Məhkəmə qərarları › İş №2(102)-3236/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3236/2021

26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3236/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 İddia tələbi: alimentin miqdarının dəyişdirilməsi Açar sözlər: sübut etmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 26 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikahın pozulması, 06.02.2010-cu il təvəllüdlü X2 anası Cavabdeh1 yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Həmin alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2017ci il tarixli qətnaməsi ilə dəyişdirilərək, 06.02.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı aylıq qazancının 1/6 hissəsinin Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavab deh2 nikahlarından doğulmuş, 15 avqust 2017-ci il təvəllüdlü X5 və 01 aprel 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaqların hər birinə görə İddiaçı aylıq qazancının 1/8 hissəsinin Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat 04 avqust 2020-ci il tarixdə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3925/2020 saylı iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.B.Axundov) iddia təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.04.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilm iş alimentin miqdarının dəyişdirilməsi, 06.02.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 verilməsi, 04.01.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 verilməsi, yeni məbləğdə alimentin tutulma (dəyişdirilmə) vaxtının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə t ərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7958/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov, A.N.İmanov, V.N.Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının müntəzəm gəlirə malik olmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması, eləcə də uşağı n mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi və qanunun uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddi ilə bağlı tələblərinin gözlənilməsi baxımından, birinci instansiya məhkəməsi alimentin məbləğinin iddiaçının qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən etməkdə haqlı olmuşdur. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində Cavabdeh2 ilə İddiaçı əslində birlikdə yaşadıqlarını, birinci instansiya məhkəməsinin işin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarını araşdırmadığını və qiymətləndirmədiyini, məhkəmə proseslərinin məqsədinin yalnız iddiaçının birinci nikahdan doğulmuş övladına ödəniləcək alimentin miqdarının azaldılması məqsədi güddüyünü, birinci instansiya məhkəməsi nin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını göstərsə də, həmin hallar qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Cavabdeh1 apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab edilmir və həmin dəlillər əsassız hesab edilir. Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verilməklə hesab edilir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi ni xahiş etmişdir. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərdən Cavabdeh1 kassasiya şikayəti əsasında yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunve riciliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd ol unanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar