Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3212/2021 19.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun geriyə qüvvəsinin olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1611/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı Şəki RHK tərəfindən 1988-ci ildə hərbi xidmətə çağırılmışdır.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 23.01.2009-cu il tarixli qərarı ilə müəyyən edilir ki, Şəki RHK tərəfindən 1988-ci ildə hərbi toplanışa çağırılmış, vətəndaş X1 1988-ci ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və 28.06.1991-ci ildə ildə xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika idarələrarası ekspert şurası tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz: «Kəskin dərəcədə ifadə olunmuş asteno-nevrotik sindrom, vegetativdamar krizlərlə» (Şəki RHK-nın 15.12.2008-ci il tarixli 3985 nömrəli göndərişi, 10.12.2008- ci il tarixli 4526 nömrəli arayışı, Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika idarələrarası ekspert şurası tərəfindən təyin edilmiş 28.06.1991-ci il tarixli 158 nömrəli ekspert rəyi ilə təsdiq edilir), «xəstəlikdir, Çernobıl AESdə qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır».
3. X iddiaçıya ünvanladığı 29.10.2019-cu il tarixli məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il t arixli Qanununun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını tənzimləyən bu Qanun iddiaçıya şamil edilmir və ona görə də ona Qanunda nəzərdə tutulmuş sığorta məbləğinin verilməsi qeyrimümkündür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh X qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia tələbin i onunla əsaslandırmışdır ki, Şəki RHK tərəfindən 1988-ci ildə hərbi toplanışa çağırılmışdır. Hərbi xidmət vəzifəsinin icrası zamanı Çernobıl facisənin nəticələrini aradan qaldırmaq üçün Çernobıl AES-ə göndərilmişdir. 28.06.1991-ci il tarixdə 157 nömrəli ekspert rəyi ilə kəskin dərəcədə ifadə olunmuş asteno-nevrotik sindrom, vegetativ damar krizi xəstəliyi ilə ona Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən "Xəstəlikdir, Çernobıl AES də qəza ilə əlaqədar Hərbi Xidmət Vəzifələrinin icrası zamanı alınmışdır” qərarı verilmişdir. Həmin qəzada aldığı xəsarətə görə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Hərbi xidmət dövründə alınan xəstəlik olduğu üçün hərbi qulluqçular üçün nəzərdə tutulmuş sığorta ödənişi iddiaçıya ödənilməmişdir. Bu səbəbdən X müraciət edərək, sığorta pulunun ödən ilməsini xahiş etmişdir. Lakin X 29 oktyabr 2019-cu il tarixli məktubla ona bildirmişdir ki, hərbi qulluqçuların dövlət icbari sığortasını tənzimləyən bu qanun ona şamil edilmir. Halbuki, ona məxsus Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 23.01.2009-cu il tarixli Mərkəzi Hərbi Həkim Komissiyasının arayışında qeyd edilir ki, xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar Hərbi Xidmət Vəzifələrinin icrası zamanı alınmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1098/20 saylı 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia tələbi təmin edilərək, cavabdeh X 6600 (altı min altı yüz) manat icbari şəxsi sığorta məbləği tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı hərbi xidmət dövründə xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur
8. Məhkəmə öz mövqeyini “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 7-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1611/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) X tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1098/20 saylı 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X qarşı «sığorta ödənişinin ödənilməsi» barədə iddia ərizəsi təmin edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllini təmin etmədiyindən, maddi hüquq normalarını və ya prosessual hüquq normalarını düzgün tətbiq edilmədiyindən, mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan halları araşdırmadığından qətnamə qanuni sayıla bilməz.
12. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən istinad edilən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu 20.05.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25.07.1997-ci il tarixli Fərmanı qəbul edilmiş və həmin Qanun 02.08.1997-ci il tarixdən qüvvəyə minmişdir.
13. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (Sığorta olunanlar) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Milli Təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.
14. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin bu Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş və ya ehtiyatda olan şəxslərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində qeyd-şərt yoxdur.
15. İşin hallarından görünü ki, iddiaçı İbrahimxəlilov Azərbaycan Respublikasının Silahlı Qüv vələrində toplanışda və ya hərbi xidmətdə olmamışdır. Onun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20.05.1997-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu ilə icbari sığorta olunmasını təsdiq edən hər hansı bir sənəd və ya sübut yoxdur.
16. Məhkəmə Kollegiyası qeyd edir ki, Çernobıl AES-də baş vermiş qəza SSRİ dövründə baş vermişdir və həmin qəzada xəsarət almış hərbi qulluqçular ilə hazırkı cavabdeh şirkət arasında heç bir müqavilə olmamışdır.
17. Həmçinin SSRİ dövründə hərbi xidmətdə olmuş və hal- hazırda ehtiyatda olan keçmiş hərbi qulluqçulara görə X sığorta haqqı ödənilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, DSKŞ-nə 1987-ci ildə SSRİ dönəmində toplanışa cəlb edilmiş hərbi qulluqçuların və mülki vətəndaşların icbari sığortasının aparılması üçün müqavilə bağlanmamış və həmin şəxslərə görə sığorta haqqı DSKŞ-yə ödənilməmişdir.
18. X Azərbaycan Respublikası Prezidentinin 20.09.1991-ci il tarixli Fərmanı ilə yaradılmış və Əsasnaməsi 22.1 1.1991-ci il tarixdə təsdiq edilmişdir. 19. 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı’na əsasən Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsasllanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul ed ir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Yəni müstəqil Azərbaycan Respublikası SSRİ-nın hüquqi varisi deyil.
20. Həmçinin, 24 yanvar 1994-cü il tarixli 23 saylı Nazirlər Kabinetinin qərarına əsasən, X müstəqil dövlət təşkilatıdır.
21. Göründüyü kimi, «Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında» Qanun qəbul edilənə qədər xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara qeyd olunan qanunla müəyyən olunmuş məbləğdə sığorta ödənişinin həyata keçirilməsi mümkün deyildir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8.-ci maddəsinə görə baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi və həmin məcəllənin 935.1.10.-cu maddəsinə görə icbari sığorta qanun vericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.. c) Məhkəmə icraatı işti rakçılarının izahatları
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
31. Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi və həmin məcəllənin 935.1.10.-cu maddəsinə görə icbari sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. (maddə 935.1.8) “Hərbi qulluqçuların dövlət icbari ş əxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (Sığorta olunanlar) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Milli Təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. (maddə 2)
33. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldı ğı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə sığorta hadisəsi hesab edilir və ona görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İ dərəcə əlilliyə görə — 80 faizi, İİ dərəcə əlilliyə görə — 60 faizi, İİİ dərəcə əlilliyə görə — 40 faizi, nisbətlərində verilir. Mülki Prossesual Məcəllə
34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
35. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
37. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını də yişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 2-ci maddəsinə əsa sən bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər.
42. Bununla yanaşı nəzərə alınmalıdır ki, ehtimal olaraq bu qanun iddiaçıya şamil olunduğu halda işin mübahisə edilməyən halları hazırkı iş üzrə iddianın təmin edilməsi üçün əsas vermir.
43. Belə ki, işin mübahisə edilməyən hallarına görə iddiaçı II qrup əlilliyi 17.02.2009cu ildə almışdır və əlilliyin verilməsi üçün əsas «Kəskin dərəcədə ifadə olunmuş astenonevrotik sindrom, vegetativdamar krizlərlə» xəstəliyi olmuşdur.
44. Yuxarıda qeyd ed ilən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinin məzmunundan göründüyü kimi hərbi qulluqçu yalnız o halda qismən sığorta ödənişi almaq hüququna malikdir ki, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyi müəyyən edilsin. (33) 4
5. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1611/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.