Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-324/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1164/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri, Xətai rayonu, Heydərəli Tağızadə küçəsi, ev 11/15-in 64 saylı mənzili İddiaçı mərhum atası X4 məxsus olmuşdur. Cavabdeh1 iddiaçının oğludur. X7 mənzili 2008-ci ildə Cavabdeh1 bağışlamışdır. Cavabdeh1 Cavabdeh2 ilə 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2019-cu qətnaməsi ilə İddiaçı qeyd olunan mənzilə köçürülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən iddiaçıya məxsus 34343 manatlıq əmlakın alınaraq iddiaçıya verilməsi, bu mümkün olmadıqda onun dəyərinin pul ekvivalentində 3434 3 manat pulun iddiaçıya verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, mənzildə 1969-cu ildən yaşasa da, 2018-ci ilin noyabr ayından mənzilə girə bilmir. 2018-ci ilin noyabr ayının 2-dən iddiaçı cavabdehlər tərəfindən mənzilə buraxılmamışdır. Qapının kilidi dəyişdirilmiş və nəticədə küçədə qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2019-cu qətnaməsi ilə iddiaçının qeyd olunan mənzilə köçürülməsi qət edilmişdir və qətnamə Xətai rayon İcra və Probasiya şöbəsinin icraçıları tərəfindən formal olaraq icra olunmuşdur. Buna baxmayaraq iddiaçı yenə də mənzildə yaşaya bilmir. İcraçılarla mənzilə daxil olan zaman mənzilin içəridəki otaq qapıları açıq olmuş və ona məlum olmuşdur ki, onun əmlakı yoxa çıxmışdır. İd diaçının mənzildən qovulmağından istifadə edən cavabdehlər onun əmlakını da itirmişlər. Bu əmlakın harada nə vəziyyətdə olmasından onun xəbəri yoxdur. İddia tələbinə görə, onun qovulmamışdan əvvəl yaşadığı mənzildə mövcud olan əmlak: mebel 6 predmet: otaq və yataq dəsti - 2500 manat, yastıq 2 ədəd - 30 manat, yun döşək- 80 manat, çarpayı döşəklə -350 manat, sintifon yastıq-10 manat, sırınma yun yorğan - 45 manat, 2 nəfərlik adyal-60 manat, yun qəhvə rəngli adyal - 20 manat, sarı toxunma adval - 15 manat, yaşıl və qəhvə rəngli yastığüzü 2 ədəd - 30 manat, balaca qəhvə rəngi yastıq 2 ədəd - 12 manat, taxt döşəyi - 150 manat, yaşıl rəngli pələng adyal55 manat, komplekt mütəkkə, yastığ ag üzlü 5 ədəd - 88 manat, dama-dama ədyal 2 ədəd-24 manat, televizor plazma “Sony” - 600 manat, balaca rəngl i televizor - 100 manat, xalça Türkiyə istehsalı, 2x3, 2 ədəd 1700 manat, xalça Belçika istehsalı, 2x3 - 1750 manat, xalça yun yerli, 1x2 - 750 manat, xalça Türkiyə istehsalı 1.5x2 - 880 manat, qəhvəyi rəngli kovrolit 4x1-88 manat, qəhvəyi rəngli kovrolit 1,5x2 - 56 manat, yaşıl doroşka xalça 4x0,9 - 1280 manat, palaz yaşıl-qara Türkiyə istehsalı 2x3 – 450 manat, balaca yaşıl güllu xalça-30 manat, rumkalar, büllur stopkalar, qırmızı rümkalar, mürəbbə qabları, karobkada qablaşdırılmış- 1200 manat, qara naxışlı bokal 6 ədəd- 60 manat, büllur meyvə qabı 2 ədəd - 110 manat, büllur meyvə qabı 1 ədəd 50 manat, büllür güldan 40 manat, göy Boqema meyvə qabı 2 ədəd 120 manat, bənövşəyi rəngli iki qulplu vaza 65 manat, krem rəngli Polşa istehsalı çay dəsti - 150 manat, göy rəngli ayaqlı meyvə qabı - 50 manat, göy rəngli tort qabı-20 manat, Romaşka qırmızı rəngli güldan 2 ədəd - 50 manat, büllur düz tort qabı - 40 manat, konfet qabı, ag, ayaqlı, üzərində balaca gül 2 ədəd - 90 manat, qızılı qapuğlı pivə dolçası - 40 manat, yaşıl rəngdə dolça və 6 stakan Boqema 85 manat, aş üçün bulud göy milli 2 ədəd- 40 manat, supnik göy milli- 25 manat, aş üçün güllü bulud - 35 manat, aş üçün bulud girdə 2 ədəd - 30 manat, tülpan naxışlı dolça 6 stəkanla -180 manat, göy ayaqlı rümkalar Boqema 5 ədəd -125 manat, qəndqabı 2 ədəd 40 manat, qəndqabı-25 manat, ürək formasında büllür rozetka 6 ədəd-60 manat, göy pesok qabı qapaqlı- 16 manat, qara pesok qabı qapaqlı-7 manat, qəndqabı qapaqlı-5 manat, tünd qəhvə rəngli dəm çayniki-20 manat, orta ölçülü dəm çayniki 2 ədəd - 24 manat, balaca yaşıl dəm çayni ki - 6 manat, qırmızı dəm çayniki-25 manat, büllür külqabı35 manat, balıq formal külqabı-15 manat, göy düz qabı 6 ədəd- 12 manat, göy Boqema dolça və 6 stakan-120 manat, büllur duz qabı 2 ədəd- 10 manat, desert nimçə 24 ədəd- 96 manat, büllur stakanlar 12 ədəd - 48 manat, komplekt, hərəsi 12 ədəd dərin nimçə, aş nimçəsi, salat nimçəsi, maskura, balaca maskura - 264 manat, nimçə qızıl gül aş üçün 12 ədəd- 96 manat, qızıl gül tort nimçəsi 5 ədəd/25 manat, nimçə “Madonna” 35 manat, pivə üçün balaca boçka-15 manat, qız göyərçinlə fiquru-17 manat, çernil rəngli botinka fiquru15 manat, qəhvə rəngli ayaqlı meyvə qabı 2 ədəd- 24 manat, nimçə dərin böyük 6 ədəd42 manat, komplekt bir ədəd nimçə böyük göy və 6 ədəd nimçə aş üçün - 48 manat, oval büllur konfet qabı 2 ədəd- 60 manat, büllur salat qabı- 35 manat, çəhrayı rəngli rumka 6 ədəd- 90 manat, güllü yaşıl rəngli Boqema stopka 6 ədəd- 104 manat, orta ölçülü aş nimçəsi 30 ədəd- 120 manat, ağ dərin nimçə 12 ədəd 72 manat, 2 cür narıncı maskura 24 ədəd- 84 manat, qədimi kasalar 18 ədəd- 90 manat, nimçə dərin orta ölçülü 6 ədəd- 18 manat, qəhvə üçün fincan nəlbəki ilə narıncı rəngli-12 ədəd (2 komplekt)-30 manat, qəhvə üçün serviz İ komplekt (6 nəfərlik) – 45 manat, göy nəlbəki 12 ədəd- 48 manat, qara nəlbəkili fincan 2 ədəd - 28 manat, büllur meyvə qabı - 25 manat, armudu stəkan 18 ədəd54 manat, qırmızı rəngli armudu stəkan 6 ədəd- 30 manat, armudu stəkan üçün nəlbəki 21 ədəd - 48 manat, qırmızı rəngli fincan-3 manat, kitablar (abonement müxtəlif yazıçıların külliyatları) 350 ədəd - 1750 manat, tum təmizləyən maşın - 25 manat, elektr ik ət çəkən maşın- 55 manat, blender - 25 manat, pərdə krem rəngli qızıl naxışlı 5,5x3,5-180 manat, pərdə krem rəngli günəbaxan şəkili 2.5x2 - 35 manat, melxior qaşıq 6 ədəd - 30 manat, melxior çəngəl 6 ədəd - 30 manat, melxior bıçaq 18 ədəd - 72 manat, yerüstü şüşəli elektron tərəzi -40 manat, qara rəngli “Panasonic” çudo peçka-270 manat, masqura qaşıqla ağ-göy rəngli 12 ədəd- 60 manat, dəmir padnos 2 ədəd- 8 manat, plastmas padnos 2 ədəd - 6 manat, göy ayaqlı meyvə qabı 2 ədəd- 40 manat, duş üçün moçalka 2 ədod-4 manat, xəkəndaz - 3 manat, şampun saç üçün 2 ədəd-8 manat, balzam saç üçün 3 manat, zibil üçün plastmas qab- 5 manat, stul 1 ədəd- 14 manat, musiqi mərkəzi kolonkalarla- 60 manat, sarı rəngli süfrə - 25 manat, stolüstü lampa - 28 manat, çəhrayı rəngli naxışlı süfrə- 30 manat, pə rdə sarı ipək 2 ədəd- 40 manat, pərdə sarı ipək 2 ədəd56 manat, qulplu zənbillər 15 ədəd- 90 manat, toxunma qadın köynəyi, qırmızı rəngli qolsuz 2 ədəd - 40 manat, şalvar qara rəngli - 35 manat, şalvar boz rəngli - 30 manat, gödəkcə qara rəngli şimal tülküsü xəzi ilə - 220 manat, qəhvə rəngli payız gödəkçəsi - 100 manat, yastıq təmizləmə üçün sellofanlar 3 ədəd- 22 manat, şimal tülküsündən xəz papaq - 200 manat, şərflər (yaşıl, mavi, boz, qəhvə, elektrik, dama-dama ) 6 ədəd - 72 manat, möhür namaz üçün 6 komplekt, qəhvə rəngli qız şəkilli pul kisəsi -20 manat, timsah şəkilli pul kisəsi- 35 manat, boz-qızılı pul kisəsi-40 manat, elektrik kəmər bel incəltmək üçün 40 manat, qara rəngli qulplu çanta - 35 manat, pul kisəsi qara - 30 manat, ağ kağız çap uçun 2 paçka - 28 manat, qızılı rəngli qol saatı-22 manat, karakulça papaq - 60 manat, təzə alt paltar- 15 manat, çanta qara, qızılı, ağ, 4 ədəd- 71 manat, elektrik tikiş maşını “Çayka” 250 manat, alt paltarları 1+15=15 manat, Divarda karnız truba- 18 manat, “Toshiba” soyuducusu - 700 manat, telefon aparatı “Panasonic” 80 manat, göy telefon aparatı- 8 manat, telefon aparatı komplekti 65 manat, elektron tərəzi - 55 manat, post terminal, video aparat “Kansai”, “Sony" 2 ədəd-200 manat, sarı şarlarla çilçıraq tavanda asılmışdı - 50 manat, vüllur çilçıraq şamlı Çexiya istehsalı -500 manat, oyuncaqlar: it, kəpənəkqurdu 2 ədəd - 65 manat, qırmızı çamadan içində ayaqqabı qabında qablaşdırılmış sırqalar, boyun bağları, üzüklər, qolbaqlar- 2500 manat, qulplu dolça ağ üstündə gül 6 ədəd- 90 manat, çoxsaylı ailə şəkilləri, toy şəkilləri ilə f otoalbom, çərçivədə uşaq şəkilləri, sənədlər, əmək kitabçası, sürücülük vəsiqəsi, diplomlar, valideynlərin ölüm haqqında sənədləri, doğum haqqında şəhadətnamə, mənzildə olan texnikanın sənədləri, 1982-ci ilin 50 rublluq zayomlari 30 ədəd, elektrik qara rəngli peç - 50 manat, printer - 80 manat, pul kisəsi - 20 manat, karobkada dəmir paxlava və gümüş üzük 925 əyarlı 2 ədəd - 30 manat, dəmir iynə sap qutusu- 25 manat, qızıl uçun elektron tərəzi 2 ədəd - 75 manat, tərəzi daşlarla (0,01- 200 qram) 35 manat, stol üstü “London” ramka və şəkil - 18 manat, seyf balaca knopkalı 35 manat, fotoaparat “Zenit”-15 manat, pol taxtası- 5 manat, qırmızı ütü- 28 manat, saç üçün qapaqlı fen - 30 manat, balaca kilidli sandıq içində sənədlər, natural mirvari boyunbağı 100 qram - 180 manat, ayaqqabı karobkası nda sırğa, üzük, boyunbağı-300 manat, zakolkalara plasmas böyük, balaca 50 ədəd - 100 manat, qaşıq göy (18 ədəd), çəngəl göy (18 ədəd), çay qaşığı (18 ədəd), sarı çay qaşığı (6 ədəd), bıçaq (18 ədəd), qaşıq sadə (6 ədəd), çəngəl sadə (6 ədəd), bıçaq sadə (6 ədəd) - 85 manat, qazan “Tefal” güllü – 22 manat, yaşıl tava-6 manat, termos yemək üçün-12 manat, termos çay üçün-5 manat, tozsoran “Daisen” - 800 manat, Boz rəngli isti-soyuq verən kondisioner- 250 manat, yuyucu vasitələr 8 butulka- 50 manat, qara Tefal çaydan 22 manat, qızıl əşyalar üçün korobkalar 18 ədəd - 45 manat, nesablayıcı cihaz-25 manat, nesablayıcı cihaz balaca- 15 manat, Qara-ağ çətir- 8 manat, büllur stol üstü saat - 60 manat, üz kremi 3 ədəd - 24 manat, ətir qara qutuda- 45 manat, qayçı böyük- 30 manat, Qayçı ziqzaq- 35 ma nat, mürəbbə çiyələk-4 banka -24 manat, dikt 2 ədəd 1,5x 1.5 və 1,5x 1,5 m 20 mm 45 manat, badam çəkən maşın 1+45, ət çəkən maşın sadə 1+7, bak qapağı 1 tonluq- 10 manat, elektrik udlinitel - 6 manat, əl ilə nar sıxan maşın- 8 manat, kamera boz rəngli- 60 manat, jurnallar 10 ədəd -50 manat, saç uçun şotka 2 ədəd - 10 manat, hamam üçün güzgü-18 manat, yaşıl nimçə Quran surələri ilə 2 ədəd- 24 manat, qəhvədan-10 manat, qəhvə 100 qram - 18 manat, badminton raketkası 2 ədəd - 24 manat, divar üstü saat- 30 manat, qapı kilidi 2 ədəd-50 manat, qırmızı rəngli qısa palto - 170 manat, qara şərfli qısa dəri gödəkçə - 350 manat, boz gödəkçə - 65 manat, kapyuşonlu qara gödəkcə - 85 manat, kapyuşonlu boz gödəkcə - 70 manat, qolsuz kapyuşonlu qırmızı gödəkcə -60 manat, qara naxışlı gödəkçə - 50 manat, bo z pencək - 60 manat, xəz - 200 manat, “Adidas” idman godəkçəsi, süni çernil rəngli şuba 350 manat, Qara pencək- 80 manat, pencək və şalvar ağ rəngli- 120 manat, ağ kapşonlu gödəkçə - 48 manat, kərpiç rəngli qalın qolsuz gödəkçə - 3, qadın köynəyi uzunqol qaşlarla qara rəngdə - 65 manat, toxunma qadın köynəyi - 35 manat, toxunma qadın köynəyi ağ rəngdə - 30 manat, qadın köynəyi pələngli uzun qol - 28 manat, çəhrayı qadın uzunqol köynəyi - 28 manat, uzunqol jaket - 30 manat, qadın köynəyi şifon - 60 manat, parça 0,5 m- 10 manat, qadın köynəyi uzun qol qəhvə rəngli- 55 manat, tünd göy qısa qol qadın köynəyi- 28 manat, toxunma jaket qolsuz zamoklu- 15 manat, qadın köynəyi ağ rəngli düyməli 2 ədəd - 40 manat, qadın köynəyi qofre, qəhvə rəngli 2 ədəd - 38 manat, göy rəngli çimərlik paltarı - 20 manat, təzə çimərlik paltarı - 30 manat, gəlin donu ağ rəngdə 3 ədəd - 900 manat, gəlin donu çəhrayı rəngdə - 350 manat, duvağ ağ qısa- 30 manat, duvağ ağ uzun 40 manat, jaket qara düyməsiz 25 manat, yubka qara uzun-80 manat, qadın köynəyi mavi və ağ rəngli qısa qol 2 ədəd 36 manat, qadın köynəyi təzə ağ uzunqol düyməli - 30 manat, Süfrə ağ torlu - 20 manat, pərdə ağ qızılı naxışlı 2 ədəd - 40 manat, parça bənövşə rəngli 3 m - 24 manat, maşın düyünləri təmizləyən ağ rəngli - 20 manat, qara parıltılı şərf - 20 manat, qara parıltılı yaylıq üç bucaq 30 manat, şərf ağ toxunma böyük - 55 manat, mavi rəngli ipək parça 2,5 m - 30 manat, yaşıl ipək güllü parça, iki otrez 2 və 4 m - 90 manat, gecə köynəyi (mavi, ağ) uzun qol təzə - 18 manat, tünd mavi rəngli şalvar - 15 manat, mavi rəngli uzun qol kostyum - 35 manat, parça ləçəklər 4 ədəd - 40 manat, rəngli ləçəklər 10 ədəd - 50 manat, şalvar ağ rəngli - 20 manat, şalvar yaşıl rəngli - 25 manat, kostyum qara-ağla 30 manat, alt paltarı təzə- 45 manat, evdə geyinmək üçün ayaqqabı xəzli çəhrayı rəngli- 12 manat, evdə geyinmək üçün ayaqqabı qara bantlı - 14 manat, qara dəridən basanojka - 55 manat, qara rəngli yubka20 manat, mavi rəngli tül pərdə 2,5x2 - 18 manat, corab toxunma narıncı rəngdə - 4 manat, namaz üçün yubka-köynək - 25 manat, kostyum krem rəngli naxışlı qısa qol - 25 manat, uşaq uçun çimərlik paltarı 3 ədəd- 48 manat, qara yun retuz 2 ədəd - 16 manat, kostyum boz qara güllərlə - 50 manat, şalvar ipək qəhvə rəngli 3 ədəd - 54 manat, Qara uzunboğaz xəz çəkmə (sapoq) - 60 manat, toxunma ağ-qara yun sviter - 28 manat, alt palta rı 5 ədəd - 40 manat, torbada lentlər müxtəlif rənglərdə 6 ədəd - 90 manat, cins şalvar tünd mavi-40 manat, massaj naboru plastmas - 40 manat, döşək üzü 6 ədəd- 36 manat, döşək üzu ağ mavi güllü 8 ədəd - 48 manat, balış üzü ağ gulü 8 ədəd- 32 manat, yorğanüzü 4 ədəd- 48 manat, süfrə pambıq 6 ədəd - 60 manat, qara güllü stolüstü örtük - 8 manat, ləçək ipək qara kəpənəkli böyük ölçüdə - 25 manat, Qurani-kərim kitabı balaca ölçüdə 4 ədəd, Qurani-kərim kitabının tərcümələri (azərbaycanca, türkçə, rusca, ərəbcə) 4 ədəd, gülab-puç dəmirdən - 1 ədəd, əl dəsmalı təzə 4 ədəd- 24 manat, hamam dəsmalı 6 ədəd- 42 manat, parçalar 7,5 m 3 ədəd - 22 manat, Qara ev ayaqqabısı- 6 manat, bez ağ parça 30 m - 90 manat, klyonkadan çemodan içində hamam üçün dəsmal, çay dəsmalları, adyal çexolu, yastıq müalicə vi, parçalar - 180 manat, krem rəngli güllü pərdə 10 m - 60 manat, qısa qara sapoq (uqi) - 45 manat, pərdə qəhvə rəngli 1,5 m - 15 manat, tort üçün lopatkalar dəmir və plasmas 2 ədəd - 21 manat, eynək qutusunun içində qızılı rəngli 2 üzük, 2 sırğa, 2 boyunbağı, 1 qolbaq - 80 manat, təzə çay dəsmalı 5 ədəd - 15 manat, qısa qol qırmızıpaltar - 28 manat, çəhrayı rəngli uzun paltar - 80 manat, narıncı hamam dəsmalı - 25 manat, qısa qol sarı rəngli paltar - 35 manat, qırmızı rəngli uzun qol paltar 85 manat, qısa qol tünd qırmızı arxada bantlı paltar - 75 manat, qırmızı ağıla güllü paltar 65 manat, bənövşəyi qara rəngli pallar - 70 manat, banka bağlayan - 12 manat, təzə doğulan uşaq üçün konvert 2 ədəd - 70 manat, uşaq uçün adval 4 ədəd - 80 manat, döşək və yastıq çəhrayı güllü sintifon 40 manat, uşaq üçün kombinezon qəhvə rəngli içi xəzlə, təzə - 80 manat, ümumilikdə tələb olunan əmlak 34343 qiymətində dəyərləndirilir. Məhkəməyə təqdim edilmiş 28.03.2018-ci il tarixli zəmanət talonlarına görə alıcı Cavabdeh1 “Hotpoint Ariston” markalı 2 ədəd su qızdırıcını təhvil almışdır. Təqdim edilmiş “Music Gallery” mağazasına məxsus 11.08.2012-ci il tarixli, 130202 nömrəli, 28.07.2012-ci il tarixli 136586 nömrəli, 28.07.2012-ci il tarixli 136968 nömrəli, 28.07.2012-ci il tarixli 136872 nömrəli, 28.07.2012-ci il tarixli 136976 nömrəli, 28.07.2012ci il tarixli 136977 nömrəli, 28.07.2012-ci il tarixli 136978 nömrəli zəmanət talonlarına əsasən “Bencer”, “Asus” markalı noutbuk, “Gorenje” markalı, “Panasonic” markalı, “Dyson” markalı, “Philips” markalı, “Panasonic” markalı, məişət texnikalarının alıcısı Cavabdeh1 qeyd edilmişdir. Məhkəməyə mənzildə müxtəlif çeşiddə mebel və qabların mövcud olması barədə fotoşəkillər əlavə edilmişdir. Cavabdeh Kamran Ağayev məhkəmə iclasında iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı hələ 2002-ci ildə, yaşadıqları mənzilin mülkiyyətçisi olmuş babası Ağayev X1 özünə məxsus olan bütün əşyalarını da aparmaqla daimi yaşamaq üçün o zaman öz mülkiyyətində olan, Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, Məhəllə 590, mənzil 16-ya köçüb getmiş, sonradan isə həmin mənzili də sataraq, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən və şəxsi mülkiyyət hüququ ilə özünə məxsus olan fərdi yaşayış evinə köçüb yaşamağa başlamışdır ki, həmin vaxtdan bir gün də olsun belə mənzildə onlarla yaşamamış, həmçinin anasına aid hər hansı bir əşya da onların mənzilində qalmamı şdır. Mənzilin mülkiyyətçisi olmuş babası ömrünün son vaxtlarında, 01 aprel 2008-ci tarixdə mənzili ona bağışlaması ilə qəti olaraq barışa bilməyən iddiaçı anası 16.07.2009-cu il tarixdə babası X3 ölümündən sonra “Ata evimdir” deyərək mütamadi olaraq ondan mənzili satmağını və mənzilin pulundan ona çatası pay kimi 35000 manatını ona verməyi ondan tələb etmişdir ki, həmin tələbi də yerinə yetirmədiyini görən anası ötən müddət ərzində müxtəlif adlar altında dəfələrlə ona qarşı şər və böhtan xarakterli ərizələrlə hüquq-mühafizə orqanlarına müraciətlər etmiş və həmin ərizələr üzrə aparılan araşdırmalarla da ərizələrdə göstərilmiş halların qəti olaraq həqiqəti əks etdirmədiyi, saxta və əsassız olduğu müəyyən edildiyindən nəticədə o, öz istəyinə nail ola bilməmişdir. Yaşadıqları mənzil köhnə, “X ruşov” layihəli olmaqla, 3 kiçik yaşayış otağından ibarətdir, iddiaçı iddia ərizəsində göstərilmiş, 322 adda olan əşyaların ümumiyyətlə həmin mənzildə yerləşdirilməsi belə mümkünsüz olardı. O, 12 mart 2017-ci il tarixdə X11 ilə rəsmi nikaha girib ailə qurmuşdur. İddiaçı iddia ərizəsində göstərilmiş əşyalardan “Toshiba” markalı Soyuducu, “Panasonic” markalı kondisioner, “Panasonic” markalı telefon, “Duson” markalı tozsoran, “HP” printeri, “Asus” markalı noutbuk, “Gorenje” qaz plitəsi, “Bener” markalı tərəzi və “Sencer” markalı duxovka müxtəlif vaxtlarda onun tərəfindən alınmış və həmin əşyaların ümumiyyətlə iddiaçıya hər hansı bir aidiyyəti belə olmamışdır. Həmin əşyaların özü tərəfindən alındığına dair sənədlərin surəti ərizəsinə əlavə edilmişdir. İddiaçının niyyəti babası tərəfindən ona b ağışlanmış, ailəsinin yeganə yaşayış yeri olan mənzili satdırmaqla, onları küçələrdə qoyub, onun gənc ailəsini dağıtmaqdan ibarətdir ki, yalnız həmin məqsədlə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, heç zaman mövcud olmayan əşyaların dəyəri kimi (mənzilindən istədiyi payın əvəzi kimi) 34343 manatın özünə verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X5 ifadəsində göstərmişdir ki, o, iddiaçının qızı, cavabdeh Kamranın bacısıdır. 2 yaşı olarkən atası ilə anası ayrılmış, onlar babasının evində qalmışlar. Babası vəfat edəndən qabaq evi Kamrana bağışlamışdır. Anasının mebeli, digər əşyaları həmin mənzildə qalmışdır. Cavabdeh2 gəlin gələndə, anasına məxsus əşyaları mənzilin bir otağında yığılmışdır. Daha sonra anası istirahət üçün kəndə getmişdir, qayındandan sonra isə Kamran və onun arvadı anasını evə buraxmırdılar. Daha sonra anasına məxsus bütün əşyaları evdən çıxarmışdılar və evi təmir etmək üçün “Yeni evim” televiziya proqramına müraciət etmişdirlər. Anasına məxsus bütün əşyalar qardaşındadır, lakin o, əşyaların müqabilində 400 manat pul istəyir. Anasının başqa evi yoxdur, kirayədə qalır. 2018-ci ildə Kamran onları qeydiyyatdan çıxarmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X8 ifadəsində göstərmişdir ki, o, iddiaçının bacısıdır. Bacısı 2 uşaqla ayrılıb ata evinə gəlmişdir. Oğlunu 36 yaşında evləndirmişdir. Atası həmin mənzili bacısının oğlu Cavabdeh1 bağışlamışdır. Kamran evlənəndə gəlin də həmin evə gəlmişdir. Gəlin gələndə bacısının bütün əşyaları, mebeli evin bir otağına yığılmı şdır. Lakin daha sonra, gəlin bacısı ilə yola getmədiyinə görə bacısını evə buraxmamış və bacısına məxsus bütün əşyalarını gizlətmişlər. İddiaçıya məxsus bütün əşyalar, həmçinin televizoru, tozsoranı, şəxsi geyim əşyaları cavabdehlərin mənzilində qalmışdır. Cavabdehlər həmin əşyaları da iddiaçıya qaytarmırlar. Atası ona və bacısına 2 cüt mebel almışdı. Onun evində həmin mebelin eynisi durur, bacısının mebelini bacısı oğlu gizlətmişdir. Mülki iş üzrə şahid X2 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, o, Nərgizin yaxın rəfiqəsidir. 2000-ci ildən Nərgizi tanıyır. 2017-ci ildə nişanı olmuşdur, yanvar-fevral ayında evi təmir etmişlər. Nərgizin cehizləri gələndə ev boş olmuşdur. Onlar evi Nərgizin cehizləri ilə bəzəmişlər. Uşaq doğulanda yalnız bir çarpayının odduğunu görmüşdür. Bakı şəhə ri Xətai Rayon Məhkəməsinin (hakim Əminə Abbasova) 2(011)-3656/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddiaçıya məxsus əşyalarını mövcudluğu, o cümlədən onların dəyəri, tələb edilən əşyaların iddiaçının özünə məxsus olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edilməsi üçün məhkəməyə yetərli sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yaln ız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işə birtərəfli baxdığını, təqdim etdiyi sübutlara qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları tam aydınlaşdırmadığını, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verdiyini irəli sürmüşdür.. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Babayev - sədrlik edən və mər uzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə qeyd etmişdir ki, həmçinin iş üzr ə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddiaçıya məxsus əşyalarını mövcudluğu, o cümlədən onların dəyəri, tələb edilən əşyaların iddiaçının özünə məxsus olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edilməsi üçün məhkəməyə yetərli sübut təqdim etməmişd ir. Birinci instansiya məhkəməsi iş üzr düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şi kayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavadehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Repsublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmama lıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1164/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-324/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-324/2022
10.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver