Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3182/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-45/2023 nömrəli, 15 iyul 2024-cü il tarixli qərardadından ərizəçi (Vəkil) tərəfindən verilmiş kassasiya şikayət inə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi:. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Ərizəçi (bundan sonra - ərizəçi) ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1980-ci il tarixdə doğulmuş Maraqlı şəxs2 fəaliyyət qabilliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(001)- 4792/2017 nömrəli, 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim Şeyda Məhərrəmova) ərizə təmin edilmişdir.
3. Maraqlarına toxunan şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellya siya instansiya məhkəməsi) 2(103)-45/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) maraqlarına toxunan şəxslərin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla yeni qətnamə çıxarılması və ərizənin təmin edilməməsi qət olunmuşdur.
5. Ərizəçi qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, eyni zamanda prosessual müddətin bərpası barədə ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən xəbəri olmamış, qətnamənin surətini xx.xx.2024-cü ildə almışdır. Belə ki, Bakı şəh əri Binəqədi rayonu İcra Hakimiyyəti oğlu Maraqlı şəxs2 üzərində olan qəyyumluğunun ləğv edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmiş və bu yaxınlarda ona məhkəmənin bildirişi təqdim edilmişdir. O, bundan sonra apellyasiya məhkəməsinin qətnaməsindən xəbər tutmuş və rəsmi ərizə ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək həmin qətnamənin surətini əldə etmişdir.
7. Apellyasiya məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
8. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əsasən, apellyasiya instansiyası məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnamənin surət i xx.xx.2023-cü il tarixdə sifarişli poçt vasitəsilə ərizəçinin iş materiallarında özü tərəfindən göstərildiyi faktiki ünvana - ünvan 1in sənəd xx.xx.2023-cü il tarixdə “Hüseynova” qeydi ilə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Həmçinin, ərizəçi xx.xx.2024-cü il tarixdə qətnamənin surətinin təqdim edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərkən də yaşadığı ünvan kimi “ünvan 2alda məhkəmə qətnamənin surəti ərizəçiyə xx.xx.2023-cü il tarixdə rəsmi təqdim edilmişdir, buna baxmayaraq o, prosessual müddəti ötürməklə kassasiya şikayəti vermiş, həmin müddətin üzrlü səbəblərdən ötürülməsi isə müəyyən edilməmişdir.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 10-1.3, 400, 402.2-402.3, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Ərizəçi (Vəkil) qərardaddan kassasiya şikayəti verərək, 15 iyul 2024-cü il tarixli qərardadın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi yalnız poçt qəbzində olan imzaya əsaslanaraq, düzgün olmayan nəticəyə gəlmişdir. Çünki həmin imzanın ərizəçiyə aid olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin, ərizəçi tərəfindən qətnamənin xx.xx.2024-cü il tarixində rəsmi qaydada aldığını sübut edən sənəd məhkəməyə təqdim olunsa da, məhkəmə həmin sənədə sübut kimi qiymət verməmiş və bununla da qanunvericiliyin tələblərini pozmuş dur. Mövcüd olan bu ziddiyyətli hala düzgün qiymət vermək üçün məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməli idi. Belə ki, mülki işin sənədlərində ərizəçinin onun hüquqlarını müdafiə edən vəkilə notarial qaydada təsdiq olunmuş etibarnamədə imzası vardır, həmin imza notariusun yanında icra olunduğu üçün mütləq şəkildə ərizəçinin özünə məxsusdur. Həmin etibarnamədə olan imza nümunəsi ilə xx.xx.2023-cü il tarixli poçt qəbzində olan imzanı müqayisə etdikdə də, qəbzdəki imzanın ərizəçiyə məxsus olmaması qənaətinə gəlmək olardı. Bu iş üzrə məsələyə yalnız mütəxəssis qiymət verdiyi üçün məhkəmə də iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etməklə, daha obyektiv və ədalətli nəticəyə gələ bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Maraqlarına toxunan ş əxslər kassasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanuni olaraq ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ərizəçi qətnamədən kassasiya şikayəti verilməsi müddətini üzrlü səbəblər olmadan ötürmüşdür. Məhkəmə haqlı olaraq müddətin bərpasından imtina etmşidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
16. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
17. Maddə 134.1 və 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.
18. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfind ən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
19. Maddə 135.3. Mİəhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
20. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
21. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
23. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Ərizəçi tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirildiyindən, akt bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün ə saslar yoxdur.
29. Ərizəçi müddətin bərpası barədə ərizəsini qətnamənin surətinin ona 24 may 2024-cü il tarixdə verilməsi, işə apellyasiya məhkəməsində baxılmasından və apellyasiya məhkəməsinin qətnaməsindən məlumatının olmaması ilə əsaslandırmışdır.
30. Lakin apellyasiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, məhkəmənin 25 iyul 2023-cü il tarixli qətnaməsinin surəti sifarişli poçt vasitəsilə ərizəçinin özü tərəfindən göstərilmiş ünvana - ünvan 3əd xx.xx.2023-cü il tarixdə “Hüseynova” qeydi ilə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Həmçinin, ərizəçi xx.xx.2024-cü il tarixdə qətnamənin surətinin təqdim edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərkən də yaşadığı ünvan kimi “ünvan 2alda apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan normaların tələblərinə gö rə haqlı olaraq hesab etmişdir ki, qətnamənin surəti ərizəçiyə xx.xx.2023-cü il tarixdə rəsmi olaraq verilmişdir.
31. İşdən daha sonra görünür ki, apellyasiya məhkəməsində işə baxılan zaman Ərizəçi göstərdiyi Bakı şəhəri, Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsi 16 ünvanına dəfələrlə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, həmin bildirişlər “Hüseynova” və “Hüseynov” soyadlı şəxs tərəfindən imza edilməklə götürülmüşdür.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq kassasiya şikayəti verilməsi üçün prosessual müddətin brpasından imtina etmişdir, ona görə də bu barədə olan qərardadı dəyişdirilmədən saxlanılmalı, qərardaddan verilmişdir kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-45/2023 nömrəli iş üzrə 15 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.