Məhkəmə qərarları › İş №2(102)-3220/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3220/2021

05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3220/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: aliment tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7780/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qərardadından ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları: İddiaçı 14 aprel 2007-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha girmiş, həmin nikahdan onların 2008, 2009-cu illərdə iki uşaqları olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, uşaqlar ananın yanında saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat 2020-ci ilin yanvar ayında İddiaçı uşaqlara görə Cavabdeh aliment tutulması barədə məhkəmədə iddia qaldırmışdır. Həmin iddia tələbi üzrə Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi barədə qarşılıqlı iddia vermişdir. Bundan başqa, Cavabdeh müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edərək onun uşaqların atası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəh əri Xəzər Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Xəzər Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmiş və ekspert rəyi alınana kimi iş üzrə icraat dayandırılmışdır. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsi, ekspertiza keçirən orqan hissəsində isə qismən dəyişdirilib işin birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh göstərilən qərardadın ləğvi barədə şikayət vermiş, Xəzər Rayon Məhkə məsinin 13 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə dayandırılmış icraatın təzələnməsi nəzərə alınaraq məhkəmənin 17 iyul 2020-ci il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh şikayəti təmin edilməmişdir. Bundan sonra Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-571/2020 saylı, 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: R.H.Xəzri) İddiaçı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh şərəf və ləyaqətin müdafiəsi tələbinə dair iddiası və atalığın müəyyən olunması tələbinə dair iddiası isə rədd edilmişdir. Cavabdeh 13 avqust 2020-ci il tarixli qərardadın ləğv edilməsi barədə şikayət vermiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələbinə müvafiq ola raq iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7780/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər-M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) Cavabdeh tərəfindən verilmiş şikayətin “ekspertizanı keçirən orqanın dəyişdirilməsi” hissəsi üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilərək həmin hissədə şikayətin Xəzər Rayon Məhkəməsinə göndərilməsi, şikayətin “qərardadın iş üzrə icraatın dayandırılması hissəsinin ləğv edilməsi” hissəsində təmin edilməməsi, Xəzər Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qərardadının “iş üzrə icraatın dayandırılması” hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Cavabdeh Xəzər Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilib onun iddia tələbinin təmin, İddiaçı iddiasının rədd olunması barədə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2021-ci il tarixli qərardadı ilə mülki iş apellyasiya baxışından çıxarılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 395 Birinci instansiya məhkəməsinin qərardadından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, məhkəmənin 13 mart 2020-ci il tarixli qərardadı ilə məhkəmə tibbi-bioloji ekspertiza təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X1 həvalə edilmişdir. Lakin Cavabdeh bununla razılaşmayaraq ekspertizanın keçirilməsi nin başqa quruma tapşırılmasını tələb etmişdir. Yuxarıda qeyd olunduğu kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qərardadı ilə həmin hissədə iş üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 395-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadından bu Məcəllədə göstərilən hallarda (395.1.1) və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. MPM-nin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Ekspertizanın təyin edilməsi barədə qərardaddan şikayət verilməsi qanunda nəzərdə tutulmadığından və eləcə də həmin qərardad işin sonrakı hərəkətinə mane olmadığından, kollegiya hesab edir ki, iş kassasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7780/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qərardadından vermiş olduğu kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 09 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılması istisna olunduğundan onun tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılaraq iş apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar