Məhkəmə qərarları › İş №2(102)-3196/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3196/2021

19.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3196/2021 19.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması, iş üzrə icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdehin vəkili Vəkil X iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8029/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsind ən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikah dövründə 12 avqust 2010-cu il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur.

2. Bundan başqa iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış nikah 06 dekabr 2012-ci il tarixində pozulmuşdur.

3. Həmçinin iş materiallarından görünür ki, 07 dekabr 2013-cü il təvəllüdlü X6 doğum haqqında şəhadətnaməsində atası qrafasında X12, anası qrafasında İddiaçı qeyd edilmişdir.

4. Bundan başqa iş materiallarından görünür ki, 25 aprel 2015-ci il tarixdə iş üzrə tərəflər arasında saziş imzalanmış və həmin sazişin şərtlərinə görə Cavabdeh 10.01.2013cü ilədək rəsmi nikahda olduğu İddiaçı birgə nikahdan olan uşaqları 12.08.2010-cu il təvəllüdlü X və 07.12.2013-cü il təvəllüdlü X saxlanılması üçün aliment qismində bir dəfəlik olaraq 10000 manat məbləğində nağd pul vəsaiti verməyi, İddiaçı həmin məbləği qəbul edərək Cavabdeh qarşı gələcəkdə aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmayacağı barədə öhdəlik götürmüşdür.

5. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, İddiaçı başqa bir icraatda X qarşı iddia qaldıraraq X himayəsində olan yetkinlik yaşına çatmayan 12.08.2010-cu il təvəllüdlü X3 və 07.12.2013-cü il təvəllüdlü X2 üçün hər ay sabit pul məbləğində bir uşağa 200 manat olmaqla, cəmi 400 manat aliment tutularaq ona verilməsi, 25.04.2015-ci il tarixli sazişin bağlandığı an dan qismən etibarsız hesab edilməsi, sazişin 10000 manat vəsaitin verilməsi hissəsində birgə nikah dövründə əldə edilmiş vəsaitin bölünməsi əsası ilə verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 25.04.2015-ci il tarixli sazişin bağlandığı andan etibarsız hesab edilməsi, Cavabdeh 12.08.2010-cu il təvəllüdlü X3 və 07.12.2013-cü il təvəllüdlü X2 üçün İddiaçı xeyrinə 27 avqust 2015-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa 108 manat, cəmin 216 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

7. Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 aprel 2016-cı il tarixli qətnaməsi ilə Bakı Şəhəri Su raxanı Rayon Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı və Cavabdeh arasında alimentə dair bağlanmış 25 aprel 2015-ci il tarixli saziş etibarsız hesab edilmiş, Cavabdeh 25.04.2015-ci il tarixdən başlayaraq, 12.08.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan 10000 manat məbləğində pulun həmin məbləğ bitənədək Cavabdeh 12 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında İddiaçı xeyrinə tutulacaq aliment məbləği ilə əvəzləşdirilməsi, qalan hissədə ilk və qarşılıqlı iddia ərizələrinin təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X himayəsində olan yetkinlik yaşına çatmayan 12.08.2010-cu il təvəllüdlü X3 və 07.12.2013-cü il təvəllüdlü X2 üçün hər ay sabit pul məbləğində bir uşağa 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X ilə 07.11.2009-cu il tarixində rəsmi nikaha daxil olublar. 12 avqust 2010-cu ildə qızları X8 dünyaya gəlmişdir. 06.12.2012-ci il tarixində Suraxanı rayon VVADQ şöbəsi nikahlarının pozulması barədə şəhadətnamə vermişdir. Boşandıqdan bir müddət sonra cavabdehlə yenidən barışaraq 16 yanvar 2013-cü il tari xdən yenidən cavabdehlə birgə yaşamağa başladılar və faktiki birgə yaşadığları dövr ərzində 07.12.2013-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. Uşağın dünyaya gəlməsinə bir ay qalmış cavabdehdən ayrılaraq atası evinə gəlmişdir. Cavabdehlə o zamandan bu günə kimi bir yerdə yaşamırlar, cavabdeh övladları ilə maraqlanmır və heç bir maddi kömək göstərmir. Hal-hazırda heç yerdə işləmədiyindən uşaqlara baxmaq maddi cəhətdən ona çox çətindir.

10. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(009)-1277/20 saylı qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia tələbi qismən təmin edilərək 12.08.2010cu il təvəllüdlü X3 və 07.12.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X hər ay qazancının və (ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tu tularaq İddiaçı ödənilməsi, 12.08.2010-cu il təvəllüdlü X1 üçün aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılması və tutmanın həmin vaxtdan hesablanması, 07.12.2013-cü il təvəllüdlü X2 üçün tutulan alimentin 01.06.2020-ci il tarixdən hesablanması və dərhal icra edilməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X X6 atası olmasının müəyyən edilməsi haqqında şəhadətnamənin olmamasına görə 07.12.2013-cü il təvəllüdlü X6 hüquqları pozula bilməz. Belə ki, məhkəmənin iclasında cavabdeh X6 onun qızı olduğunu, bununla bağlı dəfələrlə şəhadətnamə almaq üçün müraciət etsə də iddiaçı razı olmadığını qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı belə iddia irəli sürməsi, cavabdehin etiraf etm əsi və X6 doğum haqqında şəhadətnaməsinin ata qrafasında X qeyd edilməsi X6 Cavabdeh qızı olması sübutdur. Valideynlərinin isə atalığın müəyyən edilməsi ilə bağlı müraciət etməmələri X6 hüquqlarının pozulmasına gətirib çıxarır.

12. Bundan başqa «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edildiyini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, eləcə də cavabdehin daimi iş yerinin olmasını nəzərə almaqla məhkəmə hesab etmişdir ki, 12.08.2010-cu il təvəllüdlü X3 və 07.12.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi müəyyən edilməlidir.

13. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci, «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5, 19-cu, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8029/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və Ş.Məmmədova) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(009)1277/20 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə X 07.12.2013cü i l təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 iyun 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq, tərəflərin alimentin miqdarının dəyişdirilməsi barədə iddia tələbi irəli sürmədiyi, Bakı Apelyasiya Məhkəməsinin 29 aprel 2016-cı il tarixli, 2(103)-2445/2016 saylı qətnaməsi qanuni qüvvədə olmaqla hazırkı işdə iştirak edən şəxslərə münasibətdə 12.08.2010-cu il təvəllüdlü X5 görə ilkin alimentin yenidən tutulmasını istisna etdiyi halda, hər iki uşağa görə cavabdehin qazancını n və (ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul etmişdir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, ailə qanunvericiliyində alimentin ilkin tutulması ilə yanaşı məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsinin qanuni əsasları dəqiq müəyyən edilmişdir.

18. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. Həmin Məc əllənin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

20. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hall arda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

21. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 22. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir.

23. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. 24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28.03.20 16cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olu nmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

25. Məhkəmə kollegiyası hesab edir ki, 07.12.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin məbləğinin hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur.

26. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

27. Həmin Qanunun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan madd i təminat almaq hüququ vardır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh X kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X9 tərəflərin birgə nikahı pozulduqdan sonra doğulmuşdur. Uşağın doğum haqqında şəhadətnaməsində uşağın soyadı anasının soyadı göstərilmiş, ata adı ananın sözlərinə əsasən yazılmışdır.

30. Bakı Apelyasiya Məhkəməsinin 29 aprel 2016-cı il tarixli qətnaməsi qəbul edildikdən sonra da uşağın atalığı nə Qeydiyyat orqanında nə də ki, məhkəmə qaydasında müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etdi.

33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

26. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minm iş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. ( maddə 261.0.2)

27. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. (maddə 262.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

34. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı icraatdan əvvəl eyni tələblə, eyni cavabdehə qarşı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir.

35. Bakı Şəhəri S uraxanı Rayon Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 25.04.2015-ci il tarixli sazişin bağlandığı andan etibarsız hesab edilməsi, Cavabdeh 12.08.2010-cu il təvəllüdlü X3 və 07.12.2013cü il təvəllüdlü X2 üçün İddiaçı xeyrinə 27 avqust 2015-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa 108 manat, cəmin 216 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

36. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir.

37. Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 aprel 2016-cı il tarixli qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı və Cavabdeh arasında alimentə dair bağlanmış 25 aprel 2015-ci il tarixli saziş etibarsız he sab edilmiş, Cavabdeh 25.04.2015-ci il tarixdən başlayaraq, 12.08.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması, İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan 10000 manat məbləğində pulun həmin məbləğ bitənədək Cavabdeh 12 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında İddiaçı xeyrinə tutulacaq aliment məbləği ilə əvəzləşdirilməsi, qalan hissədə ilk və qarşılıqlı iddia ərizələrinin təmin edilməməsi qət edilmişdir.

38. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır.

39. Belə olan halda Mülki Prossesual Məc əllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli olduğu halda, apelyasiya instansiyası məhkəməsi X 07.12.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 iyun 2020ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması barədə qətnamə qəbul etmişdir. (26)

29. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 262.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8029/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X qarşı aliment tələbinə dair mülki işin icraatına xitam

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar