Məhkəmə qərarları › İş №2(102)-3229/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3229/2023

27.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3229/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi barədə sazişin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi barədə sazişin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)- 323/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh X10 ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların nikahı Kürdəmir Rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı ilə cavabdeh nikahda olduqları dövrdə birgə nikah dövründə əldə edilmiş vəsait hesabına Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,0111 ha torpaq sahəsi və onun üzərində yarımtikili şəklində olan fərdi ev almışlar. Torpaq sahəsinə dair 4Ə-685 nömrəli reyestrdə qeyd olunmaqla AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş vəsait hesabına Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0111 ha həyətyanı torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə sazişin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,0111 ha torpaq sahəsi və onun üzərində yarımtikili şəklində olan fərdi ev birgə nikah dövründə əldə etdikləri vəsait hesabına alındığından iddiaçının da cavabdehlə bərabərhüquqlu qaydada sərəncam vermək hüququ vardır. Lakin cavabdeh boşanma ərəfəsində iddiaçının xəbəri olmadan sözügedən mübahisəli əmlakın alğı-satqı müqaviləsinin ləğvi barədə X13 ilə saziş bağlayaraq iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, həmin əmlakın alınmasında iddiaçının da razılığı və iştirakı olmuş, 15000 manat vəsait nağd şəkildə satıcıya iddiaçı tərəfindən verilmişdir.

4. Kürdəmir Rayon Məhkəməsinin (hakim Müseyib Bayramov) 2(041)-767/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri vəsait hesabına Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0111 ha həyətyanı torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə saziş etibarsız hesab edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı cavabdeh X10 ilə birgə nikah dövr ündə Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən və üzərində yarımtikili şəklində ev olan 0,0111 ha torpaq sahəsini alarkən həmin əmlakın alınmasında iddiaçının da razılığı və iştirakı olmaqla 15.000 manat vəsait nağd şəkildə satıcıya iddiaçı tərəfindən verilmişdir. Qeyd edilən torpaq sahəsinin alınmasına dair xx.xx.2021-ci il tarixli, AN10912775 nömrəli alqı-satqı müqaviləsi Cavabdeh ilə bağlanmasına baxmayaraq həmin torpaq sahəsi iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə edilmiş və onların məxsus olan əmlakdır.

6. Məhkəmə qeyd etmişdir ki,sonradan iddiaçı ilə cavabdehin ailə münasibətləri pozulduğuna görə Cavabdeh İddiaçı məlumatı olmadan Abşeron rayon 2 saylı Notariat ofisinə müraciət edərək Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 mülkiyyə tində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0674 ha torpaq sahəsindən 0,0111 ha torpaq sahəsinə dair bağlanmış 4Ə-685 reyestr nömrəli alqısatqı müqaviləsi 1-ci tərəf X5 etibarnamə əsasında nümayəndəsi X13 və 2-ci tərəf Cavabdeh razılığı əsasında xx.xx.2021-ci il tarixli müqavilənin ləğvi barədə sazişə əsasən xx.xx.2021-ci il tarixli, 4Ə-685 reyestr nömrəli alqı-satqı müqaviləsi ləğv edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı ilə birgə nikahda olduğu müddətdə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0111 ha torpaq sahəsini alandan sonra İddiaçılə ailə münasibətləri pozulduğundan onun razılığı və məlumatı olmadan Abşeron rayon 2saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli müqavilənin ləğvi barədə sazi şə əsasən xx.xx.2021-ci il tarixli, 4Ə685 reyestr nömrəli alq-satqı müqaviləsini ləğv etməklə İddiaçı qanunla qorunan hüquqlarını kobud surətdə pozmuşdur.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.3, 37.1-ci maddələrinə, Mülki Məcəllənin 14.2, 19, 560.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi öz qərarını torpaq sahəsinin birgə nikah dövrün də əldə edildiyi üçün tərəflərin birgə mülkiyyəti hesab olunması və iddiaçının razılığı olmadan müqavilənin ləğvinə dair bağlanmış sazişin onun hüquqlarının pozulmasına səbəb olması ilə əsaslandırmışdır. İddiaçı ilə cavabdeh xx.xx.2005-ci ildə nikaha daxil olmuşlar. Onların bu nikahdan Zəhra (xx.xx.2009-cu il təvəllüdlü), YYY (xx.xx.2010-cu il təvəllüdlü) və LLL (xx.xx.2012-ci il təvəllüdlü) adlı uşaqları dünyaya gəlmişdir. Nikaha daxil olduqları ilk gündən tərəflərin münasibəti yaxşı olmamış, iddiaçı uşaqları ilə maraqlanmamış, ailənin heç bir ehtiyacını qarşılamamışdır. Cavabdeh uşaqlarını yalnız atasının ona göndərdiyi maddi yardımlar hesabına saxlamışdır. İddiaçı 2016-cı ildən başqa qadınla qeyri-rəsmi nikahdadır, həmin tarixdən birgə yaşayırlar. İddiaçının bu münasibətdən xx.xx.2017-c i il təvəllüdlü Fatimə adlı nikahdankənar uşağı dünyaya gəlmişdir. İddiaçı başqa qadınla birgə yaşamağa başladığı 2016-cı ildən etibarən cavabdehlə birlikdə yaşamır, birgə təsərrüfat aparmırlar. Həmin tarixdən etibarən iddiaçı uşaqları ilə maraqlanmır, onların ehtiyaclarını ödəmir. Əksinə, iddiaçı cavabdehin və uşaqların yaşadıqları evə gələrək onun evində olan zəruri ehtiyac ola biləcək əşyaları digər yaşadığı qadının evinə aparmışdır. Cavabdeh iddiaçıdan qorxduğu üçün boşanmaq məqsədilə məhkəməyə müraciət edə bilməmişdir. Yalnız iddiaçı 2021-ci ildə boşanma ilə bağlı məhkəmədə iddia qaldırdıqdan sonra tərəflərin nikahı rəsmi olaraq pozulmuş və uşaqlar ananın himayəsində saxlanılmışdır. 2016-cı ildən 2021-ci ilədək tərəflərin nikahı yalnız sənəd üzərində mövcud olmuş, onlar həmin müddət ə rzində birgə yaşamamış, birgə təsərrüfat aparmamışlar. Cavabdeh bu halı birinci instansiya məhkəməsində bildirsə də, məhkəmə cavabdehin öz şahidlərini məhkəməyə gətirməsinə şərait yaratmamışdır. 2016-cı ildən 2021-ci ilədək cavabdeh öz uşaqlarını atasının ona göndərdiyi pul yardımları hesabına saxlamışdır. Həmin tarixlərdə göndərilmiş pul vəsaitlərinin bir çoxunun qəbzi birinci instansiya məhkəməsinə təqdim olunsa da, iş materiallarına əlavə olunmamış və qətnamədə münasibət bildirilməmişdir. Cavabdeh iddiaçı ilə ayrı yaşadıqları müddətdə uzun illər uşaqları ilə birlikdə kirayədə yaşamışdır. Kirayədə yaşamaq asan olmadığı, həmçinin uşaqların gələcəyini düşünərək cavabdehin atası və qardaşı (pulun az bir hissəsi qaynanası (öz xalası) tərəfindən verilmişdir) Abşeron rayonu ərazisində onun üçü n torpaq sahəsi almışlar, yəni torpaq sahəsinin dəyəri nə cavabdeh, nə də iddiaçı tərəfindən ödənilməmişdir. Cavabdehlə X6 (X14 tərəfindən təmsil olunub) arasında Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0111 ha torpaq sahəsinin alğı-satqısına dair bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli müqaviləyə əsasən, torpaq sahəsi 5000 manata Cavabdeh satılmışdır. Yəni rəsmi sənədlərdən görünür ki, torpaq sahəsi iddiaçının iddia etdiyi kimi 15000 manata deyil, cəmi 5000 manata alınmışdır. Alğı-satqı müqaviləsinin dəyəri də həmin gün cavabdehin qardaşı X15 tərəfindən satıcının təmsilçisi X4 hesabına köçürmə yolu ilə ödənilmişdir (bank çıxarışında xx.xx.2021-ci il qeyd edilsə də, “description” bölməsində əməliyyatın xx.xx.2021-ci il tarixində edildiyi aydın görünür). Başqa sözlə, hə min torpaq sahəsi iddiaçı ilə cavabdehin birgə gəlirləri hesabına deyil, atası və qardaşının bağışladığı pul hesabına cavabdehin adına alınmışdır. Cavabdeh iddia tələbinə bu etirazının əsasını məhkəmədə bildirsə də, bank çıxarışını məhkəməyə təqdim etsə də, məhkəmə bu əsasa lazımi hüquqi qiymət verməmişdir. Daha sonra cavabdehin özünün və uşaqları saxlamaq üçün ona yardım edən şəxslərin maddi vəziyyəti pisləşdiyi üçün, həmçinin cavabdeh özü maddi imkansızlığına görə orda ev tikintisi apara bilməyəcəyi qənaətinə gəldiyinə görə, eyni zamanda iddiaçı qanunla müəyyən edilən aliment öhdəliyini icra etmədiyi üçün uşaqları saxlaya bilmək, onların maddi ehtiyaclarını ödəyə bilmək üçün satıcıya müraciət edərək, torpağın alqısatqı müqaviləsinin ləğv edilməsini və ödənilmiş 5000 manatın geri qaytar ılmasını xahiş etmişdir. Həmin torpaq sahəsinin dəyəri başqa şəxs tərəfindən ödənildiyindən, həm də iddiaçı ilə cavabdeh uzun illər birgə təsərrüfat aparmadıqlarından həmin torpaq sahəsi birgə mülkiyyət hesab edilə bilməz. Buna görə də iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Həmçinin, torpaq sahəsi nikah dövründə birgə qazanc hesabına əldə edilmədiyindən həmin müqavilənin ləğvi ilə bağlı saziş bağlanarkən iddiaçının hər hansı hüququ pozulmamışdır. Bu səbəblə də birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. İddiaçı ilə cavabdeh torpaq sahəsinin alındığı tarixdə artıq beş il idi ki, ayrı yaşayır, birgə təsərrüfat aparmırdılar (həm tərəflərin birgə nikahından olan uşaqları, həm də hər iki tərəfin qohumları bunu şahid ifadələri ilə təsdiq edə bilər lər). Bundan başqa, əmlakın birgə mülkiyyət hesab edilməsi üçün iki vacib şərt müəyyən edilmişdir: əmlakın nikah dövründə əldə olunması və tərəflərin birgə gəlirləri əsasında əldə olunması. Hazırkı iş üzrə formal olaraq birinci şərt ödənilsə də, tərəflər beş ildən artıq müddətdə ayrı yaşadıqlarından hər hansı birgə gəlirdən və ya birgə təsərrüfatdan söhbət belə gedə bilməz. Mübahisəli torpaq sahəsi cavabdehin öz mülkiyyəti hesab edilir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmiş şərhi nəzərə almamış, həm də iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı cavabdeh tərəfin etirazlarına qətnamədə ümumiyyətlə münasibət bildirməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində atasının onun və u şaqlarının saxlanılması üçün göndərdiyi maddi yardımlara aid qəbzləri və qardaşının alğı-satqının dəyərini ödəməsi ilə bağlı çekləri məhkəməyə təqdim etsə də, satıcı ilə əlaqə yarada bilmədiyi üçün satıcının nümayəndəsi X7 bank hesabından çıxarışı məhkəməyə təqdim edə bilməmişdir. Yalnız iş üzrə məhkəmə qətnaməsi qəbul edildikdən sonra onunla əlaqə yaradıla bilmiş və bank hesabından çıxarış əldə edilmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – S.İ.Mayılov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və T.X.Heydərov) 2(106)-323/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-767/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, i ş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi barədə sazişin etibarsız hesab edilməsi tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında nikah 11 noyabr 2005-ci il tarixində bağlanmış və Kürdəmir rayonu Topalhəsənli kənd İcra nümayəndəliyində 23 nömrə ilə qeydə alınmışdır. X6 (etibarnamə üzrə nümayəndəsi X13) ilə alıcı Cavabdeh arasında bağlanmış 16 aprel 2021-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə X3 rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0674 ha olan torpaq sahəsindən 0,0111 ha hissəsini alıcı Cavabdeh mülkiyyətinə vermiş, alıcı Cavabdeh isə satıcı X1 0,0111 ha torpaq sahəsini ondan 5000 manat qiymətin ə almışdır. Müqavilə üzrə 5000 manat ödəniş cavabdehin qardaşı X15 tərəfindən “İBA Mobile” tətbiqi vasitəsilə xx.xx.2021-ci il tarixində X8 hesabına köçürülmüşdür. X2 (etibarnamə üzrə nümayəndəsi X13) ilə Cavabdeh arasında bağlanmış müqavilənin ləğvi barədə 25 oktyabr 2021-ci il tarixli sazişlə 16 aprel 2021-ci il tarixdə X5 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0674 ha torpaq sahəsindən 0,0111 ha torpaq sahəsinə dair bağlanmış 4Ə-685 reyestr nömrəli alqı-satqı müqaviləsi X5 etibarnamə əsasında nümayəndəsi X13 və Cavabdeh razılığı əsasında ləğv edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(041)-2333/2021 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin rəsmi nikah müna sibətlərinin davam etməsi hər bir halda onların birgə təsərrüfat aparmaları və ya tərəflərdən birinin əldə etdiyi əmlakın onların nikah dövründə əldə edilmiş birgə mülkiyyətini təşkil etməsi kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə də əldə edilmiş 0,0111 ha torpaq sahəsi tərəflərin nikahının qüvvədə olduğu vaxtda əldə edilsə də, tərəflərin birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə edilməmiş, həmin torpaq sahəsinin qarşılığında 5000 manat məbləğində pul cavabdehin qardaşı tərəfindən ödənilmişdir. Müqavilə üzrə torpaq sahəsinin qiyməti olan 5000 manat məbləğində pulun cavabdehin qardaşı tərəfindən ödənilməsi isə həm iş materialları ilə, həm də məhkəmə iclasında iştirak etmiş tərəflərin və üçüncü şəxsin izahatları ilə öz təsdiqini tapır.

14. Apellyasiya instansiyası məhkəməsi hə mçinin qeyd etmişdir ki, 16 aprel 2021-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi satıcı X6 (etibarnamə üzrə nümayəndəsi X13) ilə alıcı Cavabdeh arasında bağlanmışdır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı həmin müqavilənin tərəflərindən biri olmamışdır.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı etibarsız hesab edilməsini tələb etdiyi müqavilə üzrə tərəf olmadığından, torpaq sahəsinin alğı-satqısına görə ödənilmiş 5000 manat məbləğində pul birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə edilmədiyindən və cavabdehin qardaşı tərəfindən ödənildiyindən, iddiaçının müqavilənin ləğvi barədə saziş bağlanarkən xəbərdar edilməsinə zərurət olmamışdır. Eləcə də, müqavilənin ləğvi barədə saziş müqavilənin özü ilə eyni formada və qanu nla müəyyən edilmiş qaydada bağlandığından, MM ilə müəyyənləşdirilmiş şərtləri pozmadığından, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə sazişi etibarsız hesab etməklə yanlış nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 421.1, 423.1-ci maddələrinə, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarının 42-ci bəndinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi yalnız cavabdehin ifadələrinə önəm verərək birtərəfli qaydada məsələyə baxmış və yekunda səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən cavabdehin qardaşı X15 tərəfindən satıcının təmsilçisi X4 hesabına köçürmə yolu ilə 5.000 manatın ödənilməsini özündə əks etdirən bank çıxarışı qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsi sübutların təqdim edilməsinin konkret vaxtını müəyyənləşdirir. Apellyasiya instansiyasında sübutların təqdim edilməsi prosessual pozuntudur. Həmçinin məhkəmə prosesində iddiaçının əsas sübutlarından biri olan şahid ifadələrinin təmin edilməsi məhkəmə tərəfindən gözardı edilmişdir. Belə ki, mübahisəli həyətyanı sahənin alınmasında və ödənişlərin edilməsində əsas şahid olan DDD əmi adlı iddiaçının və cavabdehin qohumu olan şəxs və X9 iddiaçının vəsatətlərinə baxmayaraq dindirilməmişdir. Həmin şəxslər dindirilsəydi obyektiv həqiqətin üzə çıxarılmasında çox böyük rolları olardı. Belə ki, adı çəkilən şəxslər prosesdə birbaşa iştirak etmişdir və verəcəkləri ifadələr müstəsna əhəmiyyət daşıyacaqdı. Həmin şəxslərin dindirilməsini iddiaçı məhkəmədən dəfələrlə xahiş etsə və bu barədə vəsatət versə də həmin xah iş məhkəmə tərəfindən gözardı edilmişdir. Belə ki, qoşmaya əlavə ediləcək qəbzdən də aydın olur ki, satıcı X13 tərəfindən imzalanan qəbzdə ilkin olaraq beh məbləği iddiaçı və CCC tərəfindən ödənilmişdir. İddiaçının anası tərəfindən ödənilən 5.000 manatla bağlı bildirmək istərdik ki, həmin pul nikah dövründən sonra ödənilib və mübahisə predmeti olan evlə və torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh eyni zamanda iddia etdiyi kimi, mübahisəli əmlakın dəyərinin bir qisminin Nargilə xalası tərəfindən ödənildiyi də həqiqətə uyğun deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri formal mülahiz ələrdən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Qətnamənin ləğv edilməsi üçün heç bir maddi və prosessual əsas mövcud deyil. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

21. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

22. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın də yərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

23. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 421.1.Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

25. Maddə 423.1.Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. “Azərba ycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarı

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ərarvadın ailə münasibətlərinə x itam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunubolunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblər inin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tən zimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılmas ı üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-323/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar