 23 sentyabr 2024-cü tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh2 keçmiş əridir.
2. Onlar xx.xx.2007-ci il tarixdə, yəni nikahda olan zaman Cavabdeh2 mülkiyyətində olan ünvan 1-də yerləşən, ümumi sahəsi 63,0 kv. m. olan 3 otaqlı mənzildən yаşayış sаhəsi 13,68 kv.m. olаn bir otаğı (bundan sonra “mübahisəli mənzil”) bаğışlаmа müqаviləsinə əsаsən bacısı Cavabdeh1 Əlişan qızına bağışlamışdır.
3. Mübahisəli mənzil iddiaçı və Cavabdeh2 birgə nikah dövründə əldə edilən əmlak olduğundan əmlak özgəninkiləşdirilərkən iddiaçının yazılı razılığı alınmışdır.
4. Mübahisə həmin bağışlama müqaviləsinin qanuniliyi ilə bağlı yaranıb. İş üzrə qəbul edilm iş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ilə müraciət edərək, cavabdehlər xxx və Cavabdeh1 Əlişan qızı arasında mübahisəli mənzilə dair 26 fevral 2007-ci ildə bağlanmış 4ə-1-142 saylı bağışlama müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, hərbi xidmətdə olarkən iddiaçı mənzil növbəsinə durmuş və ona məsləhət görülmüşdür ki, ev növbəsindən çıxarılmamaq üçün onun və arvadının adına mənzil olmamalıdır, əks təqdirdə, mənzil növbəsindən çıxarıla bilər. Ər- arvad məsləhətləşib mənzili arvadının bacısı Cavabdeh1 adına keçirmək qərarına gəlmiş və buna Qızılgülün də razılığını almışlar. Bu məqsədlə xxxnın ad ına olan otaq 26 fevral 2007-ci il tarixli bağışlama müqaviləsi ilə formal olaraq, sonuncunun bacısı Cavabdeh1 adına keçirilmişdir. 2022-ci ildə iddiaçının arvadı ailə münasibətləri gərginləşmiş və onlar boşanmışlar. Bundan sonra Cavabdeh2 təkidi ilə Cavabdeh1 iddiaçının mənzildən çıxarılması iddiası ilə məhkəməyə müraciət etmişdir. Hazırda bu işin icraatı Sabunçu Rayon Məhkəməsi tərəfindən dayandırılmışdır. 7. 73 saylı Mənzil-Kommunal İstismar sahəsinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli 07 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh1 məxsusdur, hazırda göstərilən mənzildə 2000-ci ildən iddiaçı yaşayır, bu mənzildə xxx özü, 2 qızı və 1 oğlu qeydiyyatdadır, iddiaçı kommunal xidmətlərinin ödənişini təmin edir.
8. Eyni zamanda diqqətə alınmalıdır ki, iddiaçının arvadının adın a mübahisə predmeti olan otaqdan başqa bir yaşayış sahəsi olmayan iddiaçı hansı səbəbdən 2007-ci ildə bu otağın baldızı Cavabdeh1 bağışlamasına razılıq verməlidir. 26 fevral 2007-ci il tarixli bağışlama müqaviləsi sırf görünüş üçün bağlanmışdır, bu müqavilədə tərəflərin həqiqi hüquqi niyyəti öz əksini tapmamışdır. Bu səbəbdən həmin müqavilə əhəmiyyətsiz əqddir və ona görə də etibarsız hesab edilməlidir.
9. Qeyd olunduğu kimi formal olaraq bağışlanmış otağın aid olduğu mənzil paylı mülkiyyətdədir. xxxnın adına olan qeydiyyat vəsiqəsindən görünür ki, X.Tanrıverdiyevadan başqa, həmin mənzildə digər paylı mülkikiyyətçilər – X2 və X1 vardır.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 215.1 və 215.5-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı öz iddiasını onunla əsaslandırmağa çalışmışdır ki, həmin mülkiyyət paylı mülkiyyət olduğuna görə bağışlama müqaviləsində digər payçı qonşuların da imzaları olmalı idi. İddiaçının iddiasına əsasən bağışlama müqaviləsində digər payçıların razılıq imzaları olmadığına görə müqavilə saxtadır və etibarsız hesab edilməlidir. İddia tələbi aşağıda qeyd olunmuş səbəblərdən tamamilə əsassız və qanunsuz olduğuna görə rədd edilməlidir. İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında olan bağışlama müqaviləsi xx.xx.2007-ci il tarixdə, yani 16 il əvvəl imzalanmışdır. Yəni, iddia tələbində qeyd olunduğu kimi cavabdehlər arasında bağışlama müqaviləsi imzalanarkən, əvəzi ödənilməyən müqavilə olduğuna görə digər payçıl arın razılıq verməsi tələb olunmur.
12. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2020-cü il tarixli arayışa əsasən İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 596 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdiyinə görə Gəncə şəhəri, 2-ci mkr-n, B.Məmmədov küçəsi 19, ev K, mənzil 28 dövlət vəsaiti hesabına verilmişdir. Həmin mənzil Daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2015-ci il tariхdə qеydiyyata аlınmışdır.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-424/2024 saylı, 8 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ad ilə Paşayeva)
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Cavabdeh2 keçmiş əridir. xx.xx.2007-ci il tarixdə, yəni onlar nikahda olan zaman Cavabdeh2 mülkiyyətində olan mübahisəli mənzili bаğışlаmа müqаviləsinə əsаsən bacısı Cavabdeh1 bağışlamışdır. Mənzil iddiaçı və Cavabdeh2 birgə nikah dövründə əldə edilən əmlak olduğundan satılarkən iddiaçının yazılı razılığı alınmışdır. İddiaçı qeyd edilən müqavilənin görünüş üçün bağlandığına və yalançı əqd olduğuna istinad edərək bağışlama müqaviləsinin etibarsız olduğuna istinad etsə də, cavabdehlər buna etiraz edərək, mənzilin həqiqətən də, real əsaslarla Cavabdeh1 bağışlandığını, həmçinin əqdi mübahisələndirmək üçün iddiaçının qanunda nəzərdə tutulmuş bir illik müddəti ötürdüyünü bildirirlər.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, etibarsız hesab edilməsi tələb olunan əqd qanunvericilikdə əqdin etibarlı sayılmasına dair bütün zəruri şərtlərə uyğun bağlanıb. Belə ki, bağışlama müqaviləsinin forma və məzmunu, tərəflərin iradə ifadəsi və sair kimi şərtlərdə etibarsızlığa dəlalət edən hallar müəyyən olunmayıb. İddiaçı özü 16 il əvvəl həmin bağışlama müqaviləsinin bağlanmasına yazılı razılığını vermiş, hətta onu təmsil edən nümayəndəsi də məhkəmədə iddiaçının baldızı ilə etibarlı, yaxşı münasibətlərinin olmasını bildirmişdir. Bu isə onu göstərir ki, bağlanmış müqavilə tərəflərin iradə ifadəsi əsasında bağlanıb. Mənzil növbəsində olduğuna görə arvadının adına olan mənzili görünüş üçün baldızının adına keçirməsi fikri isə, ümumiyyətlə, məhkəmə üçün absurd sayılır. Belə ki, iddiaçının dediyinə görə “görünüş üç ün” müqavilə bağlayaraq vətəndaşı olduğu dövlətin qarşısında nəyisə pərdələməyə çalışmaq və məhkəmədə bu fikri səsləndirməklə illər sonra həmin müqaviləni etibarsız hesab etdirərək artıq onun olmayan əmlakı geri qaytarmaq nə qanuni, nə də ədalətli deyil.
16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə müqavilə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Odur ki, iddia əsassızdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337, 340.2, 354, 666.1, 668.1.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2 və 80-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsin in ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2468/2024 nömrəli mülki iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Günay Axundova)
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsi ndə hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən etmədiyindən və bağışlanma müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən iddianı təmin etməməkdə haqlı olmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli plenum qərarı) əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəf lər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. eləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
23. Lakin xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Belə ki, hazırki iş üzrə bağışlanma müqaviləsi cavab dehlər arasında bağlanmış və cavabdehlərdən yalnız Xuraman Hüseynova lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışlarında iştirak edərək əqdin bağlanmasının əsl niyyətinin iddiaçının hərbçi olaraq mənzil əldə edə bilməsi olduğunu bildirmişdir. Bu zaman əqdin digər tərəfi, yəni digər Cavabdeh1 da əqd bağlanılan zaman eyni pərdələmə niyyətində olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bu zaman da Konstitusiya Məhkəməsinin bu barədə yuxarıda göstərilən mövqeyinə uyğun olaraq əqdin yalan əqd kimi qiymətləndirilməsinə dair mötəbər əsas mövcud olmuş olmur.
24. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının dedikləri həqiqətə uyğun olduğu halda belə, istər iddiaçı, istərsə də cavabdehlər mübahisəli əqdin bağlanması zamanı pərdələnmiş hüquq münasibətləri nə girdiklərinin fərqində olmuş, üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını oyatmaq istəmiş, iddiaçının xeyrinə mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmış və reallığa uyğun olmayan görüntü yaratmışlar. Bu da tərəflərin öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmələri ilə bağlı prinsiplərə tamamilə zidd olmuş və əhəmiyyətsiz əqdin bağlanmasına bilə-bilə yol verməklə, uzun müddət boyunca bu əhəmiyyətsiz əqdin nəticələri ilə razı olmaqla sanki onun bəyənilməsi və təsdiqlənməsi ilə nəticələnən hərəkətlərə, o cümlədən hərəkətsizliyə yol vermişlər.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında da göstərilən hüquqi mövqeyə görə burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qar şısının alınması məqsədini daşıyır. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: a) həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; b) müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirmə yə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
26. Qeyd edilənlər baxımından apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün hansısa qanuni və hüquqi əsaslar mövcud deyildir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 324.4, 337.1, 340.2, 560.1, 560.2, 666.1, 668.1.1, 673.1, 673.1.1, 673.1.2 və 673.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün ape llyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayətini iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 324.4 Müqavilə bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilm ir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: Maddə 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; Maddə 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; Maddə 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Mülki Pros essual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası mə hkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qət namə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin va hidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə qiymət verib.
36. İddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı barədədir. İddiaçı tələbinin əsası kimi hərbi xidmətdə olarkən mənzil növbəsinə durmasına, növbədən çıxarılmamaq üçün onun və arvad ının adına mənzil olmaması görüntüsü yaratmaq məqsədilə bu müqavilənin bağlanmasına, buna görə də müqavilənin uydurma olmasına istinad edib.
37. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə iddiaçı xx.xx.2007-ci il tarixdə, yəni Cavabdeh2 ilə nikahda olan zaman Cavabdeh2 mülkiyyətində olan mübahisəli mənzili bаğışlаmа müqаviləsinə əsаsən bacısı Cavabdeh1 bağışlamışdır. Mənzil iddiaçı və Cavabdeh2 birgə nikah dövründə əldə edilən əmlak olduğundan satılarkən iddiaçının yazılı razılığı alınmışdır.
39. Mülki Məcəllənin 225.6-cı maddəsinə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir.
40. Göründüyü kimi, ər-arvadın daşınmaz əmlakı barədə bağlanmış müqavil ə o vaxt etibarsız sayılır ki, əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmasın. Hazırki işdə isə belə bir razılığın olması müəyyən edilib.
41. Məhkəmə kollegiyası bununla bağlı diqqəti “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2023-cü il tarixli Qərarına da çəkir.
42. Konstitusiya Məhkəməsini həmin qərarda əks edilən hüquqi mövqeyinə görə əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2126-cı bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
44. Belə ki, həmin bəndlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdə olun sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab edir ki, hazırki halda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, bu dəlillər işin faktiki hallarına aid olmaqla apellyasiya məhkəməsinin hazırki qərarın 2126-cı bəndlərində əks edilən mövqeyi ilə təkzib edilir.
46. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2468/2024 nö mrəli, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.