Məhkəmə qərarları › İş №2(102)-3197/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3197/2020

04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3197/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X5,cavabdeh X3 qızının iştirakı ilə, İddiaçı cavabdeh X3 qızına qarşı aliment borcunu ödəməkdən azad edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X3 qızı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi ilə iddiа təmin edilmiş, İddiaçı Zərdab Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli və xx.xx.2013-cü il tarixli qətnamələrinə əsasən cavabdeh X3 qızına ödənilməli olan aliment borcunu ödəməkdən azad edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və A.Mahmudov) qətnaməsi ilə cavabdeh X3 qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh X3 qızı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, a pelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh X3 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli və xx.xx.2013-cü il tarixli qətnamələrinə əsasən cavabdeh X3 qızına ödənilməli olan aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hall arı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh xx.xx.1997ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü X13 və xx.xx.1999-cu il təvəllüdlü X12 doğulmuşdur. Tərəflər arasında olan nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaqlar - İ və S cavabdehin himayəsində saxlanılmışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2010-cu tarixli qətnaməsinə əsasən uşaqların saxlanılması üçün iddiaçıdan hər uşağa görə 40 manat, cəmi 80 manat aliment tutulması qət edilmiş, sonradan Zərdab Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək hər uşağa görə 93 manat, cəmi 186 manat aliment tutulması qət edilmişdir. Zərdab rayon İcra Şöbəsində xx.xx.2010-cu tarixli qətn amə əsasında 19 saylı, xx.xx.2013-cü il tarixli qətnamə əsasında 285 saylı icra işi başlanılmış, lakin, icra tədbirlərinin görülməsinə baxmayaraq qətnamə tam icra edilməmişdir. Bundan başqa həmçinin o da mübahisə olunmur ki, xeyrinə aliment tutulması qət edilmiş uşaqlar - xx.xx.1998-ci il təvəllüdlü X13 və xx.xx.1999-cu il təvəllüdlü X12 artıq yetkinlik yaşına çatmışlar. Onların hər ikisi ailə qurmuş və hərəsinin bir uşaqları doğulmuşdur. Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinin - X6, X10, X2, X7 və X1 birgə mülkiyyətinə kəndi ərazisində 4.40 ha torpaq sahəsi vardır. İddiaçı bildirir ki, cavabdehlə xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü İ və xx.xx.1999-cu il təvə llüdlü S adlı uşaqları doğulmuşdur. Evliliklərinin ilk illərində bir-neçə il X8- Peterburq şəhərində yaşamışlar. Özü indi də orada yaşayır. Lakin, cavabdeh özü onunla yaşamaq istəməmiş və cavabdehin təşəbbüsü ilə aralarında olan nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan uşaqları İ və S cavabdehin himayəsində saxlanılmışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən hər iki uşağın saxlanılması üçün ondan hər uşağa görə 40 manat, cəmi 80 manat aliment tutulması qət edilmişdir. Sonradan hazırkı cavabdehin iddasına əsasən Zərdab Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən ondan tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 93 manat, cəmi 186 manat aliment tutulması qət edilmişdir. İki il alimentin ödənişini təmin etmişdir. Lakin, sonradan uşaqları ona göstərmədikləri, habelə xəstəliyi imkan vermədiyi üçün ödənişi davam etdirə bilməmişdir. Ailə cavabdehin təşəbbüsü ilə dağılmışdır. O, özü ailəsinin dağılmasını istəməmiş, hətta 1998-ci ildə aldığı Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 02 otaqlı evini cavabdehə vermişdir. Hazırda cavabdeh həmin evdə yaşayır. Lakin, özü həmin evə gedə bilmir. Həmin evə görə hələ də 200 ABŞ dolları borcu qalır. Uşaqları artıq yetkinlik yaşma çatmışlar, İ X şəhərində, S isə T şəhərində yaşayır, hər ikisi ərə getmiş və hər ikisinin uşaqları vardır. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, özü ürək xəstəliyindən (epleptik) və ayağında olan “Podaqra” xəstəliyindən əziyyət çəkir. İki dəfə cərrahi əməliyyat olunmuşdur və işləyə bilmir. Bu səbəblərdən aliment borcunu ödəmək iqtidarında deyildir. Heç uşaqlarının da hazırda həmin alimentə ehtiyacları yoxdur. Əksinə indi uşaqlar ona maddi yardım etmək iqtidarındadırlar. Belə ki, qızları onu qəbul etməsələr də, hətta böyük kürəkəni S 2018-ci ildə ona 5000 rus rublu borc vermiş və sonradan həmin borcunu qaytarmışdır. Hesab edir ki, xəstəliyi ilə əlaqədar yığılmış aliment borcundan azad edilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir və iddianın təmin edilməsini xahiş edir. Cavabdeh bildirir ki, iddiaçı ilə xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü X13 və xx.xx.1999-cu il təvəllüdlü X12 doğulmuşdur. Onlar arasında olan nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.2011-ci i l tarixli qətnaməsinə əsasən pozulmuş, uşaqlar - İ və S onun himayəsində saxlanılmışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2010-cu tarixli qətnaməsinə əsasən uşaqların saxlanılması üçün hazırkı iddiaçıdan hər uşağa görə 40 manat, cəmi 80 manat aliment tutulması qət edilmiş, sonradan Zərdab Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən hazırkı iddiaçıdan tutulan alimentin miqdarı dəyişdirilərək hər uşağa görə 93 manat, cəmi 186 manat aliment tutulması qət edilmişdir. Lakin, məhkəmə qətnaməsinin olmasına baxmayaraq İddiaçı heç bir ödəniş etməmişdir. Ona görə də o uşaqları təkbaşına böyütmüş, uşaqların hər ikisi artıq yetkinlik yaşma çatmışlar, İ M şəhərində, S isə T şəhərində yaşayır, hər ikisi ərə getmiş və hər ikisini uşaqları vardır. Lakin, hesab edir ki, bu İddiaçı alime nt borcunu ödəmək öhdəliyindən azad etmir. İddiaçı cavabdehə heç bir ev verməmişdir. Bundan başqa iddiaçı heç bir xəstəlikdən əziyyət çəkmir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, alimentin təyinatı uşaqların saxlanılması ilə bağlıdır. Hazırda isə uşaqların aliment ehtiyacları yoxdur. Bundan əlavə iddiaçı alimenti ödəmək iqtidarında da deyildir. İddiaçı işləmir, həmçinin də xəstədir. Mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak da yoxdur. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin (cəmi 6 nəfərə) adına 4.40 ha torpağın olduğu müəyyən olunsa da, hər nəfərə düşən payın miqdarı 1,0 ha az olduğu üçün aliment borcunun ödənilməsinə dair tələb həmin torpaq sahəsinə də yönəldilə bilməz. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, İş materiallarından görünür ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli və xx.xx.2013-cü il tarixli qətnamələri ilə iddiaçının üzərinə aliment ödənişlərinin edilməsi vəzifəsi qoyulm uş, lakin iddiaçı həmin ödənişləri lazimi qaydada yerinə yetirmədiyi üçün cavabdehə ödənilməli olan aliment borcu yaranmışdır. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehə ödənilməli olan aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı alimenti ödəmək iqtidarında deyildir. İddiaçı işləmir, həmçinin də xəstədir Mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak da yoxdur. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin (cəmi 6 nəfərə) adına 4.40 ha torp ağın olduğu müəyyən olunsa da, hər nəfərə düşən payın miqdarı 1,0 ha-dan az olduğu üçün aliment borcunun ödənilməsinə dair tələb həmin torpaq sahəsinə də yönəldilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin ödəniş qabiliyyətinin olmamasını əsaslandırarkən, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin 1.0 ha-dan az olduğu üçün aliment borcunun ödənilməsinə dair tələbin həmin torpaq sahəsinə yönəldilə bilməməsini və mülkiyyətində hər hansı başqa bir əmlakının olmamasını vurğulasa da iddiaçı tərəfindən həmin torpaq sahəsinin üzərində sərəncam verilməsi (torpaq sahəsinin özgəninkiləşdirilməsi,icarəyə verilməsi və s.) və yaxud həmin torpaq sahəsində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəticəsində əldə olunan gəlir hesabına al iment borcunun ödənilməsinin mümkünlüyü məsələsini araşdırmamış, iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda həmin hallara hüquqi qiymət verməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X3 qızının kasasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar