Məhkəmə qərarları › İş №2(102)-3254/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3254/2024

01.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3254/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş mülki hüquq pozuntusuna görə mənəvi zərərin ödənilməsi, zərərin məbləği) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 3330/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh k assasiya şikayətlərinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xxx və X1 (bundan sonra mətndə-iddiaçı) valideynləri idi və onlar xx.xx.2013-cü il tarixdə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmüşlər.

2. Tərtər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(61)-18/2014 saylı hökmü ilə Cavabdeh (bundan sonra mətndə-cavabdeh və ya Cavabdeh) əməkdaşı olmuş X5 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati sərəncamverici vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və X12 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati sərəncamverici vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən onun xeyrinə anasının və atasının faciəvi surətdə ölümünə görə 50.000 (əlli min) manat məbləğində mənəvi ziyana görə kompensasiyanın və ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 17 yaşında ona qəfil anasının və atasının ölüm xəbəri gəlmişdir. İddiaçı dərhal evə gəlmiş və gördüyü mənzərə qarşısında çaş-baş qalmışdır. Ata və anası nın cansız bədənləri otaqda yerə uzadılmış vəziyyətdə idi. Həmin vaxtı evə təcili tibbi yardım maşını gəlmiş və həkimlər ona ana və atasının keçindiyini demişlər. Evdə olan bacısı ona ana və atasının dəm qazından zəhərləndiklərini söyləmişdir. Ata və anasının məcburi köçkün həyatı yaşaması, Kəlbəcər rayonundan gəlib Tərtər rayonunda məskunlaşmaları - bütün bunların ağrı-acısı bir yana, bu hadisə uşaqlıqdan çəkdiyi mənəvi sarsıntı və iztirabları daha da artırmışdır.

5. Hadisə nəticəsində X5 və X9 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İttihama əsasən onlar X15 sahəsində işlədikləri müddətdə vəzifəli şəxslər olmaqla, işə laqeyd münasibət göstərib, öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməklə ehtiyatsızlıqdan iddiaçının valideynlərinin ölümünə səbəb olmuşlar.

6. Tərtər rayon məhkəməsinin 1(61)-18/2014 saylı, 03 aprel 2014-cü il tarixli hökmünə əsasən X5 və X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər biri ayrı ayrılıqda 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarda təçkilatı sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Tərtər rayon məhkəməsinin 1(61)-18/2014 saylı, 03 aprel 2014-cü il tarixli hökmü qanuni qüvvəyə minmiş və hökm icraya yönəldilmişdir. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə X15 İdarəsinin əməkdaşlarının-Cavabdeh əməkdaşının təqsiri ucbatından baş vermişdir.

7. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqa zidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ata və anasının eyni gündə faciəvi surətdə ölməsi ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-688/2024 saylı, 09 fevral 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, valideynləri xxxnun və X6 vəfatı ilə əlaqədar iddiaçıya dəymiş mənəvi zərərə görə 50.000 (əlli min) manat pulun və 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim A.A.Abdullayeva)

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçilərinin iddiaçının ailə üzvlərinin ölümündə təqsirli olub-olmamaqları, habelə cavabdehin öz işçisilərinin hərəkətinə görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir.

7. Birinci instansiya məhkəməsi qanunvericiliyin zərər və deliktlə bağlı normalarına istinadən göstərmişdir ki, həmin normalara görə zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqs irkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.

8. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində Cavabdehın əməkdaşlarının əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməlləri nəticəsində iddiaçının ailə üzvlərinin ölməsi iş materialları ilə öz təsdiqini tapır. İddiaçının ailə üzvlərinin ölməsində cavabdeh təşkilatın işçilərinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilir.

9. Birinci instansiya məhkəməsi qeyd etmiş dir ki, cinayət qanunu ilə qadağan edilmiş əməllərlə yanaşı mülki hüquq pozuntusu törətmiş X2 və X7 hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar Mülki Məcəllənin 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən hüquqi və ya fiziki şəxsin öz işçsinin törətdiyi deliktə görə məsuliyyət daşıması üçün əsasən iki şərt tələb olunur: birinci, deilikt törətmiş şəxs hüquqi və ya fiziki şəxsin işçisi olmalıdır. İkincisi, delikt işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törədilməlidir. X2 və X7 cavabdeh təşkilatın işçiləri olması işin mübahisəsiz halıdır. Deliktin həmin şəxslərin öz əmək vəzifələrinin icrası zamanı törətməsi qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.

10. Birinci instansiya məhkəməsi iddiaç ının mənəvi zərər çəkməsi ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına istinad edərək göstərmişdir ki, işin mübahisəsiz hallarına görə cavabdehin işçilərinin təqsirindən iddiaçının ailə üzvləri ölmüşdür. Şübhəsiz ki, ailə üzvlərinin itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin işçilərinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvlərinin ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas vardır.

12. Birinci ins tansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına istinala əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur.: - Tərtər Rayon Məhkəməsində baxılmış və mülki iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 1(61)-18/2014 nömrəli hökmün surətindən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixində saat 23 radələrində iddiaçının a tası və anası Tərtər rayonunda kirayə yaşadıqları mənzilin hamam otağında çimərkən dəm qazından zəhərlənmələri nəticəsində ölmüşlər. İddiaçının ata və anasının ölümünə səbəb olan Cavabdehın işçiləri X5 və X7 əməlində səhlənkarlıq cinayət əməli olduğu üçün sonuncular Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişlər; - həmin cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınmış və hazırki mülki iş üzrə də İddiaçı qardaşı olan X10 cinayət işi üzrə təqsirləndirilən Cavabdehın işçiləri X5 və X12 ilə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərlə razılıq əldə etməsini bildirmişdir. İddiaçının isə vəfat etmiş valideynlərinin hüquqi varisi qismində tanınmadığını, onun qardaşı X10 tərəfindən də hələ 10 il bundan əvvəl cinayət işinin istintaqı zamanı Cavabdeha və onun təqsirləndirilən işçilərinə qarşı heç bir şikayət və tələbinin olmaması, tərəflərin razılıq əldə etməklə barışmaları kimi işin diqqətəlayiq və konkret hallarını Xətai Rayon Məhkəməsi nəzərə almamışdır; - cinayət işi üzrə zərərçəkmiş şəxslərin hüquqi varisi qismində iştirak edən və hazırki mülki iş üzrə də iddiaçı tərəfin qardaşı olan X3 ibtidai istintaqda vermiş olduğu izahatdakı digər diqqətəlayiq hallar da məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçının qardaşı X3 ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərin hüquqi varisi qismində vermiş olduğu izahatından çıxarışda göstərilmişdir: - 2013-cü ilin oktyabr ayının sonu və ya noyabr ayının hələ əvvəlləri, ölüm hadisəsi baş verməzdən öncə xxx evdən küçəyə çıxıb gedərkən evin yaxınlığında qaz idarəsinin işçisi olan xxxlə qarşılaşmış, həmin an xxx ona «hamamda havalanma yeri olmalıdır» demiş, xxx isə xxxə «hamamda 2 nəfəslik var» cavabını vermişdir. Nə iddiaçı, nə də iddiaçının qardaşı qaz idarəsi işçilərinin təlimatını nəzərə almamış, hamam otağında havalanma yeri düzəltməmiş, hamam otağında 2 nəfəsliyin olması ilə kifayətlənmişlər. Qeyd olunanlar onu düşünməyə əsas verir ki, iddiaçı ata və anasının ölümündə Cavabdehın şçilərinin səhlənkarlığı olduğu qədər, mərhumların övladlarının da öz doğma ata və analarının ölümündə ən azı qaz idarəsi işçilərinin səhlənkarlığı qədər məsuliyyətsizliyi və diqqətsizliyi olmuş, hamam otağında quraşdırılmış suqızdırıcı qaz cihazının daxilində yanmış qazın sovrulub çölə çıx ması üçün havalanma yeri düzəltməmişlər; - birinci instansiya məhkəməsi müvafiq mülki iş üzrə bu kimi diqqətəlayiq və konkret halları nəzərə almadan, hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən, ölüm hadisəsinin hansı hərəkət və ya hərəkətsizlik nəticəsində baş verdiyini araşdırmadan, cavabdehin üzərinə 50.000 manat kimi yüksək məbləğdə mənəvi zərər əvəzinin iddiaçı tərəfə ödənilməsi öhdəliyini qoyması düzgün və ədalətli deyildir; - 2014-cü il tarixində Tərtər rayonunda iddiaçının ailəsində baş vermiş dəm qazından boğulub ölmə hadisəsinin üzərindən 10 il müddət keçmişdir. İddiaçının ailəsində baş vermiş həmin hadisədən 10 il müddətin keçməsi və ötən 10 il zaman ərzində iddiaçı tərəfin məhkəməyə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin il k vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və eyni də qala bilməzdi. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən uşaqların ana və atalarının ölümü səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir; - iddiaçı şəxsin hazırda 28 yaşı var, əmək qabiliyyətlidir, evlənib ailə həyatı da qurmuşdur, şəxsi ailəsi vardır. Qeyd olunanlardan başa düşülür ki, iddiaçı tərəf fiziki və əqli cəhətdən məhdudiyyətli deyildir, hazırda ana və ataya da möhtac yaşda deyildir. Məhkəmə bu halı da nəzərə almamışdır; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1305/2023 nömrəli qətnaməsinə əsasə n valideynlərinin dəm qazından ölümü ilə bağlı hazırki iş üzrə iddiaçının qardaşı olan X10 cavabdehə qarşı mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı əvvəllər ayrıca olaraq məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin yekun aktına əsasən iddiaçının qardaşı X8 cavabdeh tərəfindən ödəniləcək mənəvi ziyanın məbləği 50.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, ölmüş valideynlərin bir oğlu X3 artıq eyni hadisə ilə bağlı cavabdehə qarşı mənəvi zərərlə bağlı iddia tələbi olmuş və həmin iddia tələbinin nəticəsində artıq kifayət qədər məbləğin cavabdehdən tutulub iddiaçının qardaşına ödənilməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cüil tarixli 2(103)- 1305/2023 qətnaməsi ilə təmin edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə iddiaçının qardaşı X3 mənəvi zərərə görə Cavabdehdən 50.000 manat məbləğində təzminat almış olduğunu nəzərə almamışdır; - mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntı və əzabların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyasıdır. Bu kimi hal, heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. N iddiaçının valideynlərinin ölümü ilə əlaqədar həmin ailənin hər iki oğluna da mənəvi zərərin əvəzinə görə məhkəmələr tərəfindən müəyyənləşdirilən eyni həcmdə 50.000 manat məbləğində kompensasiya məbləği iqtisadi qiymətləndirmə baxımından cavabdehin mənafeyi üçün ağlabatan və ədalətli hesab olunmur; - iddiaçı tərəfin ata və anasının ölümündən sonrakı ötüb keçən 10 il müddət ərzində psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkmiş olması onun v əkili tərəfindən kağız üzərində yazılanlardan və məhkəmə iclasında şifahi olaraq sözdə deyilənlərdən başqa hər hansı bir formada sübut olunmamışdır. Başqa bir sözlə, iddiaçı tərəf ölmüş valideynlərinin üzərindən pul qazanmağa və əsassız varlanmağa çalışır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3330/2024 saylı, 3 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin əvəzinin məbləği hissəsində dəyişdirilmiş və mənəvi zərərin əvəzinin azaldılaraq 10000 (on min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, İkram Şirinov)

16. Apellyasiya instansiyası m əhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 50 000 (əlli min) manat tələb edir. Əlbəttə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə, keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddia ərizəsində özü də təsdiq edir.

17. Cavabdehin iddia tələbinə etirazı və apellyasiya şikayətinin dəlilləri isə anlaşılan ola bilər. Lakin bu da o anlama gəlməməlidir ki, iddiaçı mənəvi sarsıntı keçirməsini əsaslandıra bilməmişdir. Başqa sözlə, cavabdeh tərəf hər iki valideynini itirən övladın mənəvi sarsıntı keçirməsinə inanmaya bilməz. Mənəvi sarsıntının və iztirabın nə olduğunu yalnız o halı yaşayan fiziki şəxs anlaya bilər. Mülki məsuliyyətdən yayınmaq xatirinə iddiaya etirazda və apellyasiya şikayətində uğursuz müqayisələrdən istifadə etmək isə yolverilməzdir. Çünki iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun hər iki valideynini itirməsi faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur.

18. Apellyasiya instansiyası məhkəməsi cavabdeh qətnaməni qanunsuz və əsassız hesab edərək mənəvi zərərin təmin edilməsi ni uyğun hesab etməyib iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə cəhd etsə də, bu dəlillər hər hansı bir formada öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin gətirdiyi bu dəlilləri sübut etmək yükü artıq onun üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. Əksinə, mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nə də ki, Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir. Ona görə də, cavabdeh qurumun bu dəlilləri əsassız olmaqla yanaşı, həm də ziddiyyətlidir.

19. Buna baxmayaraq, iddiaçının qardaşı hər iki valideyninin dəm qazından boğulması ilə əlaqədar cavabdehə qarşı əvvəllər ayrıca məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2023 -cü il tarixli 2(103)-1305/2023 nömrəli qətnaməsinə əsasən mənəvi zərərin məbləği 50000 manat müəyyən edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Apellyasiya baxışı zamanı bəlli oldu ki, iddiaçının qardaşı ilə hər hansı bir xoş olmayan münasibətləri olmamışdır. Bu mənada iddiaçıya cavabdeh tərəfindən eyni əsasla mənəvi zərərin əvəzi olaraq 50000 manat ödənilməsi hazırki iş üzrə cavabdehin ödəyəcəyi təzminatın məbləğinə münasibətdə nəzərə alınmalıdır. Başqa sözlə, iddiaçının təzminat tələbi mütənasiblik və ədalətlilik meyarlarına uyğun olmalıdır. Çünki mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

20. Bununla əlaqədar, “Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında da hüquqi mövqe formalaşmışdır. Yəni, iddiaçının da qardaşı ilə birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququ inkar olunmur. Lakin bu təzminatın məbləğinin iddiaçının qardaşının aldığından az olması da qətiyyən o anlama gəlməməlidir ki, iddiaçı olan qardaş digər qardaşdan daha az mənəvi sarsıntı və iztirab keçirmişdir. İddiaçı olan övladın hər kəsdən artıq keçirdiyi bu mənəvi əzab ölçüyə gəlməz sayılır. Ona görə də iddiaçının alacağı mənəvi zərərin əvəzinin maddi qazanc əldə etmək və əsassız varlanmağa cəhd etmək kimi qiymətləndirilməsi də açıq-aşkar əsassız hesab edilir.

21. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənəvi zərərin məbləği azaldılaraq 10.000 (on min) manat müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin zərərin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, iddianın 50000 manat məbləğində təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi ağlabatan həddə tələb edilən mənəvi zərər məbləğini qismən, 10.000 manat həddində təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Bu məbləği iddiaçı 50.000 manat məbləğində qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi iddianı tam (50.000 manat) məbləğdə təmin etməklə və “vurulan zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir” normasını tətbiq etməklə düzgün qərar vermişdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini ancaq bu iztirabı yaşayan şəxs təyin edə bilər. 10000 manat kompensasiya iddiaçının çəkdiyi əzabların, iztirabların dərəcəsinə qeyri-mütənasibdir. Öz doğma valideynlərinin eyni anda faciəvi itkisi ilə üzləşərkən məhkəmənin əvvəl təyin olunan 50.000 manat məbləği belə azaltması və əsassız qərarı iddiaçıya çox pis təsir etmişdir. Məhkəmə bu məbləğin iddiaçını təsəlli etmək üçün kifayət olduğunu heç bir formada əsaslandırmamışdır. Çox gənc yaşında belə boyük itkilər vermək iddiaçının psixiologiyasına mənfi təsir edərək ağır travmalara səbəb olmuş, sonrakı həyatında, sosial münasibətlərində ciddi çətinliklər yaşamağına gətirib çı xarmışdır. Möhkəm mənəvi bağlılığı olan əzizlərinin faciəvi şəkildə vəfat etməsi nəticəsində çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, onları itirməyin əvəzi olaraq 50.000 manat məbləğində pul bəlkə iddiaçının çəkdiyi iztirabların yumşaldılmasına səbəb olar. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində təzminatın həcmini müəyyən edərkən mənəvi bağlılığı düzgün qiymətləndirməmişdir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərər çəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Vahid məhkəmə təcrübəsi nöqteyi-nəzərdən qardaşına 50000 manat təzminat verilməsi haqqında məhkəmə qətn aməsi çıxarıldığı halda, iddiaçıya dəfələrlə aşağı və proporsional olmayan cəmi 10.000 manat təzminat verilməsi mütənasiblik balansının pozulduğunun əyani göstəricisidir. Bu nümunə onu göstərir ki, məhkəmənin iddiaçının işi ilə bağlı qərarı qeyri-mütənasib və ədalətsiz olmuşdur. Bu məbləğ iddiaçının valideynlərini itirməsinin dərin mənəvi ağrısını və bu ağrının həyatdakı uzunmüddətli təsirlərini əks etdirmək üçün kifayət deyildir. Bu qərar, onun mənəvi vəziyyətini daha da çətinləşdirmiş və ədalətin təmin olunmadığına dair inamını sarsıtmışdır. Məhkəmənin belə bir nəticəyə gəlməsi, iddiaçının tələblərinin və işin faktiki halların tam olaraq nəzərə alınmaması ilə əlaqədardır. Həmçinin cavabdehin nümayəndəsi apellyasiya baxışında mənəvi zərərin 30000 manat olmasına etiraz etmədiyini bildirmiş dir. Bu, məhkəmə iclasının videogörüntüsündə də təsdiqlənmişdir.

24. Cavabdeh də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mənəvi zərərin əvəzinin müəyyən edilmiş məbləği hissəsində dəyişdirilməsi, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin azaldılaraq 2.000 (iki min) manat məbləğində müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Cavabdeh kassasiya şikayətini belə əsaslandırmışdır ki, ehtiyyatsızlıqdan baş vermiş cinayət hadisəsi zamanı vurulan zərərin məbləği, qəsdən törədilmiş cinayət hadisələri zamanı vurulan zərər məbləğindən fərqləndirilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının valideynlərinin ölümü Cavabdehın işçilərinin səhlənkarlığı nəticəsində baş vermişdir. Apellyasiya instansiya məhkəməsi öz mövqeyində iş üzrə ekspert rəyini, iddiaçının mərhum valideynləri tərəfindən Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinin pozulmuş olduğunu nəzərə almamışdır. İddiaçı 2014 cü il tarixdə valideynlərinin ölümü zamanı baş vermiş hadisənin şahidi olmamışdır. İddiaçının keçirdiyi mənəvi iztirab dərəcəsinin müəyyən edilməsi zamanı apellyasiya instansiya məhkəməsi öz mövqeyində bu halı nəzərə almamışdır. İddiaçı şəxsin hazırda 28 yaşı var, əmək qabiliyyətlidir, evlənib ailə həyatı da qurmuşdur, şəxsin öz ailəsi vardır. Qeyd olunanlardan başa düşülür ki, iddiaçı tərəf fiziki və əqli cəhətdən məhdudiyyətli deyil, hazırda ata və anaya da möhtac yaşda deyildir. Apellyasiya instansiya məhkəməsi öz mövqeyində bu halı nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi mənəvi təzminat həcminin müəyyən edilməsi hiss əsində də düzgün nəticəyə gəlməmiş, kompensasiya məbləğini 10.000 (on min) manat dəyərində müəyyən etməklə iqtisadi qiymətləndirmə baxımından cavabdehin mənafeyi üçün ağlabatan və ədalətli yekun məhkəmə aktı qəbul etməmişdir. İddiaçı tərəfin valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə ümumilikdə 2.000 (iki min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hər iki tərəf üçün sosial, psixoloji və iqtisadi qiymətləndirmə baxımından daha ağlabatan və ədalətli olacaqdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçının vəkili Vəkil1 cavabdehin kassasiya şikayətinə etiraz verərək, cavabdeh tərəfin iddiadan 30.000 manatın təmin olunmasına etiraz etmədiyi halda indi də təmin olunan 10.000 manatın 2.000 manata azaldılması barədə kassasiya şikayət i verdiyini, bütün bunların hüququn prinsiplərinə zidd olduğunu, cavabdeh tərəfin iddianı qismən etiraf etdiyini, etirafından daha da aşağı bir məbləğ təyin olunmasına baxmayaraq ondan şikayət verdiyini bildirmiş, cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyi n normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasl a (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) h üquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndi «İnsan hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X4 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hü quq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər n əzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişikli k edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətlərində qətnamənin hər iki tərəf qətnamənin dəyişdirilməsini, iddiaçı mənəvi zərərin məbləğinin 50000 manat, cavabdeh isə 2000 manat müyyən edilməsini xahiş etmişdir. Bu baxımdan kollegiya qətnaməni həmin hissələrdə yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin kassasiya şikayəti üzrə qətnaməni yoxlayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin məbləği hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirib, mənəvi zərərin məbləğinin 50000 manat olmasını düzgün saymamış və bu məbləği 10000 manat müəyyən edərkən ona istinad etmişdir ki, iddiaçının qardaşı hər iki valideyninin dəm qazından boğulması ilə əlaqədar cavabdehə qarşı əvvəllər ayrıca məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2(103)-1305/2023 nömrəli qətnaməsinə əsasən iddiaçının qardaşına 50000 manat mənəvi zərər tutulmuşdur. İddiaçının qardaşı ilə hər hansı bir xoş olmayan münasibətləri olmamışdır. Bu mənada iddiaçıya cavabdeh tərəfindən eyni əsasla mənəvi zərərin əvəzi olaraq 50000 manat ödən ilməsi hazırki iş üzrə cavabdehin ödəyəcəyi təzminatın məbləğinə münasibətdə nəzərə alınmalıdır. Başqa sözlə, iddiaçının təzminat tələbi mütənasiblik və ədalətlilik meyarlarına uyğun olmalıdır. Çünki mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mənəvi zərərin məbləğinin azaldılması barədə gəldiyi nəticəni əsaslı saysa da, sonda mənəvi zərərin məbləğinin 10000 manat olması ilə bağlı gəldiyi nəticəni əsaslı saymır.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin məbləğinin azaldılaraq 10000 manat müəyyən edilməsinin onun qardaşına qanuni qüvvəyə minmiş qətnamə ilə 50000 manat mənəvi zərər tutulması ilə əsaslandırmışdır.

33. Qeyd edilən hal mənəvi zərərin müəyyən edilməsi, hazırkı işin halları baxımından isə azaldılması üçün nəzərə alınmalı olan mühüm məqam olsa da, işin digər halları nəzərə alınmamıdşır.

34. Apellyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

35. İşin mübahisəsiz halına görə iddiaçının valideynləri xx.xx.2013-cü il tarixdə yaşadıqları evdə dəm q azından zəhərlənərək ölmüş, cavabdeh orqanının əməkdaşları həmin hadisədə təqsirli bilinərək Tərtər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə məhkum edilmişlər.

36. Həmin hadisədən hazırki iddia qaldırılan vaxta qədər 10 ilə yaxın vaxt keçməsi də işin mübahisəsiz müəyyən edilən halıdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzurs uzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

38. Nəzərə alınmalıdır ki, mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara tör ədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin ehtiyatsızlıqdan törədilmiş cinayət nəticəsində ölməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.

39. Zərərvuranın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Bu anlamda, ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləği ilə eyni ol mamalıdır.

40. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.

41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə zərərin həcminin müəyyənləşdirilməsində iddiaçının qardaşının da 50000 manat mənəvi zərər almasını nəzərə alsa da, işin digər hallarını – hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalmasının labüd olmasını, iddiaçının valideynlərinin ehtiyatsızlıq cinayəti nəticəsində ölməsini, cavabdehin hüquqazidd əməli törətmiş əməkdaşlarının iddiaçının valideynlərinin ölümündə hər hansı qəsdinin olmamasını diqqətdən qaçırmış, işin bu hallarını mənə vi zərərin məbləğinin müəyyən edilməsində nəzərə alımamışdır.

42. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, qətnamə dəyişdirilərək, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla mənəvi zərərin məbləği 2000 (iki min) manat müəyyən edilməlidir.

43. İddiaçının kassasiya şikayətinə gəldikdə, iddiaçı şikayətində mənəvi zərərin məbləğinin 50000 manat müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təmin olunma əsaslarına istinadən hesab edir ki, eyni xüsusatları təkrar etməyə zərurət yoxdur və həmin əsaslarla iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.

44. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya baxışında mənəvi zərərin 30000 manat olmasına etiraz etməməsi barədə iddiaçının kassasiya ş ikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, işin bu halı məhkəmə iclas protokoluna verilmiş qeydin təmin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin 31 iyul 2024-cü il tarixli qərardadı ilə təsdiqini tapsa da, bu, hazırkı halda iddiaçının kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı hüquqi nəticə doğurmur.

45. Əvvəla, cavabdehin nümayəndəsinin belə bir izahat verməsi iddianın qismən etiraf edilməsi kimi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə... cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Cavabdehin iddianı etiraf etməsi... bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

46. Göründüyü kimi, prosessual qanunvericilik iddianın tam və ya qismən etiraf edilməsinin iki qaydasını müəyyən etmişdir: yazılı ərizə; protokolda qeyd edilməklə. İddianın etirafı protokol qaydasında olduqda isə protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır.

47. İşdə cavabdehin nümayəndəsinin iddianı qismən etiraf etməsi barədə yazılı ərizəsi olmayıb, eləcə də bu etiraf protokol qaydasında da rəsmiləşməyib.

48. Bundan əlavə, cavabdeh kassasiya şikayəti verib iddianın 2000 manat hissədə təmin edilməsini xahiş etməklə, iddianı 30000 (otuz min) manat hissədə deyil, 200 0 (iki min) manat hissədə etiraf etdiyini bəyan etmişdir ki, bu da cavabdehin iddianı 30000 manat hissədə etiraf etməsi barədə iddiaçının dəlillərinin əsaslı olmadığını göstərir.

49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, mənəvi zərərin məbləği 2000 (iki min) manat müəyyən edilməli, iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.

50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417.1.2 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3330/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. Mənə vi zərərin məbləği 2000 (iki min) manat müəyyən edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar