Məhkəmə qərarları › İş №2(102)-3185/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3185/2020

02.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3185/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X1katibliyi, tələbkar LPO QSC “İddiaçı” KB Bankın vəkili X6 qızının, borclu “xxxx” MMC-nin vəkili Vəkil iştirakı ilə, Borclu “xxxx” MMC-ninGəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1029/2010 saylı, 23 senytabr 2010-cu il tarixli qətnaməsi iləiddiaçı Q SC “İddiaçı” KB-nin cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşı iddiası təmin edilərək, cavabdeh “xxxx” MMC-nin direktoru X5 ilə “İddiaçı” QSC arasında bağlanmış xx xxxx 2008-ci il tarixli KMHŞ ********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 408738 manat əsas borc, 68986 manat faiz borcu, cəmi 477724 (dörd yüz yetmiş yeddi min yeddi yüz iyirmi dörd) manat borcun və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun “xxxx” MMC-nin direktoru X3 tutulması, tutmanın verilmiş kredit üzrə öhdəliklərinin təmin tədbir kimi yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan, 1 yerləşən 3.44725 ha torpaq sahəsində yerləşən 1 girişli, 3,6 kv.m ümumi, 3.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi və cavabdehin banka olan borcu nun qeyri-yaşayış binasının açıq hərracda satışdan əldə edilən pul vəsaiti hesabına ödənilməsi qət edilmişdir. (hakimVəli Abdullayev) Gəncə şəhəri üzrə icra idarəsinin icra məmuru xx.xx.2019-cu il tarixli qərarı ilə Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 2(043)-1029/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar x KB-nin ləğvedicisi x qərarından şikayət vermişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-1029/2010 saylı, xx xxxxxxxx 2018ci tarixl, qərardadı ilə şikayət təmin edilməyərək, Gəncə şəhəri üzrə icra idarəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.(hakim Zaur Hüseynov) Tələbkar xxx KB-nin ləğvedicisi xxx qərardaddan şikayət vermişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsin in 2(043)-1029/2010 saylı, xx xxxxxxx 2018-ci tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4475/2019 saylı, 26 noyabr 2019-cu tarixli qərardadı ilə (hakimlər Ş.Əliyeva, (sədrlik edən və məruzəçi), R.Muradov, F.Mehtiyev)tələbkarın şikayəti qismən təmin edilərək, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(043)-1029/2010 saylı və xx xxxxxxx 2019-cu il tarixli 2(043)-1029/2010 saylı qərardadları ləğv edilmiş, şikayət yenidən baxılması üçün Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə qaytarılmışdır. Borclu “xxxx” MMC və vəkili xxx kassasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata vitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. MPM-in qeyd edilən maddəsinin tələbinə görə borclu “xxxx” MMC-nin Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu tarixli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Bu səbəbdən də borclu “xxxx” MMC-nin Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu tarixli qərardadından verdiyi kassasiya şi kayətinin icraata qəbul edilməsi barədə xx.xx.2020-ci il vəxx.xx.2020-ci il tarixli qərardadları ləğv edilməli və kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu “xxxx” MMC-nin kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3185/2020 saylı xx.xx.2020-ci il və 2(102)-3185/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadları ləğv edilsin. Borclu “xxxx” MMC-nin Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti kassasiya baxışındançıxarılsın və həmin işlə birlikdə Gəncə Apellyasiya

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar