Məhkəmə qərarları › İş №2(102)-3255/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3255/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3255/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əqdin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1663/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları: Sumqayıt Şəhəri Novxanı bağ massivində yerləşən 1419 saylı 0,12 ha ölçüdə torpaq sahəsi 29 aprel 2010-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı1 məxsus olmuşdur. 23 iyun 2011-ci il tarixdə Sumqayıt Şəhər 4 saylı Notariat Kontorunda həmin torpaq sahəsinin 0,06 ha hissəsinin Cavabdeh1, 0,03 ha hissəsinin isə X1 barədə müqavilə bağlanmışdır. Alıcı Cavabdeh1 həmin torpaq sahəsi üzrə mülkiyyət hüququ 28 oktyabr 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin dekabr ayında İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 iyun 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satdığı torpaq sahə sinin dəyərinin sonuncu tərəfindən ödənilməməsini əsas göstərməklə aralarında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında Cavabdeh1 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5005/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: A.M.Süleymanova) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək cavabdeh tərəfindən ona torpaq sahəsinə görə pul ödənilməməsini və torpaq sahəsinin də ona təhvil verilməməsini əsas göstərməklə alqı-satqı müqaviləsini və onun əsasında cavabdehin adına verilmiş Reyestrindən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sum qayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1663/2020 saylı, 28 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-5005/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verməklə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz təl əblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları n aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında notariat da təsdiq olunmuş alqısatqı müqaviləsi bağlanmış və bu zaman hər hansı bir qanunun pozuntusuna yol verilməsi müəyyən olunmamışdır. Alqı-satqı müqaviləsi tərəflərin iradəsinə uyğun bağlanmaqla heç bir şərtdən asılı edilməmişdir. Alqı-satqı müqaviləsinin 5-ci bəndinə görə alıcılar torpaq sahəsini bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə tam ödəmiş, satıcı isə həmin məbləği bütünlüklə qəbul etmişdir. Müqavilənin 4-cü bəndində torpaq sahəsinin iddiaçı tərəfindən Cavabdeh1 5400 manata satılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. (421.1) Tərəflərdən birinin tələbi ilə m üqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (421.2) İşdə müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən sübutlar olmadığından, kollegiya iddianın əsassız olması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1663/2020 nömrəli iş üzrə olan 28 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar