Məhkəmə qərarları › İş №2(102)-3180/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3180/2021

09.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3180/2021 09.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “əmlakın qaytarılması” barədə ilk, Cavabdeh1 İddiaçı qarşı “qızıl zinət və cehiz əşyalarının və ya onların dəyərinin qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi, qızıl-zinət əşyaları, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və eyni zamanda Cavab deh2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2243/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı İddiaçı ilə Cavabdeh1 arasında nikahları 2008-ci ilin aprel ayında rəsmiləşdirilmiş, birgə nikahdan tərəflərin övladları olmamış, əvvəllər münasibətləri normal olsa da, sonradan övladlarının olmamasına və başqa səbəblərə görə münasibətləri pozulmağa başlamış və Tərtər Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bir ədəd iribuynuzlu yanıbalalı camış, 8 baş qoyun, 150 metr 80-lik dəmir boru, 80 metr 15-lik dəmir boru, 130 litrlik 8 ədəd kapron çəllək, 300 litrlik 2 ədəd dəmir çəllək, 150 metr 200-lük kapron boru və 2 top dəmir setkanın və ya həmin əmlakların dəyəri olan, cəmi 7570 manat pulunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyası Sank-Peterburq şəhərində müalicə olunarkən onun ağır vəziyyətdə olduğunu bilən Günel öz yaxınları ilə birlikdə ona məxsus olan fərdi yaşayış evinin həyətində saxlanılan bir baş iribuynuzlu yanıbalalı camış heyvanını və 8 ədəd qoyun heyvanını öz atası evinə aparmışdır. Camış heyvanın qiyməti 2500 m anat, 8 ədəd qoyun heyvanlarının qiyməti 2000 manat edir, cəmi isə mal-qaranın ümumi dəyəri 4500 manat təşkil edir. Günellə boşanandan bir neçə gün sonra, 24.07.2018-ci il evdə olmamağından istifadə edən Günelin atası Cavabdeh2 oğlanları Qabil və Habillə, həmçinin Günellə birlikdə gecə saat 12-00 radələrində onun fərdi yaşayış evinə gələrək həyətindən ona məxsus olan və adları göstərilən əmlak və əşyalarını avtomaşına yığaraq aparmışlar. Bu faktı onun qonşuları da həmin gecə görüb təsdiq ediblər. Həmin əşyaların adı, ölçüsü və qiyməti belədir - 1) dəmir durba 80-lik 150 metr, qiyməti 750 manat, 2) dəmir durba 15-lik, 80 metr, qiyməti 160 manat, 3) kapron çəllək 8 ədəd, 130 litrlik, qiyməti 240 manat, 4) dəmir çəllək 2 ədəd, 300 litrlik, qiyməti 80 manat, 5) kapron durba 200lük, 150 metr, q iyməti 1800 manat, 6) dəmir setka 2 top, qiyməti 40 manat olmaqla, 370 manat. Ona görə də birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, bir ədəd iribuynuzlu yanıbalalı camış heyvanı, 8 baş qoyun heyvanı, əmlak və əşyalarını və ya həmin əmlakların dəyərini olan, cəmi 7570 manat dəyərində olan pulunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və sonradan onun həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən dəyəri 7900 manat olan qızıl-zinət əşyalarını və mebel (1 ədəd servant, 1 ədəd şifoner, 1 ədəd termo, 2 ədəd şkaf, yataq çarpayısı), yaxud dəyəri olaraq 5000 manat, 1 ədəd stol, 6 ədəd stul, yaxud dəyər1əri olaraq 300 manat, qaz peçi, yaxud dəyə ri olaraq 80 manat, 2 ədəd lüstur, yaxud dəyəri olaraq 200 manat, 1 ədəd divar saatı, yaxud da dəyəri olaraq 70 manat, cəmi 5650 manatlı əmlaklarını, ümumilikdə isə 13550 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, toydan əvvəl və toydan sonra da ona qızıl zinət əşyaları hədiyyə edilmişdir. Cehiz əşyalarını da toydan əvvəl İddiaçı yaşadığı evə aparmışdır. Evdən əri və onun ailəsi tərəfindən qovularkən bütün qızılları və əmlakları əri evində qalmış və onları qaytarmaqdan imtina edirlər. Qızıllarının və əmlaklarının cavabdehin evində qalmasını təsdiq edən fotoşəkillər və disk var, həmçinin şahidlər bunu təsdiq edirlər. Qızıl-zinət əşyaları bunlardır 1) 750 əyar, 10 qram, kulonlu boyunbağı qiyməti 1500 manat, 2) 750 əyar, 10 qram, brilyant qaşlı bilərzik qiyməti 1200 manat, 3) 750 əyar, 6 qram, brilyant qaşlı nişan üzüyü qiyməti 800 manat, 4) 750 əyar, 6 qram, brilyant qaşlı komplekt sırğa qiyməti 600 manat, 5) 750 əyar, 7 qram, barmaqcıl nişan üzüyü qiyməti 350 manat, 6) 750 əyar, 8 qram, bir ədəd üzük qiyməti 400 manat, 7) 750 əyar, 50 qram, sırğa boyunbağı bilərzik dəsti qiyməti 2500 manat, 8) 750 əyar, 7 qram, brilyant qaşlı üzük qiyməti 550 manat, cəmi qiymətləri 7900 manat və cehiz əşyaları 1) 2 ədəd tük yastıq qiyməti 20 manat, 2) 2 ədəd pambıq yastıq qiyməti 15 manat, 3) 1 ədəd yorğan qiyməti 50 manat, 4) 3 ədəd ləyən qiyməti 30 manat, 5) 2 ədəd aşsüzən qiyməti 20 manat, 6) 1 ədəd sapılca qiyməti 5 manat, 48 ədəd boşqab qiyməti 28 manat, 8) 12 ədəd bulud qiyməti 24 manat, 9) 1 ədəd saa t qiyməti 20 manat, 10) 2 ədəd pultlu pərdə qiyməti 50 manat, 11) 1 ədəd çarpayı qiyməti 200 manat, 12) 1 ədəd sandıq qiyməti 50 manat, 13) 1 ədəd döşək qiyməti 50 manat, 14) 2 ədəd dolab qiyməti 30 manat, 15) 1 ədəd kilim qiyməti 30 manat, 16) 1 ədəd odeyal qiyməti 80 manat, 17) 1 ədəd vaz qiyməti 15 manat, 18) 1 ədəd çexol dəsti qiyməti 30 manat, 19) 2 ədəd ütü qiyməti 80 manat, 20 ) 2 ədəd meyvə qabı qiyməti 40 manat, 21) 1 ədəd süfrə qiyməti 20 manat, 22) 6 ədəd bakal qiyməti 12 manat, 23) 6 ədəd çexol dəsti qiyməti 100 manat, 24) 6 ədəd döşəkcə qiyməti 48 manat, 25) 1 ədəd lampa qiyməti 15 manat, 26) 2 ədəd pərdə tülü qiyməti 16 manat, əmlakların ümumi dəyəri 1078 manat, cəmi isə 8978 manat təşkil etmişdir. Sonradan iddianın həcminin artırılması barədə ərizə verərək, cavabdehdən dəy əri 7900 manat olan qızıl-zinət əşyalarını və əmlakları olan - mebel (1 ədəd servant, 1 ədəd şifoner, 1 ədəd termo, 2 ədəd şkaf, yataq çarpayısı), yaxud dəyəri olaraq 5000 manat, 1 ədəd stol, 6 ədəd stul, yaxud dəyər1əri olaraq 300 manat, qaz peçi, yaxud dəyəri olaraq 80 manat, 2 ədəd lüstur, yaxud dəyəri olaraq 200 manat, 1 ədəd divar saatı, yaxud da dəyəri olaraq 70 manat, cəmi 5650 manatlı əmlaklarını, ümumilikdə isə 13550 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəsatəti ilə işə baxılarkən məhkəmə tərəfindən Bank Respublika ASC-yə sorğu edilmiş, Ətrabə Süleymanovanın adına həmin bankdan 7000 manat kredit götürülməsi müəyyən edilməmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi Tərtər Zülfüqaroğlu MMC-nin qiymətləndirmə rəyindən görünür ki, onu n iddia etdiyi 8 adda olan qızıl-zinət əşyalarının dəyəri 7900 manat qiymətləndirilmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi Bərdə RKS-nin qiymətləndirmə Rəyindən görünür ki, onun iddia etdiyi 5 adda əmlakların dəyəri 5650 manat qiymətləndirilmişdir. Tərtər Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(061)-251/2020 