Məhkəmə qərarları › İş №2(102)-3192/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3192/2023

25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3192/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2414/2023 nömrəli, 2023-cü il 17 aprel tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərar ı qəbul etdi. İşin halları 1. xx.xx.2021-ci il tarixdə Şamaxı şəhəri, M.Qəniyev küçəsi 17 saylı yaşayış evinin hamamtualet otağına daxil olmuş partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində həmin vaxt hamam otağında olan Babayev X1 ağır zərər vurmaya aid xəsarətlər almış və aldığı xəsarətlərdən xx.xx.2021-ci il tarixdə ölmüşdür.

2. Baş vermiş partlayış hadisəsində cavabdehin X17 İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin 5-ci dərəcəli təmirçi çilingəri vəzifəsində işləyən X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması, Qobustan rayonu üzrə Qəza -dispetçer xidmətində 8-ci dərəcəli texnik vəzifəsində işləyən X8 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Hökm qanuni qüvvəsini almışdır.

3. İddiaçı X3 arvadıdır. Onun həmin nikahdan xx.xx.2011-ci il, xx.xx.2014-cü il və xx.xx.2021-ci il təvəllüdlü olmaqla üç yetkinlik yaşına çatmayan övladı var. X4 "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləmiş, aylıq əmək haqqı 890 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi zərərə görə 800.000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçı uzun illərdir birgə yaşadığı həyat yoldaşını itirmiş və bununla da ağır stress, güclü mənəvi sarsıntı və iztirab keçirmiş, ağır depressiyaya düşərək yaşama sevincini itirmiş, həyat eşqi sönmüşdür. Keçirdiyi ruhi sarsıntı, iztirab indiyədək davam edir və həyatının sonunadək bu iztirab davam edəcəkdir. Həmişə sevincini və kədərini bölüşdüyü, bir yastığa başını qoyduğu, ona və uşaqlarına dayaq olan həyat yoldaşı, ailənin başçısı artıq yoxdur. Hələ həyatı dərk etməyən və ata sevgisinə və qayğısına möhtac olan üç azyaşlı uşaqların atasız qalmaları bir faciədir. Uşaqlardan birinin atasını itirən vaxt cəmi iki aylıq olması, atasını görmədən və tanımadan, ümumiyyət lə atanın nə olduğunu dərk etmədən, dolayısı ilə ömür boyu ata həsrəti ilə böyüyəcək olması bu faciəni daha da ağırlaşdırır, onun keçirdiyi iztirabı daha da dözülməz edir. Əbəs yerə ərə və ya arvada həyat yoldaşı deyilmir. O, bu həyatda yol yoldaşını, ömür yoldaşını itirmiş və onsuz tənha bir həyata məhkum edilmişdir. Bundan başqa, iddiaçının həyat yoldaşı aylıq əsas əmək haqqı kimi 890 manat və əmək haqqına əlavə və mükafatlar kimi müxtəlif məbləğlər almaqla ailəni dolandıran şəxs olmuş, lakin hadisə nəticəsində ailə həmin gəlirdən də məhrum olmuşdur. Uşaqlardan ən kiçiyi olan X5 “serebral iflic’’ xəstəliyindən əziyyət çəkir, hər ay onun müalicəsinə 550 manat pul xərclənir. Bundan başqa, digər iki uşaqların təhsili də (hazırlıq, dərs vəsaitləri və sair) kifayət qədər xərc tələb edir. Bu x ərclərin hamısını iddiaçının həyat yoldaşı çəkirdi, lakin hadisədən sonra ailə çox ağır maddi vəziyyətə düşmüşdür. Hazırda yaxın qohumlarının dəstəyi ilə dolanmağa çalışırlar, lakin uşaqların müalicə və təhsil xərclərini çatdıra bilmirlər, çarəsiz vəziyyətdə ümidlərini onlara veriləcək kompensasiyaya bağlamışlar.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəf mərhum X3 fərdi əmək fəaliyyəti ilə məşğul olmasını qeyd etsə də, onun vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı, habelə konkret aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(011)-405/2023 nömrəli, 2023-cü il 1 2 yanvar tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı), iddia qismən təmin edilərək, mənəvi zərərə görə 25000 manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının ərinin ölməsində cavabdehin işçilərinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilir.

9. İddiaçı mərhum əri X4 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq uzun müddət ər-arvad münasibətlərində yaşamış və birgə təsərrüfat aparmışlar. Şübhəsiz ki, iddiaçının uzun illər birlikdə yaşadığı yaxın qohumunu itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur

10. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1 və 1099.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsindən hər iki tərəf apelyasiya şikayəti vermişdir.

12. İddiaçı apellyasiya şikayətində qətnamənin təmin olunmayan hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apelyasiya şikayətini iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iddia məbləği ilə bağlı düzgün olmayan ədalətsiz nəticəyə gəlmişdir. Biri nci instansiya məhkəməsi iddia irəli sürən insanla ölən şəxs arasındakı şəfqət və mənəvi bağlılığın möhkəmliyini, keçirilmiş iztirabın və sarsıntının dərəcəsini az da olsa formal olaraq müəyyən etsə də, mənəvi təzminatın həcmini müəyyən edərkən bunları faktiki olaraq nəzərə almamışdır. Məhkəmə mənəvi zərərə görə 25000 manat təzminat müəyyən edərkən sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsini təsdiq etsə də, mənəvi ziyan 800000 manat məbləğində qiymətləndirildiyi halda, iddia tələbini niyə qismən və məhz 25000 manat həcmində təmin etməsini öz qətnaməsində əsaslandırmamış, bu isə qeyri-mütənasib, az ko mpensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnmişdir. Məhkəmə qarşı tərəfin mənəvi ziyan tələblərinə dair iddialarına hər hansı bir tutarlı arqumentinin, o cümlədən dəlilinin olmamasına baxmayaraq, iddianı qismən təmin etməkdə qətnamə üzrə göstərdiyi əsaslar doğru deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Lakin onlardan fərqli olaraq cavabbeh tərəf iddia tələblərinin əsassız olduğunu bildirsə də, öz etirazlarını əsaslandıra bilməmiş və heç bir dəlil gətirməmişdir. Məhkəmə qətnaməsində də bu öz təsdiqini tapır. Buna baxmayaraq məhkəmə iddianı heç bir əsas olmadan və qanunsuz olaraq qismən təmin etmişdir.

14. Cavabdeh apellyasiya şikayətində, qətnamənin ta m ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 1(074)- 39/2022 saylı, 27 iyul 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir və iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Nümayəndələri tərəfindən icraatın dayandırılması barədə vəsatət təqdim edilməsinə baxmayaraq, vəsatətə münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə işin oby ektiv, hərtərəfli araşdırılması üçün Cavabdeh İB-nin nümayəndəsinin vermiş olduğu vəsatəti nəzərə almamış, ümumiyyətlə qətnamədə vəsatətə münasibət bildirməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2414/2023 nömrəli, 2023-cü il 17 aprel tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərə görə müəyyən edilmiş məbləğə münasibətdə dəyişdirilmiş və mənəvi zərərə görə məbləğin miqdarı 50 000 (əlli min) manat müəyyən edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

17. Məhkəmə kollegiyası cavabdehin irəli sürdüyü dəlillərin mənəvi zərərə (sarsıntılara) aidi yyəti olmadığını və əsaslı əks-dəlillər irəli sürülmədiyini əsas gətirmiş, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən baş vermiş cinayət hadisəsi nəticəsində ailə üzvlərinin mənəvi sarsıntı keçirməsinin, yaşanan stres, əzab və əziyyətlər ilə bağlı iddiaçının dəlillərinin mübahisəsiz olduğunu diqqətəlayiq hesab edərək, iddiaçının keçirdiyi mənəvi sarsıntının dəyərləndirdiyi məbləğə yaxın müəyyən edilməsində mütənasib və ağlabatan hesab etməsə də «Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi»ni müəyyən edən Mülki Məcəllənin 1117-1127-ci maddələrinin tələblərin nəzərə alaraq, 50000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 1108.1, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci, MPM-nin 77.1, 106.1, 106.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2022-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n qətnaməsinin tam ləğv edilməsi barədə verdikləri apelyasiya şikayətini təmin etməmiş, üstəlik hər hansı meyarlar əsas götürülmədən, mötəbər sübutlarla əsaslandırılmadan, həmin qətnamə ilə qət edilmiş, iddiaçıya dəymiş 25000 manat mənəvi zərərin məbləğini artıraraq 50000 manat pul vəsaitinin cavabdeh təşkilatdan alınıb iddiaçıya ödənilməsini qət etmişdir.

21. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə zərərin həcmini müəyyən edərkən iddiaçının mənəvi sarsıntıya məruz qalmasının xarakterini, zərərin bilavasitə cavabdeh müəssisə tərəfindən vurulmadığını, onun əmlak vəziyyətini, eləcə də işin sair diqqətəlayiq hallarını nəzərə almamış, heç bir əlavə əsaslandırma aparmadan, hər hansı fərqli hallara istinad etmədən mənəvi zərərin miqdarını 25000 manatdan 50000 manat adək artıraraq, əsassız şişirdilmiş məbləğin cavabdeh təşkilatdan alınıb iddiaçıya ödənilməsini qət etmişdir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Ümumiyyətlə, mənəvi təzminatın miqdarı təqsirkarın törətdiyi əmələ görə işəgötürənin iqtisadi cəhətdən məhvinə səbəb olmamalıdır. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır.

22. Bir məsələni də xüsusilə vurğulamaq lazımdır ki, mənəvi ziyanın əvəzinin ödənilməsi cəza xarakteri daşımamalı, bu tədbir yalnız pozulmuş hüquqların bərpa edilməsi və belə pozuntunun nəticələrinin aradan qaldırılması məqsədi daşımalıdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassı z olduğundan rədd edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi isə qanuni olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Etirazın dəilləri iddia ərizəsinin dəlillərinə və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlara uyğun olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin ad i mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

28. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (ob yektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

29. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

30. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı

31. Bənd

2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərə rin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

32. Bənd

8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət v ə hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı 33..... Birləşm iş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.

34. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. B elə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

35. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

36. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxı şının hədləri

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə, xx.xx.2021ci il tarixdə Şamaxı şəhəri, M.Qəniyev küçəsi 17 saylı yaşayış evinin hamam-tualet otağına daxil olmuş hava-qaz qarışığının alışması nəticəsində həmin vaxt hamam otağında olan Babayev X1 ağır zərər vurmaya aid xəsarətlər almış və aldığı xəsarətlərdən xx.xx.2021-ci il tarixdə ölmüşdür.

48. Həmçinin baş vermiş partlayış hadisəsində cavabdehin işçiləri X7 və X8 təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. İddiaçının əri X4 ilə nikahından xx.xx.2011-ci il, xx.xx.2014-cü il və xx.xx.2021-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşaqları var. X4 "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləmiş, aylıq əmək haqqı 890 manat təşkil etmişdir.

49. İddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096, 1097 və 1099cu maddələri təşkil edir və aşağı instansiya məhkəmələri mübahusənin həllinə haqlı olaraq həmin maddi hüquq normalarını tətbiq etmişdir.

50. Kassatorun iddiaçıya mənəvi zərərin Cavabdeh İB-dən deyil, cinayət əməlini törətmiş şəxsdən tutulmalı olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil əsassızdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Mülki Məcəllənin 1099.1-ci maddəsi isə müəyyən edir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

51. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

52. Baxılan işdə də bu dispozisiya şərtləri mövcuddur.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozu r. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

54. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

55. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 09 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).

56. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiy mətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

57. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir.

58. Məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqelərə əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş 50000 manat məbləğində mənəvi zərər ərinin vəfatından sonra iddiaçının himayəsində üç yetkinlik yaşına çatmayan övladının qalmasını, sonuncu övladının azyaşlı olmaqla iddiaçının işləmək qabiliyyətinin məhdudlaşdırdığını, hər üç övladına maddi təminat, diqqət və qayğı göstərməsi üçün kifayət qədər şəraitinin olmadığı nəzərə alındıqda ədalətlidir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya mənəvi zərərin ödənilməsi barədə məhkəmələrin gəldiyi nəticə yuxarıda göstərilən hüquq normalarına, məhkəmə təcrübəsinə uyğun olmaqla qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2414/2023 nömrəli, 2023-cü il 17 aprel tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar