Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3229/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(046)110/2019, hakim İ.B.Fəttahov) “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddiası qismən təmin ed ilmiş, cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli kredit razılaşması üzrə 4942 ABŞ dolları əsas borcu, 652 ABŞ dolları faiz borcu və 6.97 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5602 ABŞ dolları məbləğində pulun və xx xxxxx 2015-ci kredit razılaşması üzrə 23465 ABŞ dolları əsas kredit borcu, 2953 ABŞ dolları faiz borcu və 39.88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26459 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq iddiaçıya verilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus XXX yerləşən 0.06 ha torpaq sahəsi və Cavabdeh4 məxsus XXX yerləşən mənzilə yönəldilməsi, həmin torpaq sahəsi və mənzilin açıq hərracda satılması, əldə edilmiş vəsaitdən banka olan kredit borcunun ödənilməsi, ipoteka predmeti olan torpaq sahəs inin ilkin satış qiymətinin 12.000 manat, mənzilin ilkin satış qiymətinin 20.000 manat məbləğində müəyyən edilməsi və torpaq sahəsi və mənzilin açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-89/2020, hakimlər A.A.Mahmudov, Ə.T.Məcidov və M.A.Əsədli) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Cavabdeh2 məxsus XXX yerləşən 0.06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 18.100 manat və Cavabdeh4 özünə məxsus XXX yerləşən mənzilinin ilkin satış qiymətinin 31.000 ma nat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. İşin halları: xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən «xxxx» QSC ilə Cavabdeh1 arasında 60 ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi «xxxx» QSC ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda Cavabdeh2 mülkiyyətində olan XXX yerləşən 0.06 ha torpaq sahəsi və Cavabdeh4 mülkiyyətində olan Göyçay şəhəri Atatürk küçəsi bina 52, 5 saylı mənzil «xxxx» QSC-nin xeyrinə ip oteka ilə yüklü edilmişdir. “xxxx” QSC tərəfindən Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasında 36 ay müddətinə aylıq 2 faiz dərəcəsi ilə 5500 ABŞ dolları, xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasında 53 ay müddətinə aylıq 1.8333 faiz dərəcəsi ilə 24600 ABŞ dolları kredit verilmişdir. xx xxxx 2016-cı il tarixdə “xxxx” QSC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi, ipoteka predmetlərinə tutmanın yönəldilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassatorlar şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, faiz borcu düzgün hesablanmamış, məhkəmə gəldiyi nəticənin əsası kimi kifayət qədər aydın olmayan və buna görə də mötəbər hesab edilə bilməyən ekspert rəyinə istinad etməklə kifayətlənmiş və əlavə ekspsetiza təyin etməmişdir. Bundan başqa, məhkəmə torpaq sahəsi və mənzilin açıq hərracdan satıldıqdan sonra bir ay ərzində boşaldılması nəticənə gələrkən faktiki olaraq formal mülahizələrə və ehtimallara əsaslanmışdır. Həmin məzmunda iddia ilə tələb irəli sürmək hüququ yalnız yeni mülkiyyətçiyə məxsusdur və bu tələbə ayrıca icraatda baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmə mişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin satıldıqdan sonra boşaldılması təşkil edir. Azərbaycan Respub likası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 462-ci maddəsinə əs asən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından görünür ki, kreditor kredit razılaşmaları üzrə öhdəlikləri yerinə yetirərək nəzərdə tutulmuş kredit məbləğini borcluya ödəmiş, lakin borclu kredit razılaşmaları üzrə öhdəlikləri tam yerinə yetirməyərək banka borclu qalmış, əsas və faiz borclarını vaxtınd a ödəməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək iddiaçı tərəfindən tələb olunan xx.xx.2015-ci il kredit razılaşması üzrə 936 ABŞ dolları cərimənin məbləğini 6,97 ABŞ dolları, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 4.199 ABŞ dolları cərimənin məbləğini 39,88 ABŞ dolları müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinin tələblərinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tut ulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı bankla cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış zaminlik müqavilələri ilə müəyyən olunmuşdur ki, zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminlərə qarşı kredit müqaviləsi üzrə təl əblərini irəli sürə bilər. Zaminlər kredit raşılaşma müqaviləsi üzrə tərtib olunmuş ödəniş planı (ödəniş qrafiki) ilə tanış edilmiş və sonuncular ayrı-ayrılıqda imza etməklə ödəniş planı ilə tanış olduqlarını və etiraz etmədiklərini bildirmişlər. Kassatorlar kredit müqaviləsi üzrə faiz borcunun düzgün hesablanmadığını göstərsələr də bununla bağlı apellyasiya instansiyası məhkəməsinə dəlillərini əsaslandıran heç bir sübut təqdim etməmişlər. Kassasiya şikayətində iddiaçının ipoteka predmeti olan mənzildən cavabdehlərin çıxarılması barədə iddia qaldırmağa subyektiv hüququ olmaması barədə dəlillər irəli sürülmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikasının 59-cu maddəsi ilə ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin normanın məzmunundan göründüyü kimi ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan və ailə üzvlərinin mənzilin təhvil verməsi üçün 1 ay müddət müəyyən edilmişdir. Bununla bərabər mənzilin ipoteka qoyan və ailə üzvlərinin mənzili tərk etmələri mütləq şəkildə onların bu barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri ilə şərtləndirilmişdir. Həmin Qanunun 59.4-cü maddəsində isə ipoteka predmeti olan mənzili tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş şəxslərin bu öhdəliyini icra etməməsinin nəticələri müəyyən edilmişdir. Deməli, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notariusun icra qeydininvə ya məhkəmə qərarının olması tutma yönəlməklə satılan əmlakdan 1 ay ərzində könüllü şəkildə çıxmayan ipoteka qoyanın məcburi qaydada çıxarılması üçün əsasdır. Göründüyü kimi, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi əsaslarını müəyyən edən qanunvericilikdə tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında tutma yönələn və satılan əmlakı 1 ay ərzində tərk etməyən ipoteka qoyan və digər şəxslərin məcburi qaydada çıxarılmasına dair göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apelly asiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3229/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3229/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver