Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3189/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Əlmərdan oğluna, ünvan 3riat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, ünvan 3riat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətini n Bakı şəhər Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2803/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 arasında 09 avqust 2019-cu il tarixdə ünvan 3riat Ofisində bağlanaraq reyestrdə 4Ə-649 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ №-0729138 saylı müqaviləyə əsasən İddiaçı ünvan 1 ünvandan yerləşən ümumi sahəsi 145,4 kv.m olan fərdi yaşayış evi və 0,0807 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Müqavilənin 4-cü bən dinə əsasən satıcı daşınmaz əmlakı 70000 (yetmiş min) manata satmış, alıcı isə həmin qiymətə almışdır. 2. 8.8.2019-cu il tarixli xəzinə məxaric orderinə əsasən Cavabdeh1 tərəfindən 42500 (qırx iki min beş yüz) manat X4 (notarius) hesabına köçürülmüşdür. 3. 9.8.2019-cu il tarixli xəzinə məxaric orderinə əsasən, Cavabdeh1 tərəfindən 27500 manat X4 (notarius) hesabına köçürülmüşdür.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1176/2021 saylı 11. 6.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edərək, cavabdehlər İddiaçı və X2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5655/2022 saylı 12.9.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apell yasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1176/2021 saylı 11.6.2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, ünvan 3riat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 145 m2 olan fərdi yaşayış evinə dair ünvan 3riat ofisində bağlanılmış 09.08.19-cu il tarixli AN-İ №0729138 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və bu alğı-satqı müqaviləsinin əsasında cavabdehə verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyest rindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişlə bağlı öhdəliklər icra edilməmiş, müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Müqavilənin 5-ci bəndində nəzərdə tutulan 30000 (otuz min) manatı notariusun depozit hesabına ailəvi tanışı X3 etmişdir. Müqavilənin 5-ci bəndində nəzərdə tutulan, alıcı tərəfindən xx.xx.2019-cu ildə ödənilməli olan 40000 (qırx min) manatı isə ümumiyyətlə ödənilməmiş, bu məğləğlə bağlı əməliyyat aparılmamışdır.
8. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi vaxt uzatmaq anlamına gəlir. Belə ki, İddiaçı mənzili Cavabdeh1 satdıqdan sonra evi Cavabdeh1 faktiki sahibliyinə verməyə söz versə də, indiyə kimi sözlərinə əməl etməmişdir. Bütün bunlarla bağlı Cavabdeh1 Xəzər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və onun həyat yoldaşı olan X2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A729 saylı fərdi evdən çıxarılması ilə əlaqədar iddia qaldırmış və iddia tələbi təmin olaraq Xəzər Rayon Məhkənməsinin 2(003)-1776/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Xəzər Rayon Məhkəməsində məhkəmə prosesləri davam etdirilərkən İddiaçı cəmi bir dəfə məhkəmə prosesinə gəlmiş və məhkəmənin növbəti proseslərində iştirak etməyərək, məsələyə laqeyid yanaşdığını və sadəcə olaraq həmin mənzildə nə qədər çox olsa qalıb yaşamaq istəyini biruzə vermişdir. O, hətta sözügedən “alğı-satqı müqaviləsinin ləğv edilməsi" tələbinə dair qarşılıqlı iddia belə verməkdən yayınmışd ır. Digər cavabdeh olan onun həyat yoldaşı X5 isə heç məhkəməyə belə gəlməmişdir. İddiaçı iddiası üzün müddət mənzili öz sahibliyində saxlamaq analmına gəlir.
9. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında ünvan 3riat ofisində bağlanılan 09.08.19-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişlə bağlı öhdəliklər icra edilməmiş, müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, Müqavilənin 5-ci bəndində nəzərdə tutulan 30000 manat ödənişi notariusun bankda açılmış depozit hesabına X1 ailəvi tanışı X3 etmişdir. Müqavilənin 5-ci bəndində nəzərdə tutulan alıcı tərəfindən xx.xx.2019-cu il tarixində ödənilməli olan 40000 manat isə ümumiyyətlə ödənilməmiş, bu məbləğlə bağlı hər hansı əməliyyat aparılmamışdır. Buna baxmayaraq, qeyd olunan alğı-satqı müqaviləsi əsasında cavabdehə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixli AN-İ №0729138 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən həmin alğı-satqı müqaviləsi ləğv edilməli, eyni zamanda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair cavabdehə verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış da ləğv edilməlidir.
10. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində göstərdi ki, qardaşı ona zəng edərək d emişdir ki, Şamonun qardaşından maşın götürür. Ona görə alğı-satqı etmək lazımdır. Sonra qardaşı Zaurun və Rəqsanə xanımın nömrəsini vermişdir ki, gedib onlarla alğı-satqı etsin. Alğı-satqı etmək üçün onların pulu yox idi. Banka pul qoyub çıxartmaq lazım idi. Buna görə də o, pulla notariusa iki gün gedib gəlmişdir. Birinci gün torpağın alğısatqısını, ikinci gün isə evin alğı-satqısını etmişlər. Pulu banka o qoymuşdur. Pulun miqdarı 70000 manat idi. Qardaşı iki maşın götürmüşdür. Hər maşın üçün 20000 manatdan yuxarı məbləğ idi.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(007)-2665/2022 saylı, 25 noyabr 2022ci il tarixli qətnaməsi (hakim Qumru Əliyeva) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu ərizələrdəki fikirləri, həmçinin şahid ifadəsi arasında ziddiyətlər müəyyən edilmişdir. Belə ki, iddiaçı ilkin iddia ərizəsində əmlakın dəyəri olan 70000 manatın ona ödənilmədiyini, nisyə alğı-satqı müqaviləsi bağlanmalı olduğunu bildirmiş, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində isə 30000 manatın Əminova Lətafət tərəfindən ödənildiyi, qalan 40000 manatın isə ümumiyyətlə notariusun hesabına köçürülmədiyini bildirmiş, məhkəmədə şahid kimi dindirilmiş Əminova Lətafət isə ifadəsində notariusa 70000 manat pul təqdim etdiyini bildirmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial ə həmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, əvvəlki məhkəmə araşdırması zamanı da iddiaçı başqa məzmunda, hazırkı izahatları ilə ziddiyyətli izahatlar vermişdir. Belə ki, həmin vaxt iddiaçı Cavabdeh1 qohumlarının onun həyat yoldaşına borc verdiyini, onun isə evi formal olaraq, borc müqaviləsini pərdələmək məqsədi ilə müqaviləni bağlamasını qeyd etmişdir. Halbuki, hazırkı məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini fərqli şəkildə əsaslandırmış, ən sonda əmlakın dəyərinin X3 tərəfindən ödənildiyini iddia edərək, əsaslandırmışdır. Göründüyü kimi, iddiaçı tərəfin irəli sürdüyü əsaslar ilə iş materialların tədqiqi zamanı məhkəmə tər əfindən müəyyən edilməmiş və öz təsdiqini tapmamışdır.
15. Məhkəmə hesab etmişdir ki, xx.xx.2019-cu il tarixdə ünvan 3riat Kontorunda bağlanmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsinin əsasları müəyyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir.
18. Apelyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış, qətnamə əsassız, qanuna zidd hesab edilməli və ləğv edilib iddia tələb inin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2019-cu il Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3A-729 saylı fərdi yaşayış evinə dair AN-İ saylı, ******* saylı alqı-satqı müqaviləsi üzrə öhdəlik Cavabdeh1 tərəfindən icra edilməmişdir. Müqavilədə nəzərdə tutulan 70000 manat ödəniş cavabdehlərin ailəvi tanışı X3 tərəfindən edilmişdir. Çünki, cavabdehlər iddiaçının qardaşından ümumi dəyəri 40000 manat olan iki avtomobil götürmüşdür. Əvəzində isə 110000 manat dəyərində olan fərdi yaşayış evini 70000 manata iddiaçıya satılması razılaşdırılmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh1 həmin məbləği ödəmək iqtidarında olmadığına görə müqavilənin rəsmiləşdirilməsi üçün müqavilə üzrə ödənişin cavabdehlərin ailəvi tanışı X3 tərəfindən edilməsi xahiş olunmuşdur. Əminova Lətafət 70000 manat məbləği notariusun depozit hesabına qoymuş və daha sonra həmin məbləği geri götürmüşdür. X3 şahid qismində məhkəmə iclasına dəvət olunmuş, öz ifadəsində yuxarıda qeyd olunan faktları təsdiq etmiş, müqavilə üzrə ödənişin onun tərəfindən icra edildiyi bildirmişdir. Məhkəmə iddia tələbini rədd edərkən cavabdehin alğı-satqı müqaviləsi üzrə öhdəliyini icra etmədiyini, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğunu və bu faktın şahid ifadəsi ilə təsdiq edilməsi kimi mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan halları nəzərə almamışdır. Məhkəmə sübutlara düzgün və obyektiv qiymət verməmişdir. Belə ki, X3 şahid qismində məhkəmə iclasına dəvət olunmuş, müqavilə üzrə ödənişin onun tərəfindən icra edildiyini bildirmişdir. Lakin məhkəmə tərəfindən şahidin ifadəsinə düzgün qiymət verilməmişdir. Eyni zamanda şahid ifadəsinin mötəbərliyinin təsdiq edilməsi məqsədilə tərəfindən alqı-satqı əməliyyatının həyata keçirildiyi ünvan 3riat ofisində yerləşən "xxxx" ASC-nin "xxxx" şöbəsində qeydə alınan kamera görüntülərinin təqdim olunması üçün "xxxx" ASC-nin Baş Ofisinə sorğu verilmişdir. "xxxx" ASC isə sorğuya cavab olaraq tələb olunan məlumatların bank sirrini təşkil edən məlumat olduğunu bildirmişdir. Bu baxımdan kamera görüntülərinin əldə edilməsi üçün məhkəməyə vəsatət təqdim olundu. Lakin məhkəmə tərəfindən "xxxx" ASC-nin Baş Ofisinə sorğu verilmədi. Nəticədə ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət edilmədən həyata keçirilmiş, məhəmə icraatı zamanı həqiqətin müəyyən edilməsi üçün lazımi tə dbirlər görülməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlar ıilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Lakin məhkəmə həmin qətnamələrdən kassasiya şikayətinin verilməsini, həmin qətnamələrin qanuni qüvvəyə minməməsini nəzərə almamışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2803/2023 nömrəli iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci in stansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Kollegiya hesab etmişdir ki, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, satılan fərdi yaşayış evinin hansı müddətdə mülkiyyətdə olmasının, faktiki hansı şəxsin istifadəsində olmasının alğı-satqıya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında özgəninkiləşdirilmiş olsun. İddiaçı iddia edir ki, alqı-satqı müqaviləsi üzrə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Yəni, müqavilədə nəzərdə tutulan 70000 manat ödəniş cavabdeh tərəfindən deyil, ailəvi tanışı ola n X3 tərəfindən edilmişdir. Bu fakt həqiqi olsa belə iddianın əsaslı və mütləq təmin edilməli olduğuna dəlalət etmir. Çünki, iddiaçı satdığı evin dəyərinin ödənilmədiyini mübahisələndirmir. Yalnız, üçüncü şəxsin ödədiyini, sonradan isə həmin məbləği geri götürməsini bildirir. İddiaçının şikayətində göstərdiyi dəlillər daha çox müqavilənin etibarsızlığı halı ilə bağlı olsa da, o, müqavilənin və çıxarışın ləğvini tələb edir. Əlbətdə ki, iddiaçı peşəkar vəkillə təmsil olunduğundan bu institutların mahiyyətini və fərqli hüquqi nəticələr yaratdığını bilməmiş deyildir. Ona görə də hazırki şikayət üzrə hüquqi dəyərlindərmə müqavilənin ləğvi istiqamətində aparılır. Buna baxmayaraq məhkəmə mübahisələndirilən əqdin əhəsmiyyətsiz olduğunu aşkar edərsə buna da münasibət bildirə bilər. Lakin qeyd olu nduğu kimi iddiaçı cavabdehin aldığı evin dəyərini ödəmək iqtidarında olmadığına görə ümumi tanışları olan Lətafət Əminova tərəfindən ödənilməsinin xahiş olunduğunu göstərir. Qeyd olunduğu kimi bu faktın doğruluğu belə cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi kimi qiymətləndirilə və iddanın təmin edilməsi üçün əsas ola bilməzdi.
22. Həmçinin kollegiya qeyd etmişdir ki, işdə olan notariat işinin materiallarında mübahisəli evin və torpaq sahəsinin alqı-satqısına görə ödənişin cavabdeh tərəfindən banka ödənilməsi öz təsdiqini tapır. Lakin ödənişin X3 tərəfindən icra edilməsinin mötəbərliyinin təsdiq edilməsi məqsədilə alqı-satqı əməliyyatının həyata keçirildiyi ünvan 3riat ofisində yerləşən "xxxx" ASC-nin "xxxx" şöbəsində qeydə alınan kamera görüntülərinin təqdim olunması üçün " xxxx" ASC-nin Baş Ofisində sorğu verilməsi barədə vəsatətin məhkəmə tərəfindən təmin edilməməsi də iddianın və şikayətin əsaslı olduğuna dəlalət etmir. Əvvəla, ona görə ki, bu əməliyyatın üzərindən 3 ildən artıq vaxt keçdiyi üçün bu görüntülərin saxlanılması mümkünsüzdür. İkincisi, qeyd olunduğu kimi bu ödənişin Lətafət Əminova tərəfindən bankın depozit hesabına ödənilməsi həqiqi olsa belə bu vəziyyət heç nəyi dəyişmir. Bu fakt cavabdehin müqavilə üzrə öhdəliyini, yəni cavabdehin alqı-satqı müqaviləsi üzrə evin dəyərini ödəmədiyini təsdiq etmir. Başqa sözlə hər bir halda evin dəyəri ödənilmişdir. Ödənilmiş həmin vəsaiti isə bank tərəfindən yalnız iddiaçıya təqdim edilə bilərdi. İddiaçının isə aldığı həmin vəsaiti sonradan kiməsə verməsi isə cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi anlamına gəlmir.
23. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulmasına da yol verilməmişdir. Əlbəttdə, iddiaçı hesab edə bilər ki, birinci instansiya məhkəməsi mübahsiəni həll edərkən sübutlara tam və hərtərəfli tədqiq etməyərək araşdırmamış, onları obyektiv qiymətləndirməmiş, alqı-satqı müqaviləsinin onun könüllü iradə ifadəsi əsasında bağlandığı nəticəsinə gəlməkdə səhvə yol vermiş və öz nəticəsini qanuni sübutetmə vasitələri ilə deyil, subyektiv və formal mülahizələrlə əsaslandırmışdır. Ancaq iddiaçı bu hissədə də haqlı olmamışdır. Çünki, məhkəmə gəldiyi nəticəni tədqiq etdiyi sübutlarla əsaslandırmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı, hüquqdan pis niyyətlə sui-istifadə etməni qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən işə laqeyd yanaşılmış, verilən vəsatətlər təmin edilməmiş, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Qeyd edilməlidir ki, bu faktın məhkəmə qətnaməsi ilə müəyyən edilməsi məhkəmənin mülahizəsinə görə hətta alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas olmasa belə (hesab edirəm bu mülah izənin özü belə yanlışdır) Cavabdeh1 əsassız varlandığına görə ona qarşı pul tələbinin irəli sürülməsinə əsas olacaqdı. Nəticədə ədalətmühakiməsi çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət edilmədən həyata keçirilmiş, məhkəmə icraatı zamanı həqiqətin müəyyən edilməsi üçün lazımi tədbirlər görülməmişdir.
27. Kassator hesab etmişdir ki, Mülki Məcəllənin 421, 421.2-ci maddələrinin tələbləri düzgün tətbiq edilməmişdir. ******* saylı alqı-satqı müqaviləsi üzrə ödənişlə bağlı öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyi, evin dəyərinin iddiaçıya ödənilməməsi, o cümlədən müqaviləyə qədərki danışıqlar, müqavilə bağlandıqdan sonrakı hərəkətlər, alqı-satqı müqaviləsinin 2019-cu il tarixində bağlanılmasına baxmayaraq niyə Cavabdeh1 tərəfindən məhz 2021-ci ildə fərdi yaşayış evindən çıxarı lma barədə iddia qaldırılması, 110000 manat dəyərində olan fərdi yaşayış evinin niyə 70000 manata satılmasının razılaşdırılması (alqısatqı müqaviləsində qiymətləndirmə rəyi mövcuddur), şahid ifadəsinə və digər hallara Bakı Apellyasiya Məhkəməsində düzgün qiymət verilməmişdir. Məhkəmələr alıcının (iddiaçının) alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş pul məbləğini ödəmək vəzifəsini yerinə yetirmədiyi, müqavilə şərtlərinin əhəmiyyətli dərərcədə pozulduğu, evin dəyərinin iddiaçıya ödənilmədiyi, iddiaçının bu məbləği almadığı halda, iddia tələbini rədd etməklə iddiaçının mülkiyyət hüququnu əhəmiyyətsiz etmişdir. Belə hal isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından məqbul hesab edilə bilməz.
28. Həmçinin kassator hesab etmişdir ki, AR MPM-nin 88-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə sübutlara düzgün və obyektiv qiymət verməmişdir. Belə ki, X3 şahid qismində məhkəmə iclasına dəvət olunmuş, müqavilə üzrə ödənişin onun tərəfindən icra edildiyini bildirmişdir. Lakin məhkəmə tərəfindən şahidin ifadəsinə düzgün qiymət verilməmişdir. Eyni zamanda şahid ifadəsinin mötəbərliyinin təsdiq edilməsi məqsədilə kassator tərəfindən alqı-satqı əməliyyatının həyata keçirildiyi ünvan 3riat ofisində yerləşən Muğan Bank ASC-nin "xxxx" şöbəsində qeydə alınan kamera görüntülərinin təqdim olunması üçün Muğan Bank ASC-nin Baş Ofisinə sorğu verilmişdir. Muğan Bank ASC isə sorğuya cavab olaraq tələb olunan məlumatların bank sirrini təşkil edən məlumat olduğunu bildirmişdir. Bu baxımdan kamera görüntülərinin əldə edilməsi üçün hər iki instansiyada vəsatət təqdim olundu. Lakin məhkəmələr tərəfindən Muğan Bank ASC-nin Baş Ofisinə sorğu verilmədi. Bundan əlavə kassator səhhəti ilə bağlı məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də, məhkəmə nəzərə almamış, apellyasiya baxışını bir prosesdə yekunlaşdırmışdır. Nəticədə ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət edilmədən həyata keçirilmiş, məhkəmə icraatı zamanı həqiqətin müəyyən edilməsi üçün lazımi tədbirlər görülməmiş, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilən bu pozuntular düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh1 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
31. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər
32. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxt ərəfli əqd) zəruridir
33. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
34. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
35. Maddə 421.2.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanark ən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
36. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
37. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür
38. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
39. Maddə 648.1. Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əml akın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətin ə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayar aq yoxlanılmalıdır
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar k imi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.