Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3230/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Moğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim) Nurməmmədov Əhmədov Güləhməd oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Moğlunun Cavabdeh qarşı “pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2900/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 14 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Moğlu Cavabdeh 2013-cü ildə usta kimi tanımışdır və sonuncu, iddiaçıya məxsus olan, Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən yaşayış evinin fasadının təbii daş örtüyü ilə üzlənməsi barədə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Moğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 75000 manat məbləğində ona ödədiyi pulun və vurduğu mənəvi ziyana görə 100000 manatın, habelə 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi, barəsində yazdığı əsassız şikayət ərizələrinin eyni qaydada təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər iddiaçının evinin üzlüyünün vurulması barədə razılığa gəlmiş, razılaşmalarına əsasən, mal-materialın alınması daxil ümumi qiymət 185000 manat müəyyən edilmişdir. Cavabdehə bu məbləğin 160000 manatı verilmiş, lakin cavabdeh işin ortasında işi yarımçıq atıb getmiş, işi yarımçıq qoymağına baxmayaraq iddiaçı işçilərə və daş sexinə 15000 manata qədər borcu ödəmişdir. Cavabdeh işləri yarımçıq atıb gedəndə işin 50%-i görülməmişdi. 2015-ci ildə iddiaçının deputat seçildiyini öyrənən cavabdeh, iddiaçının barəsində Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisin Sədrinə, Baş prokurora şər-böhtan xarakterli şikayətlər yazmışdır. İddiaçı cavabdehin barəsində xüsusi ittiham qaydasında şikayətlə rayon məhkəməsinə müraciət etmişdir. Şikayət icraata qəbul olunaraq məhkəmə baxışına təyin olunmuşdur və hazırda işin icraatı davam edir. Məhkəmə iclasında cavabdeh iddiaçıdan 160000 manat aldığını və işi yarımçıq qoyub getdiyini etiraf etmişdir. Məhkəməyə gətirdiyi çoxsaylı şahidlərin də ifadələrindən bəlli olmuşdur ki, cavabdeh mal-materialın və fəhlələrin də pulunu verməyib onları aldatmışdır ki, iddiaçı onun pulunu verməmişdir. Cavabdeh yazdığı əsassız şikayət ərizələrində, habelə mal-material aldığı mağaza işçilərinə və öz briqadasında işlətdiyi insanlara iddiaçı barəsində guya onları işlədib pullarını verməməsi barədə yalan məlumatlar vermişdir və bir insan olaraq iddiaçının şərəf və ləyaqətini ləkələmişdir.
3. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən görülən işlərin həcmi və qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən görülən işlərə sərf olunan (materialla və ustaya ödənilən əmək haqqı ilə birlikdə) vəsaitin məbləği 131.236 manat təşkil edir.
4. Ağdam Rayon Məhkəməsinin 2(13)-3615/2016 saylı, 20 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim S.Seyfəliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 28764 manat məbləğində pul vəsaiti, mənəvi ziyana görə 100 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Moğluna verilməsi, İddiaçı Moğlunun barəsində müraciət etdiyi bütün instansiyalara yazdığı əsassız şikayət ərizələrinin təkzib edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh 100 manat məbləğində ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iş materialları, mübahisəli evin fotogörüntüləri və şahid ifadəsi ilə müəyyən etmişdir ki, iddiaçı cavabdehə işə görə əvvəlcədən 160.000 manat pul vermişdir, həmin məbləğdən 131.236 manat çıxılmalı və yerdə qalan hissəsi yəni, 28.764 manat tələbi təmin edilməlidir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 752, 762, 1096, 1097-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1147/2017 nömrəli, 03 aprel 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən t əmin edilmiş, cavabdehdən 24764 manat, mənəvi zərərə görə 100 manat pulun tutulub iddiaçıya ödənilməsi, habelə cavabdehin iddiaçı barəsində ayrı-ayrı qurumlara yazdığı “İddiaçı pulu istədikdə, o məni hədələməklə məhv edəcəyini və ya içəri basdıracağını demişdir” kimi məlumatların həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi və cavabdehin üzərinə həmin vəzifəli şəxslərə “İddiaçı pulu istədikdə o, məni məhv edəcəyi və içəri basdıracağı ilə hədələməmişdir” məzmunda məktub yazmaqla təkzib etmək vəzifəsinin qoyulması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə evin fasadının təbii daş örtüyü ilə üzlənməsində cavabdeh tərəfindən görülən işlərə sərf olunan vəsaitin məbləği 131.236 manat məbləğində müəyyən edi lmişdir. Birinci instansiya məhkəməsi məhz bu səbəbdən hesab etmişdir ki, iddiaçı tərəfin cavabdehə vermiş olduğu 160.000 manatın 131.236 manatı görülən işlərə sərf olunduğu üçün, 28764 manat cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Halbuki, bundan əvvəldə qeyd olunduğu kimi ekspert alınmış materialların və ustalara ödənilmiş əmək haqqının ümumilikdə məbləğini müəyyən etmişdir. Göründüyü kimi alınmış malların daşınması ilə bağlı nəqliyyat və malların yüklənib-boşaldılması xərcləri ekspert tərəfindən müəyyən edilməmişdir. Apellyasiya icraatı zamanı cavabdeh qeyd olunan xərclərin ümumilikdə 4000 manat olduğunu bildirmiş, iddiaçı tərəf də alınan malların daşınması ilə bağlı nəqliyyat və malların yüklənib-boşaldılması xərclərin 4000 manat olmasını mübahisələndirməmişdir. Məhkəmə cavabdeh in üzərinə iddiaçının barəsində yazdığı əsassız şikayət ərizələrinə eyni qaydada təkzib verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində iddianı təmin etmiş olsa da, təkzibin hansı formada verilməsi qətnamədə göstərilməmişdir. Cavabdeh İddiaçı Moğlu barəsində Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinə və Azərbaycan Respublikası Baş Prokuroruna ünvanladığı ərizələrdə İddiaçı ona 55000 manat borcu ödəməkdən imtina etməsini, pulu istədikdə isə sonuncu onu hədələməklə məhv edəcəyini və ya içəri basdıracağını bildirmişdir. Lakin ərizə müəllifinin İddiaçı barəsində yazdıqları (yaydığı) məlumatlar iş materialları ilə sübut olunmur.
10. Apellyasiya instansiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23, 385.1, 442, 448.1-ci, Mü lki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-8323/2017 nömrəli, 05 dekabr 2017-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1147/2017 nömrəli, 03 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi, hər iki tərəf mü qavilə üzrə öhdəliklərini tam yerinə yetirməməklə, sifarişçi tərəfindən muzd tam ödənilməmiş və podratçı tərəfindən işlər tam icra edilməmişdir. Mülki Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu halda məhkəmə tərəfindən ilk növbədə podratçı tərəfindən icra edilməli işlərin həcminin icra edilmiş işlərin həcminə nisbəti, eyni zamanda ödənilmiş muzdun icr a edilmiş işlərin həcminə nisbəti müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh alınmış ekspertiza rəyinin iş üzrə həqiqəti əks etdirmədiyini göstərməklə yenidən ekspertiza keçirilməsi barədə yazılı vəsatət vermişdir. Həmin vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının sifarişi əsasında cavabdehin icra etdiyi işlərin hamısı ekspert rəyində göstərilməmişdir. Cavabdeh eyni dəlilləri apellyasiya şikayətində də irəli sürərək şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə onun gördüyü işlərin həcmi tam əhatə olunmamış, icra edilmiş işlərdən bəziləri ümumiyyətlə həmin ekspert rəyinə daxil edilməmişdir. Lakin apellyasiya məhkəməsi də görülmüş işlərin tam həcminin və ödənilmiş məbləğin həmin işlər üçün müəyyən edilmiş muzdun məbləğin ə uyğunluğunu müəyyən etmək üçün ekspertiza təyin etməməklə, yalnız malların daşınması xərclərini sifarişçi tərəfindən ödənilmiş muzdun hesabına daxil etməklə, işlərin bazar qiymətlərinin müəyyən edildiyi ekspert rəyinə istinad etməklə kifayətlənmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçıya məxsus fərdi yaşayış evində cavabdeh tərəfindən icra edilmiş və icra edilməmiş işlərin həcmi nə qədərdir?
2. Cavabdeh tərəfindən icra edilmiş işlərin hamısı xx.xx.2016-cı il tarixli ekspert rəyində nəzərə alınmışdırmı?
15. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.20180-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının fər di yaşayış evində cavabdeh tərəfindən icra edilmiş işlərin həcmi ilkin və hazırki ekspertiza tədqiqatı zamanı tərtib edilmiş smeta cədvəlində ətraflı göstərilmişdir. Lakin cavavdeh tərəfindən icra edilməmiş işlərin həcminə dair, eləcə də ümumilikdə aparılmış işlərə dair layihə-smeta sənədləri barədə iş materiallarında məlumat olmadığından icra edilməmiş işlərin həcmini müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ilkin ekspertiza zamanı ekspertə təqdim edilməyən işlərin, eləcə də ilkin ekspertiza zamanı tərtib olunmuş smetada nəzərə alınmayan xərclər hazırki ekspertiza tədqiqatı zamanı hesablanmış, müəyyən edilmişdir ki, əlavə görülmüş işlərə və ilkin ekspertiza zamanı smetada nəzərə alınmayan vəsaitin məbləği ümumilikdə 22907 manat olduğu müəyyə n edilir. 16. xx.xx.2019-cu il tarixdə məhkəməyə iddiaçının cavabdehlə barışıq elan etməsi, buna görə də iddia tələbi üzrə icraata xitam verilməsi barədə teleqramı daxil olmuş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qərardadı ilə iddiaçının iddiadan imtina etməsinə dair ərizəsi qəbul edilmiş, iş üzrə Ağdam Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Həmin qərardaddan İddiaçı Moğlu kasasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali M əhkəməsi Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli qərarı ilə İddiaçı Moğlunun kassasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(104)-145/2019 saylı qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddiadan imtina etməsi dedikdə - onun cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. Eyni zamanda məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının iddiadan imtina etməsi və bu hərək ətlər qanuna zidd olarsa; həmin hərəkətlər hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə iddiadan imtinanı qəbul etməkdən imtina etməlidir. Qeyd olunan hərəkətlərin qanuna zidd olması iki mənada başa düşülməlidir: birincisi, müvafiq prosessual hərəkətin qanunvericiliyin tələbi pozulmaqla edilməsi; ikincisi, həmin hərəkətin mahiyyətinin qanuna zidd olması. Hazırki halda iddiaçının cavabdehə qarşı olan iddia tələblərindən yuxarıda sadalanan prosessual normaların tələblərinə uyğun olaraq imtina etməsi mülki iş materialları, o cümlədən iddiaçının kasasiya şikayətinin dəlilləri ilə istisna olunur. Belə ki, işdən, kasasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi ümumiyyətlə apelyasiya instansiyası məhkəməsində işə baxıla rkən iştirak etməyiblər və iddiaçı sözügedən teleqramın onun tərəfindən vurulmadığını bildirir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi mülki prosessual normaların tələblərini pozaraq sözügedən teleqramın iddiaçının iradəsini ifadə edib-etməməsini yoxlamadan, onun cavabdehə qarşı olan iddia tələblərindən imtinasını qəbul edərək iş üzrə icraata xitam vermişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2900/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 2(13)-3615/2016 saylı mülki iş üzrə 20 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, Cavabdeh 5857 manat məbləğində pu l və iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul, bundan əlavə, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ½ hissəsinin əvəzi kimi 15 (on beş) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı Moğluna verilməsi, Cavabdeh İddiaçı Moğlu barəsində Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinə və Azərbaycan Respublikası Baş Prokuroruna yazdığı “İddiaçı pulu istədikdə o, məni hədələməklə məhv edəcəyini və ya içəri basdıracağını demişdir” kimi məlumatların həqiqətə uyğun olmayan məlumat hesab edilməsi və Cavabdeh üzərinə həmin vəzifəli şəxslərə “İddiaçı pulu istədikdə o, məni məhv edəcəyi və içəri basdıracağı ilə hədələməmişdir” məzmunda məktub yazmaqla təkzib etmək vəzifəsi qoyulması qət ed ilmiş, iddia tələbi qalan hissələrdə əsassız olduğundan təmin edilməmişdir.
21. Apellyasiya icraatı zamanı Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2018-cı il tarixli 8125 nömrəli rəyində göstərilənlərə tam aydınlıq gətirilməsi üçün rəy vermiş ekspert Şükür Hüseynov məhkəmədə dinlənilmiş və məhkəmədə verdiyi izahatında Şükür Hüseynov göstərmişdir ki, xx.xx.2016-cı il tarixli rəydə ilkin ekspertiza zamanı cavabdeh tərəfindən görülən işlərə sərf olunan vəsaitin məbləği 131236 manat, əlavə ekspertiza zamanı xx.xx.2018-ci il tarixli 8125 saylı rəylə əlavə görülmüş işə sərf olunan vəsait 22907 manat təşkil etmişdir. Əlavə ekspertiza zamanı müəyyən edilmiş 22907 manat ilkin ekspertiza zamanı müəyyən edilmiş 131236 manat xərcin içərisinə daxil deyildir.
22. Apellyasiya instansiyası məhkəməsi qey d etmişdir ki, adi riyazi hesablamadan müəyyən edildiyi kimi, cavabdehin gördüyü işlərə sərf olunan vəsait (131236+22907)=154143 manat məbləğini təşkil edir. İddiaçının isə cavabdehə həmin işlərin görülməsi üçün160000 manat verməsi işin mübahisəsiz faktiki halıdır. Bu hal nəzərə alınmaqla, yenə də, adi riyazi hesablamadan müəyyən edilir ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu məbləğ (160000-154143)=5857 manat məbləğindədir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 2(104)-2900/2021 saylı, 01 noyabr 2021-ci il tarixli qətnaməsində İddiaçı iddiadan imtina edib-etməməsi araşdırılmamışdır. Doğrudur, nə İddiaçı, nə də nümayəndəsi işi yenidən araşdıran apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etməmişlər. Amma bu apellyasiya instansiyası məhkəməsini İddiaçı apellyasiya məhkəməsinə ünvanladığı iddiadan imtina etməsi ilə bağlı teleqramına (onun iradə ifadəsinə) münasibət bildirmək vəzifəsindən azad etmir. Apelyasiya instansiyası məhkəməsi isə qətnaməsində bu barədə bir cümlə belə yazmamışdır. İşi yenidən araşdıran apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiadan imtina etməsi barədə teleqramına heç bir münasibət bildirməməklə həm MPM-in 420-ci maddəsinin tələbini, həm də mənim işin hərtərəfli və ədalətli araşdırılması ilə bağlı prosess ual hüquqlarımı pozmuşdur. Çünki, daha əvvəl işə baxmış apellyasiya instansiyası məhkəməsi məhz İddiaçı məhkəməyə ünvanladığı teleqramı (onun iradə ifadəsini) əsas götürməklə iddiadan imtinanı qəbul etmiş və iş üzrə icraata xitam vermişdir. İddiaçı işə xitam verilməsi ilə bağlı qərardaddan yalnız iki il keçdikdən sonra şikayət vermişdir. Bu baxımdan hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiadan imtinasını qəbul etməklə iş üzrə icraata xitam verməli idi və ya ən azı bu məsələyə münasibət bildirməli idi. İddiaçı MPM-in 47.1-ci maddəsinin tələbinə zidd olaraq prosessual qanunvericiliklə ona verilmiş prosessual hüquqdan vicdanla istifadə etməmiş və beləliklə qeyd olunan prosessual normanın tələbi kobud formada pozulmuşdur. İş apellyasiya instansiyası məhkəməsinin icraatınd a olduğu dövrdə həqiqətən onunla iddiaçı arasında barışığın əldə edilməsi və hətta 2019-cu ilin mart ayında ona olan 55000 manat borcundan 8000 manatı ödəməsi olmuşdur. Bu fakt Abşeron Rayon Məhkəməsinin 1(012)-245/2020 saylı, 3 noyabr 2020-ci il tarixli hökmü ilə təsdiq olunur. Həmin hökmlə xüsusi ittihamçı İddiaçı ona qarşı xüsusi ittihamı təsdiq edilmədiyindən barəsində Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə bəraət verilmişdir. Hökmün məzmunundan görünür ki, İddiaçı məhkəməyə bildirir (etiraf edir) ki, 2019-cu ilin mart ayında cavabdehlə barışıq əldə edib, cavabdehə 8000 manat pul ödəyib. Apellyasiya instansiyası məhkəməsi görülən işlərin məbləği düzgün müəyyən edilməmiş, çəkilən xərclərə dair onun tərəfindən irəli sürülən dəlilləri tam araşdırmamışdır. b) Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətlərinə qarşı yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyə nləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Mad də 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya r azılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Maddə 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Maddə 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə ko llegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları, mənəvi zərərin ödənilməsi, habelə
31. İddianın podrat müqaviləsi üzrə öhdəliyin tam icra edilməməsinə görə pulun ödənilməsi hissəsində maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Lakin mənəvi zərərin ödənilməsi və cavabdeh tərəfindən iddiaçının barəsində yazılmış məlumatların təkzib edilməsi hissəsində məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir və qətnamə «iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi kimi 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı Moğluna verilməsi, Cavabdeh İddiaçı Moğlu barəsində Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinə və Azərbaycan Respublikası Baş Prokuroruna yazdığı “İddiaçı pulu istədikdə o, məni hədələməklə məhv edəcəyini və ya içəri basdıracağını demişdir” kimi məlumatların həqiqətə uyğun olmayan məlumat hesab edilməsi və Cavabdeh üzərinə həmin vəzifəli şəxslərə “İddiaçı pulu istədikdə o, məni məhv edəcəyi və içəri basdıracağı ilə hədələməmişdir” məzmunda məktub yazmaqla təkzib etmək vəzifəsi qoyulması» hissəsində ləğv edilərək, həmin hissədə iddia iddia tələbi rədd olunmalı, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
32. Belə ki, tərəflərin arasında iddiaçıya məxsus olan yaşayış evində üzlük daş vurulması ilə bağlı yaranan münasibətlər podrat münasibətləridir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (Maddə 752.1). Tərəflər arasında yazılı müqavilə və görülən işlərə dair smeta tərtib olunmasa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə görülməli olan işlərə görə 160000 manat pul ödəmiş, lakin cavabdeh yalnız 154143 manat dəyərində iş görmüşdür. Buna görə də 5857 manat məbləğdə fərqin cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir.
33. Görülmüş işlərin dəyərinin düzgün müəyyən olunmaması, bununla bağlı irəli sürülən dəlillərin araşdırılmaması barədə kassatorun dəlilləri, dəlilləri işin faktiki halları, işin hallarının sübut olunmaması ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şər ait yaradılmış, onların dəlillərinə hüquqi qiymət verilmişdir.
34. İddiaçının iddiadan imtina barədə teleqramına qiymət verilməməsi barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil qətnamənin ləğvinə əsas vermir. X3 Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(104)-145/2019 saylı qərardadı ilə iddiaçının iddiadan imtina barədə teleqramı iddiadan imtina kimi qəbul edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iddiadan imtina etmə əsası ilə icraata xitam verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamış, 04 may 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaçının iddiadan imtina etməsi dedikdə - onun cav abdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür.
35. Məhkəmə kollegiyası həmin mövqedən çıxış etməklə əlavə olaraq bildirir ki, MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər.
36. İddiadan imtina etmə məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə iddiadan imtina etmənin əsasları, qaydası və bununla bağlı məhkəmənin vəzifələri dəqiq müəyyən olunmuşdur.
37. Belə ki, əvvəla iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir (MPM-nin 52.1-ci maddəsi). İddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (MPM-nin 191.1-ci maddəsi).
38. Xüsusi qeyd olunmalıdır ki, iddiadan imtina edilməsi üzrə MPM-nin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir.
39. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəm ə icraatının prinsiplərini rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir.
40. İddiaçının məhkəməyə göndərmiş olduğu teleqram, məzmun etibarilə iddiadan imtina etmə kimi qəbul edilməsinə imkan vermir. Teleqram MPM-nin 191-ci maddəsinin tələblərinə cavab vermir, teleqramda bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunmamışdır.
41. Məhkəmə kollegiyası iddianın mənəvi ziyanın ödənilməsi və yayılan məlumatların təkzib edilməsi hissəsində təmin olunması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
42. Çünki iddiaçı şərəf və ləyaqətinin ləkələnməsi barədə məlumatların yayılması barədə sübut kimi cavabdehin Azərbaycan Respublikasının Prezidentinə, Baş prokurora və Milli Məclisin Sədrinə ünvanladığı məktubları əlavə etmişdir (Bax səh. 9, 10).
43. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi, qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
44. «Şərəf və ləyaqətin müd afiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarının 3-cü bəndinə əsasən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması.
45. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, cavabdeh tərəfindən Milli Məclisin Sədrinə ünvanlanmış şikayət ərizəsinin həqiqətən də Milli Məclisə (müraciət edilən ünvana və ya vəzifəli şəxsə) göndərilməsi müəyyən olunmur. Həmin şikayət ərizəsinin Milli Məclisdə qeydiyyata alınması barədə sübut işə əlavə olunmamışdır. Bu hal o nəticə doğurur ki, həmin məktubda iddiaçının barəsində olan məlumatların yayılması baş verməmişdir. Buna görə də həmin məktubun məzmunun iddiaçının şərəf və ləyaqətini ləkələyən xarakterə malik olub-olmamasının araşdırılmasına da ehtiyac qalmır.
46. Cavabdehin adından Azərbaycan Respublikasının Prezidentinə və Baş prokurora ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizə aşağıdakı məzmundadır: «... mən 2014-cü ildə millət vəkili İddiaçı məxsus Abşeron rayonu Novxanı bağlarında yerləşən villasında 20 nəfərlik briqada şəklində işləmişik. Villanın çöl fasadını aqlay daşları ilə üzləmişik. Bizimlə heç bir müqavilə bağlanmamışdır. Müəyyən vaxtlarda əmək haqqımızın bir hissəsini ödəsə də, qalan 55000 manatı ödəməkdən imtina etmişdir.... Zəhmət haqqını istəməyə getsəm də məni hədələyib dem işdi ki, səni basdıraram içəri, sənə verməkdənsə başqasına 100000-150000 verərəm, məsələni bağlayaram. Mən belə prinsipial adamam. Səni məhv edərəm.... Məsələni ağsaqqal yolu ilə həll etmək istədim, üç dəfə ağsaqqal göndərdim. Materialın pulunu verməyi vəd etmişdi. Sonradan bu puldan da imtina edərək demişdi ki, o həyatda yaşayırsa sevinsin....»
47. Həmin məktubun Azərbaycan Respublikasının Prezidentinə göndərilməsi müəyyən olunmur. Məktubun üzərində Baş Prokurorluqda qeydə alınması barədə ştamp vardır.
48. Məhkəmə kollegiyası bu ərizə ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.
49. «Vətəndaşları n müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.
50. Adı çəkiln Qanunun 12.6-cı maddəsinə əsasən, Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bu cür müraciətlər prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmadıqda onlar beş iş günü müddətində müraciət edən şəxsə qaytarılır. Vətəndaşın müraciəti müraciətə baxan subyekt (və ya onun vəzifəli şəxsi) tərəfindən aidiyyəti üzrə baxılması üçün prokurorluq orqanına göndərildikdə həmin subyektə (və ya onun vəzifəli şə xsinə) onun xahişi ilə baxılmanın nəticəsi barədə məlumat verilir. 51. “Prokurorluq haqqında” azərbaycan Respublikası qanunun 20-ci maddəsinə görə prokurorluqda qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində ərizə, şikayət və təkliflərə baxılır, vətəndaşların qəbulu həyata keçirilir. Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə uyğun olaraq baxılır.
52. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, K onstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
53. Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
54. Göründüyü kimi, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlara onların hüquq və azadlıqlarını pozan hərəkətlərdən dövlət orqanlarına, o cümlədən prokurorluq orqanlarına müraciət etmək hüququ tanınmışdır. Cavabdehin prokurorluq orqanına müraciət etmək hüququ məhdudlaşdırıla bilməz. Buna görə də iddia tələbi iddia «mənəvi ziyana görə 100000 manatın tutulma sı habelə iddiaçının barəsində cavabdehin yazdığı əsassız şikayət ərizələrinin eyni qaydada təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» hissəsində təmin oluna bilməz.
55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2900/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qətnaməsi «iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi kimi 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı Moğluna verilməsi, Cavabdeh İddiaçı Moğlu barəsində Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinə və Azərbaycan Respublikası Baş Prokuroruna yazdığı “İddiaçı pulu istədikdə o, məni hədələmə klə məhv edəcəyini və ya içəri basdıracağını demişdir” kimi məlumatların həqiqətə uyğun olmayan məlumat hesab edilməsi və Cavabdeh üzərinə həmin vəzifəli şəxslərə “İddiaçı pulu istədikdə o, məni məhv edəcəyi və içəri basdıracağı ilə hədələməmişdir” məzmunda məktub yazmaqla təkzib etmək vəzifəsi qoyulması» hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılmaqla, iddia mənəvi ziyana görə 100000 manat pulun tutulması və iddiaçının barəsində yazdığı əsassız şikayət ərizələrinin eyni qaydada təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələblər təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.