saylı qətnaməsi ilə (hakim Elşad Bayramov), ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qızıl-zinət və cehiz əşyalarının və ya onların dəyərinin qaytarılması tələbi qismən təmin edilmiş, cavabdehdən mebel (1 ədəd servant, 1 ədəd şifoner, 1 ədəd termo, 2 ədəd şkaf, yataq çarpayısı), yaxud dəyəri olaraq 5000 (beş min) manat, 1 ədəd stol, 6 ədəd stul, yaxud dəyər1əri olaraq 300 (üç yüz) manat, qaz peçi, yaxud dəyəri olaraq 80 (səksən) m anat, 2 ədəd lüstur, yaxud dəyəri olaraq 200 (iki yüz) manat, 1 ədəd divar saatı, yaxud da dəyəri olaraq 70 (yetmiş) manat, ümumilikdə 5650 (beş min altı yüz əlli) manat alınıb Cavabdeh1 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı məhkəmə iclasına gəlməmiş, iddia tələblərinin əsaslandırılması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iclasında ilk iddiaçını təmsil edən nümayəndəsi (atası) Ə.Həsənovun izahatından məlum olmuşdur ki, o, ümumiyyətlə iddia ərizəsindən məlumatsızdır, cavabdeh ailədən oğlunun nəyi tələb etdiyini bilmir. İlk iddia ərizəsində 6 adda tikinti materialları (çən, boru və s.) göstərilməsinə baxmayaraq ilk iddiaçını təmsil edən atası Ə.Həsən ov 1-2 adda əmlaklar tələb etdi, onların nələrdən ibarət olmasını, qiymətlərini, ölçülərini də bilmədi. İlk iddia ilə tələb olunan mal-qara ilə bağlı da nümayəndə Ə.Həsənov və arvadı fərqli izahatlar verdilər. X3 qoyun-quzunun 12-13 baş olduğunu bildirmiş, iddia ərizəsində 8 baş göstərilmiş, nümayəndə Ə.Həsənov isə ümumiyyətlə həmin mal-qaranin nələrdən ibarət olması barədə müxtəlif məzmunlu izahatlar vermişdir. Həmçinin ilk iddia tərəfinin Günelin qızılları girov qoyaraq bankdan atası üçün pul götürməsinə dair göstərdiklərinin də yalan olması məlum oldu. Belə ki, ilk nümayəndə Ə.Həsənovun vəsatəti ilə işə baxılarkən məhkəmə tərəfindən Bank Respublika ASC-yə sorğu edilmiş, Ətrabə Süleymanovanın adına həmin bankdan 7000 manat kredit götürülməsi müəyyən edilməmişdir. Ona görə də məhkəmə ilk iddia tələblərini əsaslandırılmamış hesab edərək qeyd etmişdir ki, tərəflər bir-birinə qarşı qərəzli münasibətlərini bir-birilərini məhkəməyə verməklə ifadə edirlər. İlk iddia tələbləri iddiaçını təmsil edən nümayəndədən və arvadı tərəfindən başqa heç kim tərəfindən təsdiq olunmur, onlar isə bir-birinə ziddiyyətli ifadələr verirlər. Məhkəmə qarşılıqlı iddia tələblərinin də bir hissəsini əsaslandırılmamış hesab edərək qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh1 bildirir ki, qızılları qayınatası evindən qovularkən onlarda qalmış, sonra onu tələb etsə də onlar qızıllarını qaytarmamışlar. Lakin Cavabdeh1 məhkəmə iclasında qızıllarını hələ bir neçə il bundan əvvəl əri Sadıxa özü verdiyini bildirmiş, göstərmişdir ki, Sadıxa həmin qızılları ona görə verib ki, Sadıx qızılları Rusiya Fe derasiyasında satıb ona pul göndərsin, həmin pullarla o, da Sadıxın yanına Rusiya Federasiyasına getsin. Cavabdeh1 məhkəmə iclasında qızıllarla bağlı göstərdiyi həmin xüsusatlar da onun qızılla bağlı iddia tələbinin qərəzli, əsaslandırılmamış olmasını təsdiq edir. Məhkəmə iclasında Cavabdeh1 göstərdiklərindən belə məlum olmuşdur ki, onun əri evində 5 adda əmlakları qalır. Həmçinin İddiaçı atası Ə.Həsənov da bu halı təsdiq edərək bildirmişdir ki, həqiqətən Günelin əmlaklarının bir hissəsi evdədir, onların nələrdən ibarət olmasını bilmir, məhkəmə qərar verdikdən sonra Günel gəlib əmlaklarını apara bilər. Ona görə də məhkəmə qarşılıqlı iddia tələblərinin cehiz əmlakla bağlı hissəsini təmin edərək, hesab etmişdir ki, cavabdehdən mebel dəsti, yaxud dəyəri olaraq 5000 manat, 1 ədəd stol, 6 ədəd ıl, yaxud dəyərləri olaraq 300 manat, qaz peçi, yaxud dəyəri olaraq 80 manat, 2 ədəd lüstur, yaxud dəyəri olaraq 200 manat, 1 ədəd divar saatı, yaxud da dəyəri olaraq 70 manat, ümumilikdə 5650 manatlıq əmlaklar alınıb Cavabdeh1 verilməli, qarşılıqlı iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 225.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Tərtər Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(061)-251/2020 saylı qətnaməsindən İddiaçı nümayəndəsi X1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(061)-251/2020 saylı qətnaməsindən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiada qeyd olunan 7900 manat qızıl-zinət əşyalarının qiymətinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fikrət Mehtiyev sədrlik edən və məruzəçi, Rəhman Muradov və Ədil Məmmədov) 09 sentyabr 2020-ci il tarixli 2(104)-2243/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək Tərtər Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(061)-251/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərində düzgün nəticəyə gəlmiş, id dianı qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk iddia tələbində İddiaçı ilk iddiaçılar tərəfindən ona məxsus bir ədəd iribuynuzlu yanıbalalı camışın və onun həyətində ona məxsus olan əmlakların aparılmasını göstərərək, onların geri qaytarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən ilk iddiaçının nümayəndəsi məhkəmədə tikinti materiallarının nədən ibarət olduğunu göstərə bilməmiş, cəmi 1-2 adda əmlakları tələb etmişdir. Onların isə nədən ibarət olmasını və ölçülərini göstərə bilməmişdir. Beləliklə də həmin əmlakları mövcudluğu ilə yanaşı, onların çeşidi və sayı müəyyən edilməmişdir ki, bu da iddia tələbinin həmin hissədə qərəzli olmasını göstərmişdir. Bir baş camış və qoyun quzu hissəsində isə kollegiya qeyd edir ki, bununla b ağlı sübutları ilk iddiaçı tərəfdən başqa sübutlar aşkar olunmamışdır. Onların ilk iddia üzrə cavabdehlər tərəfindən aparılması araşdırma zamanı öz əksini tapmamışdır. Apelyasiya şikayətinin dəlillərində ilk iddia üzrə iddiaçı tərəf cehiz əşyalarının evdə olmasını və nə vaxt istəsə qarşılıqlı iddia üzrə iddiaçı onların götürə bilməsini göstərmişlər. Qarşılıqlı iddiaya münasibətdə isə kollegiya qeyd etmişdir ki, Cavabdeh1 qarşılıqlı iddiada evdən qovulduğu üçün qızıl-zinət əşyalarının aparılmamasını göstərsə də məhkəmə kollegiyasının iclasında o, qızıl-zinət əşyalarının İddiaçı tərəfindən götürülərək Rusiya Federasiyasında satılmasını bildirmişdir ki, bu da qarşılıqlı iddianın dəlillərinin səmimiyyətini şübhə altına almışdır. Bununla belə, Cavabdeh1 evdən sərbəst çıxa bilməməsini, evdən qov ulduğunu təsdiq edən sübutları nə birinci və nə də ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Əksinə birinci instansiya məhkəməsində dindirilmiş Cavabdeh1 qardaşı Mobil Əhmədov ifadəsində göstərmişdir ki, Sadıx Güneli aldadıb qızılları götürüb Azərbaycandan çıxıb getmişdir. Bu da Cavabdeh1 apelyasiya instansiya məhkəməsində verdiyi izahatı ilə üst-üstə düşmüşdür. Göründüyü kimi, qarşılıqlı iddiada qızıl-zinət əşyaları barədə göstərilənlər elə qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla ziddiyyət təşkil etmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2, 666.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Gəncə Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2243/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən qarşılıqlı iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək həmin hissədə işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, sübutlara obyektiv, tam, hərtərəfli baxılaraq qiymət v erilməmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin 1-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 106.1, 217-218 və 372.1, Mülki Məcəllənin 157.2 və 225.2 maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh1 İddiaçı qızıl- zinət əşyalarını qarşılıqlı iddia ilə tələb edərkən İddiaçı müxtəlif və doğru olmayan hadisələri birinci instansiya məhkəməsində danışmış və araşdırma zamanı məlum olmuşdur ki, belə hadisələr ümumiyyətlə olmamışdır. Yəni İddiaçı uydurma hadisələrlə qızıl-zinət əşyalarının onda olması faktını inkar etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 nümayəndəsi və eyni zamanda Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrı ca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiy a instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 104)-2243/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsini qarşılıqlı iddia tələbinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin iddiaçıdan alınaraq ona verilməsi hissəsində mübahisələndirdiyindən kassasiya şikayəti əsasında qətnamənin həmin hissəsinin qanuniliyi yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübute tmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessu al qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Sadalanan hüquq normalarına görə birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddia ların təmin olunması üçün birmənalı əsas deyildir. Bu baxımdan oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməildir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Cavabdeh1 qarşılıqlı iddiada evdən qovulduğu üçün qızıl-zinət əşyalarının aparılmamasını göstərsə də apellyasiya məhkəməsində o, qızıl-zinət əşyalarının İddiaçı tərəfindən götürülərək Rusiya Federasiyasında satılmasını bildirmişdir ki, bu da qarşılıqlı iddianın dəlillərinin səmimiyyətini şübhə altına almışdır. Bununla belə, Cavabdeh1 evdən sərbəst çıxa bilməməsini, evdən qovulduğunu təsdiq edən sübutları nə birinci və nə də ki, apelyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Əksinə birinci instansiya məhkəməsində dindirilmiş Cavabdeh1 qardaşı Mobil Əhmədov ifadəsində göstərmişdir ki, Sadıx Güneli aldadıb qızılları götürüb Azərbaycandan çıxıb getmişdir. Bu da Cavabdeh1 ap elyasiya instansiya məhkəməsində verdiyi izahatı ilə üst-üstə düşmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəs inin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbə r tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2243/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar