Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-323/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: valideynlərı ayrı yaşayan uşaqların yaşayış yeri, aliment) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4177/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər xx xxxx 2014-cü il tarixdə birgə nikaha daxil olmuşlar. Bu nikahdan xx xxxxxx 2014-cü il təvəllüdlü və xx xxx 2016-cı il təvəllüdlü adlı uşaqları doğulmuşdur. 2019-cu ildə tərəflər şəxsi münasibətlərin pozulması zəminində ayrılmış və uşaqlar faktiki olaraq atanın yaşadığı evdə qalmışlar. Uşaqların iddiaçıya verilməsindən imtina olunduqdan sonra tərəflər arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il təvəllüdlü və xx xxx 2016-cı il təvəllüdlü adlı uşaqlarının cavabdehdən alınıb ona verilməsi və uşaqların saxlanılması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia belə əsas landırılmışdır ki, cavabdeh onu evdən qovaraq uşaqları öz yanında saxlamışdır. Uşaqlar azyaşlı və hər ikisi də qız olduğundan onların ana qayğısına ehtiyacları var.
4. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddiaya yazılı etiraz təqdim etməmişdir.
5. Mübahisə ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın xx xxxx 2019-cu il tarixli rəyi alınmışdır. Rəyə əsasən, uşaqlar azyaşlı olduqları üçün anaları İddiaçı himayəsinə verilməsi məqsədəuyğun sayılmışdır.
6. Qazax Rayon Məhkəməsinin (hakim N.Musayev) xx xxxxxx 2019-cu il tarixli, 2(023)-564/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxx 2014-cü ildə anadan olmuş X4 və xx xxx 2016-cı ildə anadan olmuş X5, Cavabdeh alınar aq İddiaçı verilməsi, həmin uşaqların İddiaçı verildiyi vaxtdan başlayaraq aydan 100 manat, cəmi 200 manat miqdarında alimentin alınaraq İddiaçı verilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
7. Məhkəmə Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın rəyinə istinadən mövqeyini belə əsaslandırmışdır uşaqların iddiaçının himayəsində yaşayacaqları halda onların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirə biləcək, hüquq və mənafelərinə ziyan vuracaq hər hansı bir hal müəyyən edilməmişdir. Habelə uşaqlar azyaşlı olduqları üçün daha çox anaya ehtiyacları var. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Əliyeva (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) xx xxxxxx 2019cu il tarixli, 2(104)-4177/19 nömrəli qətnaməsi ilə qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(023)-564/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona xəyanət etdiyinə, valideyinlik vəzifələrini yerinə yetirnədiyinə və valideyinlik hüququndan sui- istifadə etdiyinə, öz hərəkətləri ilə azyaşlı uşaqlarının mənəviyyatını alçaltdığına, valideyinlik hüquqlarını həyata keçirərkən öz hərəkətləri ilə uşağın mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirdiyinə görə, azyaşlı uşaqları İddiaçı himayəsində qalarsa, o, uşaqları özünə məxsus, düzgün olmayan əxlaqa, mənəviyyata və tərbiyəyə uyğun formada tərbiyə edəcəkdir. Bundan əlavə onun tərəfindən özünə qəsd etmə cəhdi gələcəkdə də baş verə bilər və azyaşlı uşaqların psixikası tamamilə pozula bilər. Ona görə də, Gəncə Apellyasiya Məhkəməsinin həmin mülki iş üzrə çıxardığı qətnamə ləğv edilməli və iddiaçının tələbləri əsassız və qeyri-qanuni olduğu üçün onların rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh İddiaçı kassa siya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və cavabdeh ərizə göndərərək, onların iştirakı olmadan işə baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişlər. Belə olan halda, məhkəmə kollegiyası, MPM-in 415.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq.
14. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşğın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir.
15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilmə li olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
18. Maddə
17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf ö z tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin qiymətləndirilməməlidir. faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
25. Qazax rayon qeydiyyat şöbəsi tərəf indən xx.xx.2019-cu ildə verilmis çıxarışdan görünür ki, Xalsayev X3 Fidan Vələd qızı ilə xx xxxx 2014-cü ildə rəsmi nikah qeydiyyatından keçmişdir və evləndikdən sonra qadına Xalsayeva soyadı verilmişdir.
26. Qazax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu ildə verilmis arayışdan görünür ki, X12 oğlu xx xxxxxx 2014-cü ildə anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır.
27. Qazax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu ildə verilmis arayışdan görünür ki, oğlu xx xxx 2016-cı ildə anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır.
28. Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbi ilə əlaqədar məsələyə baxılmış, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 azyaşlı olduqları üçün anaları İddiaçı himayəsində saxlanılmaları məqsədəmüvafiq hesab edilmişdir.
29. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması İnsan hüquqlarının Müdafiəsi üzrə Avropa Məhkəməsinin presedentləri işığında xüsusilə aydın görünür.
30. Bu mötəbər Beynəlxalq məhkəmə “İnsan hüquqları üzrə” Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsi ilə həmin konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsi ilə bağlı formalaşmış hüquqi mövqeyindən görünür ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın v ə ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Bu mötəbər beynəlxalq məhkəmə Gaskinin işi üzrə qeyd etmişdir ki, belə məsələlərdə «Məhkəmənin dəyişilməz təcrübəsinə uyğun olaraq ümumi maraqla ayrıca şəxsin maraqları arasında ədalətli tarazlıq nəzərə alınmalıdır». (Gaskin, 42). Həmin məhkəmə Elsholzun işi üzrə qeyd etmişdir ki, «uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir. Çünki uşağın maraqları öz təbiətinə və əhəmiyyət inə görə valideynlərin maraqlarından üstündür. Müxtəsəri, Konvensiyanın 8-ci maddəsi uşağın sağlamlığına və inkişafına zərər vuran tədbirlərə əl atmağı valideynə qadağan edir». (Elsholz, 50). Məhkəmənin Brondanın işi üzrə qərarına görə «Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır». (Bronda, 59).
31. Apellyasiya məhkəməsi iş materiallarına istinadən qeyd etmişdir ki, xx xxxxxx 2014-cü il təvəllüdlü X4 və xx xxx 2016-cı il təvəllüdlü X5 atalarının yanındadır və onları Cavabdeh analarına vermək istəmir. Bunun səbəbini isə iddiaçının telefonla başqa şəxslərlə danışmasını və heç nədən evdə dava-dalaş salmasını və s. halları göstərmişdir ki, bunlar uşaqların anadan alınması üçün əsas hesab edilə bilməz. Hər şeydən öncə uşaqların mənafeyi ü stün tutulduğuna görə iddiaçının uşaqlarına pis baxması, onlarla kobud rəftar etməsi, onlara qulluq etməməsi və s. bu kimi mənfi halların olması iş materialları ilə təsdiq olunmur. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, 5 yaşlı Nihal və 3 yaşlı Damla adlı qız uşaqlarının mənafeyi, onların yaşı, ana nəvazişinə və diqqətinə daha çox ehtiyacları, ana ilə bağlılıqlarının daha sıx olması, eyni zamanda uşaqların analarının himayəsinə verilməsinin məqsədəmüvafiq hesab edilməsinə dair Qazax rayon Qəyyumluq və Himayçilik Komissiyasının da rəyi baxımından uşaqların hər ikisinin anaya verilməsi məqsədəmüvafiqdir.
32. Eyni zamanda hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququnun olmasını, uşağın böyüdükcə gündəlik tələbatlarının və ehtiyaclarının artmasını, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması nəzərə alındıqda iki uşağın saxlanılması üçün hər bir uşağa 100 manat olmaqla, cavabdehdən cəmi 200 manat alimentin tutulması əsaslıdır.
33. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.
34. Qeyd olunanları nəzərə alaraq, Kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilm ədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4177/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.