Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3245/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri Cavabdeh5na qarşı “ləyaqətsiz vərəsə hesab olunma, mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi, mirasın qəbul edilməsi, miras paylarının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəl iyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə, Cavabdeh2 vəkili Hüseynov Kamandar Əbülfəz oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(103)-5768/2020 nömrəli qətnaməsindən iddiaçının hüquq varisi X13 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları: Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır. X7 09 oktyabr 2015-ci il tarixdə ölmüşdür. İddiaçı mərhum X3 anası, Cavabdeh1 isə oğludur. Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən verilmiş 22 avqust 20 17-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh1 X3 vərəsəsi kimi tanınmış və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzil üzrə sonuncunun mülkiyyət hüququ 25 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(007)3779/2018 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, 09 oktyabr 2015-ci il tarixində vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə və ünvan 1 qeyri-yaşayış sahəsinin 1/5 hissəsinə dair Cavabdeh1 adına verilmiş vərəsəlik haqqında şəhadətnamələrin və onların əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışların lə ğv edilməsi, İddiaçı mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaqla onun payının Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə 1/2 hissədə, ünvan 1 qeyri-yaşayış sahəsindən mərhumun 1/5 hissədə payının 1/2 hissəsinə tanınması, hər iki mirasdan digər 1/2 hissədə payın isə Cavabdeh1 tərəfindən qəbul olunması üçün açıq saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(103)-5337/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(007)-3779/2018 nömrəli qətnaməsi 09 oktyabr 2015-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 41 kv.m ümumi sahəsi olan 37 saylı evin 5 saylı mənzilinə və ünvan 1 qeyri-yaşayış sahəsinin 1/5 hissəsinə dair Cavabdeh1 adına verilmiş vərəsəlik haqqında şəhadətnamələrin və onların əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışların ləğv edilməsi, İddiaçı mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaqla onun payının ünvan 1 qeyri-yaşayış sahəsindən mərhumun 1/5 hissədə payının 1/2 hissəsinə tanınması, hər iki mirasdan digər 1/2 hissədə payın isə Cavabdeh1 tərəfindən qəbul olunması üçün açıq saxlanılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 noyabr 2019-cu il tar ixli, 2(102)6868/2019 nömrəli qərarı ilə Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(103)-5337/2019 nömrəli qətnaməsi qeyri-yaşayış sahəsinə payların müəyyən edilməsi hissəsində ləğv edilmiş, ünvan 1 ünvanda yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə X3 payı 1/2 hesab edilmiş və bu paya X4 payı 1/2 hesab edilmiş, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 51 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzrə 1/2 hissə payı isə qəbul olunmaq üçün açıq saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(103)-5337/2019 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 (onun adından qanuni nümayəndəsi Nümayəndə) 30 noyabr 2018-ci il tarixdə B akı şəhəri Cavabdeh5 bağlanılmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzilini Cavabdeh2 53000 manata satmış və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri Cavabdeh5na qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməsi, vərəsəlik hüququndan məhrum ed ilməsi, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, mənzil 5 sayı mənzilinin cavabdehlər Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə ilə Cavabdeh2 arasında Bakı şəhəri Cavabdeh5 bağlanmış 12 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, bu müqavilə əsasında hüquqların qeydiyyatı çıxarışının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X4 övladı X7 və Nümayəndə nikahda olmuş, nikahlarından bir övladları Cavabdeh1 anadan olmuş, sonradan nikahları pozulmuşdur. X3 09 oktyabr 2015-ci il tarixdə ölümündən sonra mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37-də yerləşən 5 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 26 ünvanda X12 ilə birgə mülkiyyətdə 55 kv.me trdən ibarət qeyri-yaşayış sahəsi olmuşdur. İddiaçı oğlunun vəfatından sonra miras əmlaklara faktiki sahiblik etmiş, mirası qəbul etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onların əsasında miras mənzilə və qeyri yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışların ləğv edilməsi, miras əmlakların 1/2 hissəsinə iddiaçının payının müəyyən edilməsi qət edilmişdir. Qeyd edilən işin icraatı zamanı məhkəmə iddiaçı tərəfindən verilmiş “iddianın təmini tədbirinin qoyulması barədə” ərizəsinə baxmamış, mənzilin üzərinə həbs qoymamış və bunun nəticəsində qətnamə qəbul edildi kdən bir neçə gün sonra Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə mənzili qanunsuz olaraq Cavabdeh2 satmışdır. İddiaçı 08 mart 2019-cu il tarixdə ölmüş və X9 iddiaçının prosessual hüquq varisi qismində tanınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(007)79/2020 nömrəli qətnaməsi ilə (hakim H.M.Əhmədova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçı tərəfindən Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilməsi xahiş edilsə də, onun atası X1 iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi barədə məhkəməyə heç bir mötəbər sübu t növü təqdim etməmişdir. Həmçinin Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə vərəsə olmadığından ona qarşı belə bir tələbin qaldırılması anlaşılan deyildir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 (onun adından qanuni nümayəndəsi Nümayəndə tərəfindən imza edilmişdir) ilə Cavabdeh2 mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, Cavabdeh2 əmlakın dəyərini Cavabdeh1 (onun adından qanuni nümayəndəsi Nümayəndə) ödəməklə əmlakı qəbul etmiş, sonrakı hərəkətləri edərək mənzili mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 25 avqust 2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh1 həmin mənzili satarkən, mənzilin bölünməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olmamışdır. Belə ki, iddiaçının qeyd etdiyi məhkəmə qətnaməsi 12 noyabr 2018-ci il tarixdə qəbul edilsə də, Cavabdeh1 mübahisəli mənzili satanadək, yəni 30 noyabr 2018-ci il tarixədək öz qanuni qüvvəsini almamışdır. Həmçinin həmin işlə bağlı mübahisəli əmlakın özgəninkiləşdirilməsinin yol verilməməsinə dair iddianın təmin tədbiri və ya başqa məhdudiyyət mövcud olmamışdır. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 vicdanlı əldə edən olduğunu görə də təmin oluna bilməz. Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli əqdin həqiqi o lmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar mövcud deyildir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçının prosessual hüquq varisi X9 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(007)-79/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(103)-5768/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə.Məhərrəmovadan və R.M.Həsənovdan ibarət tərkibdə) iddiaçının prosessual hüquqi varisi X5 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(007)-79/2020 nömrəli qət naməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni əsaslı və işin hallarına uyğundur, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçının hüquq varisi X13 oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(103)-5768/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilərək onunla əsaslan dırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh2 vəkili Hüseynov Kamandar Əbülfəz oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə laz ımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının hüquqi varisi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, iş üzrə digər cavabdehlər nümayəndələrinin və vəkillərinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyasi məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndiildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış h ər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlar ına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir.... Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki q anunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında götərilmişdir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmi n məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yaln ız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr əsaslı olaraq hesab etmişlər ki, yetkinlik yaşına çatmayan Cavabdeh1 ləyaqətsiz vərəsə hesab olunması üçün MM-in 1137-ci maddəsində nəzərdə tutulmuş şərtlərin hər hansı birinin mövcudluğuna dair sübutlar iddiaçı tərəfindən təqdim olunmamışdır. Həmçinin, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası MM-in 140-cı maddəsini rəhbər tutaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına uyğun mübahisələndirilən daşınmaz əmlakın alıcısı olan Cavabdeh2 vicda nlı əldə edən olmasını nəzərə almaqla, iddianı sonuncu və Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, habelə həmin cavabdehin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair hissədə əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MM-in 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində olan qeydin prezumpsiyasına əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Kassasiya şikayətinin dəlillərinə gəldikcə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 əldə etdiyi daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olma sı barədə məlumatlı olmasına dair hər hansı sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması qeyd olunsa da, şikayət kassatorun şəxsi mülahizələrinə əsaslanmışdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının hüquq varisi X13 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(103)-5768/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3245/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3245/2021
02.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver