Məhkəmə qərarları › İş №2(102)-3231/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3231/2020

25.06.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3231/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı, cavabdehin vəkili x5 iştirakları ilə, İddiaçı Cavabdeh-yə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh-nin direktoru x7 verdiyi kassasiya şikayət üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh-nin direktoru x3 Apelyasiya Məh kəməsinin Mülki Kollegiyasının 08 yanvar 2020ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh-yə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Abdullayev, iş 2(060)1112/2019) İddiaçı Cavabdeh-yə qarşı cavabdehdən ona hər ay hesablanmış və ödənilməmiş əmək haqqının və istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın alınıb ona verilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2020-ci tarixli qətnaməsi ilə (hakimlər S.Qaf ari (sədrlik edən və məruzəçi), L.Məmmədova və F.Məmmədov, iş № 2(105)-201/2020) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh-dən 2013-cü ilin sentyabr ayı üzrə 9 saylı, 2014-cü ilin yanvar ayı üzrə 1 saylı, 2014-cü ilin fevral ayı üzrə 2 saylı, 2014-cü ilin mart ayı üzrə 3 saylı, 2014-cü ilin aprel ayı üzrə 4 saylı, 2014-cü ilin may ayı üzrə 5 saylı, 2014-cü ilin iyun ayı üzrə 6 saylı, 2014-cü ilin iyul ayı üzrə 7 saylı, 2014-cü ilin avqust ayı üzrə 8 saylı, 2014-cü ilin sentyabr ayı üzrə 9 saylı, 2014-cü ilin oktyabr ayı üzrə 10 saylı, 2014-cü ilin noyabr ayı üzrə 11 saylı, 2014cü ilin dekabr ayı üzrə 12 saylı; 2015-ci ilin yanvar ayı üzrə 1 saylı, 2015-ci ilin fevral ayı üzrə 2 saylı, 2015-ci ilin mart ayı üzrə 3 saylı, 2015-ci ilin aprel ayı üzrə 4 saylı, 2015-ci ilin may ayı üzrə 5 saylı, 2015-ci ilin iyun ayı üzrə 6 saylı, 2015-ci ilin iyul ayı üzrə 7 saylı, 2015-ci ilin avqust ayı üzrə 8 saylı, 2015-ci ilin sentyabr ayı üzrə 9 saylı əmək haqqı ödəniş cədvəllərinə əsasən hesablanmış və ödənilməmiş əmək haqqının və istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın alınaraq İddiaçı ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh-nin direktoru x2 şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülk i Kollegiyasının 08 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdehin vəkili x8 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2020-ci tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 01.04.2012-ci il tarixində müddətli əmək müqaviləsi bağlanmış və iddiaç ı sürücü kimi işə qəbul edilmişdir. Bu barədə əmək müqaviləsi bildirişinə əsasən əmək müqaviləsi 01.04.2017-ci il tarixinədək bağlanmışdır. İddiaçı 01.12.2015-ci il tarixində işdən azad edilməsini xahiş etmiş və cavabdehin 17 saylı, 01.12.2015-ci il tarixli əmri ilə onunla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a) bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişə əsasən cavabdeh tərəfindən 01.12.2015-ci il tarixli əmrlə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək kitabçasına əsasən o, 01.04.2012-ci ildən 01.12.2015-ci ilədək Cavabdeh-də sürücü işləmişdir. Cavabdehin 17.08.2015-ci il tarixli arayışına əsasən iddiaçı həqiqətən sürücü vəzifəsində çalışır. Aylıq əmək haqqı 180 manatdır. Azərbaycan Respublikası Ədli yyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2018-ci il tarixli, 9749 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 2013-cü ilin yanvar ayı üzrə 1 saylı, 2013-cü ilin fevral ayı üzrə 2 saylı, 2013-cü ilin mart ayı üzrə 3 saylı, 2013-cü ilin aprel ayı üzrə 4 saylı, 2013-cü ilin may ayı üzrə 5 saylı, 2013-cü ilin iyun ayı üzrə 6 saylı, 2013-cü ilin iyul ayı üzrə 7 saylı, 2013-cü ilin avqust ayı üzrə 8 saylı, 2013cü ilin oktyabr ayı üzrə 10 saylı, 2013-cü ilin noyabr ayı üzrə 11 saylı, 2013-cü ilin dekabr ayı üzrə 12 saylı; 2015-ci ilin oktyabr ayı üzrə 10 saylı və 2015-ci ilin noyabr ayı üzrə 11 saylı əmək haqqı ödəniş cədvəllərində 9-cu sırada “İddiaçı oğ” yazıları qarşısındakı imzalar – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 2015-ci ilin yan var ayı üzrə 1 saylı, 2015-ci ilin fevral ayı üzrə 2 saylı, 2015-ci ilin mart ayı üzrə 3 saylı, 2015ci ilin aprel ayı üzrə 4 saylı, 2015-ci ilin may ayı üzrə 5 saylı, 2015-ci ilin iyun ayı üzrə 6 saylı, 2015-ci ilin iyul ayı üzrə 7 saylı, 2015-ci ilin avqust ayı üzrə 8 saylı, 2015ci ilin sentyabr ayı üzrə 9 saylı; 2014-cü ilin yanvar ayı üzrə 1 saylı, 2014-cü ilin fevral ayı üzrə 2 saylı, 2014-cü ilin mart ayı üzrə 3 saylı, 2014-cü ilin aprel ayı üzrə 4 saylı, 2014-cü ilin may ayı üzrə 5 saylı, 2014-cü ilin iyun ayı üzrə 6 saylı, 2014-cü ilin iyul ayı üzrə 7 saylı, 2014-cü ilin avqust ayı üzrə 8 saylı, 2014cü ilin sentyabr ayı üzrə 9 saylı, 2014-cü ilin oktyabr ayı üzrə 10 saylı, 2014cü ilin noyabr ayı üzrə 11 saylı, 2014-cü ilin dekabr ayı üzrə 12 saylı; 2013-cü ilin sentyabr ayı üzrə 9 s aylı əmək haqqı ödəniş cədvəllərində 9-cu sırada “İddiaçı oğ” yazıları qarşısındakı imzaların İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Təkrar ekspertizaya dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2018-ci il tarixli, 15102 saylı ekspert rəyində də tədqiqatın nəticəsi eyni olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 noyabr 2019-cu il tarixdə 26598 saylı ekspertiza rəyi verilmişdir. Ekspertin rəyinə əsasən ekspertizaya təqdim olunmuş 2015-ci ilin oktyabr ayı üzrə 10 saylı və 2015-ci ilin noyabr ayı üzrə 11 saylı əmək haqqı ödəniş cədvəllərində 9-cu sırada “İddiaçı oğ” yazıları qarşısındakı imzalar – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 2015-ci ilin yanvar ayı üzrə 1 saylı, 2015-ci ilin fevral ayı üzrə 2 saylı, 2015-ci ilin mart ayı üzrə 3 saylı, 2015-ci ilin aprel ayı üzrə 4 saylı, 2015-ci ilin may ayı üzrə 5 saylı, 2015-ci ilin iyun ayı üzrə 6 saylı, 2015-ci ilin iyul ayı üzrə 7 saylı, 2015-ci ilin avqust ayı üzrə 8 saylı, 2015-ci ilin sentyabr ayı üzrə 9 saylı; 2014-cü ilin iyun ayı üzrə 6 saylı, 2014-cü ilin iyul ayı üzrə 7 saylı, 2014-cü ilin avqust ayı üzrə 8 saylı, 2014cü ilin sentyabr ayı üzrə 9 saylı, 2014-cü ilin oktyabr ayı üzrə 10 saylı, 2014-cü ilin noyabr ayı üzrə 11 saylı, 2014-cü ilin dekabr ayı üzrə 12 saylı əmək haqqı ödəniş cədvəllərində 9-cu sırada “İddiaçı oğ” yazıları qarşısındakı imzaların İddiaçı tərəfindən və y a başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmənin gəlmiş olduğu nəticəsinə görə Cavabdeh-dən 2013-cü ilin sentyabr ayı üzrə 9 saylı, 2014-cü ilin yanvar ayı üzrə 1 saylı, 2014-cü ilin fevral ayı üzrə 2 saylı, 2014-cü ilin mart ayı üzrə 3 saylı, 2014-cü ilin aprel ayı üzrə 4 saylı, 2014-cü ilin may ayı üzrə 5 saylı, 2014-cü ilin iyun ayı üzrə 6 saylı, 2014-cü ilin iyul ayı üzrə 7 saylı, 2014-cü ilin avqust ayı üzrə 8 saylı, 2014-cü ilin sentyabr ayı üzrə 9 saylı, 2014-cü ilin oktyabr ayı üzrə 10 saylı, 2014-cü ilin noyabr ayı üzrə 11 saylı, 2014cü ilin dekabr ayı üzrə 12 saylı; 2015-ci ilin yanvar ayı üzrə 1 saylı, 2015-ci ilin fevral ayı üzrə 2 saylı, 2015-ci ilin mart ayı üzrə 3 saylı, 2015-ci ilin aprel ayı üzrə 4 saylı, 2015-ci ilin may ayı üzrə 5 saylı, 2015-ci ilin iyun ayı üzrə 6 saylı, 2015-ci ilin iyul ayı üzrə 7 saylı, 2015-ci ilin avqust ayı üzrə 8 saylı, 2015-ci ilin sentyabr ayı üzrə 9 saylı əmək haqqı ödəniş cədvəllərinə əsasən hesablanmış və ödənilməmiş əmək haqqı və istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiya alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmin müddətlər üzrə əmək haqqı və məzmuniyyətə görə kompensasiyanın cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyini müəyyən edərək iddiaçının həmin hissə üzrə subyektiv hüququnun mövcudluğunu tanımışdır. Cavabdeh-nin direktoru x2 şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Apelyasiya instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, sübutetmə yükü daşıyan iddiaçı mübahisələndirilən hissə üzrə əmək haqqının ona ödənilməməsini sübut etmək yükdən azad olunur və bunun əksini sübut etmək yükü MPM-nin 77.1. maddəsinin tələbinə əsasən cavabdehin üzərinə düşür. Cavabdeh isə bunu təkzib edən hər hansı bir sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh-nin direktoru x7 tərəfindən v erilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2020-ci tarixli qətnaməsi Cavabdeh-nin direktoru x1 şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar